oriJİnal məqaləLƏr uot: 617. 7-355. 212(479. 24)



Yüklə 0.55 Mb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü0.55 Mb.

4

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7-355.212(479.24)

Feyziyeva K.V.

XIZI RAYONU ÜZRƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILAN GƏNCLƏRİN GÖRMƏ 

ORQANI XƏSTƏLİKLƏRİNİN RASTGƏLMƏ TEZLİYİ

Xızı Rayon Mərkəzi Xəstəxanası, Xızı şəh., Azərbaycan

Açar sözlər: hərbi xidmət, görmə orqanının xəstəlikləri, refraksiya qüsurları

Müasir dövrümüzdə görmə patologiyaları artmaqda davam edir. Korluqla və görmə pozulmaları ilə bir sıra 

mübarizə planlarının olduğu dövrdə müxtəlif populyasiya və yaş qruplarında bu patologiyalar üzrə geniş təhlillərə 

ehtiyac yaranır. Hərbi çağırış yaşına çatmış oğlanlar arasında görmə orqanı patologiyalarının və hərbi xidmətə 

yararsızlığa gətirib çıxaran xəstəliklərin statistik araşdırılması vacib məsələlərdəndir.

Hərbi çağırış yaşında olan oğlanlar arasında oftalmoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və erkən 

müalicə planının təyini onların reabilitasiyası baxımından olduqca vacibdir. Bu həm əhalinin, xüsusən gənclərin 

sağlamlığı, həm də dövlətə xidmət baxımından olduqca əhəmiyyətlidir. Xəstəliklərin daha erkən mərhələlərində 

skrininqi daha uğurlu nəticələr əldə etməyə şərait yaradır.

Hərbi xidmət Azərbaycan respublikasında çağırış yaşına çatmış gənc oğlanlar üçün mütləqdir. Hərbi vəzifə 

və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, 18 yaşına çatmış və sağlamlıq 

vəziyyətinə  görə  hərbi  xidmətə  yararlı  hər  bir  kişi  cinsli  vətəndaşı  həqiqi  hərbi  xidmət  keçməlidir.  Qanun 

layihəsində  göstərilib  ki,  vətəndaşlar  müddətli  həqiqi  hərbi  xidmətə  müvafiq  icra  hakimiyyəti  orqanının  aktı 

əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr ayları olmaqla çağırılırlar. Vətəndaşların müddətli həqiqi 

hərbi  xidmətə  çağırışını  keçirtmək  üçün  yaradılmış  çağırış  komissiyasının  işində  həkim  mütəxəssislər  (cərrah, 

terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak 

etməlidirlər. Bu zaman digər orqanlarla yanaşı görmə orqanı da mütləq qaydada tibbi müayinədən keçirilir [1].

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2008-ci  il  29  fevral  tarixli,  59  nömrəli  qərarı  ilə  Hərbi-həkim 

Ekspertizası  Haqqında  Əsasnamə  təsdiq  edilmişdir.  Bu  Əsasnamə  “Əhalinin  sağlamlığının  qorunması  haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, 

“Azərbaycan  Respublikasında  hərbi  xidmətə  çağırışın  əsasları  haqqında”  və  “Hərbi  xidmətkeçmə  haqqında 

Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq 

olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydasını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya 

hərbi xidmətə könüllü (kontrakt üzrə) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir [2].

Hərbi xidmət keçmək üçün çağırışçılar kifayət qədər yüksək sağlamlıq göstəricilərinə malik olmalıdırlar. Ordu 

sıralarına  qatılmaq  üçün  bütün  orqanlarla  yanaşı,  görmə  orqanı  da  qanunvericilikdə  göstərildiyi  qaydada  hərbi 

həkim ekspertizası tərəfindən müayinə edilir. Sağlamlıq kriteriyalarından biri kimi də sağlam görmə qabiliyyəti 

mütləqdir. Gözün bir orqan kimi funksiyalarının pozulmasına səbəb olan patoloji vəziyyəti, xəstəlikləri aşkarlandıqda 

çağırışçıların hərbi xidmətə yararlılıq və ya yararsızlıq dərəcələri qanunvericiliyə uyğun şəkildə qiymətləndirilir.

Çağırışçılarda görmə qüsurlarının düzgün qiymətləndirilməsi və onların sağlamlığının təmin edilməsində, xəstəliyin 

fəsadlaşmadan  aradan  qaldırılmasında  aparılan  tədqiqat  işlərinin  də  böyük  rolu  vardır.  Belə  ki,  hərbi  çağırışçılarda 

keratokonusun erkən diaqnostikasının tədqiqinə aid iş aparılmışdır [3]. Bundan başqa hərbi xidmətə çağırış vaxtı çatmış 

oğlanlarda göz xəstəliklərinin yayılma tezliyinin və xidmətə yararsızlıq səviyyəsinin təhlili bəzi xarici tədqiqatçıların 

işlərində öz əksini tapmışdır [4,5,6]. Bu problemin aktuallığı hərbi xidmətə çağırılan gənclərin sağlamlıqlarının düzgün 

qiymətləndirilməsi və bir sıra oftalmoloji xəstəliklərin profilaktikasında istiqamət planlarının hazırlanması baxımından 

böyük rol oynamaqdadır. Xızı rayonu üzrə hərbi xidmətə çağırılan gənclər arasında belə bir tədqiqat ilk dəfə aparılmışdır.



İşin  məqsədi  –  Xızı  rayonunda  3  çağırış  müddəti  ərzində  hərbi  xidmətə  çağırılan  gənclər  arasında  görmə 

orqanı patologiyasını tədqiq və təhlil etmək.



Material və metodlar 

Tədqiqat  Xızı  Rayon  Mərkəzi  Xəstəxanasının  Hərbi-həkim  ekspertiza  komissiyasının  yoxlaması  əsasında 

həyata keçirilmişdir. Tədqiqatda 2015-ci ilin may-dekabr ayları ərzində hərbi xidmətə çağırılmış və hərbi həkim 

komissiyasında müayinədən keçən 74 çağırışçı müayinə edilmişdir. Müayinə korreksiyasız və korreksiya ilə görmə 

itiliyinin  müayinəsi,  gözdaxili  təzyiqin  ölçülməsi,  refraktometriya,  gözün  hərəki  aparatının  müayinəsi,  yarıqlı 

lampa ilə gözün ön seqmentinin müayinəsi və göz dibinin oftalmoskopik müayinəsi şəklində həyata keçirilmişdir. 

Tədqiqat nəticəsində həmin dövr çağırışçılarında oftalmoloji xəstəliklərin yayılma tezliyi təyin olunmuşdur. 


5

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Nəticələr və onların müzakirəsi 

Tədqiqat nəticəsində Xızı rayonunda hərbi həkim komissiyasından keçən 18 yaşları tamam olmuş, 3 çağırış müddəti 

dövrü – 2015-ci ilin iyul, oktyabr və 2016-cı ilin yanvar çağırışı üçün müayinədən keçmiş 74 hərbi çağırışçı arasında 15 

namizəddə gözün müxtəlif patologiyaları aşkar edilmişdir. Alınan nəticələr şəkil 1-də göstərilmişdir (şəkil 1). 

20,3%

79,7%


Şək. 1. Çağrışçıların sağlamlıq (79.7%) və 

patologiya (20.3%) göstəriciləri

Onlardan  35-i  iyul,  13-ü  oktyabr  və  26-sı  yanvar  çağırışı  üçün  müayinədən  keçənlərdir. Aşkarlanmış  15  göz 

patologiyasından 13-ü refraksiya qüsurlarından ibarət olub, tapılmış xəstə¬liklərin 86,7%-ni təşkil etmişdir (şəkil 2). 

Xızı rayonu əhalisi arasında aparılan dispanserizasiya çərçivəsində də 18 yaşdan yuxarı şəxslər arasında gözün 

və onun əlavə aparatının xəstəliklərinin rastgəlmə tezliyinin təyini zamanı refraksiya qüsurlarının üstünlük təşkil 

etdiyi  və  aşkarlanmış  xəstəliklərin  35%-ni  təşkil  etməsi  təyin  olunmuşdur  [7].  Refraksiya  qüsurları  cədvəldə 

göstərildiyi kimi, rastgəlmə sayı və faizi olmaqla təsnif olunub (cədvəl). Hərbi xidmətə yararsızlıqda müxtəlif göz 

xəstəliklərinin rolunu əks etdirən bəzi tədqiqat işlərində də çağırışçılar arasında refraksiya qüsurlarının üstünlük 

təşkil etməsi məlumdur [5,6]. Belə ki, Aleksandrov və b. tərəfindən Rusiya ordusunun şimali dəniz donanması 

çağırışçılarında refraksiya qüsurlarının yayılma tezliyinin 17% təşkil etdiyi qeyd olunub [4].

Michal S. və başqaları Polşada 12 il ərzində çağırışçı və hərbiçilər arasında müxtəlif göz xəstəliklərinin yayılması 

və  hərbi  xidmətə  yararsızlıq  hallarının  təhlilini  aparmışdırlar.  Onlar  ordu  sıralarından  xaric  olma  faktoru  kimi 

birinci yerdə refraksiya qüsurlarının dayandığını aşkarlamışdırlar. Refraksiya qüsurlarının 75%-ni isə miopiyanın 

təşkil etdiyi göstərilmişdir [5].

0

5

Refraksiya qüsurları



Allergik konyunktivit

10

15



Şək 2. Aşkarlanmış patologiyalar

Xızı rayonunda hərbi xidmətə çağırılan gənclər arasında aparılmış bu tədqiqatda miopiya daha çox rast gəlinib 

və  aşkarlanmış  refraksiya  qüsurlarının  30,8%-ni  təşkil  etmişdir  (bura  zəif,  orta  və  yüksək  dərəcəli  miopiya 

daxildir). Böyük Britaniyada Diqnan və b. tərəfindən aparılmış analoji tədqiqatda da hərbi xidmətə yararsızlıq 

faktoru kimi refraksiya qüsurlarından miopiyanın üstünlük təşkil etdiyi qeyd edilib [6]. Həmçinin Xızı rayonunda 

əhali arasında aparılan tədqiqatda hipermetropiya və astiqmatizm ilə müqayisədə miopiyanın daha geniş yayılması 

aşkar edilmişdir [8].

Cədvəl


Aşkarlanmış refraksiya qüsurları

REFRAKSİYA QÜSURLARI

Sayı

%-lə

13

100%

Miopiya


4

30.8%


Hipermetropiya

1

7.7%



Mürəkkəb miopik astiqmatizm

2

15.4%



Sadə miopik astiqmatizm

3

23%



Mürəkkəb hipermetropik astiqmatizm

1

7.7%



Sadə hipermetropik astiqmatizm

1

7.7%



Qarışıq astiqmatizm

1

7.7%



6

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

Refraksiya qüsuru nəticəsində 2 çağırışçıda bir gözün ambliopiyası, 1 nəfərdə xarici çəpgözlük və 1 nəfərdə 

isə göz dibində miopik xorioretinal distrofiya aşkarlanmışdır. Attebo və digərləri tərəfindən Avstraliyanın Sidney 

şəhərində yaşlı şəxslərdə apardıqları tədqiqatda ambliopiyanın səbəbinin 50% anizometropiya, 19% strabismus, 

27% ambliopiya və strabismus birgə və cəmi 4% vizual görmədən məhrum olmanın nəticəsi kimi göstərilmişdir [9].

Çağırışçılar  arasında  refraksiya  qüsurlarından  sonra  aşkarlanmasına  görə  ikinci  yerdə  allergik  konyunktivit 

olmuş və aşkarlanmış xəstəliklərin 13,3%-ni təşkil etmişdir. Bu patologiya yay çağırışçılarında rast gəlinmişdir 

və  həmin  fəsildə  insolyasiyanın  intensiv  olması  ilə  əlaqələndirilir.  Xızı  rayonunda  aparılan  dispanserizasiya 

çərçivəsində də konyunktivanın xəstəliklərinin 22% təşkil edərək yayılmasında görə ikinci yerdə olması, onlardan 

isə allergik konyunktivitin üstünlük təşkil edib, daha geniş yayılması aşkarlanmışdır. Geniş yayılma səbəbi kimi 

isə insolyasiyanın çox olması və maldarlıq təsərrüfatının geniş yayılması göstərilmişdir [7].

Yekun 

Xızı  rayonunda  2015-ci  ildə  aparılmış  3  çağırış  müddəti  ərzində  hərbi  çağırışçılar  arasında  oftalmoloji 

xəstəliklərin  yayılma  tezliyinin  araşdırılması  göstərir  ki,  görmə  funksiyalarının  azalmasına  səbəb  olan  əsas 

amil  refraksiya  qüsurlarıdır.  Tədqiqatda  gözün  ön  seqment  -  konyunktival  xəstəliklərindən  olan  allergik 

konyunktivitlər də görmə orqanında patologiya yaradan səbəblərdən olub çağırışçılar arasında yayılma faktoru 

kimi ikinci yerdə durur. Beləliklə, çağırışçılar arasında görmə orqanı xəstəliklərinin yayılmasının araşdırılması, 

onların  proqressivləşməsinin  profilaktikası  üçün  erkən  diaqnostika  və  müvafiq  tədbirlərin  görülməsi  labüddür. 

Xəstəliklərin düzgün qiymətləndirilməsi gənc oğlanların sağlamlığının təmin olunması ilə yanaşı dövlətə və hərbi 

xidmətə də müsbət təsirini göstərir.

ƏDƏBİYYAT:

1. 

Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu. 10 fevral 2012.



2. 

Hərbi-həkim ekspertizası haqqında Əsasnamə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 

29 fevral tarixli 59 nömrəli qərarı.

3. 


Qasımov  E.M.,  Hüseynli  S.F.  Hərbi  çağırışçılarda  keratokonusun  erkən  diaqnostikasında  şeympflüq 

kameralı  keratotopoqrafiyanın  rolu  və  onun  müxtəlif  mərhələlərində  topometrik  və  topoqrafik 

parametrlərin qiymətləndirilməsi // Oftalmologiya, Bakı, 2015, N1(17), s.22-29.

4. 


Александров А.С., Милявская Т.И., Садченько С.Н. Эпидемиология аномалии рефракции у при-

зывников северного флота // Вестн. Офтальмол., 2000, №116, с.29-32.

5. 

Nowak M.S., Jurowski P., Gos R. et al. Ocular findings among young men: a 12-year prevalence study 



of military service in Poland // Acta Ophthalmol., 2010, N 88, p.535-540.

6. 


Dignan A.P. Adecade of experience of examining candidates for entry to the army // J. R. Army Med 

Corps., 1992, N138, p.19-22.

7. 

Feyziyeva K.V. Xızı rayonu üzrə aparılan dispanserizasiya çərçivəsində gözün və onun əlavə aparatının 



aşkarlanmış xəstəliklərinin yayılma tezliyi // Oftalmologiya, Bakı, 2014, N2 (15), s.8-12.

8. 


Фейзиева К.В. Заболеваемость вследствие рефракционных аномалий у лиц в возрасте старше 18 

лет в Хызинском районе Азербайджанской республике // Международный научно-исследователь-

ский журнал, Екатеринбург, 2015, №7 (38), с.66-70. 

9. 


Attebo K., Mitchell P., Cumminq R. et al. Prevalence and causes of amblyopia in an adult population // 

Ophthalmology, 1998, N105, p.154-159.

Фейзиева К.В.

ЧАСТОТА РАСПРОСТРАНЕНИЯ ЗАБОЛЕВАНИЙ ОРГАНА ЗРЕНИЯ У 

ЛИЦ МОЛОДОГО ВОЗРАСТА, ПРИЗВАННЫХ НА ВОЕННУЮ СЛУЖБУ В 

ХЫЗИНСКОМ РАЙОНЕ



Центральная Больница Хызинского Района, г. Хызы, Азербайджан

Ключевые слова: военная служба, заболевания органа зрения, рефракционные аномалии

7

2016/2 (21)

ORİJİNAL MƏQALƏLƏR

РЕЗЮМЕ


Цель – исследовать и анализировать патологию органа зрения среди призывников за период 3-х призы-

вов в Хызинском районе.



Материал и методы исследования

Исследования проводились на материале комиссии военно-медицинской экспертизы Центральной боль-

ницы Хызинского района. Было обследовано 74 призывника в возрасте 18 лет.

Результаты и их обсуждение

Результаты обследования и анализ болезней органа зрения, проведённые в 2015-году среди призывни-

ков в Хызинском районе. При выявлении общих заболеваний органа зрения у призывников широко рас-

пространены рефракционные аномалии (86.7%) и заболевания конъюнктивы (13.3%). Среди призывников 

с  рефракционными  аномалиями  были  выявлены  рефракционные  амблиопии,  косоглазие  и  миопическая 

хориоретинальная дистрофия.



Заключение

Таким образом, для исследования частоты распространенности заболеваний органа зрения среди при-

зывников и профилактики их прогрессирования необходимо проведение ранней диагностики и соответ-

ствующих мероприятий.

Feyziyeva K.V.

FREQUENCY OF DISEASES OF ORGAN OF VISION IN THE YOUNG AGE 

PEOPLE WHICH WERE CALLED UP TO THE MILITARY SERVICE IN KHIZI 

DISTRICT


Central Hospital of Khizi District, Khizi city, Azerbaijan

Key words: military service, ocular diseases among young, refraction pathologies

SUMMARY


Aim – to investigate and analyse the media pathology of recruits for period 3 call-ups.

Material and methods

The research has been conducted on the basis of the commission of military-medical examination at the Central 

Hospital of Khizi District. 74 recruits at the age of 18 years old were examined.

Results and discussions

The result of examination and analysis of organ of vision that had been conducted in 2015 among the recruits in 

Khizi region are presented. In defecting of common diseases of organ of vision in recruits the refractive anomalies 

(86,7%) and diseases of conjunctiva (13,3%) were wide-spreaded. Among the recruits with refractive amblyopia, 

strabismus and myopic chorioretinal dystrophy were revealed.

Conclusion

The early diagnosis among recruits is very important to estimate the dynamics of observation, treatment and 

opportunity to become a military serviceman.

Korrespondensiya üçün:



Feyziyeva Könül Vaqif qızı, Xızı Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu.

Ünvan: Xızı Rayon Mərkəzi Xəstəxanası, H.Əliyev pr., Xızı şəh., Azərbaycan

E-mail: kenulv@yahoo.com



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə