Oil and Gas Company Profile


Neft-qazçıxartma qurğularının etibarlılığını və iş qabiliyyətini yüksəltmək məqsədilə korroziyaya qarşı mübarizə



Yüklə 14,36 Kb.
səhifə3/4
tarix26.12.2023
ölçüsü14,36 Kb.
#198359
1   2   3   4
Neftin çıxarılması və nəqlində istifadə olunan avadanlıqların işləmə qabiliyyəti və etibarlılığı.

Neft-qazçıxartma qurğularının etibarlılığını və iş qabiliyyətini yüksəltmək məqsədilə korroziyaya qarşı mübarizə.
Metalın korroziyası və ona təsir edən amillər:
Metalın korroziyası – onun ətraf mühitin təsiri ilə dağılma prosesidir. Neftqaz qurğularının korroziyası onların vaxtından əvvəl sıradan çıxmasına, texnoloji proseslərin pozulmasına, səbəb olur və nəticədə xalq təsərrüfatına böyük ziyan dəyir. Ona görə də quruda və dənizdə korroziya ilə mübarizə mühüm dövlət əhəmiyyətli məsələdir.
Ümumiyyətlə korroziya kimyəvi və elektrokimyəvi korroziyalara ayrılır. Kimyəvi korroziya əsasən metal ilə kimyəvi aqresiv agentin kontaktı zamanı əmələ gələn prosesdir və bu proses elektrik cərəyanının əmələ gəlməsi ilə müşahidə olunur. Kimyəvi korroziya zamanı metal ilə aqresiv aqressiv kimyəvi komponent arasında gedən reaksiya nəticəsində metalın yeyilməsi və ya dağılması baş verir. Məsələn, neft şənlərinin və ya boru kəmərlərinin korroziyası kükürdlü nüftqazın saxlanılması və nəqli zamanı baş verir.
Elektrokimyəvi korroziya isə metalın elektrik cərəyanının əmələ gəlməsi ilə müşahidə olunan dağılma prosesidir. Kimyəvi korroziyadan fərqli olaraq elektrokimyəvi korroziya zamanı metalın səthində müxtəlif dərinlikli və formalı ləkə və kəha şəkilində yerli dağılmalar əmələ gəlir. Bu halda korroziya prosesi mikro və makrokorroziya prosesinə ayrılır. Mikrokorroziya məsamələrinin əmələ gəlməsi metalın strukturunun bircinsli olmamması ilə əlaqədardır. Mikrokorroziya prosesi, əsasən yeraltı keçidlərdə qoyulmuş boru kəmərlərində əmələ gəlir.
Neftqaz qurğularına təsir edən qüvvələrin (yüklərin) xarakteristikalarını nəzərə almaqla qurğuların hesabı müxtəlif texniki-normativ sənədlərə əsaslanır. Həmin sənədlərdə dəniz neftqaz qurğularına əsasən dalğa, külək, axın, buz, seysmik və başqa qüvvələr ayrı ayrılıqda və ya birlikdə təsir edirlər. Ümumilikdə, dəniz neftqaz qurğularına təsir edən qüvvələri aşağıdakı növlərə bölmək olar


Yüklə 14,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin