oriJİnal məqaləLƏR (479. 24)



Yüklə 0.64 Mb.
Pdf просмотр
tarix23.12.2016
ölçüsü0.64 Mb.

36

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

уДК: 617.741-004.1-053.9 (479.24)

Namazova H.K., Sayilova G.T.*

AZƏRBAYCAN RESPUBLiKASiNiN KüR-DAĞARASi İQLİM ZONASiNDA 

SENİL KATARAKTA PATOLOGİYASiNiN BƏZİ XüSUSİYYƏTLƏRİNƏ DAİR

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Şirvan şəhərinin Diaqnostik Mərkəzi (oftalmologiya bölməsi)*

Açar  sözlər:  senil  katarakta,  səciyyəvi  xüsusiyyətlərinin  kliniki-oftalmoloji  təhlili,  iqlim  xüsusiyyətləri, 

əməliyyatların səmərəliliyi

Müxtəlif ölkələrin ortaq problemləri elmi tədqiqatlar üçün mühüm olaraq qalır. Belə problemlərdən biri planetin 

demoqrafik tendensiyalarıdır. Belə ki, ömrün uzanması ilə bağlı 2005-ci ildən 2050-ci ilə qədər yaşlı əhalinin sayı 

iki dəfə artacaq [«World population prospects», 2011] [1]. 

Dünyada görmə qabiliyyətinin itirilməsinin səbəblərinə nəzarət etmək üçün ümumdünya Səhiyyə Təşkilatının 

(üST-ün) təşəbbüsü ilə “Vision 2020-The Right to Sight”- “Görmə 2020- görmə hüququ” proqramı çərçivəsində 

tədqiqatlar  aparılmışdır.  üST-ın  qiymətləndirmələrinə  əsasən  görmə  qabiliyyətinin  pozulması  və  korluq 

hadisələrinin 80% qabaqlayıcı tədbirlərlə qarşısını almaq mümkündür. Dünyada görmə qabiliyyətinin pozulmasının 

iki əsas səbəbini-refraksiyanın korreksiya olunmayan anomaliyaları (42%) və qocalıq kataraktası (33%) təşkil edir. 

Bu xəstəliklərin azaldılması ilə bağlı səmərəli müdaxilələr bütün ölkələrdə mövcuddur. Buna baxmayaraq görmə 

qabiliyyətinin pozulması daha çox yaşlılarda rast gəlinir. 2010-cu il uzrə 82% tam korluq, 65% azacıq korluğu olan 

insanlar 50 yaşdan yuxarı olmuşdur [2, 3].

2014-2019-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) sisteminin təşkilatları, beynəlxalq tərəfdaşlar və 

üzv dövlətlərlə korluq və görmə qabiliyyətinin pozulmasının profilaktikası üzrə qlobal fəaliyyət planı hazırlanıb. 

Əhali içində yaşlı insanların artması tendensiyası ixtisaslı yardımın təmin olunması üçün təşkilati tədbirlərin 

təşkil edilməsini zəruri edir [4]. 

Oftalmoloji  yardımın  təşkili  forması  sırasında  müasir  Azərbaycanda  tendensiyanı  nəzərdən  keçirmək  olar. 

Onların sırasında respublikanın müxtəlif regionlarında müasir avadanlıqlarla təmin olunmuş, yüksək peşə hazırlıqlı 

olan mütəxəssislərin həyata keçirdiyi, kiçik kəsiklərin və elastik intraokulyar linzaların (İOL) istifadə olunması ilə 

katarakta əməliyyatlarının mikroinvaziv texnologiyalarına sahib diaqnostik mərkəzlərin açılması tendensiyasıdır.

Təbii-iqlim amillərinin, xüsusilə, insanın xrono-periodik ritmini müəyyənləşdirən hava temperaturu, geomaqnit 

sahəsi və rütubətin orqanizmə təsirinin əhəmiyyəti məlumdur [5]. 

Respublikada  yaşlı  insanların  artması  tendensiyası  profilaktik,  müalicəvi  tədbirləri  mövqeyindən,  ixtisaslı 

yardımının təmin olunması üçün təşkilati tədbirlərin təşkil edilməsini zəruri edir. 

Azərbaycanın ərazi iqlim zonalarında kataraktanın kliniki xüsusiyyətləri aktual problem olaraq qalır [6, 7, 8, 9]. 

Bu faktorları nəzərə alaraq, o cümlədən, Kür-dağarası zonasında problemin kifayət qədər öyrənilməmiş olduğunu 

nəzərə alaraq, hazırki araşdırma hazırlanıb, təqdim olunur.

Məqsəd  -  Azərbaycan  Respublikasının  Kür-dağarası  iqlim  bölgəsində  şəxslərdə  senil  (qocalıq)  katarakta 

patologiyasının səciyyəvi xüsusiyyətlərinin kliniki-oftalmoloji təhlili, oftalmoloji yardımın vaxtında göstərilməsi, 

o cümlədən, müasir texnologiyalı katarakta əməliyyatlarında səmərəliliyin qiymətləndirilməsi.

Material və metodlar

Tədqiqatlar  Şirvan  şəhərinin  Diaqnostik  Mərkəzinin  oftalmoloji  bölməsinin  bazasında  2016-cı  ilin  birinci 

rübündə aparılmışdır. Tədqiqata Mərkəzə müraciət edən, sonra “senil - qocalıq kataraktası” diaqnozu ilə əməliyyat 

olunmuş, əsasən, 49 yaşdan 90 yaşa kimi 149 pasiyent daxil edilmişdir. Onlardan, kişilər 70 (46,9%), qadınlar – 79 

(53,1%) nəfər təşkil etmişdir. 

Məhz  regional  fəaliyyət  göstərən  və  müasir  avadanlıqlarla  təchiz  olunmuş  Şirvan  Müalicə-Diaqnostika 

Mərkəzinə müraciət edən xəstələr, əsasən, Şirvan, Sabirabad, Salyan, Hacıqabul, Saatlı, İmişli, Neftçala, Kürdəmir 

kimi rayonlardandır.

Oftalmoloji müayinə metodikalarından: görmə itiliyinin müəyyənləşdirilməsi, biomikroskopiya, perimetriya, 

tonometriya,  kontaktsız  tonometriya  (FT-1000,  Tomey),  oftalmoskopiya,  qonioskopiya,  entoptik  fenomenlər, 

ultrasəs diaqnostika (A, B metodikaları) daxildir. Əlavə metodikalar sırasında büllurun nüvə sərtliyinin dərəcəsi 5 

mərhələdə L.Buratto metodikası üzrə müəyyən edilmişdir.



37

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Kataraktanın cərrahi müalicəsi ekstrakapsulyar (KEE) tunel metodikası ilə 100 (67.11%) pasiyentin (100 gözdə), 

daha 10 (7,3%) 10 gözdə sinustrabekulektomiya (STEK) ilə, fakoemulsifikasiya üsulu (FE) ilə 49 (32.88%) gözdə 

aparılmışdır (LAUREATTE aparatı ilə, ALCON). Beləliklə, 148 (99,4%) - pasiyentdə müxtəlif İOL implantasiya 

olunub.

Nəticələr və onların müzakirəsi 

Kliniki materialların araşdırmaları gender kriteriyası üzrə göstərdi ki, orta yaşlı - 60 ± 20 (46,9%) kişi, orta 

yaşlı 60 ± 20 (53,1%) qadınla müqayisədə, daha çox katarakta qadınlarda rast gəlinmişdir (şək. 1).

70

79



64

66

68



70

72

74



76

78

80



i i

a

say



cins

Şək. 1. “Qocalıq kataraktası”patologiyası - gender meyarı üzrə araşdırmalar

Tədqiqatlar göstərdiyi kimi qocalıq kataraktası daha çox qadınlarda rast gəlinir. 

Tədqiqatlarda qocalıq kataraktası daha çox yaş qrupuna görə rastgəlmə tezliyi təhlil edilmişdir (şək. 2).

7

26



46

46

24



0

5

10



15

20

25



30

35

40



45

50

49



50 59

60 69


70 79

80 80


SAY

YA

Şək. 2. “Qocalıq kataraktası”patologiyası - yaş qrupu meyarı üzrə araşdırmaların nəticələri

Çox vacib faktor olan pasiyentlərin somatik xəstəlikləri analiz edildi, alınan nəticələr təqdim olunur (şək. 3). 

Belə ki, 149 pasiyentdən 21-i (14,1%) praktik sağlam olanlardır. 128 (85,9%) pasiyentdə müxtəlif cür somatik 

xəstəlik aşkar edilmişdir, onlar patologiyalar üzrə qruplara bölünmüşdür. 

Onlardan, i qrupda - ürək - damar sisteminin xəstəlikləri (hipertoniya xəstəliyi, ürəyin xroniki işemik xəstəliyi) 

69  (53,9%)  pasiyentdə;  ii  qrupda  -  şəkərli  diabet  26  (20,3%);  iii  qrupda  sistem  xəstəliklərindən  (mübadilə 

artritləri,  artrozlar)  14  (10,9%);  iV  qrupda  tənəffüs  sisteminin  xəstəlikləri  (keçirilmiş  vərəm,  bronxial  astma, 

bronxektaziya) 8 (6,25%) müəyyən edilmişdir. V qrupda sinir sisteminin xəstəlikləri (nevrozlar, parkinsonizm) 6 

(4,69%) pasiyentdə; Vi qrupda onkoloji xəstəliklər (ağ ciyər şişləri, xroniki limfoleykozlar) 3 (2,34%); Vii qrupda 

uroloji xəstələr (böyrək catışmazlığı xəstəliyi, urolitiazlar, prostatit) 2 (1,56%) müxtəlif mütəxəssislər tərəfindən 

aşkarlanmışdır.


38

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

53 9%


20 3%

10 93%


V 6 23%

V 4 69%


V 2 34% V 1 56%

Şək. 3. Somatik xəstəliklərin patologiyalar üzrə qruplara bölünməsi

Daxil olarkən, ilkin müayinələr zamanı aşagı funksional göstəricilər, görmə qabiliyyəti əsasən, işıq hissiyyatı, 

biomikroscopik kliniki dəyişikliklər ilə təsdiqləndi. 

Biomikroskopiyanın nəticələrinə görə göz almasının müxtəlif dəyişiklikləri müəyyən edilirdı. Əməliyyat olunan 

gözlərdə:  yetişməmiş  kortikal  katarakta  –  51  (34,22%),  yetişmiş  katarakta  –54  (36,2%);  nüvə  kataraktası  –  38 

(25,5%), morqani kataraktası 4(2.68%); arxa kapsulyar katarakta – 1 (0, 67%), arxa qütb kataraktası – 1 (0,67%). 

Əməliyyat  olunmayan  gözlərdə  patologiya  aşkar  olunmayıb  –  21(14.09%)  gözdə,  artifakiya  –  35  (23,4%), 

yetişmiş katarakta – 11 (7,3%), yetişməmiş kortikal katarakta 53(35.57%); nüvə kataraktası – 27 (18,1%), arxa 

kapsulyar katarakta – 1 (0.6%), arxa qütb kataraktası – 1 (0,6%) aşkarlanmışdır.

Patologiyanın ikitərəfli xarakteri 93 (62.41%) pasiyentdə müşahidə olunmuşdur, daha əvvəl digər gözdə 35 

(23,4%) pasiyentdə katarakta əməliyyatı aparılmışdır.

Əməliyyat  olunmayan  gözlərdə  göz  dibi  müayinəsi  81(54.32%)  pasiyentdə  mümkün  olmuşdur.  Bunlardan 

diabetik retinopatiya 29(19.4%); yaşa bağlı makulodistrofiya 16(10.74%); qlaukoma 11(7.3%); yüksək dərəcəli 

miopiya  6(4.02%);  görmə  sinirinin  atrofiyası  3(2.02%);  hipertonik  angioretinopatiya  14(9.38%);  subatrofiya 

1(0.6%); residivverən hemoftalmın nəticəsi olan şüşəvari cismin bulanması 1(0.6%); rast gəlinmişdir.

Dəyişikliklərdən, ən çox rast gəlinəni, psevdoeksfoliativ sindromu (PES) biomikroscopiya zamani müəyyən 

edilirdi.  Belə  ki,  əməliyyata  hazırlanan  gözlərdə  PES  –  58  (38,9%),  əməliyyat  olunmayan  gözlərdə  PES  –56 

(37,6%) aşkarlanmışdır. Təxminən hər 3 xəstədən birində PES sindromuna rast gəlinmişdir.

Cərrahi müalicə aparılarkən, əməliyyatlardan: KEE + İOL – 84 göz (56,3%); FE + İOL – 49 göz (32,8%); 

KEE + İOL + STEK – 10 göz (6,7%); intrakapsulyar ekstraksiya – 1 göz (0,6%) KEE + İOL + kapsul tenzion ring 

implantasiya – 5 göz (3,3%). Cərrahi əməliyyatın gedişində 2 (1,3%) gözdə arxa kapsulun cırılması müşahidə 

olunmuşdur. Bir gözdə isə İOL implantasiya olunmayıb, intrakapsulyar ekstraksiya olduqu üçün, ön kameraya isə, 

buynuz qişada endotelial-epitelial distrofiya olduqu üçün, implantasiya olunmadı. Bu pasiyentldə PES patologiyası 

olmuşdur. Nüvə sərtliyi iii-iV mərhələdə daha cox hallarda müşahidə edilmişdir 92(62.1%) gözdə.

İmplantasiya olunan gözdaxili – intaokulyar linzalardan: Optima PMMA İOL – 67 (44,9%) gözdə, Optima 

foldable İOL – 45 (30,2%), AMO sensar İOL – 9 (6%), Akriva BB İOL – 27 (18,1%). Lakin 1 (0,6%) pasiyentdə 

İOL implantasiya olunmayıb. 

Cərrahi əməliyyatdan sonra funksional göstəricilər - görmə qabiliyyəti aşağıdakı kimidir:

0,1-ə qədər – 14 (9,3%) gözdə; 0,2 - 0,5 – 44 (29,5%), 0,5-1,0 – 91 (62,1%). 

Cərrahi  əməliyyatdan  sonra  66(44.29%)  göz  dibinin  patologiyası  aşkar  edilməyib.  Əməliyyatdan  sonrakı 

dövrdə görmə itiliyinin aşağı olmasına əsas səbəblərdən biri şəkərli diabet xəstəliyi və digər müxtəlif patologiyalar 

aşkar olunmuşdur. Belə ki, diabetik retinopatiya 25 (16,77%); yaşa bağlı makulodistrofiya 11 (7.38%); qlaukoma 

8 (5,3%); yüksək dərəcəli miopiya 5 (3,35%); görmə sinirinin atrofiyası 4 (2,68%); hipertonik angioretinopatiya 

27 (18.12%); residivverən hemoftalmın nəticəsində şüşəvari cismin hissəvi bulanması 3 (2.01%); rast gəlinmişdir.

Ədəbiyyatdan məlumdur ki, səhiyyənin üST üzrə əsas meyarı olan “Həyat keyfiyəti”ni 3 əsas amil müayyən 

edir: emosional əhval ruhiyyə, sərbəst hərəkət etmə və müstəqillik, həmçinin, vizual informasiya qəbul edilməsi. 

Əhali  içində  yaşlı  insanların  artma  tendensiyası  ixtisaslı  yardımın  təmin  olunması  üçün  təşkilati  tədbirlərin 

yaradılmasını zəruri edir.

Səhiyyə islahatları, yeni maliyyə mexanizmləri yetkin əhalinin müxtəlif təbəqələri arasında müalicəvi diaqnostik 

prossesin  təkmilləşdirilməsinin  vacibliyini  qeyd  edir.  Buna  görə  də,  sosial  və  kliniki  oftalmologiya  baxımından 


39

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

planlaşdırılmış tədqiqatların məqsədi nəzəri əsasların hazırlanması və onun əsasında kliniki reabilitasiya tədbirlərinin 

praktiki həyata keçirilməsidir. Səhiyyə sahəsində prioritetli milli layihələrə əsasən əhalinin sağlamlıq vəziyyətinin 

aktiv öyrənilməsi daxildir, hansı ki, onun dinamikası və formalaşma mexanizmləri ilə əlaqəlidir [8, 9]. 

Herontoloji problemlər müasir dünyanın real faktı olaraq, sözsüz ki, yüksək diqqət tələb edir. Araşdırmalar 

nəticəsində müəyyən olunur ki, katarakta patologiyası daha çox qadınlarda rast gəlinir. Belə ki, 149 xəstədən 79 

(53.1%) qadın təşkil edirdi. Ədəbiyyatdan məlumdur ki, qadınlar daha uzun ömürlüdür. Katarakta əsasən qocalıqla 

əlaqədar yarandıqına görə daha çox qadınlarda rast gəlinir. 

Təbii-iqlim  amillərinin  orqanizma  təsirinin  əhəmiyyəti  mövqeyindən,  katarakta,  onun  bəzi  patogenetik, 

kliniki  xüsusiyyətləri, Azərbaycanın  ərazi  iqlim  zonalarından  biri  olan  Kür-dağarası  bölgəsində  öyrənilmişdir. 

Ədəbiyyatdan məlumdur ki, Azərbaycanda günəş radiasıyasının illik miqdarı 120-160 kkal/sm² arasında dəyişir. 

Kür-dağarası  bölgəsində  günəş  radiasiyasının  miqdarı  128-132  kkal/sm²-dır.  Kür-dağarası  iqlim  zonasında  isti 

iqlim  şəraiti  hökm  sürür  və  günəşin  ultrabənövşəyi  şüası  daha  intensivdir  [6].  Kür-dağarası  zonasının  iqlim 

xüsüsiyyətlərindən biri də illik buxarlanmanın miqdarının illik yağıntıya nisbətən qat-qat artıq olmasıdır.

Katarakta  patologiyasının  vacib  patogenetik  mexanizmlərinə  diqqət  verdikdə,  müşahidələr  zamanı  risk 

faktorlardan, somatik xəstəliklərin yüksək olması təsdiqlənir. Belə ki, 149 pasiyentdən yalnız 21-i (14,1%) praktik 

sağlam şəxslər olmuşdur. Dəyişikliklərdən, ən çox rast gəlinəni, psevdoeksfoliativ sindromu (PES) biomikroscopiya 

zamanı müəyyən edilirdi. Belə ki, əməliyyata hazırlanan gözlərdə PES – 58 (38,9%), əməliyyat olunmayan gözlərdə 

PES –56 (37,6%) aşkarlanmışdır. Təxminən hər 3 xəstədən birində PES sindromuna rast gəlinmişdir.

Yaşla  əlaqədar  dəyişikliklər  orqanizmin  adaptasiya  imkanlarından  asılıdır.  Lakin  sağlam  qocalma  (fizioloji) 

ateroskleroz,  hipertoniya  və  digər  xəstəliklərlə  müşayiət  olunan  qocalmaya  nisbətən  daha  az  müşahidə  olunur  və 

involyusion herontoloji dəyişiklikləri kölgədə qoyur [10]. Yaşlı şəxslər fəal həyat tərzi keçirir, lakin ətraf mühitin 

mənfi təsirindən də kənar qalmır. Burada vacib bir məqam odur ki, özünə-məxsus risk amilləri, ilkin səbəbləri var. 

Məsələn,  hər  bir  şəxsdə  yaşa  dolduqca  görmə  itiliyinin,  görmə  keyfiyyətinin,  kontrast  həssaslığının  pisləşməsi, 

aberrasiyaların, o cümlədən yüksək səviyyəli yekun aberrasiyaların artması mexaniki travma riskini dəfələrlə artırır 

[11,12,13]. Bununla bərabər, kliniki müşahidələr onu təstiqləmişdir ki, senil katarakta ilə daxil olan pasiyentlərin sayı 

yuxarı yaşlı şəxslər arasında kifayət qədər coxdur. Cərrahi müalicənin seçimi mövqeyindən yüksək risk qrupuna daxil 

olan  (büllurun  kapsul-bağ  aparatının  zədələnməsi  riski  ilə  əlaqədar)  yuxarı  yaşlı  xəstələrdə  potensial  risk  amilləri 

nəzərə alınmaqla taktikanın seçimi vacib olaraq qalır [13, 14, 15]. Onların ləngidilmiş müraciəti diqqətə layiqdir.

Yekun

Araşdırmaların  nəticələrini  yekunlaşdıraraq,  bələ  qənaətə  gəlmək  olar  ki,  Kür-dağarası  zonasında  katarakta 

patalogiyasının  əmələ  gəlməsinin  vacib  risk  faktorlarından  biri  -  iqlim  faktoru  hesab  oluna  bilər.Təşkilatı 

tədbirlərdə əsas nəzərə çarpan faktor isə, xəstələrin cərrahi əməliyyatlara gec müraciət etmələridir. Ola bilsin ki, 

poliklinikalardan oftalmoloji mərkəzlərə xəstələrin gecikmiş mərhələdə göndərilməsi olmuşdur. Lakin bir faktor 

da xəstələrin anamnezindən məlum olmuşdur və diqqətə layiqdir ki, Kür - dağarası zonasında kataraktanın yetişmə 

sürəti daha yüksəkdir. Bu da aktiv profilaktik baxışların zəruriyyətini bir daha da təsdiqləyir.

ƏDƏBİYYAT:

1. 

World population prospects. The 2010 revision. New York: United Nations, Department of Economic 



and Social Affairs, 2011.

2. 


Negrel A.D., Thylefors B. Global data on blindness // Bulletin of the Health Organization 1995, v.73 (1), 

p.115-121. 

3. 

ликвидация устранимой слепоты: Всемирная инициатива ВОЗ. ликвидация слепоты и слабови-



дения связанныe с рефракционными нарушениями / Материалы iV российского межрегионально-

го симпозиума. 5-6 июня 2008 года, Ярославль. 156 с. 

4. 

Larkin H. Old age and what it used to be // Eurotimes 2007, Vol. 12, issue 12, p.29 



5. 

гундорова р.А., Степанов А.В., Курбанова Н.Ф. Современная офтальмотравматология, М.: Меди-

цина, 2007, 256 с.

6. 


Багиров Н.А. Cпецифическое воздействие солнечного света на хрусталик, особенности патогене-

за прикаспийского региона Азербайджанской республики.Автореф. дис. …д.м.н.,Баку, 2005, 39с.

7. 

Ağayev  M.M.,  Ağayeva  R.B.,  Rüstəmova  N.M.  və  həm.  Azərbaycan  Respublikasının  bölgələrində 



katarakta nəticəsində əmələ gələn zəifgörmə və korluğun epidemiologiyası, onlara qarşı profilaktika və 

müalicə tədbirləri // Oftalmoloqiya, Bakı, 2011, №5, s.11-14.



40

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

8. 


Qasımov  E.M.,  Rüstəmova  N.M.  Büllurun  patologiyalarının  səbəb  olduğu  ilkin  əlilliyin  tibbi-sosial 

yükünün ağırlığı // Оftalmologiya, Bakı, 2010, № 4, s.21-24.

9. 

Керимов К.т. Медико-социальные аспекты слепоты в Азербайджанской республике // Azərbaijan 



Tibb Jurnali, 1996, № 10, s.130-132. 

10.  Намазова и.К. Особенности микрохирургии катаракты при псевдоэкфолиативном синдроме. Дис. 

... канд. мед. наук., Москва, 1988, 217с.

11. 


Wong T.Y., Loon S.C., Saw S.M. The epidemiology of age related eye diseases in Asia // Br J Ophthalmol., 

2006, v. 90, p. 506 -511. 

12.  Onakpoya O.H., Adeoye A., Adeoti C.O., Ajite K. Epidemiology of ocular trauma among the elderly in 

a developing country // Ophthalmic Epidemiology, 2010, v. 17 (5), p. 315-320.

13.  Namazova  İ.K.  Closed  eye  trauma  and  lens  changes  in  senile  group  patients. World  Ophthalmology 

Congress  of  international  Council  of  Ophthalmology  (WOC  2014),  international  Congress  of 

Ophthalmology, 29-th Asia-Pathific Academy of Ophthalmology (APAO), 118–th Annual Meeting of 

the Japanese Ophthalmology Society, PO-440. Tokyo, 2014, April 2-6, 2014, P. 330. 

14.  Namazova  İ.K.  Azerbaycanda  psevdoeksfolyasyon  sendromu  (sıklığı,  patogenez,  tanı  ve  klinik 

özellikleri). Türk Oftalmolojı Derneği, 46 ulusal kongresi. Antalya: 2012, SOZ-KRC-079, s. 121. 

15.  Wysong. P. Rate of visual impairment slowing in US elderly // Eurotimes, 2007, v.12(12), p.7. 

Намазова и.К., Саилова г.т.*

НеКОтОрЫе ОСОБеННОСти КлиНичеСКих прОЯВлеНий 

СеНильНОй КАтАрАКтЫ В КлиМАтичеСКОМ региОНе КурА-

МеЖгОрье АЗерБАйДЖАНСКОй реСпуБлиКи

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой

Лечебно-Диагностический Центр, г. Ширван (офтальмологическое подразделение) *

Ключевые  слова:  сенильная  катаракта,  клинические  особенности,  климатические  особенности,       

эффективность лечения

реЗЮМе


Цель – изучить клинические проявления, своевременность и эффективность оказания квалифициро-

ванной хирургической помощи пациентам со старческой катарактой в регионе Кура-межгорье Азербайд-

жанской республики

Материал и методы

исследование включает анализ результатов обследования, лечения 149 пациентов в возрасте от 49 до 

90  лет  обратившихся  для  хирургического  лечения  в  региональный  диагностический  центр  с  диагнозом 

«возрастная  катаракта».  Мужчин  было  70(46,9%),  женщин  79  (53,1%).  Методики  офтальмологического 

обследования: определение остроты зрения, биомикроскопия, энтоптические феномены, периметрия, то-

нометрия, офтальмоскопия, уЗи (А, В методики) определение плотности ядра по методике Буратто и т.д. 

Экстракапсулярная экстракция катаракты (ЭЭК) тоннельным методом была исполнена 100 (67.11%) гла-

зах, с синустрабекулэктомией еще на 10 (6,1%), факоэмульсификация (ФЭ) на 49 (32.88%) (LAUREATTE, 

ALCON). имплантация иОл была исполнена на148 (99,4%) глазах.

Результаты

Обращаемость по гендерному критерию оказалась выше среди лиц женского пола, по критерию возрас-

та среди лиц в интервале 60-69 лет и 70-79 лет, относительно 49-59 лет и 80-90 лет. Соматический статус 

был отягощен у 128 (85,9%), где доминировала сердечно-сосудистая патология 69 (53,9%). имела место 

запоздалая обращаемость: при стадии зрелой катаракты 54 (36,2%) пациента, незрелой кортикальной 24 

(16,1%), с ядерной 38 (25,5%). На парном глазу зрелая катаракта была на 11 (7,3%), незрелая 55 (36,9%), 

ядерная  -27  (18,1%),  артифакия  на  35  (23,4%).  частота  псевдоэксфолиативного  синдрома  (пЭС)  имела 

местона 58 (38,9%) глазах, на парном – 56 (37,6%). хирургическое лечение с имплантацией иОл с тон-

нельной экстракцией было на 84 (56,3%), еще на 10 (6,7%) с СтЭК, факоэмульсификацией 49 (32,8%). Зри-

тельные функции: до 0,1 были на 14 (9,3%) глазах; в интервале 0,2 - 0,5 – 44 (29,5%), 0,5-1,0 – 91 (62,1%). 



41

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Заключение

регион  Кура-межгорье  Азербайджана  отличает  высокий  уровень  солнечной  инсоляции.  при  анализе 

клинических особенностей катаракты обращает внимание запоздалая обращаемость на хирургическое ле-

чение, что подчеркивает важность своевременной диагностики катаракты на ранних стадиях. 

Namazova i.K., Sailova G.T.*

SOME PECULiARiTiES OF CLiNiCAL MANiFESTATiONS iN REGiON OF 

KUR-iNTERMOUNTAiN OF AZERBAiJAN REPUBLiC

National Center of Ophthalmology named after academician ZarifaAliyeva, Baku, Azerbaijan.

Diagnostic Centre, Shirvan (ophthalmological subdivision) *

Key words: senile cataracts, clinical manifestations, climatic features, efficiacy of treatment 

SUMMARY


Aim –to learn the clinical manifestations, the timeliness and efficiency of the qualified surgical aid to the senile 

cataract patients in region of Kur intermountain, Azerbaijan Republic



Material and methods

The research includes analysis of examination, treatment of 149 patients at the age of 49-90 years who had 

applied for the surgical treatment to the regional diagnostic centre with diagnosis in age-related cataract. There 

were 70 men (46,9 %) and 79 woman (53,1%). 

The  methods  of  ophthalmological  examinations:  definition  of  visual  acuity,  biomicroscopy,  entoptic 

phenomena,  perimetry,  tonometry,  ophthalmoscopy,  USi  (A,  B  methods),  definition  of  the  nuclear  density  by 

Buratto method etc. Extracapsular extraction of cataract (EEC) by tunnel method was performed in 100 (67,11 

%)  eyes,  sinustrabeculectomy  on  10  (6,1  %),  phacoemulsification  (FE)  on  49  (32,88  %)  eyes  (LAUREATTE, 

ALCON) iOL implantation was made on 148 (99,4%) eyes.

Results

As compared with men, the women’s apply was higher. According to the age aspect, the patient at the age of 60-

69 years (46 persons) and 70-79 years were prevailing, rarely at the age 50-59 years (26 persons) and 80-90 years. 

Out of 149 patients the somatic status was burdened in 128 (85.9%) patients where the cardiovascular pathology 

hat dominated (69 patients 53.9%). The belated applying took place. So, the mature cataract was on 54 (86.2%) 

immature cortical cataract-on 24 (16.1%). Nuclear one in 38 (25.5%) eyes. On the twin eye the mature cataract was 

on 11 (7.3%), immature cortical cataract – on 55(39.9%), nuclear one – on 27 (18.1%) as compared with artiphacia 

on 35 (23.4%) eyes. The high pregnancy of pseudoexfoliative syndrome was revealed on both eyes: 58 (36.9%) 

and 56 (37.6%) on twin eye. The surgical treatment of cataract was performed: extracapsuler cataract extraction 

by tunnel method on 84(56.3%) eyes, sinustrabelectomy – on 10 (6.7%), phacoemulsification – on 49(32.8%), 

intracapsular – on 1 eye.

Conclusions

The high level of sun insolation distinguishes this region of Azerbaijan. Analyzing the character of pathology 

we note the belated apply of the oldest people for the surgical treatment of cataract that emphasizes the need of 

early detecting and surgical treatment.



Для корреспонденции:

Намазова И.К. доктор медицинских наук, заместитель директора Национального Центра Офтальмо-

логии имени акад. Зарифы Алиевой 

Саилова  Г.Т.  врач-офтальмолог  лечебно-диагностического  Центра  г.  Ширван  (офтальмологическое 

подразделение)

Адрес: AZ1114. г. Баку, ул. Джавадхана, 32/15

Тел.: (+994 12)569-09-07; (+994 12)569-09-73

Email: administrator@eye.az;http: //www.eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə