Çoxmənzilli binaya texniki baxış və yoxlama (müayinə) işlərinə aşağıdakılar aiddir
səhifə 3/11 tarix 02.01.2022 ölçüsü 87 Kb. #43635
cbim
Çoxmənzilli binaya texniki baxış və yoxlama (müayinə) işlərinə aşağıdakılar aiddir:
su və kanalizasiya sistemlərində mövcud kiçik nasazlıqların aradan qaldırılması;
elektrik qurğularında mövcud olan kiçik nasazlıqların aradan qaldırılması;
kanalizasiya sistemlərinin təmizlənməsi və yoxlanması;
tüstü-ventilyasiya sistemlərinin yoxlanması;
dam örtüyünün vəziyyətinin yoxlanması;
xarici və daxili fasadın cari vəziyyətinin yoxlanması;
elektrik xətlərinin izolyasiyasının yoxlanması.
Çoxmənzilli binanın payız-qış mövsümünə hazırlığı işlərinə aşağıdakılar aiddir:
dam örtüyünün təmiri;
pəncələrin və şüşələrin dəyişdirilməsi, binaya və yardımçı hissələrə giriş-çıxış qapılarının təmir edilməsi;
tüstü-ventilyasiya sistemlərinin yoxlanması;
binanın çöl tərəfində istifadə olunan su axıtma borularının təmir edilməsi;
binanın zirzəmi hissəsinin təmizliyinin təmin edilməsi;
xarici və daxili fasadının cari təmiri, rənglənməsi.
Çoxmənzilli binanın ətraf ərazilərinin sanitar təmizliyi işlərinə aşağıdakılar aiddir:
payız-qış mövsümü zamanı:
yağmış qarın təmizlənməsi – sutkada _____ dəfə;
ərazinin donmasının qarşısının alınması üçün lazımı maddənin səpilməsi - sutkada ____ dəfə;
qar yağmayan vaxtı ərazinin təmizlənməsi - sutkada ______dəfə;
tutumların (urna) təmizlənməsi –sutkada _______ dəfə;
yaz-yay mövsümü zamanı:
ərazinin süpürülməsi – sutkada _________ dəfə;
yağıntı olduqda ərazinin təmizlənməsi – sutkada _____ dəfə;
tutumların (urna) təmizlənməsi –sutkada ________ dəfə;
tutumların (urna) yuyulması – bir ayda ______ dəfə;
qazonun təmizlənməsi – sutkada ______ dəfə;
qazonun biçilməsi – ayda _____ dəfə;
qazonun və bitkilərin sulanması – üç sutkada _______ dəfə;
bitki örtüyünün normal inkişafının təmin edilməsi məqsədilə ümumi qulluğun (alaq otlarının təmizlənməsi, daranma və s.) həyata keçirilməsi – ildə ________ dəfə;
işarəedicilərin təmizlənməsi – bir ildə _____ dəfə.
Dostları ilə paylaş: