oriJİnal məqaləLƏR



Yüklə 37.97 Kb.
Pdf просмотр
tarix26.12.2016
ölçüsü37.97 Kb.

9

2015/2 (18)

ORİJİNAL MƏQALƏLƏR

UOT:  617.753.2-053                      

                                         

 Səlimxanova C.X., Əhmədova N.R., Məmmədova L.A. 

UŞAQLARDA YAXINDANGÖRMƏNİN PATOGENEZİNDƏ EKSTRAOKULYAR 

PATOLOGİYANIN ROLU



Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi , Bakı, Azərbaycan 

Açar  sözlər: miopiya, ekstraokulyar patologiya

Hal-hazırda  Azərbaycanda  görmə  funksiyasının  pozulmasının  əsas  səbəblərindən  biri    refraksiya  

anomaliyalarıdır. Bunların  arasında  əsas  yeri  anadangəlmə və qazanılma miopiya təşkil edir – 78 %  qədər [1]. 

Müxtəlif müəlliflərin nəticələrinə əsaslanaraq, demək olar ki, miopiyanın yaranmasının əsas etioloji faktorları 

arasında görmə orqanında hemodinamikanın pozulması, mərkəzi sinir sisteminin funksiyalarının və fermentativ  

mübadilənin  pozulması əsas yer tutur [2-5].

Müəyyən edilib ki, miopiya daha çox orqanizmin  zəifləməsi fonunda, mərkəzi  sinir  sisteminin patologiyası, 

hipovitaminoz, anemiya, xroniki infeksiyalar, mədə-bağırsaq sisteminin disfunksiyaları zamanı baş verir. Müxtəlif 

sistem xəstəliklərinin də burada rolu var [6, 7]. 

Miopiyanın yaranması və proqressivləşmənin əsasında təkcə akkomodasion apparatın funksional pozğunluqları 

deyil, həm də ekstraokulyar xəstəliklər simptomokompleksinin uşaq orqanizminə təsiri də onəmli rol oynayır [8].

Məqsəd  –  ekstraokulyar  patologiyanı  nəzərə  alaraq,    uşaq  və  yeniyetmələrdə  proqressivləşən  miopiyanın 

müalicə terapiyasının sxeminin işlənib hazırlanması.



Material və metodlar

2010-2013 illerdə müxtəlif dərəcəli miopiyası olan 1316 uşaq və yeniyetmə müayinə olunmuşdur. Müayinələr 

189, 134, 164 saylı məktəblərdə, 2 uşaq bağcasında, Mingəçevir şəhərində və akad. Zərifə Əliyeva adına Milli 

Oftalmologiya mərkəzinin “Uşaqlarda görmənin mühafizəsi“ şöbəsində konsultativ qəbul zamanı aparılmışdır. 

Müayinə olunanlar arasında 336 uşaq məktəbəqədər yaş dövrünə, 980 uşaq isə məktəb dovrünə təsadüf edirdi. 

Uşaqlar 2 qrupa bölünmüşdür: əsas (679 uşaq; 336 qız və 343 oğlan ) və kontrol (637 uşaq; 326 qız və 311 oğlan) 

qruplar. Hər 2 qrupda zəif dərəcəli miopiyası olan xəstələr üstünlük təşkil edirdilər.

Əsas  qrupa  qazanılma  miopiyası  olan  uşaqlar  (60,3%)  və  psevdomiopiyalı  uşaqlar  (23,4%)    daxil  edilmiş, 

16,3% uşaqda isə miopiya anadangəlmə olmuşdur. Oftalmoloji müayinələrdən əlavə, bütün uşaqlar nevropatoloq, 

qastroenteroloq, kardioloq, endokrinoloq tərəfindən müayinə olunmuşdular. Bu uşaqlara müvafiq müalicələr təyin 

olunmuşdur. Nəzarət  qrupunda olan uşaqlara isə gözün akkomodasion aparatına təsir  edən spazmanı götürən 

damcılar, məşqlər təyin edilmişdir.



Nəticələr və onların müzakirəsi

Miopiyası  olan  uşaqlarda  aşkar  edilmiş  müxtəlif  somatik  xəstəliklərin  indeks  göstəriciləri  1  saylı  cədvəldə 

göstərilmişdir.

Alınan nəticələr göstərir ki, xəstəliyin indeksi 0,85 təşkil edir. Bu da miopiyası olan uşaqlarda  ekstraokulyar 

somatik xəstəliklərin rast gəlmə tezliyini göstərir. Bu halda skolioz və osteoxondroz fonunda baş verən onurğa 

sütünü əyriləklərinin, mərkəzi sinir sistemi, mədə-baqırsaq sistemi xəstəliklərinin, xroniki infeksion xəstəliklərin, 

endokrin pozğunluqların rolu var.

Cədvəl1

Miopiyası olan uşaqlarda müxtəlif somatik xəstəliklərin indeks göstəriciləri

Xəstəlik


%  göstərəciləri

  Mərkəzi sinir sisteminin xəstəlikləri

0,69

  Mədə-bağirsaq sisteminin xəstəlikləri



0, 1

    İnfeksion  xəstəliklər

0,4

    Onurqa  sütünü  xəstəlikləri 



0,2

    Endokrin  xəstəliklər

0,3

    Ümümi       



0, 79

10

2015/2 (18)

ORİJİNAL MƏQALƏLƏR

Miopiyası olan uşaqlarda  ekstraokulyar xəstəliklərin rast qəlmə tezliyinin kifayət qədər yüksək olmasını nəzərə 

alaraq, 3 mərhələli müalicə sxemi təklif etdik: 

• 1-ci mərhələ – uşaqlarda  somatik xəstəliklərin aşkar ediməsi və müalicəsi;

 2-ci mərhələ – görmə analizatorunun qabıq və qabıqaltı mərkəzlərinə medikamentoz təsir vitamin damcıları, 

damargenəldici preparatlar, beyin metabolikləri, kalsium preparatları, polivitaminlərin və mikroelementlərin 

təyini;

  3-cü  mərhələ  –  görmə  orqanının  fizioterapevtik  müalicə  metodları  (maqnitstimulyasiya,  maqnitoforez, 



lazerstimulyasiya, işiq və işiq- impuls terapiya).

 Kompleks müalicəyə massaj, idman, inqalyasiyalar, dietik qidalanma, dəniz  havası, düzgün qurulmuş rejim də  

daxildir. Bir kurs müalicənin müddəti ildə 1-2 dəfə olmaq şərti ilə 2-3 həftə müddətində  aparılmışdır.

Yaxındangörməsi olan uşaqların müalicəsinin nəticələri 2 saylı cədvəldə göstərilmişdir.



Cədvəl 2 

Əsas və kontrol qruplarda miopiyanın müxtəlif dərəcələrinin müalicəsinin effektivliyi

Uşaqların 

qrupalları  

Miopiyanın 

dərəcəsi

 Nisbi akkomodasiyanın   həcmi

Əsas

    mualicədən  əvvəl 



müalicədən sonra

psevdomiopiya

4, 50  ± 0, 05

6, 3 ± 0, 03

     zəif

4, 62  ± 0, 06 

6, 02 ± 0, 06

      orta

4, 5  ± 0, 4

5, 6   ±  0, 03

Kontrol

psevdomiopiya



4, 03  ±  0, 02

5, 02  ±  0, 07

      zəif

4, 09  ±  0, 02

5, 93  ±  0, 18

     orta

3, 93  ±  0, 23

5, 09  ±  0, 21

Mualicədən sonra əsas qrupun təşkil edən uşaqlarında 87%  hallarda  nisbi akkomodasiyanın həcmi 1,5 D, zəif 

dərəcəli miopiyada 80% hallarda 1,2 D, orta dərəcəli miopiyada isə 65% hallarda 1,3 D artmışdır.

Uşaqların nəzarət qrupunda  psevdomiopiya zamanı nisbi akkomodasiyanın artım həcmi 13% hallarda 1,2 D, 

zəif dərəcəli miopiyada 26%  hallarda 0,8 D , orta dərəcəli miopiyada 20% hallarda 0,7 D təşkil etmişdir.



Yekun:

1. Yaxıngörməsi  olan uşaq və yeniyetmələrdə ekstraokulyar patologiyanın rastgəlmə tezliyi 87%  təşkil  edir.

2. Yaxınqörməsi olan uşaqlarda somatik xəstəliklərin ümümi indeksi 0,86 bərabərdir. Bu zaman mərkəzi sinir 

sistemi xəstəliklərinin indeks göstəricisi 0,62; mədə-bağırsaq sistemi xəstəliklərin – 0,1; infeksion xəstəliklərin 

– 0,08; ürək-damar xəstəlikləri – 0,07; böyrək xəstəlikləri – 0,04; endokrin sistemi xəstəlikləri – 0,02 təşkil edir.

3. Yaxınqörməsi olan uşaqlarda və yeniyetmələrdə üçkomponentli kompleks terapiya  tədbirləri aparılmışdır. 

Aparılan kompleks terapiya risk qrupuna daxil olan uşaqlarda yaxındangörmənin yaranmasının qarşısını alır və 

80% hallarda görmə funksiyasının stabilizasiyasını  təmin edir.   

ƏDƏBİYYAT

1. 


Керимов К.Т., Рашидализаде Э.К. Медико-социальная характеристика инвалидности вследствие 

миопии в Азербайджанской  Республике // Офтальмол. журнал, 2012, №3, с.43-48. 

2. 

Аветисов  Э.С.,  Тарутта  Е.П.,  Иомдина  Е.  Н.  Основные  тенденции  развития  офтальмологии  в 



области миопии  / Материалы научно практ. конф., посв. памяти  Германа фон Гельмгольца. М., 

1995, c.101-111.

3. 

Волкова Л.П. О  профилактике  близорукости  у  детей // Вестник  офтальмологии, 2006, № 2, c.24-



27.

4. 


Кузнецова М.В. Причины развития  близорукости и ее лечение. Казань: МЕД пресс-информ, 2005, 

176 с.


5. 

Маматхужаева  Г.  Н.  Распространенность  аномалий  рефракции  среди    школьников  //  Вестник 

офтальмологии, 2002, №1, c.47-49.

6. 


Обрубов  С.А.,  Тумасян  А.Р.  К  лечению  прогрессирующей  близорукости  у  детей  //  Вестник 

офтальмол., 2005, №4, c.30-32.  



11

2015/2 (18)

ORİJİNAL MƏQALƏLƏR

7. 


Смирнова Т.С. О связи близорукости с общим состоянием организма и  некоторых особенностях 

ее  развития у школьников: Автореф. дис. ... канд. мед. наук, М., 1980, 21 с.

8. 

Biedner B., Marcus M., Yassur V. Miopiya and congenital esotropiya // Ann. Ophthalmol., 1987, v.19 (4), 



p.144-145.

Селимханова Д.Х., Ахмедова Н.Р., Мамедова Л.А.

РОЛЬ ЭКСТРАОКУЛЯРНОЙ ПАТОЛОГИИ В ПАТОГЕНЕЗЕ БЛИЗОРУКОСТИ У 

ДЕТЕЙ


Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г. Баку, Азербайджан 

Ключевые  слова: миопия, дети, экстраокулярная патология

РЕЗЮМЕ


Цель - разработать схему комплексной терапии прогрессирующей близорукости у детей и подростков с 

учетом экстраокулярной  патологии.



Материал и методы

Клинические  исследования  основывались  на  обследование  1316  детей  и  подростков.  Больные  были 

разделены на 2 группы: основная – 679 (336 девочек и 343 мальчиков) и контрольная группа – 637 (326 девочек 

и  311  мальчиков).  Для  оценки  роли  экстраокулярной  патологии  в  развитии  миопии  были  использованы 

различные методы: анамнестический, социологический, определение индексных показателей. Результаты 

наблюдения были обработаны с использованием методов математической статистики.



Результаты и  их обсуждение

Таким  образом,  как  в  ближайшем,  так  и  в  отдаленном  периоде  наблюдения  стабилизация  миопии 

наблюдалась значительно чаще в группе детей,  получавших трехкомпонентное комплексное лечение, чем в 

контрольной группе. В контрольной  группе стабилизацию процесса наблюдали через 1 год в 56% случаев, 

через 3 года в 26%. В 30% случаев установлено прогрессирование близорукости с годичным  градиентом  

до  1, 5 D.

                                                               

 Selimkhanova J.Kh.,  Akhmedova  N.R.,  Mamedova  L.A.

ROLE OF EKSTRAOCULAR PATHOLOGY IN PATHOGENESIS O MYOPIA IN 

CHILDREN 



National  Centre  of  Ophthalmology  named  after acad. Zarifa Aliyeva, Baku, Azerbaycan

Key  words :  myopia,  children,  extraocular  pathology

SUMMARY


Aim – eelaboration  of  scheme  of  the  progressive  myopia complex  therapy  in  children  and  teenagers  

taking into account  an extraocular  pathology.



Material  and  methods  

Clinical  investigations  were  based  on  examination  of  1316  children. The patients  were  divided  into  

2  groups: main group – 679 (336 girls and 343 boys) and control  group – 637 (326 girls and 311 boys). For 

estimation of extraocular pathology  role  in  myopia  development the various  methods  were  used: anamnestic, 

sociological, definition  of  index  values. The results  were  worked  up  by  the  rese of  mathematical  statistics  

methods.


12

2015/2 (18)

ORİJİNAL MƏQALƏLƏR

Results  and  discussion

So,  both  in the near  and  in the  long  term  of  observation  the myopia  stabilization  considerably oftener  

was  noted  in  the  group  where  the  children  had received three  component  complex treatment that in control 

group. In the control group stabilization  of  process  was  observed  after  1  year in 56 %  of  cases,  after  3 years 

– in 26 % In  30 %  of  cases  the   progressing  of  myopia  with  annual  gradient  up  to 1,5 D  was  established.

Для корреспонденции:

Селимханова  Джамиля  Ханлар  кызы,  врач-офтальмолог  отдела  охраны  зрения  детей  Национального 

Центра Офтальмологии имени акад. Зарифы Алиевой 

Ахмедова Наргиз Рашад кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального Центра 

Офтальмологии имени акад. Зарифы Алиевой

Мамедова  Лала  Акиф  кызы,  врач-офтальмолог  отдела  охраны  зрения  детей  Национального  Центра 

Офтальмологии имени акад. Зарифы Алиевой

Адрес: AZ1114, г.Баку, ул.Джавадхана, 32 \15

Тел.: (+ 994 12 ) 569 09 07 ; 569 09 47

E- mail: administrator@eye.az; http://www.eye.az.       





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə