Odlar yurdu kolleci İstehsalat Təcrübəsi Hesabatı İxtisas: Mühasibat uçotu Qrup: 21 mu


Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin uçotu metodikası



Yüklə 223,91 Kb.
səhifə8/13
tarix21.06.2023
ölçüsü223,91 Kb.
#133407
1   ...   5   6   7   8   9   10   11   12   13
Abbasova Padilla - hesabat

2.2.Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin uçotu metodikası

Bina tikişi və avadanlıqların uçotunun başlıca konseptual prinsipləri 16№-li Beynəlxalq Standartda özünün təcəssümini tapmışdır. Bu standartın köməyilə uçotun nəzəriyyələrinin və metodologiyasının aşağıdakı mühüm məsələləri nizamlanır: əmlakın, bina və tikililərin tanınması, onların ilkin qiymətləndirilməsi, köhnəlmə hesablanması, faydalı fəaliyyət müddətinin müəyyənləşdirilməsi və yenidən nəzərdən keçirilməsi, balans dəyərinin ödənilməsi, dövriyyədən götürülmə və xaric olma.


Daşınmaz əmlakın, bina və avadanlıqların vahidinin maya dəyəriaşağıdakılardan ibarətdir: alış qiyməti, gömrük rüsumu, geriyə qaytarılmayan vergi, dövriyyədənkənar aktivləri ehtimal olunan istifadə üçün saz vəziyyətə gətirməklə birbaşa əlaqədar olan istənilən xərclər, eyni zamanda istənilən ticarət güzəştləri və əlavələri və s.
Müstəqil xərclər bunlardır:
 Inşaat meydançalarının hazırlanılmasına çəkilən xərclər;
 Avadanlığın ilkin daxil olması və onun quraşdırılmasına çəkilən nəqliyyat-tədarük xərcləri;
 Mütəxəssislərin (arxitektorlar, mühəndislər, konstruktorlar, dizaynerlər və b.) əməyin ödənilməsi.
Misal. “GÜnəş” firması. “Kvant” firması ilə poliqrafiya dəzgahlarının satın alınması

17
üçün müqavilə bağlanmışdır. Dəzgahın baza dəyəri istehsalçının qoyduğu qiymətə görə 100 000 manatdır.


Dəzgahı satan firma onun dəyərini yaxın 30 təqvim günü müddətində ödəyəcəyi halda 3% həcmində güzəşt təqdim etmişdir. Vergi Məcəlləsinə görə “Günəş” firması dəzgahın satın alınması üçün diskont nəzərə alınmaqla istehsalçının baza dəyərinin 6%-i həcmində vergi ödəməlidir. Dəzgahın A şəhərindən B şəhərinə dəmir yolu vasitəsilə daşınma xərci 10 000 manata bərabərdir. Avtomobil nəqliyyatı ilə dəzgahın daşınma xərci firmanın yerləşdiyi şəhərədək 2000 manat təşkil edir. Dəzgahın quraşdırılmasına çəkilən xərclər 5180 manat məbləğindədir. Bunlardan asılı olaraq “Günəş” firması üçün dəzgahın ilkin satınalma dəyəri (maya dəyəri) 120 000 manat təşkil edir (cədvəl 2.1.).

Yüklə 223,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin