oriJİnal məqaləLƏR



Yüklə 46.09 Kb.
Pdf просмотр
tarix22.12.2016
ölçüsü46.09 Kb.

23

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.753-053.5

Səlimxanova C.X., Əhmədova N.R., Məmmədova L.A.

MÜŞTƏRƏK ÇƏPGÖZLÜYÜN MÜALİCƏSİ ZAMANI FORBİS APARATININ 

BİNOKULYAR GÖRMƏNİN BƏRPASINDA EFFEKTİVLİYİ 

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan

Açar sözlər: çəpgözlük, diploptik müalicə, binokulyar görmə, akkomodasiya, konvergensiya

Müştərək çəpgözlük – uşaq yaşlarında ən geniş yayılmış görmə patologiyalarından biridir. Xəstəlik bir gözün 

görmə oxunun ümumi fiksasiya nöqtəsindən əyilməsi, binokulyar və bəzən də monokulyar görmə funksiyalarının 

pozulması ilə səciyyələnir.

Tibbi statistikaya əsaslanaraq deyə bilərik ki, müştərək çəpgözlük 3-4% uşaqlarda rast gəlinir [1, 2, 3].

Müştərək çəpgözlüyün müalicəsində əsas məqsəd gözün düzgün vəziyyətinə nail olmaq üçün görmə fiksasiyasını 

artırmaq, binokulyar görməni inkişaf etdirməkdir. Bunun üçün ametropiya optiki korreksiya olunmalı, cərrahi və 

kompleks funksional müalicə aparılmalıdır [4, 5, 6].

Çəpgözlüyün müalicəsi zamanı monokulyar görmə sistemlərinin birində funksional ləngimə müşahidə edilərsə, 

binokulyar görmənin bərpasında çətinliklər yaranır [7, 8].

Binokulyar  görmənin  bərpasının  əsas  mərhələsindən  biri  ortoptikadır.  Bi  cihazlar  bir  sıra  xüsusiyyətlərə 

malikdir; görmə sahələrinin rəqabətini təmin edən iki ayrı sağ və sol gözün fiksasiya obyektlərinin testi, fiksasiya 

üçün şəraitin olmaması və s. Onlar xəstəni təbii binokulyar yox, qaplaskopik görməyə “öyrədir”. Bu səbəbdən 

ortoptik  müalicə  üsulları  binokulyar  görməni  25-35%  hallarda  bərpa  etməyə  imkan  verir.  Ortoptik  müalicə 

üsullarının qeyd olunan xüsusiyyətləri ancaq binokulyar görmənin bərpasının erkən mərhələlərində istifadə oluna 

bilər [9, 10].

Müalicənin son mərhələsində diploptika metodlarından istifadə olunur. Diploptik müalicənin məqsədi – normal 

binokulyar görməni təşkil edən fiksasiya mexanizminin bərpasıdır.

Diploptik müalicə üsullarından biri binokulyar görmənin “dissosiasiya” üsulu ilə bərpasıdır [11-15].

Məqsəd – lazer spektrlarının tətbiqi ilə müştərək çəpgözlüyün müalicəsinin effektivliyini öyrənmək.

Material və metodlar

Akad. Zərifə Əliyeva ad. Milli Oftalmologiya Mərkəzinin uşaqlarda gözün mühafizəsi və oftalmoerqonomika 

şöbəsində 6-17 yaşlı 40 uşaq müayinə olunmuşdur. Çəpliyin növündən asılı olaraq, pasiyentlər aşağıdakı kimi 

bölünüb: 24 uşaq – daxili çəpgözlük, 16 – xarici çəpgözlük ilə.

25 xəstədə aparılmış cərrahi əməliyyatdan sonra çəpgözlüyün qalıq əlamətləri müşahidə olunub. 15 xəstədə 

cərrahi əməliyyat aparılmayıb. Bütün uşaqlara əməliyyat və ya optik korreksiya vasitəsiylə əldə olunan bifoveal 

birləşmə və ya regionar funksional skotoma ilə gözlərin simmetrik və ya ona yaxın vəziyyəti (Hirşberqə görə 10° 

az) yaranıb.

Bütün  pasiyentlərə  ümumi  oftalmoloji  müayinələr  aparılıb.  Görmə  itiliyi  vizometr  vasitəsiylə  yoxlanılıb. 

Düz və əks oftalmoskopiya, biomikroskopiya, İOL-master aparatında gözün ön-arxa oxunun ölçülməsi aparılıb. 

Xüsusi müayinə metodlarına daxildir: görmənin xarakterinin təyini, fuziya ehtiyatlarının ölçülməsi (sinoptofor), 

deviasiyanın təyini (Hirşberq üzrə). Qiymətləndirmənin mühüm meyarı kimi müsbət (refraksiya zonasında) və 

mənfi (yüklənmə zonasında) sferik linzaların diapazonunun müayinəsi götürülüb. Bu zaman görmə sahələrinin 

həm rəng, həm polyaroid növlü ayrılmasında binokulyar görmə saxlanılır (Forbis cihazı, Rusiya).



Müalicə metodikası

Müalicə tam optik korreksiya ilə Forbis cihazında aparılıb ki, bu cihaz foropter və yaxından görmə funksiyalarını 

tədqiq etmək üçün standart testlərdən ibarətdir. Pasiyent 33 sm məsafədə yerləşən dördnöqtəli lazer spekli müşahidə 

edir. Bu aparat binokulyar birləşmə, funksional skotoma və ya diplopiyanın mövcudluğuna nəzarəti təmin edir.

Forbis aparatında istifadə olunan lazer spekl aşağı energili helium-neon lazerdir. Dalğanın uzunluğu 0,53 və 

0,65  mkm-dir.  Lazer  speklin  aşağıda  qeyd  edilən  xüsusiyyətləri  onun  diploptik  müalicədə  istifadəsinə  imkan 

yaradır:

Monoxromatiklik xromatik aberrasiyanı aradan qaldırır;



Lazer şüalanması daim parlaqlığı və yüksək kontrastlığı olan spekl strukturu yaradır;

Retinal  təsvirlərin  dəqiqliyi  və  eyniliyi  sektor  bərabərlik  üçün  şərait  yaradır  və  bununla  binokulyar 



birləşmənin bərpasını təmin edir;

24

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Lazer  şüalanması  bifiksasiya  mexanizmlərindən  biri  olan  akkomodasiyaya  biostimullaşdırıcı  təsir 



göstərir;

Lazer şüalanması müxtəlif görmə kanallarına kompleks təsir göstərir.



Əvvəlcə  2  dəqiqə  ərzində  dördnöqtəli  yaşıl  spekl  tətbiq  olunur.  Bu  zaman  sağ  və  sol  monokulyar  görmə 

təsvirlərinin binokulyar birləşməsinə nail olunur. Sonra 5 dəqiqəlik intervalla 2 dəqiqə ərzində dördnöqtəli qırmızı 

spekl tətbiq olunur və pasiyent binokulyar birləşməyə nail olunurdu.

Yaşıl spekl tətbiq olunanda çoxsaylı makulyar və paramakulyar fotoreseptorlar stimulyasiya olunur.

Qırmızı speklin tətbiqi isə makulanın mərkəzi zonasının reseptorlarını stimulyasiya edir ki, bu da bifiksasiyanın 

inkişafına təsir edir.

Müalicənin effektivliyi aşağıdakı meyarlarla qiymətləndirilir: gözlərin düzgün vəziyyəti və qalıq deviasiya; 

müxtəlif  məsafələrdən  (33  sm,  1,3  və  5  m)  rəng  testi  ilə  binokulyar  görmənin  vəziyyəti;  fuziya  ehtiyatlarının 

vəziyyəti.

Müalicə kursu 10 gün təşkil edir. Müalicənin sonunda pasiyentlərin kontrol müayinəsi aparılıb.



Nəticə və müzakirələr

Pasiyentlərin müayinəsi zamanı optik mühitlər şəffaf olmuş və göz dibinin patologiyası aşkar edilməmişdir. 

Xarici və daxili çəpgözlüyü olan xəstələrin orta deviasiya bucağı müvafiq olaraq -5,07±1,32° və +4,6±0,91° təşkil 

edib. Fiksasiyaya görə gözlər 2 yerə bölünür: 1) daha çox fiksə olunan; 2) cüt göz.

Daha  çox  fiksasiya  edən  gözün  görmə  itiliyi  korreksiyasız  0,76±0,06;  korreksiya  ilə  0,94±0,02;  cüt  gözün 

korreksiyasız görməsi 0,6±0,06, korreksiya ilə 0,86±0,04 bərabər olub.

Cədvəl 1

Müalicədən əvvəl və sonra monokulyar görmə funksiyaları (n=40; M±m)

Müayinə müddəti

Görmə itiliyi

Nisbi akkomodasiyanın həcmi 

(dptr)

korreksiyasiz

korreksiya ilə

Daha çox fiksasiya 

edən göz

Cüt göz

Daha çox fiksasiya 

edən göz

Cüt göz

Daha çox fiksasiya 

edən göz

Cüt göz

Müalicədən əvvəl 

0,76±0,06

0,3


0,6±0,06

0,32


0,94±0,02

0,12


0,86±0,04

0,12


6,1±0,72

3,54


4,43±0,73

3,5


Müalicədən sonra

0,79±0,05

0,29

0,65±0,06



0,31

0,98±0,009

0,04

0,92±0,03



0,16

7,63±0,68

3,08

6,08±0,68



3,42

Müalicədən əvvəl 5 m məsafədən müayinə zamanı binokulyar görmə heç bir pasiyentdə mövcud olmamışdır; 3 

m məsafədən 27,3% halda, 1 m məsafədn – 59,1% halda müşahidə edilib ki, bu da çəpgözlüyü olan şəxslər üçün 

tipikdir.

Hər biri 4 dəqiqədən ibarət olan 20 prosedurdan sonra 5 m məsafədən tədqiqat zamanı binokulyar görmənin 

bərpası 54,5% halda, 3 m məsafədən tədqiqat zamanı binokulyar görmə 68,2% halda, 1 m məsafədən – 80,2% 

halda artım qeydə alınıb.

Alınan nəticələr göstərmişdir ki, ənənəvi diploptik müalicə ilə müqayisədə lazer spektrlərinin istifadəsi daha 

qısa müddət ərzində binokulyar görmənin bərpasının effektivliyini artırır.

Yekun

Müştərək çəpgözlük zamanı görmə sahələrinin polyaroid ayrılmasında lazer speklların əsasında akkomodasiya 

və konvergensiyanın parçalanması yolu ilə diploptik müalicə üsulu 51,2% xəstədə binokulyar görmənin bərpasını 

təmin edir.

Müştərək çəpgözlüyün diploptik müalicəsində lazer speklların tətbiqi görmə itiliyi, mütləq akkomodasiyanın 

həcmi, stereogörmə və fuziya ehtiyatlarını artırır.

ƏDƏBIYYAT:

1. 


Гончарова С.А., Пантелеев Г.В. Функциональное лечение содружественного косоглазия. Луганск: 

Янтарь; 2005. 225 с.



25

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

2. 


Louwagie  C.R.,  Diehl  N.N.,  Greenberg  A.E.,  Mohney  B.G.  Is  the  incidence  of  infantile  esotropia 

declining?: a population-based study from Olmsted County, Minnesota, 1965 to 1994. Arch. Ophthalmol. 

2009; 127 (2): 200-203.

3. 


Tarczy-Hornoch K., Varma R., Cotter S., DiLauro A. et al. Prevalence of amblyopia and strabismus in 

African American and Hispanic children ages 6 to 72 months the multi-ethnic pediatric eye disease study. 

Ophthalmology. 2008; 115 (7): 1229-1236.

4. 


Тарасцова М.М. Роль диплоптики в лечении содружественного косоглазия у детей дошкольного 

возраста. Офтальмологический журнал. 1984; 3: 152-154.

5. 

Дубовская Л.A., Гусева М.Р., Жильцова Е.Ю., Матвеев С.Г. Комплексная терапия содружествен-



ного косоглазия у детей: Методические рекомендации. М.; 2002. 22 с.

6. 


Christmann  L.M.,  Droste  P.J.,  Handler  S.M.,  Saunders  R.A.  et  al.  Esotropia  and  exotropia.  Pediatric 

Ophthalmology/Strabismus Panel: American Academy of Ophthalmology; 2007. 34 p.

7. 

Аветисов Э.С. Содружественное косоглазие. М.: Медицина; 1977. 312 с.



8. 

Кащенко Т.П., Юсупов А.А. Зависимость отдаленных результатов консервативного лечения со-

дружественного  сходящегося  косоглазия  от  исходов,  полученных  непосредственно  после  лече-

ния. Офтальмологический журнал. 1986; 6: 355.

9. 

Аветисов Э.С. Новые принципы и методы лечения содружественного косоглазия и их патогене-



тическое обоснование. В кн.: I Всесоюзная конференция по вопросам детской офтальмологии: 

Тезисы докладов. М.; 1976; ч. I: 161-180.

10.  Ханларова Н.А., Гаджиева Н.Р. Эффективность включения офтальмологических кератопротекторов 

в комплексное лечение амблиопии у детей // Oftalmologiya elmi-praktik jurnal, 2015, №3(19), s.87-92. 

11. 

Ханларова Н.А., Гаджиева Н.Р. Сравнительные результаты комплексного лечения ложной и ис-



тинной  миопии  у  детей  школьного  возраста  //  Офтальмология  научно-практический  журнал, 

Баку, 2013, №1, с.158-161.

12.  Адигезалова-Полчаева  К.А.  Влияние  спазма  аккомодации  на  рефракцию  глаза  при  аметропии. 

Махачкала: Дагестанское книжное издательство,1963, 148 с.

13.  Селезнев А.В. Восстановление бинокулярных зрительных функций при содружественном косо-

глазии у детей с использованием вращающихся призм и динамических цветовых стимулов: Авто-

реф. дисс. ... канд. мед. наук. М.; 2010. 23 c.

14.  Васильева Н.Н., Большаков А.С., Грачева М.А., Рожкова Г.И. Сравнение результатов компьютер-

ной оценки фузионных резервов с использованием анаглифного и поляризационного методов се-

парации изображений. В кн.: "Федоровские чтения-2013": Тезисы докладов. М.; 2013; 61.

15.  Hubel D.H. Eye, Brain and Vision. New York: Scientific American Library; 1988. 242 p.

Селимханова Дж.Х., Ахмедова Н.Р., Мамедова Л.А.

ЭФФЕКТИВНОСТЬ АППАРАТА ФОРБИС В ВОССТАНОВЛЕНИИ 

БИНОКУЛЯРНОГО ЗРЕНИЯ ПРИ ЛЕЧЕНИИ СОДРУЖЕСТВЕННОГО 

КОСОГЛАЗИЯ

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: косоглазие, диплоптическое лечение, бинокулярное зрение, аккомодация, конверген-

ция

РЕЗЮМЕ


Цель – изучить эффективность применения лазерных спеклов при лечении содружественного косоглазия. 

Материал и методы

Было обследовано 40 детей с различными видами сходящего косоглазия в возрасте 6-17 лет (средний 

возраст  составил  9,8  года),  прошедших  через  отдел  охраны  зрения  детей  и  подростков  Национального 


26

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Центра Офтальмологии имени акад. Зарифы Алиевой. Метод основан на использовании прибора Форбис 

(Россия)  с  поляроидным  разделением  полей  зрения  и  низкоэнергетического  гелий-неонового  лазерного 

спекла (зеленого и красного с длиной волны 0,53 и 0,65 мкм). Восстановление бинокулярного зрения осу-

ществляли на фоне релаксации и нагрузки на аккомодацию с использованием положительных и отрица-

тельных сферических линз. 



Заключение

Метод лечения обеспечивает увеличение числа лиц с бинокулярным зрением в 51,2% случаях, приводит 

к увеличению диапазона переносимых положительных и отрицательных сферических линз на фоне бино-

кулярного слияния при одной и той же степени конвергенции.

Selimkhanova J.Kh., Akhmedova N.R., Mamedova L.A.

EFFICIENCY OF THE DEVICE FORBIS IN RESTORATION OF BINOCULAR 

VISION AT TREATMENT OF CONCOMITANT STRABISMUS 

National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: strabismus, diploptik treatment, binocular vision, accommodation, convergence

SUMMARY


Aim - to investigate the efficiacy of laser speckles in the treatment of concomitant strabismus. 

Material and methods

40 children with different types of concomitant strabismus at the age 6-17 years (average age of 9.8 years) were 

examined at the department of childrens’ and teen-agers vision protection of the National Centre of Ophthalmology 

named after acad. Zarifa Aliyeva. The treatment method implies the use of the Forbis (Russia) (device with polaroid 

separation of visual fields and low-energy helium-neon laser speckle patterns (green and red, 0.53 pm and 0.65 pm 

correspondingly). Binocular vision recovery was performed in the conditions of alternating exertion and relaxation 

of accommodation obtained through plus and minus spherical lenses. 

Conclusions

The method ensures an increase in the number of individuals capable of stereopsis in 51.2% cases (conventional 

treatment) as well as widening of the range of tolerated plus/minus spherical lenses, in which the binocular fusion 

is retained at the same degree of convergence.



Для корреспонденции:

Селимханова Джамиля Ханлар кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального 

Центра Офтальмологии имени акад. Зарифы Алиевой 

Ахмедова Наргиз Рашад кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального Центра 

Офтальмологии имени акад. Зарифы Алиевой

Мамедова Лала Акиф кызы, врач-офтальмолог отдела охраны зрения детей Национального Центра 

Офтальмологии имени акад. Зарифы Алиевой

Адрес: AZ1114, г.Баку, ул.Джавадхана, 32 \15

Тел.: (+ 994 12 ) 569 09 07 ; 569 09 47

E- mail: administrator@eye.az; http://www.eye.az.



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə