oriJİnal məqaləLƏR



Yüklə 60.32 Kb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü60.32 Kb.

7

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.735-053.32:616-06

Əkbərova A.T., Həşimova N.F., Sultanova M.M. *, Quliyeva S.Ə. **

VAXTiNDAN ƏVVƏL DOĞULMUŞLARiN RETİNOPATİYASi VƏ KORLUQ



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Ə.Əliyev adına HTI-nun oftalmologiya kafedrası, Bakı şəh., Azərbaycan *

Sağlamlıq imkanları zəif olan uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbi, Bakı şəh., Azərbaycan**

Açar sözlər: vaxtından əvvəl doğulmuşların retinopatiyası (VDR), zəif görmə, korluq

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar, 

qabaqlayıcı  tədbirlər,  hamiləliyin  müddətinin  maksimal  uzadılması  cəhdlərinə  baxmayaraq  vaxtından  əvvəl 

doğuşların sayı günü gündən artmaqdadır. Digər tərəfdən sonsuzluqla mübarizədə süni mayalanmanın, buna bağlı 

olaraq çoxdöllü hamiləliklərin sayının artması da vaxtından əvvəl doğuşların sayının artmasına səbəb olmuşdur. 

Vaxtından əvvəl doğulmuş körpələrin sağlamlığının qorunması müasir dövrün vacib tibbi-sosial problemlərindən 

biridir  [1,2].  Bu  günkü  günümüzdə  tibbi  xidmətin  və  reanimasion  tədbirlərin  keyfiyyətinin  günü  gündən 

yaxşılaşdırılması, ekstremal az çəkili vaxtından əvvəl doğulmuş körpələrin sağ qalıb yaşamasına imkan verir və 

nəticədə erkən yaşda əlil uşaqların sayı da artır. Belə ki, statistikaya əsasən erkən yaşda əlilliyin səbəbləri arasında 

görmə analizatorunun xəstəlikləri ilk yerlərdən birini tutur. Vaxtından əvvəl doğuşların fəsadı olaraq, orqan və 

sistemlər içərisində ən çox zədələnən mərkəzi sinir sistemi (serebral ifliclər, 60%) və görmə analizatorudur (zəif 

görmə, vaxtından əvvəl doğulmuşların retinopatiyası - VDR, 30%) [3,4]. 

VDR  (Retinopathy  of  prematurity  (ROP))  uşaqlıq  çağının  əsas  korluq  səbəblərindən  biri  olub,  bətndaxili 

inkişaf dövründəki normal retinal vaskulyarizasiyanın vaxtından qabaq doğuş ilə pozulması nəticəsində baş verən, 

retinanın  fibrovaskulyar  xəstəliyidir.  Xəstəliyin  patogenezinin  əsasında  oksigen,  vaskulyar  endotelial  böyümə 

faktoru (vaso endotelial growth faktor - VEGF) və retinadakı işemiyaya cavab olan neovaskulyarizasiya əsas rol 

oynayır [5, 6]. Çəki azlığı (<1500 qr), kiçik gestasiya yaşı (GY), respirator distress sindromu, surfaktan müalicəsi, 

24 saatdan artıq davam edən oksigen müalicəsi, çoxlu sayda qan köçürmələri, pnevmotoraks, vazopressiv müalicə 

tələb edən hipotenziya, nekrozlaşmış enterokolit, ciddi intraventrikulyar qanama, konservativ və ya cərrahi müalicə 

tələb edən patent ductus arteriozis, ürək masajı, sepsis zamanı 5 gündən artıq davam edən antibiotik müalicəsi 

əsas risk faktorlarıdır [6, 7, 8, 9, 10, 11]. Xəstəlik 5 mərhələdə inkişaf edir. 1-ci mərhələ torlu qişanın damarlı və 

damarsız sahəsini ayıran ağ rəngdə xətt - demarkasion xəttlə xarakterizə olunur. Demarkasion xətt səviyyəsində 

damar ucları kəskin sonlanır və bu xəttdən sonra damarsız tor qişa sahəsi uzanır. 2-ci mərhələ demarkasion xətt 

üzərində ağ və ya boz rəngdə qabarıqlıqla xarakterizə olunur. Ancaq bu xətt şüşəvari cismə invaziya etmir. Bu 

xəttin arxasında “popcorn” adlanan kiçik tumurcuq kimi vaskulyar anomaliyalar ola bilər. 3-cü mərhələ tor qişa 

üzərində əmələ gəlmiş qabarıqlıqdan şüşəvari cismə doğru yeni damarlar uzanır. 4-cü mərhələdə subtotal tor qişa 

qopması başlayır. Bu mərhələ 4A (makulanı əhatə etməyən) və 4B (makulanı da əhatə edən) mərhələlərinə ayrılır. 

5-ci mərhələ total tor qişa qopması ilə xarakterizə olunur. 2005-ci ildə VDR-nın son təsnifatına PLUS xəstəlik, 

prePLUS xəstəlik, aqressiv posterior ROP terminləri daxil olmuşdur [12]. 

Əldə olunan məlumatlara əsasən VDR ilə bağlı korluğun statistikası ölkədən ölkəyə çox fərqlidir və dünyada 

hal hazırda 50000-dən çox uşaq VDR xəstəliyinə görə kordur [13, 14, 15, 16].

 Bu xəstəliyə görə korluğun yayılması barəsində dəqiq məlumatların verilməsi bir qədər çətindir. Belə ki, əgər 

belə uşaqlar korlar məktəbində təhsil alan uşaqlar arasında axtarılarsa, bu zaman məktəb yaşına çatmayan uşaqlar 

axtarışdan kənarda qalırlar. Həmçinin korlar məktəbində sırf göz ilə bağlı əlil uşaqlar təhsil alır. Ancaq VDR-li 

uşaqlarda digər sistemlərdə də pozğunluqlar olduğundan (məs. karlıq, kortikal çatışmazlıq) onlar izolə korlar üçün 

məktəblərə qəbul edilməyə bilərlər və onlar da axtarışdan kənar qala bilərlər. Bundan başqa uşaqlarda korluğun 

yayılması ilə 5 yaşdan kiçik uşaqlarda ölüm arasında asılılığın olması da VDR-lə bağlı korluğun statistikasına 

təsirini göstərir.

Biz  hazırkı  araşdırmamızda Azərbaycanda  VDR-ə  görə  kor  və  zəif  görən  uşaqların  statistikasını  aparmağa 

çalışmışıq. 



Məqsəd - Azərbaycanda vaxtından əvvəl doğulmuşların retinopatiyasına görə kor və zəif görən uşaqların sayını 

öyrənmək


8

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Material və metodlar

Bu  məqsədlə  2007-2016-cı  il  tarixdə  Akad.  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinin  Tibbi 

Ekspertiza  Komissiyasına  müraciət  edən  kor  və  zəif  görən  uşaqlar  arasında  araşdırma  aparılmışdır.  Həmçinin 

Sağlamlıq imkanları zəif olan (kor və zəif görən) uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbində təhsil alan 

311 uşağa baxış keçirilmiş və araşdırmaya daxil edilmişdir. 

Nəticələr və onların müzakirəsi

2007-2016-cı illərdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi Ekspertiza Komissiyasına 

müraciət edən 2826 kor və ya zəif görən uşaqlar arasında VDR diaqnozu ilə 43 uşaq aşkarlanmışdır. Ayrı ayrı 

illərdə xəstələrin sayı şəkil 1 və 2-də göstərildiyi kimi olmuşdur. 

Müxtəlif illər üzrə VDR xəstəliyinə görə kor və zəif görən uşaqların siyahısına əsasən demək olar ki, getdikcə 

belə  uşaqların  sayı  artmaqdadır. Akad.  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinin Tibbi  Ekspertiza 

Komissiyasının məlumatlarına əsasən kor və zəif görən uşaqlar arasında 2007-ci ildə 222 uşağın 4-ü (1,8%), 2008-

ci ildə 235 uşağın 4-ü (1,7 %), 2009-cu ildə 170 uşağın 1-i (0,6 %), 2010-cu ildə 200 uşağın 2-i (1 %), 2011-ci ildə 

200 uşağın 3-ü (1,5 %), 2012-ci ildə 428 uşağın 3-ü (0,7 %), 2013-cü ildə 333 uşağın 5-i (1,5 %), 2014-cü ildə 300 

uşağın 3-ü (1 %), 2015-ci ildə 238 uşağın 3-ü (2,1 %), 2016-cı ildə 500 uşağın 16-ı (3,2%) VDR-ə görə kor və zəif 

görən hesab olunmuşdur. Müxtəlif illərdə xəstələrin sayı şəkil 1 və 2-də göstərildiyi kimi olmuşdur. 

2016-cı  ildə  sağlamlıq  imkanları  zəif  olan  (kor  və  zəif  görən)  uşaqlar  üçün  5  saylı  Respublika  İnternat 

məktəbində təhsil alan 311 (1-12-ci siniflər) şagird arasında baxış keçirilmiş və nəticədə VDR xəstəliyinə görə kor 

olan uşaqların sayı 9 nəfər təşkil etmişdir. Həmçinin araşdırma zamanı aşkarlanmış VDR ilə bağlı kor və zəif görən 

52 uşağın doğum təvəllüdlərinə görə bölgüsü aparılmış və nəticələr şəkil 3-də göstərilmişdir.

0%

10%



20%

30%


40%

50%


60%

70%


80%

90%


100%

2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016

Dig r patologiyalar

VDR


Şək. 1. Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi ekspertiza Komissiyası tərəfindən 

aşkarlanmış kor və zəif görən uşaqlar arasında VDR-in miqdarı

Uşaqların say

ı,n=43 

0

2



4

6

8



10

12

14



2007 2008

2009 2010

2011 2012

2013


2014

2015


2016

Şək. 2. Müxtəlif illərdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi ekspertiza komissiyası 

tərəfindən aşkarlanmış, VDR-ə görə kor və zəif görən uşaqların sayının bölgüsü

9

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Uşaqların say

ı,n=52 

0

1



2

3

4



5

6

19



87

19

89



19

91

19



97

19

99



20

00

20



01

20

02



20

03

20



04

20

05



20

06

20



07

20

08



20

09

20



10

20

11



20

12

20



13

20

14



20

15

20



16

Şək. 3. VDR ilə bağlı kor və zəif görən uşaqların doğum təvəllüdlərinə görə bölgüsü

Son illərdə Azərbaycanda neonatologiyada, uşaq intensiv terapiyası və reanimasiyasında elmi və texniki inkişaf 

müşahidə edilməkdədir. Artıq 2015-ci ildən etibarən 22-ci hestasiya həftəsindən sonra doğulan körpələr qeydiyyata 

alınır  və  azçəkili  uşaqların  sag  qalıb  yaşama  şansları  günü  gündən  artmaqdadır. Araşdırmamızda  aşkarlanmış 

uşaqların  doğulduğu  illərə  görə  bölgüyə  nəzər  salanda  görünür  ki,  son  illərdə  doğulan  körpələr  arasında VDR 

xəstəliyinə görə kor və zəif görən uşaqların uşaqların sayı daha da çoxdur. 

Ədəbiyyat mənbələrinə əsasən inkişaf etmiş ölkələrdə VDR ilə əlaqədar korluğun iki epidemiyası məlumdur. 

“Birinci epidemiya” 1940-1950-ci illərin əvvəllərində, xüsusilə Amerika və Avropada vaxtından əvvəl doğulmuş 

körpələrdə rast gəlinmişdir. O vaxtlar monitorizasiyasız oksigen müalicəsi əsas risk faktoru idi və uşaqların sağ 

qalması üçün oksigenin sərhədsiz istifadəsi VDR-in artmasına səbəb olmuşdu. İnkişaf etmiş ölkələrdə VDR-in 

“ikinci epidemiyası” neonatalogiyanın yüksək inkişafının nəticəsi olaraq 1970-ci illərdə yayılmağa başlamışdır. 

Bu cür inkişaflar extremal az çəkili uşaqların sağ qalıb yaşamasına səbəb olmuşdur. VDR-in üçüncü epidemiyası 

isə inkişaf etməkdə olan ölkələrdə yayılmışdır ki, bunun da səbəbi belə ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən 

vaxtından əvvəl doğuşların sayının daha çox olması, doğuşların 2%-də uşaqların çəkisinin 1500 qr-dan az olması, 

qadınların çoxunun doğuşlarını tibb müəssisələrində etməsi , yarımçıq doğulmuş uşaqların dərhal reanimasiyaya 

götürülməsi, neonatalogiyada elmi texniki tərəqqi və VDR skrininq kriterilərinin genişləndirilməsi VDR-ə daha 

tez rast gəlməyə və VDR-in üçüncü epidemiyasının baş verməyinə səbəb oldu [2, 17, 18]. Araşdırmadan alınan 

nəticələrə  əsasən Azərbaycanı  da VDR-in  üçüncü  epidemiyası  yayılmış  ölkələr  sırasına  aid  etmək  olar. Ancaq 

qeyd  etmək  lazımdır  ki,  aparılan  araşdırma Akad.  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinin Tibbi 

Ekspertiza  Komissiyasına  müraciət  edən  və  bizim  tərəfimizdən  baxış  keçirilən  sağlamlıq  imkanları  zəif  olan 

(kor və zəif görən) uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbində təhsil alan uşaqlar arasında aparılmışdır. 

Respublikamızda erkən uşaq ölümlərini və aparılan araşdırada olan məhdudiyyətləri nəzərə alaraq demək olar ki, 

VDR ilə əlaqədar kor və zəif görən uşaqların sayı daha çoxdur.

Yekun

Son  illərdə Azərbaycanda  neonatologiya  üzrə  elmi  texniki  inkişaf  nəticəsində  extremal  az  çəkili  vaxtından 

əvvəl doğulmuş körpələr sağ qalıb yaşayır və buna bağlı olaraq VDR rast gəlmə tezliyi, həmçinin VDR-ə görə 

kor  və  zəif  görən  uşaqların  sayının  artma  riski  daha  çoxdur.  Vaxtında  aparılmış  düzgün  müayinə  və  müalicə 

tədbirləri ilə bu xəstəliyə görə əlilliyin azaldılması mümkündür. Gələcəkdə VDR-ə görə kor və zəif görən uşaqların 

sayının öyrənilməsi, həmçinin bunun qarşısının alınması istiqamətində daha geniş elmi araşdırmaların aparılması 

planlaşdırılır.

ƏDƏBİYYAT:

1. 

Qasımov E.M., Kərimov M.İ. Yarımçıq doğulmuşların retinopatiyası. Oftalmoloqlar üçün vəsait. Göz 



xəstəlikləri, 2014, s.301-306.

10

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

2. 


Azad R., Trese M.T. Retinopathy of prematurity, 2013

3. 


Катаргина л.А. Современные взгляды на проблему ретинопатии недоношенных // Вестн. Офталь-

мол., 2014, №6, т.130, с.23-27.

4. 

Fielder A.R., Quinn G.E. Retinopathy of prematurity / in: Taylor D, Hoyt CS, eds. Pediatric Ophthalmology 



and Strabismus, 2005, 6th ed., Philadelphia: Elsevier, p.506-530.

5. 


Chen  M.L.,  Guo  L.,  Smith  L.E.H.  et  al.  High  or  low  oxygen  saturation  and  severe  retinopathy  of 

prematurity: a meta-analysis //Pediatrics, 2010, v.125, p.1483-1492. 

6. 

Hellström A. Postnatal serum insulin-like growth factor i deficiency is associated with retinopathy of 



prematurity and other complications of premature birth // Pediatrics, 2003, v.112, p.1016-1020. 

7. 


Au S.C., Tang S.-M., Rong S.-S. et al. Association between hyperglycemia and retinopathy of prematurity: 

a systemic review and meta-analysis // Sci. Rep., 2015, v.5, p.9091. 

8. 

Manzoni P. et al. Fungal and bacterial sepsis and threshold ROP in preterm very low birth weight neonates 



// J. Perinatol., 2006, v.26, p.23-30. 

9. 


Leviton A. et al. The clustering of disorders in infants born before the 28th week of gestation // Acta. 

Paediatr., 2010, v.99, p.1795-1800.

10.  Yau G. S. K. et al. incidence and risk factors for retinopathy of prematurity in extreme low birth weight 

Chinese infants // int. Ophthalmol., 2015, v.35, p.365-373.

11. 

Yau  G.S.K.  et  al.  incidence  and  risk  factors  for  retinopathy  of  prematurity  in  multiple  gestations:  a 



Chinese population study // Medicine, Baltimore, 2015, v.94, p.867. 

12.  international  Committee  for  the  classification  of  retinopathy  of  prematurity.  The  international 

Classification of Retinopathy of Prematurity revisited // Arch. Ophthalmol., 2005, v.123(7), p.991-999.

13.  Zin A,Gole GA. Retinopathy of prematurity-incidence today // Clin. Perinatol., 2013, v.40, p.185-200.

14.  Good W.V., Hardy R.J., Dobson V. et al. Early Treatment for Retinopathy of Prematurity Cooperative 

Group. The incidence and course of retinopathy of prematurity: findings from the Early Treatment for 

Retinopathy of Prematurity study // Pediatrics, 2005, v.116, p.15–23.

15.  Terry T.L. Retrolental fibroplasia in the premature infant: V. Further studies on fibroplastic overgrowth 

of the persistent tunica vasculosa lentis // Tran. Am. Ophthalmol. Soc. 1944, v.44, p.383 –396.

16.  Mutlu F.M., ibrahim A, Tarkan M. Screening for retinopathy of prematurity in a tertiary care newborn 

unit in Turkey. // C. J. Pediatr. Ophthalmol. Strabismus, 2008, v.45, p.291-298.

17.   Akman i., Demirel U., Yenice O. et al. Screening criteria for retinopathy of prematurity in developing 

countries // Eur. J. Ophthalmol., 2010, v.20(5), p.931-937. 

18.  Csak  K.,  Szabo  V.,  Szabo A.  Et  al.  Pathogenezis  and  genetic  basis  for  retinopathy  of  prematurity  // 

Frontiers Biasci., 2006, v.11, p.908-920.

Акберова А.т., гашимова Н.Ф., Султанова М.М.*, гулиева С.А. **

ретиНОпАтиЯ НеДОНОшеННЫх и СлепОтА

Национальный Офтальмологический Центр им. акад.Зарифы Аливой, Баку, Азербайджан

АзГИУВ им. А.Алиева, кафедра офтальмологии, г.Баку, Азербайджан * )

Республиканская школа-интернат №5 для слабовидящих детей, г.Баку, Азербайджан**

Ключевые слова: ретинопатия недоношенных, слабовидение, слепота

реЗЮМе


Цель – выявить количество детей, потерявших зрительные функции в исходе рН в Азербайджане.

Материалы и методы

исследования  проводились  среди  слабовидящих  и  детей-инвалидов,  обратившихся  для  прохождения 

медицинской экспертизы в НОЦ им.акад.Зарифы Алиевой с 2007 по 2016 год. также проведено обследова-

ние детей, обучающихся в республиканской школе-интернате №5 для слабовидящих детей.



11

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Результаты

Среди слабовидящих и детей-инвалидов, обратившихся для прохождения медицинской экспертизы в 

НОЦ имени акад. Зарифы Алиевой с 2007 по 2016 год было выявлено 2826 детей, из них 43 пациента с 

диагнозом ретинопатия недоношенных. Во время осмотра проведенного в 2016 в республиканской шко-

ле-интернате №5 для слабовидящих детей было обследовано 311 детей, учащихся 1-12 классов. Среди них 

выявлено 9 детей с диагнозом рН. Необходимо отметить, что количество учащихся пациентов с данной 

патологией выросло в 2013-2016 годах.

Заключение

За последние годы, в связи с повышением научно-технической базы неонатологической службы в Азер-

байджане, увеличилось количество выхаживаемых детей с экстремально низкой массой тела. Это стало 

причиной  увеличения  частоты  встречаемости  рН,  а  также  слепоты  и  инвалидности  органа  зрения,  свя-

занной с указанной патологией. Своевременно проведенное обследование и адекватное лечение позволят 

уменьшить частоту развития инвалидности.

Akbarova A.T., Hashimova N.F., Sultanova M.M. *, Kulieva S.A. **

RETİNOPATHY OF PREMATURİTY AND BLİNDNESS



National Ophthalmology Centre named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Azerbaijan İnstitute of Postgraduate Medical Education named after A.Aliyev, department of Ophthalmology , 

Baku, Azerbaijan*

Republican boarding school №5, Baku, Azerbaijan**

Key words: retinopathy of prematurity, low vision, blindness

SUMMARY


Aim – to identify the number of children who have lost visual function as a result of the outcome of ROP in 

Azerbaijan.



Materials and methods

The research was conducted among visually impaired children with disabilities, seeking to undergo a medical 

examination in the National Eye Center named after Zarifa Aliyeva from 2007 to 2016. Also conducted a survey 

of children enrolled in the Republican boarding school №5 for blind children.



Results 

Ranked among the visually impaired children with disabilities seeking to undergo a medical examination in the 

National Eye Center named after Zarifa Aliyeva from 2007 to 2016 were identified 43 patients with a diagnosis 

of ROP. During the inspection, carried out in 2016 in the Republican boarding school №5 for blind children were 

examined 311 children, students grades 1-12. Among them identified 9 children diagnosed with PH. it should be 

noted that the number of patients with this group of patients has increased in 2013-2016.



Conclusion

in recent years, due to the increase of scientific and technical base of the neonatology service in Azerbaijan has 

increased the number of premature babyes with extremely low birth weight. This has resulted in increasing the 

incidence of ROP, as well as blindness and disability of body associated with this pathology. Timely screening and 

adequate treatment will reduce the incidence of disability due to the this disease.

Korrespondensiya üçün:



Əkbərova Aysel Təyyar qızı, Milli Oftalmologiya Mərkəzinin uşaq göz patologiyası şöbəsinin həkim-oftalmoloqu 

Haşımova  Nubar  Fayzı  qızı,  tibb  elmləri  namizədi,  Milli  Oftalmologiya  Mərkəzinin  uşaq  göz  patologiyası 

şöbəsinin baş elmi işçisi

Ünvan: AZ1114, Bakı ş., Cavadxan küç., 32/15 

Tel.: (+994 12) 569 09 36 

E-mai: administrator@eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə