Onkologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə ÇƏNBƏr bağirsaq xəRÇƏNGİ


) Dəri xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?



Yüklə 1,34 Mb.
səhifə11/14
tarix27.11.2016
ölçüsü1,34 Mb.
#312
1   ...   6   7   8   9   10   11   12   13   14

681) Dəri xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?
A) Adenokarsinoma

B) Bazalhüceyrəli karsinoma

C) Yastı hüceyrəli karsinoma

D) Piy vəzilərinin karsinoması

E) Pedjet xəstəliyi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 45с.
682) T1 simvoluna görə dəri xərçəngi hansı ölçüdə olur?
A) >5sm

B) <2 sm


C) Hamısı

D) Heç biri

E) 2-5 sm
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,51с.
683) T2 simvoluna görə dəri xərçəngi hansı ölçüdə olur?
A) 2-5 sm

B) Heç biri

C) >5sm

D) <2 sm


E) Hamısı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,51с.
684) Dəri xərcənginin I-II mərhələsində hansı müalicədən istifadə olunur?
A) Kimyəvi

B) Hamısı

C) Cərrahi

D) Şüa və cərrahi

E) Şüa
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 52с.
685) Dəri xərçənginin III-IV mərhələsində əsas hansı müalicə üsulu vardır?
A) Kombinəolunmuş

B) Cərrahi

C) Şüa

D) Kimyəvi



E) Hamısı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,52с.
686) Hansı piqmentli nevuslar daha çox melanomaya keçir?
A) Dyubrey melanozu

B) Nevus Otta

C) Qiqant piqment nevusu

D) Lentiqo

E) Göy nevus
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,60с.
687) Qibernoma hansı toxumadan inkişaf edir?
A) Tər

B) Əzələ


C) Piy

D) Sümük


E) Birləşdirici
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,83с.
688) Melanoma hansı yolla metastaz verir?

A) Limfogen

B) Heç biri

C) Hamısı

D) Hematogen

E) İmplantasion


Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,64с.
689) Piroqov üçbucağı hansı arteriyanın bağlanmasında yararlıdır?
A) Üz arteriyası

B) Xarici yuxu arteriyası

C) Yuxarı qalxanabənzər arteriyası

D) Ümumi yuxu arteriyası

E) Dil arteriyası
Ədəbiyyat: M.Р.Сапин “Анатомия человека”, том 2, - Москва, 1986, 191с.
690) Alt dodaq xərçənginin reqionar metastazında şüa müalicəsi nə kimi istifadə olunur?
A) Kombinəolunmuş müalicənin etapı kimi, palliativ metod kimi

B) Palliativ metod kimi

C) Sərbəst radikal metod kimi

D) Kombinəolunmuş müalicənin etapı kimi

E) Sərbəst radikal metod kimi, kombinəolunmuş müalicənin etapı kimi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,136с.
691) Baş və boynun bədxassəli şişlərində kimyəvi terapiyaya göstəriş hansılardır?
A) Hamısı

B) Uzaq metastazlar

C) Yerli qeyri-rezektal residivlər

D) Aşağı differensasiyalı şişlər

E) Yerli qeyri-rezektal residivlər və uzaq metastazlar
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,137с.
692) Qalxanvari vəzinin xərcəngində hansı sinir zədələnə bilər?
A) Dilaltı sinir

B) Üz siniri

C) Əlavə sinir

D) Azan sinir

E) Qayıdan sinir
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,391с.
693) Qulaqətrafı tüpürcək vəzisinin xərcəngində hansı sinir zədələnə bilir?

A) Azan sinir

B) Dilaltı sinir

C) Üz siniri

D) Üçlü sinir

E) Əlavə sinir


Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 238с.
694) Agız boşlugu xərçəngində aşagıda sadalananlardan hansı ən çox reqional limfa düyünlərinə metastaz verir?

A) Dil kökünün

B) Sərt damaqda

C) Yumşaq damaqda

D) Dilin hərəkətli hissəsində

E) Alveolyar çıxıntının selikli qişasında


Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,152с.
695) Xəstə 60 yaşında, qulaqətrafı tüpürcək vəzisinin xərçəngi II a mərhələ.Əsas hansı müalicə üsulundan istifadə olunur?
A) Cərrahi

B) Kimyəvi

C) Müştərək şüa terapiyası

D) Kombinəolunmuş müalicə əməliyyatönü distansion qamma terapiya

E) Kombinəolunmuş müalicə əməliyyatdan sonra distansion qamma terapiya
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,248с.
696) Burun-udlağın epitel mənşəli şişləri hansılardır?
A) Angioma

B) Papilloma

C) Adenoma

D) Hamısı

E) Adenomalimfoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,322с.
697) Qırtlağın xərçəngində hansı kimyəvi preparat effektivdir?
A) Vinblastin

B) Metatreksat

C) Sisplatin

D) Hamısı

E) Hec hansı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,360с.
698) Medulyar xərçəng hansı hüceyrədən inkişaf edir?
A) A- hüceyrədən

B) Heç biri

C) Hamısı

D) C- hüceyrədən

E) B- hüceyrədən
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,380с.
699) Qalxanvarı vəzinin xərçəngi ən çox hansı limfa düyünlərinə metastaz verir?
A) Döşarxası

B) Pretraxeal

C) Körpücüküstü

D) Paratraxeal

E) Daxili vidaci vena boyunca
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,389с.
700) Xəstənin 55 yaşı var.Ona hemitireodektomiya əməliyyatı aparılmışdır. Histoloji müayinədə,qalxanvari vəzdə - papilyar xərçəng təyin olmuşdur. Bu xəstəyə əlavə nə etmək lazimdır?
A) Profilaktik şüa terapiyası

B) Profilaktik kimyəvi terapiya

C) Radioaktiv yodla müalicə

D) Təkrar əməliyyat- qalan payin kəsilib-çıxarılması

E) Dinamik nəzarət
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,400с.
701) Xəstə 47 yaşında, boynun qeyri-rezektabel xemodektomasıdır. Həmin xəstəyə nə etmək lazımdır?
A) Palliativ məqsədlə distansion şüa terapiyası

B) Simptomatik müalicə

C) Heç biri

D) Radikal proqramma ilə distansion şüa terapiyası

E) Müştərək şüa terapiyası
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,98с.
702) Xəstənin 43 yaşı var. Şikayəti dilin sag ön nahiyyəsində 1-1,5 sm ölçüdə olan törəmədəndir. Xəstəyə müayinələrə əsasən “Papilloma” diaqnozu qoyulmuşdur. Əsas hansı müalicə üsulundan istifadə olunur?
A) Kimyəvi

B) Cərrahi

C) Yaxın məsafənin rentgenoterapiyası

D) Antibiotikoterapiya

E) Hamısı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,103с.
703) Bu şişlərdən hansı APUD- sisteminə aiddir?
A) Broxiogen xərçəng

B) Xemodektoma

C) Hamısı

D) Qalxanvari vəzinin medulyar xərçəngi

E) Xordoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,384с.
704) Aşagıdaki şiş növlərinin hansıları tüpürcək vəzinin,xoş xassəli şişidir?
A) Meninqioma

B) Bazalioma

C) Adenoma

D) Anqiosarkoma

E) Limfoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,221с.
705) Üst çənənin alveolyar çıxıntısının epulidi. Hansı müalicə üsulundan istifadə olunur?
A) Fizioterapiya

B) Kimyəvi dərman müalicəsi

C) Konservativ müalicə

D) Cərrahi müalicə

E) Şüa terapiyası
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,144с.
706) Xemodektomada əsas hansı müayinədən istifadə olunur?
A) Kompyuter tomoqrafiya

B) Ultrasəs müayinəsi

C) Angioqrafiya

D) Hamısı

E) Heç biri
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,93с.
707) Qulaq şişlərinin yerli yayılmasını müəyyənləşdirmək üçün hansı müayinələrdən istifadə olunur?
A) Angioqrafiya

B) Rentgentomoqrafiya

C) Hamısı

D) Kompyuter tomoqrafiya

E) Heç biri
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,294с.
708) Boynun yan kistasını hansı metodla müalicə etmək olar?
A) Dərman

B) Kimyəvi

C) Şüa

D) Hamısı



E) Cərrahi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,103с.
709) Çənəaltı ağız suyu vəzisinin adenomasını hansı metodla müalicə etmək olar?
A) Şüa

B) Dərman

C) Cərrahi

D) Kimyəvi

E) Fizioterapiya
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,236с.
710) Dilin xərçənginin T1N0M0 mərhələsində hansı müalicədən istifadə olunur?
A) Kimyəvi

B) Cərrahi

C) Kombinəolunmuş

D) Hamısı

E) Şüa
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,158с.
711) Baş-boyun şişlərinin reqionar limfa düyünlərinə metastazinda əsas hansı müalicədən istifadə olunur?
A) Hamısı

B) Cərrahi

C) Kombinəolunmuş

D) Şüa


E) Kimyəvi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,106с.
712) Xəstədə “Burun-udlagın xərçəngi” diaqnozu təyin olunub.Boynun bir tərəfində 5 sm ölcüsündə limfa düyünlərində metastaz var. Bu hansı N simvoluna uygundur?

A) Nx


B) N3

C) N2


D) N0

E) N1
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,326с.


713) Ənsə nahiyəsi dərisinin xərçənginin T1N0M0 mərhələsində əsas hansı müalicədən istifadə olunur?
A) Kimyəvi

B) Kombinəolunmuş

C) Şüa

D) Hamısından



E) Cərrahi
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,52с.
714) Burun-udlağın gənclik angiofibroması ilə ən çox kim xəstələnir?
A) Oğlanlar

B) Qadınlar

C) Yaşlılar

D) Kişilər

E) Qızlar
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,323с.
715) Haymor boşluğunun xərçəngində ekzoftalm hansı səbəbdən əmələ gəlir?
A) Şişin orbitaya sirayəti zamanı

B) Şişin ağız boşluğuna sirayəti zamanı

C) Şişin burun boşluğuna sirayəti zamanı

D) Şişin gicgahaltı çuxura sirayəti zamanı

E) Şişin dəriyə sirayəti zamanı
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,303с.
716) Burun-udlağın xərçəngi ən çox hansı reqionar limfa düyünlərinə metastaz verir?
A) Boynun səthi limfa düyünlərinə

B) Çənəaltı limfa düyünlərinə

C) Yuxarı dərin vidaci limfa düyünlərinə

D) Orta dərin vidaci limfa düyünlərinə

E) Körpücüküstü limfa düyünlərinə
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,325с.
717) Qalxanvari vəzinin hansı şişləri xoşxassəlidir?
A) Medulyar adenokarsinoma

B) Limfosarkoma

C) Yastıhüceyrəli xərçəng

D) Follikulyar adenoma

E) Papillyar adenokarsinoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000, 380с.
718) Burun-udlağın epitelial mənşəli xoşxassəli şişi hansıdır?
A) Yastıhüceyrəli papilloma

B) Adenokarsinoma

C) Yastıhüceyrəli xərçəng

D) Differensasiya olunmayan xərçəng

E) Angiosarkoma
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,322с.
719) Burun-udlagın bədxəssəli şişləri ən çox hansı orqana uzaq metastaz verir?
A) Boyun limfa düyünlərinə

B) Ağciyərə

C) Baş beyinə

D) Qaraciyərə

E) Sümüklərə
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,328с.
720) Ağız-udlağın törəməsi ən çox hansı nahiyəni zədələyir?
A) Ağız-udlağın arxa divarını

B) Damaq badamcıqlarını

C) Dilin cismini

D) Yanağın selikli qişasını

E) Dil kökünü
Ədəbiyyat: А.И.Пачес “Опухоли головы и шеи” – Москва,2000,329c.

Bölmə 23. Yumuşaq toxumanın şişləri

721) Birləşdirici fibroz toxuma mənşəli xoşxassəli şiş hansıdır?
A) Lipoma

B) Piogen qranulema

C) Fibroma

D) Mioma


E) Hemangioma
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
722) Aşağıda qeyd olunanlardan hansı damar mənşəli xoşxassəli şişlərə aiddir ?

A) Angiosarkoma

B) Rabdomioma

C) Kelloid

D) Neyrofibroma

E) Hemangioma


Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
723) Aşağıda qeyd olunanlardan hansı əzələ mənşəli xoşxassəli şişlərə aiddir ?
A) Rabdomiosarkoma

B) Qibernoma

C) Rabdomiyoma

D) miozit

E) Fibrosarkoma
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
724) Aşağıda qeyd olunanlardan hansı piy toxuması mənşəli xoşxassəli şişlərə aiddir ?
A) Nevrinoma

B) Fimoma

C) Limfoma

D) Lipoma

E) Qlioma
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
725) Sinovyal mənşəli xoşxassəli şişlərə aşağıda qeyd olunanlardan hansını aid etmək olar ?

A) Sinovioma

B) Sinovial sarkoma

C) Qanqlioma

D) Şvannoma

E) Rabdomioma


Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
726) Mezotelial toxumadan əmələ qələn xoşxassəli şişlərə aşağıda qeyd olunanlardan hansını aid etmək olar?

A) Xoşxassəli mezotelioma

B) Reklinqhauzen xəstəliyi

C) Bədxassəli mezotelioma

D) Mezenxioma

E) Miozit


Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
727) Periferik sinirlərdən çıxan şişlərə aşağıda qeyd olunanlardan hansını aid etmək olar ?
A) Paraqanqlioma

B) Neyrodermit

C) Nevrinoma

D) Meninqit

E) Ensefalit
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
728) Aşağıdakılardan hansı paraqanqliomadır?
A) Terafroma

B) Ksantoma

C) Şimmelbuş xəstəliyi

D) Feoxromositoma

E) Reklinqauzen
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
729) Hansı cavab birləşdirici fibroz toxumanın bədxassəli şişlərinə aiddir ?
A) Fibrosarkoma

B) Endotelioma

C) Xondrosarkoma

D) Osteogen sarkoma

E) Limfosarkoma
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
730) Piy toxumasından inkişaf edən bədxassəli şişlərə aid olan hansıdır ?
A) Leyomiosarkoma

B) Limfosarkoma

C) Liposarkoma

D) Sinovial sarkoma

E) Yuinq sarkoması
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
731) Aşağıda qeyd olunanlardan hansı damar mənşəli bədxassəli şişlərə aiddir ?

A) Fibrosarkoma

B) Şvannoma

C) Limfosarkoma

D) Liposarkoma

E) Bədxassəli hemangioperisitoma


Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
732) Aşağıda qeyd olunanlardan hansı əzələ mənşəli bədxassəli şişlərə aiddir ?
A) Fibromioma

B) Fibrosarkoma

C) Rabdomiosarkoma

D) Leyomioma

E) Hemogiendotelioma
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
733) Periferik sinirlərdən əmələ gələn bədxassəli şiş hansıdır ?
A) Bədxassəli mezenximoma

B) Osteosarkoma

C) Kapoşi sarkoma

D) Neyrosarkomalar

E) Reklinqhauzen xəstəliyi
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
734) Yumşaq toxuma şişlərinin diaqnostikası hansı üsullarla həyata keçirilir ?
A) Rentgenoloji

B) Klinki, vizual və izotop müayinələri

C) Termoqrafik

D) KT


E) Kliniki, USM, MRT və sitoloji
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
735) Xoşxassəli yumşaq toxuma şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) Şüa terapiyası

B) Kimyaterapevtik

C) Cərrahi

D) Fizioterapevtik

E) Məlhəmlərlə
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
736) Yumşaq toxumanın bədxassəli şişlərinin radikal müalicəsi hansı üsulla aparılır ?
A) Hormonal müalicə

B) Şüa terapiya

C) Krioterapiya

D) Cərrahi

E) Kimyaterapiya
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
737) Yumşaq toxumanın bədxassəli şişləri zamanı regionar limfadisseksiya hansı vəziyyətlərdə icra olunur?

A) Regionar limfa düyünlərində metastazlara şübhə olduqda (kliniki, USM, MMR)

B) Sümük sistemində MTS olduqda

C) Regionar limfa düyünləri müəyyən edilmədiyi hallarda

D) Ağciyərlərdə MTS olanda

E) Heç bir vaxt


Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
738) Metastazını ən çox fəqərələrə verən bədxassəli şiş hansı orqana aiddir?
A) Aşağı ətraflar

B) Uterus

C) Mədə

D) Sidik kisəsi



E) Süd vəzi
Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
739) Sümük sarkomaları ən çox hansı orqanlara metastaz verir?
A) Yumşaq toxumalar

B) Böyrək

C) Dəri

D) Dalaq


E) Ağciyər
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
740) Hansı bədxassəli şiş az hallarda limfa düyünlərinə metastaz verir?
A) Süd vəzi xərçəngi

B) Mədə xərçəngi

C) Ağciyər xərçəngi

D) Yumşaq toxuma sarkoması

E) Dəri xərçəngi
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
741) Uşaqlarda ən çox rast gəlinən yumşaq toxuma sarkoması hansıdır?

A) Angiosarkoma

B) Neyroektodermal sarkoma

C) Fibrosarkoma

D) Embrional sarkoma

E) Rabdomiosarkoma


Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр «Хирургия мягких тканей и костей», Москва, Медицина, 1996,440 с.
742) Yumşaq toxuma sarkoması zamanı prosesin rezektabel olmasını müəyyən etmək üçün hansı müayinə daha informativdir?
A) Rentgenotomoqrafiya

B) USM


C) Angioqrafiya

D) KT


E) MRT
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
743) Ətrafların yumşaq toxuma sarkoması əğər sümüklərə (sümüküstlüyünə) sirayət etmiş isə hansı ablastik cərrahiyyə əməliyyatı aparılmalıdır?
A) Radiocərrahi üsulla şişin kəsilib çıxarılması

B) Şişin sümüküstlüyü ilə qaşınıb çıxarılması

C) İntraoperasion arteriyadaxili regionar pkt ilə birmomentli şişin kəsilib çixarılması

D) Şişin elektrobıçaqla soyulub çıxarılması

E) Ətrafin şişdən proksimal amputasiyası
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
744) Yumuşaq toxuma sarkomalarından ən az rast gəlinən histoloji tip hansıdır?
A) Fibrosarkoma

B) Bədxassəli mezenximoma

C) Liposarkoma

D) Angiosarkoma

E) Rabdomiosarkoma
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
745) Uşaqlarda yumşaq toxuma və sümük şişlərinin radikal müalicəsində üstünlük hansı metoda verilir?
A) Radyoterapiya

B) Cərrahi-radikal

C) Konservativ

D) Kompleks

E) Kimyaterapiya
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
746) Mezenximal şişlər hansı toxumadan inkişaf edir ?

A) Bütün variantlar doğrudur

B) Qığırdaq toxuması

C) Əzələ toxuması

D) Sümük toxuması

E) Damar və periferik sinir kapsulası


Ədəbiyyat: С.А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560

Bölmə 24. Sümük toxuması şişləri

747) Sümüklərin xoşxassəli şişlərinə aşağıda qeyd olunanlardan hansı aiddir ?
A) Osteogen sarkoma

B) Yuinq xəstəliyi

C) Parosteal osteosarkoma

D) Xondroblastoma

E) Osteomielit
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
748) Sümüklərin bədxassəli şişlərinə aşağıda qeyd olunanlardan hansı aiddir ?
A) Osteoblastoma

B) Osteoma

C) Osteosarkoma

D) Giqant hüceyrəli tumor

E) Xondromiksoma
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр 560
749) Birincili sümük şişlərinin diaqnostikası hansı üsullarla aparılır ?
A) Termoqrafiya,Ultrasonoqrafiya,Rentqenoqrafiya

B) Rentgenoloji, MRT, KT

C) Biokimyəvi,Doppleroqrafik,Mammoqrafik

D) MRT,Mikrobioloji,Rentgenoloji

E) Bakterioloji,Biyokimyəvi,Genomik
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
750) Sümük şişlərinin xoşxassəli formalarında hansı müalicə metoduna üstünlük verilir ?
A) İmmunoterapiya

B) Hormonal terapiya

C) Fizioterapiya

D) Kimyaterapiya

E) Cərrahi
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
751) Osteogen sarkomanın radikal müalicə metodu hansıdır ?
A) Şüa terapiyası,lazer terapiyası,immunoterapiya

B) Məlhəmlərlə applikasiya,lazer terapiyası,şüa terapiyası

C) Lazer terapiyası,cərrahiyyə,kriyoterapiya

D) Cərrahi, kimyaterapiya,şüa terapiyası

E) Krioterapiya,şüa terapiyası,kemoterapiya
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
752) Paraossal osteosarkoma (Yukstakortinal osteosarkoma) zamanı radikal müalicə metodu hansı sayılır?
A) Kimyaterapiya

B) Şüa terapiyası

C) Cərrahi

D) Hormonal terapiya

E) Krioterapiya
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
753) Xondrosarkomalarin müalicəsi üçün hansı müalicə üsulu daha optimaldır ?
A) Cərrahi

B) Şüa terapiyası

C) Hormonal terapiya

D) Kimyaterapiya

E) Məlhəmlərlə müalicə
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
754) Sümüklərin fibrosarkomaları zamanı hansı müalicə metodu daha effektivdir ?
A) Cərrahi

B) Kriocərrahiyyə

C) Hormonal terapiya

D) Kimyaterapiya

E) Şüa terapiyası
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
755) Yuinq sarkoması zamanı hansı müalicə metodu daha effektivdir ?
A) Polikimyaterapiya və şüa terapiyası

B) Hormonoterapiya

C) Cərrahi müalicə

D) Lazer cərrahiyyası

E) Şüa terapiyası
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
756) Sümüklərin retikulosarkomaları zamanı hansı müalicə daha effektivdir ?
A) Kriocərrahi

B) Kimyaterapiya

C) Hormonal terapiya

D) Şüa terapiyası

E) Şüa və kimyaterapiya
Ədəbiyyat: А.Шалимов с др. «Справочник по онкологии» Киев 2000,стр560
757) Uşaqlarda ən çox rast gələn bədxassəli sümük şişi hansıdır?
A) Xondrosarkoma

B) Yuinq sarkoması

C) Sümüklərin fibrosarkoması

D) Fibroz histiotoma

E) Osteosarkoma
Ədəbiyyat: М.Х.Шугабейкер, М.М.Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996,440 с.
758) Sümük şişi olan bir xəstəni həkimə müraciət etdirən başlıca simptom hansıdır?

A) hərəkət məhdudluğu

B) ağrı

C) şiş


D) dərinin rəngində dəyişiklik

E) patoloji sınıq


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr,2008.səh.733
759) Sümüyün epifizində yerləşən bəd xassəli sümük törəməsi hansıdır?

A) multipl myeloma

B) yuvinq sarkoması

C) xondroblastoma

D) adamantinoma

E) xordoma


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr,2008.səh.734
760) Aşağıda yazılan törəmələrdən hansı sümüyün diyafizində yerləşir?

A) adamantinoma

B) fibroz displaziya

C) bütün variantlar doğrudur

D) limfoma

E) yuvinq sarkoması


Ədəbiyyat: Campbell”s Operative Orthopaedics,I cild, X nəşr 2008,səh.734
Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin