ORİJİnal məqaləLƏr uot: 617. 735-002: 616. 379-008. 64



Yüklə 80.19 Kb.
Pdf просмотр
tarix07.06.2017
ölçüsü80.19 Kb.

35

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.735-002:616.379-008.64

Şahmalıyeva A.M., Hacıyeva R.V., Hidayət-zadə S.S.*

II TİP ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ DİABETİK MAKULA ÖDEMİ 

İLƏ MÜŞAYİƏT OLUNAN DİABETİK RETİNOPATİYANIN MÜALİCƏSİNİN 

UZAQ NƏTİCƏLƏRİ



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Ə.Əliyev adına AZDHTİ-nun Göz xəstəlikləri kafedrası, Bakı şəh., Azərbaycan*

Açar sözlər:diabetik retinopatiya, diabetik makula ödemi, lazerkoaqulyasiya, VEGF faktorlar

Muasir dünyada şəkərli diabetə (ŞD) məruz qalan insanların sayı getdikcə artmaqdadır. Ümumdünya Səhiyyə 

Təşkilatının  (ÜST)  göstəricilərinə  görə  hal-hazırda  dünyada  382  milyon  insan  bu  xəstəlikdən  əziyyət  çəkir  və 

hər 10-15 ildə bu say iki dəfə artır. Onlardan 85-90% II tip ŞD xəstələr təşkil edir ki, bu zaman ürəyin işemik 

xəstəliyi (ÜİX), insult, arterial təzyiqin (A/T) yüksəlməsi, xroniki böyrək çatışmamazlığı, qanqrena və korluq kimi 

ağırlaşmalar xəstəliyi müşayiət edir [1].

Görmənin itirilməsi II tip ŞD-in ağırlaşmaları içərisində öz rastgəlmə tezliyinə gorə 2-ci yeri tutur. Gözdə olan 

dəyişikliklər tor qişadakı mikrodamar ağırlaşmaları diabetik retinopatiya (DR) və diabetik makulopatiyanın (DM) 

müxtəlif ağırlıq dərəcələri ilə özünü biruzə verir.

Diabetik retinopatiyanın inkişafına və progressivləşməsinə səbəb: ŞD-in müddəti (20 ildən çox I tip ŞD xəstəliyi 

olan xəstələrinin hamısında, II tip ŞD xəstələrinin isə 60%-də DR rast gəlinir); yüksək qlikemiya səviyyəsi; A/T 

yüksək olması; lipid mübadiləsinin pozulması kimi risk faktorlarını göstərmək olar [1].

Diabetik Retinopatiyanın qeyri-proliferativ (QPDR) və proliferativ (PDR) mərhələləri məlumdur. DR-nin hər 

iki mərhələsi makulada gedən mikrodamar pozulmaları nəticəsində yaranmış müxtəlif intensivlikli transsudasiya – 

diabetik makula ödemi ilə (DMÖ) müşayiət oluna bilər. DMÖ-in müasir təsnifat skrininq proqramları çərçivəsində 

və  lazerkoaqulyasiyasının  vaxtında  icra  olunmasına  əsasən  təklif  olunmuşdur  [2-5].  DMÖ  aşağıdakı  növlərə 

bölünür: 1) fokal, 2) diffuz, 3) qarışıq, 4) işemik.

1) 


Fokal  DMÖ  –  dekompensasiyaolunmuş  mikroanevrizmalardan  (MA)  və  lokal  dilatasiya  olunmuş 

kapillyarlardan  (teleangiektaziyalardan)  sızma  nəticəsində  yaranıb,  biomikroskopiyada  kənarları  çox 

vaxt dairəvi sirsinata şəkilli lipid ekssudasiya ilə məhdudlanır;

2) 


Diffuz DMÖ – premakulyar kapillyar şəbəkəsinin keçiriciliyinin pozulması və çoxsaylı MA-dan sızmalar 

nəticəsində meydana çıxır. Bu makulada müxtəlif ölçülü kistoz boşluqlar, 2DD-dən böyük ölçülü ödem, 

neyroepitelin qopması ilə xarakterizə olunur;

3) 


İnkişaf  etmiş  fokal  makulyar  ödem  –  çoxfokuslu  sızma,  tor  qişanın  mərkəzi  qalınliğının  artması  ilə 

səciyyələnib, eyni zamanda qarışıq tip makulyar ödem kimi təsnif edilir. Biomikroskopiyada makulada 

çox sayda sərt ekssudatlar, mikroanevrizmalar və mikrohemorraqiyalarla müşahidə olunur;

4) 


İşemik  makulopatiya  –  makulada  foveal  avaskulyar  zonanın  (FAZ)  genişlənməsi,  kapillyar  qeyri-

perfuziyası ilə təzahür olunur.

Diabetik  retinopatiyanın  erkən  mərhələsini  öyrənən  çoxmərkəzli  kliniki  tədqiqatlar  (ETDRS)  nəticəsində 

kliniki əhəmiyyətli makula ödemi (KƏMÖ) termini yaranmışdır. Hansi ki,bu termin makulada lazer müalicəsinə 

göstərişin standartı kimi qəbul olunmuşdur [6,7].

Çoxmərkəzli  beynəlxalq  tədqiqatların  nəticələri  DMÖ  zamanı  görmənin  itirilməsi  riskinin  makulanın 

lazerkoaqulyasiyası sayəsində 50% qədər azalmasını sübut etmişlər [8,9].

Uzun  illər  DMÖ-in  lazer  müalicəsinin  fokal  və  ya  qrid  üsulla  həyata  keçirilməsinə  göstəriş  flüoressein 

angioqrafiya (FA) metodu vasitəsi ilə əldə olunmuşdur. Lakin son illər ərzində makula zonasının qalınlığı, həcmi, 

konfiqurasiyası, eyni zamanda vitreoretinal interfeys haqqında məlumatlar verə bilən optik koherent tomoqrafiyanın 

(OKT) kəşfi DM-nın diaqnostikasına yeni baxış açdı [10, 11].

OKT müayinəsi ilə yanaşı damar endoteli böyümə faktoru (VEGF) inhibitorları olan peqaptamib (makugen), 

bevasizumab  (Avastin),  ranibizumab  (Lucentis),  aflibersept  (Eylea)  (eyni  zamanda  PİGF  təsirli)və  steroidlərin 

intravtreal yeridilməsi ilə əldə olunmuş yüksək nəticələr DMÖ-in müalicəsində böyük dönüş yaratdı [12,13,14]. 

Bu preparatların DMÖ zamanı OKT-də makulanın mərkəzi qalınlığı 350 mkm-dən yüksək və lazer müalicəsinə 

rezistent olan hallarda effektivliyi bir sıra çoxmərkəzli beynəlxalq tədqiqat qruplarının bir neçə il ərzində çalışmaları 

(RESOLVE, DRCR. net, BOLT, PACORES, DA VİNCİ, VİSTA, VİVİD) ilə sübut olunmuşdur [15-20].


36

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Aparılmış  tədqiqatlar  və  bu  sahədə  əldə  olunmuş  nailiyyətlərlə  yanaşı  problem  aktual  olaraq  qalır  və  bu 

istiqamətdə həll olunmamış məsələlərin mövcudluğu təcrübədə alınmış nəticələrin təhlilinə zərurət yaradır.

Məqsəd  –  diabetik  makulopatiyanın  flüoressein  angioqrafiya  (FA)  və  optik  koherens  tomoqrafiya  müayinə 

metodları əsasında lazer koaqulyasiya və kombinəşəkilli müalicəsinin uzaq nəticələrinin dəyərləndirilməsi.



Materiallar və metodlar

Tədqiqat  retrospektiv  olub,  2008-2013-cü  illər  ərzində  akad.  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya 

Mərkəzinin şəkərli diabetin göz fəsadları şöbəsinə müraciyət etmiş DMÖ ilə müşayiət olunan QPDR və PDR-li II 

tip ŞD-li 167 xəstəyə (223 göz) lazerkoaqulyasiya və ya intravitreal inyeksiyalar ilə (ranibizumab, bevacizumab, 

aflibersept  və  triamcinalon)  kombinəşəkilli  müalicəsinin  nəticələrini  özündə  cəmləşdirmişdir.  Araşdırmalara 

traksion  qopma,  ağır  proliferasiya,  epiretinal  membran  və  hemoftalmla  ağırlaşmış  hallar  daxil  edilməmişdir. 

Xəstələrdə ŞD-in müddəti 5-20 il arasında, onlardan 66 kişi, 101 qadın olmuşdur. Xəstələrdə qanda qlükozanın 

və  qlikolizləşmiş  Hb-in  miqdarı  ölçülməklə  yanaşı,  rutin  oftalmoloji  müayyinələr:  görmə  itiliyi  (LoqMAR 

göstəriciləri), müalicədən əvvəl və bir il müddətində təkrar FA (Carl Zeiss 450 plus, Almaniya istehsalı), bütün 

müşahidə dövrləri ərzində isə OKT (Spektral Cirrus HD-OCT, Carl Zeiss, Almaniya istehsalı) müayinələri və göz 

dibinin rəngli şəkillərinin çəkilməsi ilə sənədləşmə aparılmışdır.

Pasiyentlər DMÖ-in ümumi qəbul olunmuş kliniki təsnifatına, FA əlamətlərinə və OKT göstəricilərinə əsasən 

3 əsas qrupa bölünmüşlər:

I qrup – Fokal ödemlə müşaiyyət olunan DR-li 81 xəstə (115 göz) daxil edilmişdir. Bu qrupdakı xəstələrdə 

müalicədən  əvvəl  görmə  itiliyi  0,32+-0,35,  makulanın  mərkəzi  qalınlığı  297,81+-72,36  mkm  olmuşdur.  Bütün 

gözlərdə  FA-nın  nəticəsində  aşkar  olunmuş  sızma  ocaqları,  lazer  spotları  ilə  fokal  lazerkoaqulyasiya,  DR-nin 

inkişaf mərhələsinə uyğun olaraq 103 gözdə fokal lazerkoaqulyasiya+PRK icra olunmuşdur.

II grup – Qarışıq tipli makula ödemi ilə müşayiət olunan DR-li 50 xəstə (60 göz) daxil edilmişdir. Xəstələrin 

görmə  itiliyi  orta  hesabla  (LogMAR)  0,61±0,32,  makulanın  mərkəzi  qalınlığı  isə  orta  hesabla  356±85,2  mkm 

olmuşdur. Bu xəstələrə makulada FA-da aşkar olunan çoxsaylı sızma ocaqlarının fokal-qrid lazerkoaqulyasiyası, 

PRK  və  bununla  yanaşı  ödemin  yüksək  olduğu  hallarda  intravitreal  inyeksiyalarının  tətbiqi  ilə  kombinəşəkilli 

müalicə  həyata  keçirilmişdir.  Müalicə  metodlarının  müxtəlifliyini  nəzərə  alaraq  bu  qrupa  daxil  omuş  gözləriki 

yarımqrupa bölünmüşlər:

II-A yarımqrupa fokal-qrid l\k + i\v + PRK olunmuş 18 xəstə (20 göz) daxil olunmuşdur.

II-B yarımqrupa fokal-qrid l\k + PRK olunmuş 32 xəstə (40 göz) daxil olunmuşdur.

III qrupa diffuz kistoz ödemlə müşayiət olunan DR-li 36 xəstə (48 göz) daxil edilmişdir. İlkin olaraq görmə 

itiliyi orta hesabla 0,91±0,41, makulanın mərkəzi qalınlığı orta hesabla 457,52±77,34 olmuşdur.

Xəstələrdə FA nəticəsində çoxsaylı sızma ocaqları, dilatasiya olunmuş kapillyarlardan intensiv hiperflüoressensiya 

və  diffuz  şəkilli  kistoz  sızma  aşkarlandığından  bu  gözlərə,  ilkin  olaraq  intravitreal  inyeksiyalar  tətbiq  edilmiş, 

ödemin  300-350  mkm-a  qədər  azaldığı  gözlərdə  qrid  lazerkoaqulyasiya  və  DR-in  inkişaf  mərhələsindən  asılı 

olaraq PRK əməliyyatı icra olunmuşdur. Bu qrupdakı xəstələr də aldıqları müalicə metodlarına uyğun olaraq iki 

yarımqrupa bölünmüşlər:

III-A yarımqrupa i\v + qrid l\k+ PRK olunmuş 20 xəstə (26 goz) daxil edilmişdir.

III-B yarımqrupa i\v +PRK olunmuş 16 xəstə (22 göz) daxil edilmişdir.

Müşahidə müddəti 3 ay, 6 ay, 12 ay, 2 il, 3 ilin sonuna qədər olmuşdur.

Əldə olunmuş nəticələr “SPSS statistik proqramı”nın köməyi ilə hesablanmışdır. Statistik cüt seçmə, cüt seçmə 

meyarı və cüt seçmə korrelyasiyası metodları ilə işlənmişdir. Nəticələrin etibarlıq dərəcəsi Styudentin T meyarı 

vasitəsi ilə qiymətləndirilmişdir. 



Nəticə və müzakirələr

Bütün  qruplara  daxil  olan  xəstələrdə  müalicədən  əvvəl  və  3  ay,  6ay,  12  ay,  2  il,  3  il  sonra  görmə  itiliyi 

göstəricilərinin dinamikası 1 saylı cədvəldə öz əksini tapmışdır.

Cədvəl 1


Bütün qruplarda görmə itiliyi göstəriciləri (LogMAR)

Qruplar

Müalicədən 

əvvəl

Müalicədən 

3 ay sonra

Müalicədən 

6 ay sonra

Müalicədən 

12 ay sonra

Müalicədən 

2 il sonra

Müalicədən 

3 il sonra

Fokal makula ödemi 

0,32±0,35

0,31±0,32

0,30±0,32

0,30±0,32

0,29±0,31

0,29±0,30

Qarışıq makulyar 

ödem


II-A 

0,56±0,25

0,56±0,19

0,52±0,24

0,46±0,22

0,45±0,29

0,51±0,32

II-B


0,64±0,4

0,58±0,4


0,60±0,39

0,62±0,42

0,70±0,48

0,64±0,44

Diffuz-kistoz 

makula ödemi

III-A

0,95±0,43



0,91±0,41

0,85±0,38

0,79±0,4

0,77±0,35

0,76±0,34

III-B


0,85±0,42

0,86±0,47

0,90±0,51

0,95±0,54

0,92±0,50

0,91±0,45



37

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

OKT göstəricilərinə görə, bütün qruplarda makulanın mərkəzi qalınlığının müalicədən əvvəl, 1il və 3 il sonra 

dinamikası 2 saylı cədvəldə göstərilmişdir. 

Cədvəl 2 



Bütün qruplarda makulanın mərkəzi qalınlığının OKT göstəriciləri

Qruplar

Müalicədən əvvəl

Müalicədən 12 ay sonra

Müalicədən 3 il sonra

Fokal makula ödemi 

297,81±72,29

296,66±87,40

291,52±62,70

Qarışıq makulyar ödem

II-A 

347,75±73,54



325,0±68,52

306,60±74,08

II-B

364,37±98,33



348,72±95,70

339,62±133,41

Diffuz-kistoz makula 

ödemi


III-A

460,54±77,04

393,15±98,99

329,50±81,27

III-B

446,13±50,96



397,32±94,54

329,90±89,72



Müzakirə

I  qrup  xəstələrdə  1  saylı  cədvəldən  göründüyü  kimi,  müalicədən  3  il  sonra  görmə  itiliyinin  göstəricisi 

müalicədən  əvvəlki  göstəricidən  artıq  olmuşdur  (əvvəl  –  0,32+-0,35;  sonra  –  0,29+-0,30;  p<0,05).  Bu  müsbət 

dinamika OKT göstəricilərində də (cədvəl 2) öz əksini tapmış, belə ki, əvvəl 297,81+-72,29 mkm olduğu halda, 

3 il sonra 291,52+-62,7 mkm (p<0,05) olmuşdur. Bu qrupa daxil olan 25% gözdə müşahidə dövründə DR-nın 

inkişaf etməsi və ödemin artması qeydə alınmışdır ki, bu səbəblə həmin gözlərə intravitreal inyeksiyalar tətbiq 

olunmuşdur.  Nəticədə  bu  qrupa  daxil  edilmiş  75%  gözdə  ödemin  tam  sorulması  müşahidə  dövrünün  sonunda 

qeydə  alınmışdır. Alınmış  göstəricilər  ETDRS-in  çoxmərkəzli  tətqidatlarının  nəticələrinə  uyğun  olaraq  yüksək 

olmuş və GPDR zamanı sızma verən MA-ın fokal l\k metodunun bu mərhələ zamanı “qızıl standart” olduğunu bir 

daha sübut etmişdir [8]. Ekqard və həmmüəl. verdiyi məlumatlarda görmə funksiyalarının yüksəlməsi və mərkəzi 

görmə sahəsinin saxlanılması bu qrup xəstələrdə 73% və 87% arasında qeyd edilmişdir [21, 22].

II qrup xəstələrdə qarışıq tip ödemin müalicəsi zamanı II-A yarımqrupa daxil olan gözlərdə görmə itiliyinin inkişaf 

dinamikası  müşahidə  dövrü  ərzində  1  saylı  cədvəldən  göründüyü  kimi  müalicədən  əvvəl  0,56+-0,25,müşahidə 

dövrünün sonunda 0,51+-0,32 olmuşdur. OKT göstəricilərinə görə (cədvəl 2 ) müalicələrdən əvvəl tor qişanın 

mərkəzi  qalınlığı  347,75+-73,54  mkm  olduğu  halda,  müşahidə  dövrünün  sonunda  306,6+-74,08  mkm  qədər 

azalmışdır (p<0,05).

II-B yarımqrupuna daxil olan xəstələrdə görmə itiliyi (cədvəl1) müalicədən əvvəl 0,64+-0,4, müşahidə dövrünün 

sonunda 0,64+-0,44sabit olaraq dəyişməmişdir. OKT göstəricilərinə gorə (cədvəl2) isə müalicədən əvvəl 364,37+-

98,33mkm, müşahidə dövrünün sonunda 339,62+-133,41mkm qeydə alınmışdır.

Hər iki yarımqrupda müalicə almış xəstələrin göstəricilərinin müqayisəli təhlili zamanı müşahidə dövrünün 

sonunda II-A qrupunda 80% halda, II-B grupunda 52% halda prosessin sabitləşməsi və görmə itiliyinin artrması 

qeydə alınmışdır. Qatsu və əməkdaşları verdiyi məlumatlar da bu tip makula ödemi zamani kombinəşəkilli metodun 

üstünlüyünü təsdiq etmişdir [23].

III  qrup  xəstələrdə  diffuz-kistoz  ödemin  müalicəsi  zamanı  III-A  yarımqrupdakı  xəstələrdə  görmə  itiliyi 

(cədvəl1) müalicədən öncə 0,95+-0,43, müşahidə dövrünün sonunda 0,76+-0,34 (p<0,01) , OKT göstəricilərinə 

görə  isə  460,54  +-77,04  mkm  və  329,5+-81,27  mkm  (p<0,01)  olmuşdur.  Bu  yarımqrupa  daxil  olan  xəstələrin 

gözlərində müşahidə dövrü ərzində i\v inyeksiyaların sayı 3 dəfədən artıq olmamışdır.

III-B  yarımqrupundakı  xəstələrdə  görmə  itiliyi  (cədvəl1)  əvvəl  0,85+-0,42,  3  il  sonra  0,91+-0,45,  OKT 

göstəriciləri  446,13+-50,96  mkm  və  329,9+-89,72  mkm  (p<0,05)  olmuşdur.  Bu  yarımqrupda  təkrari  i\v 

inyeksiyaların sayı bəzi hallarda 7 dəfəyə çatmışdır.

Hər  iki  yarımqrup  arasında  alınan  nəticələrin  müqayisəsi  III-A  yarımqrupda  daha  üstün  olmuş  və10  gözdə 

görmə  itiliyi  bir  gədər  azalmış  olduğu  halda  belə  OKT-yə  görə  mərkəzi  qalınlıq  220  mkm  qədər  azalmışdır. 

Kombinəşəkilli  müalicə  almış  bu  xəstələrin  gözlərində  təkrari  inyeksiyaların  sayı  digər  yarımqrupa  daxil  olan 

gözlərdəki inyeksiya sayından az olmuş, 2-ci və 3-cü ilin sonunda proses sabitləşmişdir. DRCR.net və DA VİNCİ 

tətqiqatlarında makulanın mərkəzi qalınlığının 400 mkm az olduğu zamanı kombinəşəkilli müalicələrin tətbiqinin 

üstünlüyü sübut olunmuşdur [20, 21]. Paseçnikova, Toşinori Murata və başqaları tərəfindən bu iki metodun birgə 

tətbiqinin gələcəkdə intravitreal inyeksiyaların sayının azaldılması ilə izah edilir [24, 25].

Əldə olunmuş məlumatlar və alınmış nəticələr, eyni zamanda kliniki təcrübəmiz bunu deməyə əsas yaradır ki, 

diabetik retinopatiya və o cümlədən diabetik makula ödeminin müalicəsi ümumi qəbul olunmuş standart metodlarla 

yanaşı, sistemik faktorlar nəzərə alınmaqla fərdi yanaşma prinsipinə əsasən hayata keçirilməlidir. 



Yekun

Fokal DM ilə müşayiət olunan DR zamanı makula ödeminin müalicəsində fokal lazer koaqulyasiyanın tətbiqi 

anatomik və funksional göstəricilərə əsasən yüksək nəticə verən yeganə və əvəzedilməz metoddur.


38

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Qarışıq  tipli  DM  ilə  müşayiət  olunan  DR  zamanı  tətbiq  olunan  kombinəşəkilli  müalicə,  alınmış  daha  sabit 

funksional və anatomik nəticələrə əsasən effektiv müalicə metodu sayıla bilər.

Diffuz  MÖ  zamanı  kombinəşəkilli  müalicə  daha  effektiv  olub,  bu  zaman  təkrar  intravitreal  inyeksiyaların 

sayının azalması bu metodun üstünlüyünü bir daha sübut edir.

ƏDƏBİYYAT:

1. 

Davis M.D., Fisher M.R. et. al. Risk factors for high-risk proliferative diabetic retinopathy and cevere 



visual  loss:  Early  Treatment  Diabetic  Retinopathy  study  report  number  18  //  Invest.  Ophthalmol. 

VisSci.,1998, v.39, p.233-252.

2. 

Астахов Ю. С., Шадричев Ф. Е., и др. Диабетическая ретинопатия (тактика ведения пациентов) // 



Клин.офтальмол., 2004, т.5, №2, с.85-88.

3. 


Измайлов А.С., Балашевич Л. И. Клиническая классификация диабетической макулопатии // Оф-

тальмохирургия и терапия, 2003, т.3, №1-2, с.42-45.

4. 

Wilkinson C.P., Klein R.E. et.al. Proposed international clinical diabetic retinopathy and diabetic macular 



edema disease severity scales // Ophthal., 2003, v.110(9), p.1677-1682.

5. 


Ivanisevic M. Diyabetic makulopatiya // Lijec. Vjesn., 1992, v.114(9), p.300-303.

6. 


Olk R.J. Argon green (514 nm) versus krypton red (647 nm) modified grid laser photocoagulation for 

diffuse diabetic macular edema // Ophthal., 1990, v.97(9), p.1101-1113.

7. 

Aiello L.M. Diagnosis, management and treatment of nonproliferativ diabetic retinopathy and macular 



edema // Principes and practice of ophthal., v.2 / Ed.by Albert D.M. and Jakobiec F.A., Philadelphia: 

W.B.Saunders Company, 1994, p.747-760.

8. 

Early  Treatment  Diabetic  Retinopathy  Study  Research  Group.  Photocoagulation  for  DMO:  ETDRS 



report №1 // Arch. Ophthal., 1985,v.103, p.1796-1806.

9. 


Early  Treatment  Diabetic  Retinopathy  Study  research  group.  Early  photocoagulation  for  diabetic 

retinopathy. ETDRS report №9. // Ophthal., 1991, v.98, p.767-785.

10.  Browning D.J., Mc Owen M.D. et.al. Comparison of the clinical diagnosis of DME with diagnosis by 

OCT // Ophthal., 2004, v.111, p.712-715.

11. 

Brown J.C., Bressler S.B., et al. Detection of diabetic foveal edema: contact lens biomicroscopy compared 



with OCT // Arch. Ophthal., 2004, v.122, p.330-335.

12.  Gupta N., Mansoor S. et.al. Diabetic retinopathy and VEGF // Ophthal. J., 2013, v.7, p.4-10.

13.  Willard A.L., HermanI.M. Vascular complication and diabetes: current therapies and future challenges // 

J. Ophthal., 2012: 209538. doi:10.1155 (2012/ 209538).

14.  Кузьмин А. Г., Смирнова О.М. и др. Перспективы лечения диабетической ретинопатии: воздей-

ствие на фактор роста эндотелия // Сах. Диабет., 2009, №2, с.33-38.

15.  Michaelides M., Kaines A. et. al. A prospective randomized trial of i/v bevacizumab or lazer therapy in 

the management of DMO (BOLT study) 12-month date: Report 2 // Ophthalm., 2010, v.117(6), p.1078-

1086.

16.  Arevalo J. F., Sanches J.G. et al. Comparison of two doses of primary i/v bevacizumab for diffuse DME: 



results from the Pan- American Colloborative Retina study group (PACORES) at 12- month follow-up // 

Graefes Arch clin Exp. Ophthal., 2009, v.247(6), p.735743. doi:10.1007 1004 17 008 1034.

17.  Massin P., Bandello F. et al. Safety and efficacy of ranibizumab in DME (RESOLVE study): a 12-month, 

randomized,  controlled,  double-masked,  multicenter  phase  2  study  //  Diabetes  Care,  2010,  v.33(11), 

p.2399-2405.

18.  Network DRCR, Aiello L.P. et.al. Randomized trial evaluating ranibizumab plus prompt or deferred laser 

or triamcinolone plus prompt laser for DME // Ophthalm. 2010; 117(6): 1064-1077: 

19.  Nguyen Q.D., Brown D.M. et. al. One-year outcomes of the DA VINCI study of VEGF Trap-Eye in eyes 

with DME // Ophthal., 2012, v.119(8), p.1658-1665. 

20.  DO DV. Intravitreal aflibercept injection (IAI) for diabetic macular edema (DME): 12-month results of 

VISTA-DME and VIVID-DME. Proceeding of the 2013 Annual Meeting of the American Academy of 

Ophthalmology; 2013 November 16-19, New Orleans.

21.  Экгард В. Ф., Олевская Е. А. Диабетическая макулопатия: клиника, диагностика, лечение: Учеб-

ное пособие. Челябинск: 2005, 35 с.



39

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

22.  Гацу  М.В.  Комбинированное  лечение  диабетической  ретинопатии  и  макулярного  отека  //  Роль 

и место фармакотерапии в современной офтальмологической практике. Всероссийская научная 

конференция с международным участием: Тез. Доклад- СПб: Человек, 2006, c.30-32.

23.  Диабетическая макулопатия. Современные аспекты патогенеза, клиники, диагностики, лечения. 

(Монография) / Н.В.Пасечникова, О.Г.Пархоменко, 2010: ООО. Карбон ЛТД, 154 с.

24.  Toshinori Murata. Treatment for Diabetic Macular Edema in Japan // Retina Surgery Global perspectives, 

2014, p.45-48.

Шахмалиева А.М., Гаджиева Р.В., Гидаят-заде С.С. 

ОТДАЛЕННЫЕ РЕЗУЛЬТАТЫ ЛЕЧЕНИЯ ДИАБЕТИЧЕСКОЙ 

РЕТИНОПАТИИ, СОПРОВОЖДАЮЩЕЙСЯ ДИАБЕТИЧЕСКИМ 

МАКУЛЯРНЫМ ОТЕКОМ У БОЛЬНЫХ САХАРНЫМ ДИАБЕТОМ II ТИПА



Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан 

Кафедра Офтальмологии Азербайджанского Государственного Института Усовершенствования врачей 

им. А. Алиева, г. Баку*

Ключевые  слова:  диабетическая  ретинопатия,  диабетический  макулярный  отек,  лазеркоагуляция, 

VEGF факторы

РЕЗЮМЕ


Цель – оценить отдаленные результаты лазеркоагуляции и комбинированного лечения диабетическо-

го макулярного отека (ДМО) на основании данных, полученных методами флуоресцентной ангиографии 

(ФАГ) и оптической когерентной томографии (ОКТ).

Материал и методы

Был проведен ретроспективный анализ медицинских карт 167 больных (223 глаза) сахарным диабетом 

2-го типа с ДМО, обратившихся в отдел осложнений сахарного диабета и витреоретинальной хирургии 

Национального  Центра  Офтальмологии  им.  акад.  Зарифы  Алиевой  за  период  2008-2013  годы,  который 

сочетал в себе результаты комбинированного лечения методами лазеркоагуляции или интравитреальных 

инъекций (ранибизумаб, бевацизумаб, афлиберцепт и триамциналон).

Согласно общепринятой классификации ДМО, а также на основании данных ФАГ и ОКТ, все больные 

были разделены на 3 основные группы:

I группа – 81 больной (115 глаз) с диабетической ретинопатией (ДР), сопровождающейся фокальным 

отеком, которым была проведена фокальная лазеркоагуляция + панретинальная лазеркоагуляция;

II группа – 50 больных (60 глаз) с ДР, сопровождающегося со смешанным ДМО. Учитывая различие 

методов лечения группа была разделена на 2 подгруппы: II-А – 18 больных (20 глаз) – фокальная гридла-

зеркоагуляция  +  интравитреальная  инъекция  +  панретинальная  лазеркоагуляция;  II-В  –  32  больных  (40 

глаз) – фокальная-грид лазеркоагуляция + панретинальная лазеркоагуляция лечение.

III группа – 36 больных (48 глаз) с ДР, сопровождающейся диффузным кистозным отеком. Эта группа 

так же, согласно проводимым методам лечения была подразделена на 2 подгруппы: III-А – 20 больных (26 

глаз) – интравитреальная инъекция + грид-лазеркоагуляция+ панретинальная лазеркоагуляция; III-В – 16 

больных (22 глаза) - интравитреальная инъекция + панретинальная лазеркоагуляция.



Заключение

При диабетической ретинопатии, сопровождающейся фокальной диабетической макулопатией, соглас-

но анатомическим и функциональным данным, единственным и незаменимым методом лечения макуляр-

ного отека, дающим высокие показатели, является фокальная лазеркоагуляция.

При ДР со смешанным ДМО на основе еще более стабильных анатомических и функциональных пока-

зателей, эффективным методом лечения может считаться комбинированное лечение.

При  ДМО  комбинированное  лечение  является  более  эффективным,  доказательством  чему  служит 

уменьшение количества интравитреальных инъекций.



40

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Shakhmalieva A.M., Gadjieva R.V., Hidayatzadeh S.S.

REMOTE RESULTS OF DIABETIC RETHINOPATHY TREATMENT 

ACCOMPANIED BY DIABETIC MACULAR EDEMA IN PATIENTS WITH 

DIABETES MELLITUS SUMMARY OF II-ND TYPE 

National Centre of Ophthalmology named after acad. ZarifaAliyeva, Baku, Azerbaijan.

Azerbaijan İnstitute of Postgraduate Education after A.Aliev, Baku, Azerbaijan.* 

Key words: diabetic rethinopathy, diabetic macular edema, lasercoaculation, VEGF factors

SUMMARY


Aim – the study aimed to value the long-term results of laser coagulation and combined treatment of diabetic 

macular edema (DME) on the base of data obtained by FFA and OCT.



Material and methods

The retrospective analysis medical cards of 167 2nd type DM patients (223) with DME who had applied to the 

of diabetes mellitus complications and vitreal surgery department of the National Centre Ophthalmology named 

after acad. Z.Aliyeva during 2008-2013 was performed. This analysis united the results of combined treatment by 

methods of lasercoaculation or intravitreal injection (ranibizumab, bevacizumab, aflibercept and triamcinolone).

According  to  the  generally  accepted  classification  of  DME  and  on  the  base  of  the  FFA  and  OCT  data,  all 

patients were divided into 3 main groups.

I group – 81 patient (115 eyes) with diabetic rethinopathy accompanied by focal edema who were subjected to 

the treatment focal l/k+PRP.

II group – 50 patient (60 eyes) with DR accompanied by the mixed DME. Taking into account the difference 

of  treatment  methods,  this  group  was  divided  in  2  subgroups:  II-A  –  18  patients  (20  eyes)  with  focal  grid  l/

k+intravitreal injection+ PRP treatment; II-B – 32 patients (40 eyes) with focal-grid l/k+PRP.

III  group  –  36  patients  (48  eyes)  with  DR  accompanied  by  the  diffuse  cystic  edema. This  group  also  was 

subdivided into 2 subgroups: III-A – 20 patients (26 eyes) with i/v + grid l/k + PRP treatment. III-B – 16 patients 

(22 eyes) with i\v injection +PRP.

Conclusion

In  diabetic  retinopathy  accompanied  by  the  focal  diabetic  maculopathy,  according  to  the  anatomical  and 

functional data, the single and irreplaceable treatment method of macular edema is the focal l/c.

In DR with mixed DME on the base of the more stable anatomical and functional indices, the effective method 

of treatment may be combined treatment.

In diffuse macular edema the combined treatment is the more effective, the evidence of which is the decrease 

in the number of intravitreal injections. 

Korrespondensiya üçün:



Şahmalıyeva Aişəxanım Məcməddin qızı, tibb üzrə fəlsəfə doktoru, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya 

Mərkəzinin lazer cərrahiyyəsi bölməsinin rəhbəri 

Hacıyeva Ruhiyyə Vaqıf qıızı akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şəkərli diabetin göz 

fəsadları və vitreoretinal cərrahiyyə şöbəsinin həkim-oftalmoloqu

Hidayət-zadə Sevda Səbuhi qızı, Ə.Əliyev ad. AZDHTİ-nun Göz xəstəlikləri kafedrasının baş laborantı

Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15

Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47

E-mail: administrator@eye.az;

www.eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə