Ontogenezin Müxtəlif Dövrlərində Aparılan Hipoksiyanin Dovşan Balalarının Beyninin Bioelektrik Aktivliyinə Təsiri



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
tarix04.01.2017
ölçüsü0,56 Mb.
#4490

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 98-103 (2015)

 

98 



Ontogenezin Müxtəlif Dövrlərində Aparılan Hipoksiyanin Dovşan Balalarının 

Beyninin Bioelektrik Aktivliyinə Təsiri  

 

İ.H. İbrahimli*, Ə.H. Hüseynov, A.Ə. Mehdiyev 

 

AMEA A.İ. Qarayev adına Fiziologiya İnstitutu, Şərif-zadə küç., 2, Bakı AZ 1100, Azərbaycan;  

*E-mail: ilxamai@mail.ru 

 

 

10, 20 və 30 günlük dovşanların elektrokortikoqramması (EKoQ) bir dəfə aparılan kəskin hipok-

siyadan sonra qeyd edilib. Oksigen çatışmazlığı 10 və 20 günlük dovşanlarda EKoQ-nin spektrində 

aşağı tezlikli dalğaların xüsusi çəkisini  3-5% artırır,  eyni zamanda dalğaların amplitudası yüksəlir. 

30 günlük dovşanlarda EKoQ-nin spektri hipoksiyanın təsiri ilə  dəyişmir. Lakin əvvəlki təcrübə 

qruplarından fərqli olaraq EKoQ-nin aşağı tezlikli və alfa dalğalarının amplitudası azalır. Müxtəlif 

yaş qruplarında EKoQ-nin oksigen çatışmazlığına davamlılığının müqayisəsi əsasında demək olar ki, 

yaşın artması ilə əlaqədar EKoQ-nin hipoksiyaya davamlılığı artır.  

 

Açar sözlər: Elektrokortikoqramma, hipoksiya, ontogenez, dovşan  

 

 

 

GİRİŞ 

 

Hipoksiya inkişafda olan sinir sistemində ciddi 



dəyişikliklər yaradaraq müxtəlif pozuntulara və 

xəstəliklərə  səbəb olur. Eyni zamanda sinir sis-

teminin inkişafını gecikdirir. Oksigen çatışmazlığı 

beynin sinir və qlial hüceyrələrinin zədələnməsinə 

və ya ölümünə  səbəb olur. Neyronların cismi, çı-

xıntıları  və sinapsları  dəyişikliyə  uğrayır,  akson-

ların mielinləşmə prosesi gecikir (Журавин  и  др., 

2003).


 

İlk növbədə hipoksiya beyin qabığının quru-

luşuna təsir edir (Schwartz et al., 2004). 

Hipoksiyanın sinir sisteminə  təsiri onun ti-

pindən, ağırlığından, davamemə müddətindən, 

orqanizmin fərdi rezistentliyindən başqa təsir etdiyi 

inkişaf dövründən də asılıdır (Гусейнов  и  др., 

2012,  Журавин  и  др., 2003, Schwartz et al.,  

2004).  Ədəbiyyatda belə fikir var ki, orqanizm nə 

qədər cavandırsa onun sinir sistemi hipoksiyaya o 

qədər davamlıdır (Schwartz et al., 2004).  Bu fikir 

ontogenezin daha gec dövrlərində aparılan tədqi-

qatların nəticəsinə əsaslanır. Lakin bu problem ilkin 

ontogenezdə yetərincə  tədqiq olunmayıb. Bunları 

nəzərə alaraq ilkin ontogenezin müxtəlif dövrlə-

rində hipoksiyanın beynin elektrik aktivliyinə 

təsirini tədqiq etmişik. 

 

 



MATERİAL VƏ METODLAR 

 

Təcrübələr 48 baş 10, 20 və 30 günlük dovşan-

larda aparılmışdır. Heyvanlar bilavasitə elektro-

fizioloji qeydiyyatdan əvvəl hipoksiyaya məruz 

qalmışlar. Hipoksiya şəraiti yaratmaq üçün dov-

şanlar 20 dəqiqə  ərzində  həcmi 0,012 m

3

 olan 


xüsusi  kamerada tərkibində 5% oksigen və 95% 

azot qazları qarışığı ilə tənəffüs etmişlər. Kamerada 

temperatur və təzyiq eyni səviyyədə saxlanılmış və 

CO

2



-nin miqdarı 0,01%-dən yüksək olmamışdır.  

Narkoz kimi  heyvanlara  1:1 nisbətində kalip-

sol və xilozin qarışığı (1ml/1kq) vurulmuşdur.  

Hipoksiyanın sinir sisteminə  təsirini tədqiq 

etmək üçün  EKoQ metodundan istifadə edilmişdir. 

Bioelektrik aktivliyi beyin qabığının görmə nahiyə-

sindən qeyd olunmuşdur. Qeydiyyatdan əvvəl beyin 

qabığının müvafiq hissəsinin üstü açılmışdır. 

EkoQ-ni qeyd etmək üçün diametri 80-100 mkm 

olan nixrom elektroddan istifadə olunmuşdur. 

Referent elektrod burun sümüyünə bərkidilmişdir.  

EkoQ-nin qeydiyyatı 16 kanallı Medikor-16 S 

tipli elektroensefaloqrafla aparılmışdır. Qeyd edilən 

tezliklər 0,3-70 Hz arasında olmuşdur. Kağız 

üzərində olan  yazıların 10 saniyəlik kəsikləri Faur 

və Fudzimori metodu əsasında analiz edilmişdir 

(Fujimori et al., 1958). Alınan nəticələrin etibar-

lılığı Styüdentə görə hesablanmışdır. 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Kontrol 10 günlük dovşanlarda görmə qabı-



ğının EKoQ-nin spektrinin böyük hissəsini-67%-ni 

yüksək tezlikli α, ß

1

 və ß


2

 dalğaları təşkil etmişdir. 

Ən az xüsusi çəkiyə malik olan α dalğalarının 

indeksi 13,7±0,6%-ə  bərabər olmuşdur. ß

1

  və  ß


2

 

dalğaları spektrin yarısından çoxunu təşkil etmişlər. 



Aşağı tezlikli ∆ və θ dalğaların xüsusi çəkisi çox az 

fərqlənmişdir- 14,4±0,6%, 18,2±0,8% (Şək.1, 2).  

Qeyd olunan EKoQ-nin dalğalarının ampli-

tudası kifayət qədər yüksək olmuşdur. Belə ki, 

dalğaların amplitudası 42 mkV-a çatmışdır. EKoQ-

nin qeydi zamanı heç bir fasilə müşahidə olun-

mamışdır. 

Hipoksiya keçirmiş 10 günlük dovşanların 

EKoQ-nin spektrinin analizi göstərir ki, kontrolla 


Ontogenezin Müxtəlif Dövrlərində Aparılan 

99 


müqayisədə  aşağı tezlikli dalğaların xüsusi çəkisi  

təqribən 3% artır (p<0,01) (Şək. 2). Bu artım əsasən 

∆ dalğaların hesabına baş verir (17,2±0,7%), θ 

dalğaların miqdarı demək olar ki, dəyişmir 

(18,9±0,9%).Yüksək tezlikli dalğalardan ancaq α-

dalğaların ümumi miqdarı azacıq azalır-10,7±0,5%, 

ß

1

və  ß



2

 dalğaların xüsusi çəkisi isə kontroldan 

fərqlənmir (27,3±1,2%, və 25,9±1,1%) (Şək. 2). 

Analiz nəticəsində müəyyən olunmuşdur ki, 

hipoksiyanın təsiri ilə EKoQ-nin  dalğalarının 

amplitudası 2 dəfə artır (p<0,01) ( Şək. 3). 

 

 

 



Şəkil 1. Kontrol (I) və hipoksiya keçirmiş (II) 10 günlük dovşan balalarının  EkoQ-si:  

a) sağ yarımkürə, b) sol yarımkürə. 

kontrol

təcrübə


kontrol

təcrübə


kontrol

təcrübə


10 günlük

20 günlük

30 günlük



θ

α

ß1

ß2

**

**



*

*

*



 

Şəkil 2. Postnatal ontogenezin müxtəlif dövrlərində aparılan hipoksiyanın  

EkoQ-nin spektral tərkibinə təsiri:* p<0,05; **p<0,01. 

 

0

10



20

30

40



50

60

70



80

90

kontrol



təcrübə

kontrol


təcrübə

sağ y/kürə

sol y/kürə

mkV


θ

ɑ



ß1

ß2

***



***

***


***

***


**

***


***

***


***

 

Şəkil 3. Postnatal ontogenezin 10-cu günündə kəskin hipoksiyaya məruz qoyulmuş  

dovşan balalarında baş beynin ümumi bioelektrik aktivliyinin dalğa spektrlərinin  

amplitud göstəriciləri:  **p<0,01; ***p<0,001. 



İbrahimli və b. 

100 


 

 

Şəkil 4. Kontrol (I) və hipoksiya keçirmiş (II) 20 günlük dovşanların  EkoQ-si: a) sağ yarımkürə, b) sol yarımkürə. 

 

0

20



40

60

80



100

120


140

160


180

200


kontrol

təcrübə


kontrol

təcrübə


sağ y/kürə

sol y/kürə

mkV



θ



ɑ

ß1

ß2



***

***


**

***


***

***


***

***


***

***


 

 

Şəkil 5. Postnatal ontogenezin 20-ci günündə kəskin hipoksiyaya məruz qoyulmuş dovşan balalarında baş beynin 

ümumi bioelektrik aktivliyinin dalğa spektrlərinin amplitud göstəriciləri: **p<0,01, ***p<0,001. 

 

 



Kontrol 20 günlük dovşanların EKoQ-nin 

spektrinin 62%-ni yüksək tezlikli dalğalar təşkil 

etmişlər. Spektrdə  ∆  və  θ dalğaların miqdarı 

19,6±0,8%, 18,5±0,8%-ə bərabər olmuşdur.Yüksək 

tezlikli dalğalardan  α dalğalar  ən az xüsusi çəkiyə 

malik olmuşlar (12,5±0,5%). ß

və  ß


dalğaları 

spektrin 26,6±1,2% və 22,4±0,9%-ni təşkil etmişlər 

(Şək. 2, 4). EKoQ-nin dalğalarının amplitudası 10 

günlük dovşanlara nisbətən iki dəfə artmışdır.  

Hipoksiya keçirmiş 20 günlük dovşanların 

EKoQ-nin spektrində  aşağı tezlikli dalğaların 

xüsusi çəkisi təqribən 5% artır (p<0,01). Aşağı 

tezlikli dalğaların artımı 10 günlük dovşanlardan 

fərqli olaraq ∆ dalğaları ilə deyil, θ dalğaları ilə 

əlaqədardır.  ∆  və  θ dalğaların rastgəlmə tezliyi 

18,6±0,8% və 23,3±1,0% olmuşdur. α dalğaların 

ümumi miqdarı 3% azalaraq 9,1±0,4%-ə bərabər 

olmuşdur. ß

1

  və  ß


dalğaları müvafiq olaraq 

spektrin 23,4±1,1% və 25,6±1,1%-ni təşkil 

etmişlər (Şək. 2). Analiz nəticəsində hipoksiya-

nın təsiri ilə EKoQ-nin dalğalarının amplitu-

dasının 1,5 dəfə artması müəyyən olunmuşdur 

(p<0,01) (Şək. 5). 

Kontrol 30 günlük dovşanların EKoQ-nin, 

spektrində  aşağı  və yüksək tezlikli dalğaların nis-

bəti  əvvəlki dövrdən fərqlənməmişdir. Spektrin 

62%-ni yüksək tezlikli  dalğalar təşkil etmişdir.  ∆ 

və    θ dalğaların rastgəlmə tezliyi  müvafiq olaraq 

17,9±0,8% və 19,8±0,9%-ə  bərabər olmuşdur. Ən 

az xüsusi çəkiyə  α dalğalar malik olmuşlar 

(12,4±0,6%). Yüksək tezliyə malik ß

1

  və  ß



2

 dal-


ğaların indeksi 20 günlükdən çox az fərqlənmişdir 

(25,7±1,1% və 24,3±1,1%) (Şək. 2, 6). Müəyyən 

olunmuşdur ki, 30 günlük dovşanlarda EKoQ-nin  

dalğalarının amplitudası  əvvəlki dövrə nisbətən 

artmışdır (p<0,01). 

Hipoksiyanın təsiri ilə 30 günlük dovşanların 

EKoQ-nin spektral tərkibində cüzi  dəyişikliklər 

baş verir. Aşağı  və yüksək tezlikli dalğaların miq-

darının nisbəti kontrola nisbətən dəyişmir. Aşağı və 

yüksək tezlikli dalğalar spektrin 38% və 62%-ni 

təşkil etmişlər. Eyni zamanda aşağı tezlikli ∆ və θ  


Ontogenezin Müxtəlif Dövrlərində Aparılan 

101 


 

 

Şəkil 6. 30 günlük dovşan balalarının baş beyninin bioelektrik aktivliyi.  

I - kontrol, II - təcrübə, a) sağ yarımkürə, b) sol yarımkürə. 

 

0

20



40

60

80



100

120


140

kontrol


təcrübə

kontrol


təcrübə

sağ y/kürə

sol y/kürə

mkV


θ

ɑ



ß1

ß2

**



**

**

**



**

**

**



***

 

Şəkil 7. Postnatal ontogenezin 30-cu günündə kəskin hipoksiyaya məruz qoyulmuş dovşan balalarında baş beynin 

bioelektrik aktivliyinin dalğa spektrlərinin amplitud göstəriciləri, **p<0,01, ***p<0,001. 

 

 



dalğaların miqdarının nisbəti də dəyişməmişdir, on-

ların indeksi müvafiq olaraq

 

16,6±0,8% və 



20,6±0,9% olmuşdur.  α dalğaların miqdarının 2% 

azalması müşahidə olunmuşdur (10,5±0,5%). 

 

Müəyyən edilmişdir ki, kontrolla müqayisədə ß-



dalğaların xüsusi çəkisinin azalması  ß

1

 dalğaları ilə 



əlaqədardır, onların miqdarı 3% azalır (22,8±0,9%). 

ß

2



 dalğaların xüsusi çəkisi isə 5% artır (29,5±1,3%) 

(Şək.2, 6). Müəyyən olunmuşdur ki, 30 günlük dov-

şanlarda  əvvəlki dövrlərdən fərqli olaraq hipok-

siyanın təsiri ilə EKoQ-nin aşağı tezlikli və alfa 

dalğalarının amplitudası azalır (p<0,01) (Şək. 7).  

Tədqiqatlar göstərir ki, hipoksiyanın təsiri ilə  

10 və 20 günlük dovşanlarda EKoQ-nin spektrində 

aşağı tezlikli dalğaların xüsusi çəkisi cüzi 3-5% 

artır. Eyni zamanda EKoQ-nin dalğalarının ampli-

tudası kəskin artır. Bu artım 10 günlük dovşanlarda 

daha nəzərə çarpandır. 30 günlük dovşanlarda  hi-

poksiya EKoQ-nin spektrinə çox cüzi təsir edir, 

aşağı  və yüksək tezlikli dalğaların miqdarının nis-

bəti dəyişikliyə  məruz qalmır.  Əvvəlki yaş qrup-

larından fərqli olaraq EKoQ-nin dalğalarının ampli-

tudasında azalma müşahidə olunur.  

Ədəbiyyatdan məlumdur ki, hipoksiyanın təsiri 

ilə inkişafda olan və yetkin beyin qabığının yekun 

aktivliyində bəzi hallar istisna olmaqla (Гусейнов и 

др., 2012), aşağı tezlikli dalğaların xüsusi çəkisi  

artır (Anderson et al., 2004, Parer, 1998). Hipok-

siya  şətaitində EKoQ-nin dalğalarının amplituda-

sının artmasını beyin qabığı neyronlarının impuls 

aktivliyinin artması  və tormozlayıcı neyrolarin ak-

tivliyinin zəifləməsi ilə izah etmək olar. Hesab olu-

nur ki, tormozlayıcı neyrolar beyin qabığı neyron-

larının impuls aktivliyini tənzim edərək EEQ-nin 

dalğalarının davametmə müddətini və amplitudasını 

təyin edirlər (Irlbacher, 2007). EKoQ-nin dalğala-

rının amplitudasının azalması beyin qabığı neyron-

larının aktivliyinin zəifləməsi ilə bağlı ola bilər. 

Əgər 10 və 20 günlük dovşanların EKoQ-nin 

oksigen çatışmazlığına davamlılığını müqayisə et-

sək məlum olar ki, axırıncıların elektrik aktivliyi 

hipoksiyaya daha həssasdır. Hər iki qrupdan olan 


İbrahimli və b. 

102 


heyvanlarda EKoQ-nin spektrində dəyişıklıklər çox 

cüzi fərqlənir, lakin 10 günlük dovşanların EKoQ-

nin amplitudasının artımı daha çoxdur. 30 günlük 

dovşanlarda baxmyaraq ki, hipoksiyanın təsiri ilə  

EKoQ-nin dalğalarının amplitudası azalır, onun 

spektrində  dəyişiklik baş vermir. Bunun əsasında 

onların elektrik aktivliyinin hipoksiyaya daha da-

vamlı olmasını demək olar. 

Ədəbiyyatda belə hesab olunur ki, orqanizm nə 

qədər cavandırsa onun EEQ-si o qədər oksigen 

çatışmazlığına davamlıdır (Singer, 2004; Symmes 

et al., 1970).  Ontogenezin  əvvəlində  EEQ-nin hi-

poksiyaya davamlılığı bir sıra kompensator mexa-

nizmlərin olması ilə izah olunur. Güman olunur ki, 

ilkin ontogenezdə qlikogen ehtiyatı daha çoxdur, 

qan-damar sisteminin xüsusiyyətləri oksigenin daha 

asan nəql olunmasını təmin edir, hipoksiya zamanı 

maddələr mübadiləsi zəifləyir və  hüceyrələrdə pH 

azalır (Singer, 2004; Mann, 1970)Lakin ilkin on-

togenezdə EEQ-nin hipoksiyaya davamlılığı tam 

aydın deyil. Bəzi müəlliflərin fikrinə görə baxma-

yaraq ki, ilkin ontogenezdə EEQ hipoksiyaya da-

vamlıdır, onun təsiri ilə sinir sistemində daha ciddi 

morfoloji dəyişıkliklər yaranır (Lafemina, 2006; 

Young et al., 2004). 

Aparılan tədqiqatların  əsasında demək olar ki, 

ontogenezin  əvvəlində  hipoksiya yaşla  əlaqədar  

dovşanların EKoQ-nin  göstəricilərinə müxtəlif təsir 

edir. 10 və 20 günlük dovşanlarda oksigen çatış-

mazlığı EKoQ-nin spektrində  aşağı tezlikli dalğa-

ların xüsusi çəkisini 3-5% artırır, eyni zamanda dal-

ğaların amplitudası yüksəlir. 30 günlük dovşanlarda  

EKoQ-nin spektri hipoksiyanın təsiri ilə  dəyişmir. 

Lakin  əvvəlki təcrübə qrupundan fərqli olaraq 

EKoQ-nin yavaş  və alfa dalğalarının amplitudası 

azalır. Müxtəlif yaş qruplarında EKoQ-nin oksigen 

çatışmazlığına davamlılığının müqayisəsi  əsasında 

demək olar ki, yaşın artması ilə əlaqədar EKoQ-nin 

hipoksiyaya davamlılığı artır.  

 

 

ƏDƏBİYYAT  

 

Журавин  И.А.,  Туманова  Н.Л.,  Дубровская 

Н.М, Федосеева К.Н. (2003) Нарушения фор-

мирования  старой  и  новой  коры  при  измене-

нии  условий  эмбрионального  развития.  Журн. 

Эвол. Биох. и физиол., 39(№ 6): 608-612.  

Гусейнов  А.Г.,  Мамедов  Х.Б. (2012) Влияние 

гипоксии в разные периоды пренатального он-

тогенеза  на  электрокортикограмму  плодов 

кролика. Росс. Физиол. журн.98: 1260-1257. 



Anderson T.R., Shah P.A., Benson D.L. (2004) 

Maturation of glutamatergic and GABAergic 

synapse composition in hippocampal neurons. 

Neuropharmacology, 47: 694-705.  

Fujimori B., Yokota T., Ishibashi Y., Takei T

(1958) Analysis of the electroencephalogram of 

cjildren by histoqram method. EEG and Clin. 

Neurophysiol.10(2): 241-252. 

Irlbacher K., Brocke J., Mechow J.V, Brandt 

 

S.A. (2007) Effects of GABAa and GABAb 

agonists on interhemispheric inhibition in man. 

Clin. Neurophysiol., 118: 308-316. 

Lafemina M.J., Sheldon R.A., Ferriero D.M. 

(2006) Acute hypoxia-ischemia results in hydro-

gen peroxide accumulation in neonatal but not 

adult mouse brain. Pediatr. Res., 59(5): 680-683. 



Mann L.J. (1970) Effect of hypoxia on fetal cephalic 

blood flow, cephalic metabolism, and the elec-

troenctphalogramm. Exp. neurol.29(2): 336-348. 

Parer J.T. (1998) Effects of fetal asphyxia on brain 

cell structure and function: limits of tolerance. 



Comp. Biochem. Physiol. A Mol. Integr. Physiol., 

119: 711-716. 

Schwartz M.L.,  Vaccarino F., Chacon M., Yan 

W.L., Ment L.R., Stewart W.B.  (2004) Chronic 

neonatal hypoxia leads to long term decreases in 

the volume and cell number of the rat cerebral 

cortex. Semin Perinatol.28: 379-388. 



Singer D. (2004) Metabolic adaptation to hypoxia: 

cost and benefit of being small. Respiratory 



Physiol. Neurobiol.141(3): 215-228.  

Symmes D.,  Prichard J. W., Mann L. I. (1970). 

Spectral analysis of fetal sheep EEG during 

hypoxia.  Electroencephalography and Clinical 

Neurophysiology, 29(5): 511-515 . 

Young, C., Tenkova T., Dikranian K., Olney J.W

(2004) Excitotoxic versus apoptotic mechanisms of 

neuronal cell death in perinatal hypoxia/ischemia. 

Current Molecular Medicine2: 77-85. 

 

 

 

 

 

 

 

 

 

 


Ontogenezin Müxtəlif Dövrlərində Aparılan 

103 


Влияние Гипоксии, Проводимой в Разные Периоды Онтогенеза 

на Биоэлектрическую Aктивность Мозга Крольчат 

 

И.Г. Ибрагимли, А.Г. Гусейнов, А.А. Мехтиев 



 

Институт физиологии им. А.И. Гараева НАНА  

 

Исследовано влияние однократной острой гипоксии на электрокортикограмму (ЭКоГ) у 10, 20 и 30-

дневных крольчат. У 10  и 20-дневных крольчат под влиянием гипоксии в спектре ЭКоГ усиливается 

выраженность низкочастотных волн на 3-5%. Одновременно увеличивается амплитуда волн ЭКоГ. У 

30-дневных  крольчат  при  гипоксии  в  спектре  ЭКоГ  существенных  изменений  не  происходит,  а 

амплитуда  волн  уменьшается.  Сравнительный  анализ  показывает,  что  по  мере  увеличения  возраста 

крольчат, уменьшается чувствительность ЭКоГ к гипоксию.  

 

Ключевые слова: Острая гипоксия, онтогенез, электрокортикограмма, кролики 

 

 



 

 

Impact of Hypoxia Undertaken In Different Periods of Ontogenesis  

on Bioelectrical Activity of The Brain in Rabbit Pups 

 

I.H. Ibrahimli, A.G. Guseynov, A.A. Mekhtiev 

 

Institute of

 

Physiology named after A.I.Garayev, ANAS



 

 

The electrocorticogram (ECoG) of the 10, 20 and 30-day old rabbits, subjected to the effects of acute 

hypoxia, was registered. Under hypoxia in the 10 and 20-day old rabbits incidence of the low-frequency 

waves in the ECoG specter was upregulated by over 3-5%. Simultaneously, amplitudes of the waves of the 

ECoG increased. In the 30-day old rabbits there were no significant changes in the ECoG specter under 

hypoxia, whereas amplitudes of the waves decreased. Comparative analysis shows that while the age of the 



rabbits was growing up, vulnerability of ECoG to hypoxia decreased. 

 

Key words:  Acute hypoxia, ontogenesis, electrocorticogram, rabbits 

 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin