Ġntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2.89 Kb.
Pdf просмотр
səhifə1/6
tarix26.05.2017
ölçüsü2.89 Kb.
  1   2   3   4   5   6

 

 
 
YYSQ
 

 
www.yysq.org
  
www.elmler.net
  
Ġntellektual-Elektron Kitabxananın təqdimatında 
 
2014
 
“Gənc elektron elm” N 69  (21 - 2014) 
Nüsrət Siracov 
 
“TorpaqĢünaslıq: yeni 
araĢdırmalar” 
 
Elmi araĢdırmalar toplusu 
 
 
www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
 

 

 
www.elmler.net
  
 
 
Virtual İnternet R
esurs M
ərkəzinin təqdimatında
 
 “Gənc elektron elm”: 69 (21 - 2014) 
 Bu elektron nəĢr 
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən 
qismən maliyyələşdirilə
n,
 Yeni 
Yazarlar və Sənətçilər Qurumunun
 ―
Gənc elektron elm –
 Virtual 
İnternet resurs mərkəzi”  innovativ
-intellektual 
layihəsi çərçivəsində rəqəmsal nəşrə hazırlanır və 
yayımlanır. 
 
 
Elektron kitab N 69 (21 - 2014) 
 
Layihənin maliyyələĢdirir: 
Azərbaycan Respublikasının Prezidenti yanında 
 
 
Gənclər Fondu

 
http://youthfoundation.az
 
YYSQ - 
http://www.yysq.org
  
http://www.elmler.net
 
 
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 
YYSQ - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri 
Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazar-kulturoloq 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
 
 

 

 
Nüsrət Siracov 
 
 
 
“TorpaqĢünaslıq: yeni araĢdırmalar” 
 
 
 
 
Elmi araĢdırmalar toplusu 
 
 
 
 
 
 
 
Bakı, YYSQ – 2014 
 
 
 
 
 
 

 

BÖYÜK QAFQAZIN ġĠMAL-ġƏRQ YAMACI DAĞ-ÇƏMƏN 
TORPAQLARININ MORFOGENETĠK VƏ BĠOEKOLOJĠ 
XÜSUSĠYYƏTLƏRĠ 
 
AMEA TorpaqĢünaslıq və   Aqrokimya Ġnstitutu 
 
Xülasə 
 
Ölkəmizin  yay  otlaqlarında təbii  yem  mənbələri sayılan  otlaqların,  örüş və 
biçənəklərin  məhsuldarlığının  və  otlaqlatı  torpaqların  münbitliyinin  artırılması 
heyvandarlığın  inkişafında  böyük  əhəmiyyət  kəsb  edən  məsələdir.  Bununla 
əlaqədar  olaraq  bizim  tərəfimizdən  Böyük  Qafqazın  şimal-şərq  yamacı  yay 
otlaqları  ərazisində  aparılan  çoxillik  kompleks  tədqiqatlara    əsaslanaraq  ərazidə 
yayılmış  dağ-çəmən  torpaqlarının  yarımtipləri  üzrə  morfogenetik  və  bioekoloji 
xüsusiyyətləri  öyrənilmiş və təhlili verilmişdir.  
Açar sözlər: otlaqaltı torpaqlar, morfogenetik təhlil, fiziki-kimyəvi xüsusiyyətləri 
 
GiriĢ 
 
Böyük  Qafqazın  şimal-şərq  yamacında  yerləşən  yay  otlaqları 
respublikamızda  əsas  yem  bazalarından  biri  olaraq  ölkəmizin  iqtisadiyyatında 
(heyvandarlığın inkişafında) mühüm rol  oynayır. Ərazidə yayılmış alp və subalp 
çəmənləri  altında  inkişaf  etmiş  otlaq  torpaqları  təbii  və  antropogen  amillərin 
təsirindən  deqradasiyaya  uğramışdır.  Ona  görə  də  bu  torpaqların  müasir  torpaq-
ekoloji  şəraitinin  öyrənilməsi  istiqamətində  tədqiqatların  aparılması  və 
münbitlityinin  yüksəldilməsinə  yönəlmiş  tədbirlərin  elmi  əsaslarla  işlənilməsi 
məsələləri böyük aktuallıq kəsb edir.  
 
 
 

 

Tədqiqatın obyekti və metodikası 
 
Tədqiqat obyekti olaraq Böyük Qafqazın şimal-şərq yamacı (Quba və Qusar 
rayonları ərazisində) dağ-çəmən torpaqları götürülmüşdür. Ərazinin ümumi sahəsi 
təqribən  62000  ha-dır  [1].  Çöl  torpaq  tədqiqatları  zamanı  götürülmüş  torpaq 
nümunələrinin  aşağıdakı  metodikalar  üzrə  fiziki-kimyəvi  analizləri  aparılmışdır: 
qranulometrik  tərkib-Kaçinskiyə  görə;  hiqroskopik  nəmlik-termiki  üsulla;  tam  su 
çəkimi-D.İ.İvanov  üsulu  ilə;  ümumi  humus-İ.V.Tyurin  üsulu  ilə;  umumi  azot-
Kyeldal  üsulu  ilə;  ümumi  fosfor-A.M.Meşeryakov  üsulu  ilə;  mühitin  reaksiyası-
pHmetrlə; karbonatlıq-kalsimetrlə təyin edilmişdir.  
 
Təhlil və müzakirə 
 
Böyük  Qafqazın  şimal-şərq  yamacının  yay  otlaqları  (alp  və  subalp 
çəmənləri)  altında  yayılmış  yüksək  dağlığın  dağ-çəmən  torpaqları  əsas  etibarı  ilə 
dəniz  səviyyəsindən  1500-2500  m  hündürlükdə  yerləşir.  Tədqiq  olunan  ərazidə 
dağ-çəmən torpaqları ibtidai, çimli-torflu, çimli və qaramtıl dağ-çəmən yarımtipləri 
ilə  təmsil  olunmuşlar,  bu  yarımtiplər  öz  tərkibi  və  yayılma  arealına  görə  bir-
birlərindən  fərqlənirlər.  Tədqiqat  obyektində  dağ-çəmən  torpaqlardan  götürülmüş 
kəsimlərin analizlərinin nəticələri aşağıdakı cədvəldə əks olunmuşdur (cədvəl). 
Ġbtidai  dağ-çəmən  torpaqları  Böyük    Qafqazın  şimal-şərq  yamacının 
yüksək  dağlıq  zonasında  (2500  m-dən  yuxarı)  çox  mürəkkəb  relyef  şəraitində 
formalaşır,  hətta  eyni  iqlim  şəraitində  yaxın  məsafədə  fərqli  torpaqəmələgəlmə 
prosesləri  və  aşınma  tiplərində  müşahidə  olunur.  İbtidai  dağ-çəmən  torpaqları 
yuxarı  alp  qurşağında  tapmış  və  suayrıcı  yamacların  yuxarı  hissəsini  əhatə  edir. 
Səthin  böyük  hissəsi  çınqıllı  və  qırıntılardan  ibarət  aşınma  məhsulları  ilə 
örtülmüşdür.  Sərt  iqlim  şəraiti  ilə  əlaqədar  olaraq  burada  bitki  örtüyü  çox  zəif 
inkişaf  edir.  Buna  görə  də  zona  torpaqlarının  bütün  genetik  qatlarının  tam 
formalaşması  üçün  şərait  yaranmır.  İbtidai  dağ-çəmən  torpaqları  yuxa  çimli  dağ-
çəmən  torpaqlarına  keçirlər,  bu  torpaqlar  adətən  iki  qatdan  ibarət  olurlar.  Çox 

 

primitiv  ibtidai  morfoloji  quruluşa  malik  olan  torpaqlarda  torpaqəmələgəlmə 
prosesi  bu  torpaqların  üst  10-13  sm  çürüntülü  çimli  qatında,  tədricən  aşınmanın 
kobud qırıntılı materiallarında təşkil olunmuş ana süxura keçir [2].  
İbtidai dağ-çəmən torpaqlarında yuxarı 8-12 sm qatında humusun miqdarı 
bitki parçalanması üçün minimal əlverişli şəraitdə 3,10-3,86% təşkil edir (cədvəl). 
Ümumi  azotun  miqdarı  humusa  müvafiq  olaraq  0,18-0,25%  qədərində  olmuşdur. 
Ümumi  fosforun  və  kaliumun  miqdarı  üst  qatda  (0-20sm)  0,16-0,20%  və  3,14-
4,06%-  təşkil  etmişdir.  İbtidai  dağ-çəmən  torpaqların  gilli  şistlərdə  toplanmış 
udulmuş  əsasların  miqdarı  o  qədərdə  yüksək  olmayaraq  30,0-33,1  mq-ekv  təşkil 
etmişdir.  Onların  içərisində  Ca
2+
  miqdarı  8,0-15,0  mq-ekv,  Mg
2+
  miqdarı  3,0-7,0 
mq-ekv olmuşdur. 
Çimli torflu dağ-çəmən yarımtipi alp çəmənliklərinin tipik torpaqları olsa 
da respublikamızın yüksək dağlıq zonasında kiçik sahələrdə yayılıblar. Çimli torflu 
dağ-çəmən  torpaqları  bütöv  zona  əmələ  gətirmir,  coğrafi  cəhətdən  çox  vaxt 
adacıqlar şəklində yayılmışlar. Bu torpaqlar Baş silsilədə Bazardüzü, Tufandağ və 
Babadağın şimal yamaclarında, Şahnabad düzündə, Baş silsilənin şimal-şərq tərəfə 
ayrılan  qollarının  suayrıcı  (Qonaqkənd  zonasında),  Yan  silsilənin  suayrıcı 
düzənliklərində və Şahdağın maili yamaclarında yayılmışdır.  
 Bu  torpaqlar  kifayət  qədər  yüksək  biokütləyə  və  yaxşı  inkişaf  etmiş  kök 
sisteminə  malikdir.  Lakin  torpaqların  yayıldığı  ərazilərin  iqlim  xüsusiyyətlərinə 
nəzər salsaq görərik ki, bu ərazilərdə sərt iqlim şəraiti olur ki, bu səbəbdən də çimli 
torflu  dağ-çəmən  torpaqlarında  qisa  vegetasiya  müddəti  mikrobioloji  proseslərin 
fəallığını  aşağı  salır,  üzvi  qalıqların  parçalanması  prosesi  xeyli  zəifləyir.  Bütün 
bunlar  isə  torpaq  səthində  kobud  humusun  akkumulyasiyasına  və  səthdə  çoxda 
qalın olmayan torflaşmış çim horizontunun əmələ gəlməsinə şərait yaradır [3]. 
Çimli torflu dağ-çəmən torpaqlarının bir sıra səciyyəvi morfoloji əlamətləri 
mövcuddur.  İlk  növbədə  səthdə  zəif  torflaşmaya  məruz  qalmış  möhkəm  çim 
təbəqəsinin olmasını göstərmək lazımdır. Çürüntülü qatlar bilavasitə ana süxurun 
üzərində  yerləşir.  Ümumiyyətlə,  çimli  torflu  dağ-çəmən  torpqlarının profili  əksər 
hallarda qisa olur (40-50 sm), bəzi hallarda isə bundan da qisa olur. Yerli bioiqlim  

 

şəraiti  ilə  əlaqədar  olaraq  çimli  torflu  dağ-çəmən  torpaqlarının  üzvi  maddələrlə 
zənginləşməsi onların səciyyəvi xüsusiyyətlərindən hesab olunur [4]. 
 Bu  torpaqlarda  humusun  miqdarı  8,0-16%  təşkil  etməklə,  dərinliyə 
getdikcə  kəskin  şəkildə  azalır.  Onu  da  qeyd  edək  ki,  çimli  torflu  dağ-çəmən 
torpaqlarında  humusun  miqdarı  təyin  edilərkən  yarımparçalanmış  və  xırdalanmış 
bitki  qalıqların  torpaqdan  ayırmaq  çox  çətindir.  Elə  bununla  əlaqədar  olaraq 
humusun  miqdarının  yüksəlməsi  müşahidə  olunur.  Çimli  torflu  dağ-çəmən 
torpaqlarında ümumi azotun miqdarı humusa uyğun olaraq yüksək olub, 0,6-0,9%-
təşkil edir. C/N nisbəti geniş intervalda 17-12 arasında dəyişir.  
Udulmuş əsasların tərkibi 50-60%-dən 80%-ə qədər kalsium kationundan 
ibarətdir. Udulmuş hidrogenin miqdarı yüksək olmayıb, udulmuş əsasların cəminin 
1,9-9,7%-ni  təşkil  edir.  Çimli  torflu  dağ-çəmən  torpaqları  udulmuş  əsaslarla  zəif 
doymuşdur-18-20%,  dərinə  getdikcə  doyma  dərəcəsi  artaraq  20-35%-ə  çatır. 
Torpaq  məhlulunun  reaksiyası  turş,  yaxud  zəif  turşdur.  Torpaqlarda  lil 
hissəciklərinin  azlığı  müşahidə  olunur.  Lil  hissəciklərinin  miqdarı  10-12%,  fiziki 
gil isə 21-40% arasında tərəddüd edir. Qranulometrik tərkibinə görə bu torpaqlar 
yüngül və  orta gillicəlidir.  İri qum  və  çınqıl  hissələrinin  miqdarı 6-12%  arasında 
dəyişir. Bu torpaqların üst 0-12 sm-lik qatında humus ehtiyatı 300-350 t/ha, ümumi 
azot  ehtiyatı  isə  hər  hektarda  15-16  tona  çatır.  Torpaqlarda  mütəhərrik  qida 
elementlərinin ehtiyatı da kifayət qədərdir. Hidroliz olunan azotun miqdarı 15-18 
kq/ha, mütəhərrik P
2
O
3
 4-6 kq/ha təşkil edir [5]. Çimli torflu dağ-çəmən torpaqları 
əlverişli  su  fiziki  xassələrə  malikdir.  Bu  torpaqların  yayıldığı  sahələrdən  yay 
otlaqları kimi geniş istifadə olunur. 
Cədvəl  
Böyük Qafqazın şimal-şərq yamacı dağ-çəmən torpaqlarının fiziki-kimyəvi 
analizinin nəticələri 

si

№-
si 
Dərinlik
,  
sm 
Nəmlik, 

Humus, 

pH 
 
CaCO
3
 
Udul
muş 
əsasl. 
cəmi 
Mexaniki tərkib, 

<0,001 
<0,01 

0-12 
4,5 
3,10 
7,2 
8,20 
45,50 
18,12 
48,68 

 
10 
 
12-27 
4,7 
2,99 
7,4 
9,05 
50,10 
20,30 
49,42 
 
27-59 
4,8 
2,16 
7,4 
10,21 
48,20 
19,73 
51,20 
 
59-76 
4,9 
1,78 
7,4 
11,75 
43,30 
20,36 
55,51 
 
76-106 
5,5 
0,54 
7,5 
12,00 
28,90 
21,16 
57,82 

0-8 
4,6 
3,92 
6,3 
6,91 
47,50 
13,10 
44,68 
 
8-16 
4,5 
3,05 
6,3 
7,76 
45,00 
15,71 
46,73 
 
16-30 
4,4 
2,78 
6,4 
9,08 
41,10 
19,26 
51,16 
 
30-48 
3,3 
2,51 
6,6 
12,86 
32,30 
22,38 
58,20 

0-5 
3,6 
4,79 
6,1 
5,18 
50,50 
9,58 
35,24 
 
5-16 
5,8 
4,62 
6,2 
7,74 
51,60 
10,50 
37,66 
 
16-29 
5,6 
3,98 
6,2 
7,98 
45,30 
13,25 
42,11 
 
29-40 
5,6 
3,05 
6,2 
8,06 
41,20 
18,15 
43,50 
 
40-62 
5,7 
2,77 
6,3 
9,25 
37,80 
19,32 
45,76 
 
62-85 
5,5 
1,59 
6,4 
11,16 
32,10 
21,70 
48,05 
 
85-112 
5,5 
0,49 
6,5 
12,43 
30,80 
24,00 
59,94 

0-10 
5,4 
2,33 
6,6 
9,48 
28,20 
20,10 
54,36 
 
10-28 
5,7 
1,31 
6,5 
9,91 
25,10 
24,62 
56,46 
 
28-40 
5,5 
1,06 
6,6 
10,06 
23,20 
23,27 
57,03 
 
40-98 
5,3 
0,90 
6,7 
10,47 
32,30 
21,42 
57,26 
 
98-113 
5,6 
0,61 
6,7 
11,28 
30,00 
22,31 
58,05 

0-8 
5,1 
3,48 
7,3 
7,34 
48,50 
18,42 
50,62 
 
8-21 
5,4 
2,94 
7,4 
8,20 
44,40 
20,08 
53,58 
 
21-37 
5,4 
2,06 
7,5 
9,32 
41,20 
20,75 
55,16 
 
37-69 
5,5 
1,68 
7,6 
10,08 
35,60 
21,60 
57,02 
 
69-80 
5,6 
0,94 
7,7 
11,64 
28,70 
23,14 
59,62 
 
80-112 
5,6 
0,56 
7,7 
11,25 
28,10 
23,96 
59,19 

0-3 
3,9 
3,86 
7,9 
1,28 
30,30 
11,12 
38,66 
 
3-25 
4,1 
3,48 
7,8 
0,86 
34,40 
11,54 
42,02 
 
25-40 
4,3 
2,77 
7,9 
2,71 
31,20 
12,08 
43,75 
 
40-70 
4,6 
1,90 
8,1 
3,45 
29,80 
14,20 
45,44 

0-15 
3,7 
4,13 
6,9 
1,28 
36,50 
10,36 
36,64 
 
15-35 
4,0 
3,21 
7,0 
3,02 
35,70 
11,24 
39,72 
 
32-68 
4,2 
2,86 
7,0 
3,65 
38,20 
11,89 
40,54 
 
68-90 
4,4 
1,58 
7,1 
3,89 
39,00 
12,18 
41,54 
 
90-114 
4,4 
1,02 
7,1 
4,20 
36,50 
12,25 
41,82 

0-4 
3,4 
3,97 
6,8 
4,32 
45,60 
10,34 
35,70 
 
4-38 
5,0 
2,61 
6,8 
9,05 
30,30 
20,18 
53,12 
 
38-68 
5,2 
2,03 
7,0 
11,75 
32,20 
20,45 
55,88 
 
68-98 
5,4 
1,28 
7,2 
12,00 
31,40 
21,10 
56,40 
 
98-105 
5,4 
0,76 
7,2 
12,08 
28,20 
21,69 
56,95 
 
Çimli dağ-çəmən torpaqları respublikamızın yüksək dağlıq ərazilərin subalp 
qurşağında çox geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli dağ-çəmən torpaqları 
dağ  meşələri  ilə  alp  çəmənləri  arasında  yayılmışdır.  Bu  torpaqlar  Baş  Qafqaz 

 
11 
silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dubrar dağına qədər 
uzanır.  Çimli  dağ-çəmən  torpaqların  yayıldığı  sahələr  dik  və  bəzən  uçurumlu 
olduğu  üçün  bu torpaqlar  ancaq  suayrıcı boyu  inkişaf  edərək dağ  düzənliklərinin 
səthində geniş örtük yaradır. Baş Qafqaz silsiləsindən şimala isə bu torpaqlar vahid 
zona  təşkil  edir.  Bazardüzü-Şahdağ-Böyük  Süval  istiqamətində  yüksək  dağlıq 
ərazinin genişlənməsi və əlverişli iqlim şəraiti şimal-qərb istiqamətində çimli dağ-
çəmən  torpaqlarının  tutduğu  ərazilərin  genişlənməsinə  səbəb  olur.  Azərbaycanın 
digər yerlərindən fərqli olaraq  Böyük Qafqazın şimal-şərq yamaclarında, xüsusilə 
Şahdağ və Suval dağları arasında dağ-çəmən torpaqlarının aşağı sərhəddi 1800 m 
mütləq yüksəkliyə kimi enir, 2000-2200 m yüksəklikdə olan termik şəraitin meşə 
bitkiləri  üçün  əlverişli  olması  buna  başlıca  səbəbdir  [6].  Ərazinin  ot  örtüyü 
taxılkimilər  və  müxtəlif  otlu  çəmən  bitkilərindən  ibarətdir.  Torpaqəmələgətirici 
süxurlar  kimi  turş  vulkanik  və  aşınmanın  elüvial  məhsulları  böyük  rol  oynayır. 
Subalp çəmənlərinin yayıldığı yüksək dağlıq zona üçün rütubətlənmə və ərazinin 
kifayət qədər parçalanması torpaqları yuyucu rejim şəraitində inkişaf etdirir. 
Tədqiqatlar zamanı alınan nəticələrə əsasən torpaqların morfoloji quruluşunun 
ümumiləşdirilmiş xarakteristikasını versək görərik ki, bu torpaqların profili çox da 
qalın olmayıb çox hallarda 60-70 sm-dən artıq olmur. Torpaqların profilinə nəzər 
salsaq  onların  genetik  qatlarını  aydın  seçmək  olar.  Sanki  ―hörülmüş‖  5-7  sm 
qalınlığında  olan  çim  qatının  olması  bu  torpaqlar  üçün    səciyyəvi 
xüsusiyyətlərindəndir.  Torpaqların  bitki  örtüyündə  taxılkimilər  fitosenozunun 
inkişafı bir çox hallarda çim qatının nisbətən yumşaq olmasına səbəb olur. Çimli 
dağ-çəmən  torpaqlarında  bitki  kökləri  və  çürüntülü  maddələrin  zənginliyi 
torpaqların tündlüyünə və humuslu akkumlyativ horizontunun kəsim zamanı aydın 
seçilməsi  ilə  müşahidə  olunur.  Ümumi  morfoloji  təsirə  nəzər  salsaq  görərik  ki, 
aşınma və eroziya proseslərinin intensivliyindən asılı olaraq bütün profil iri qum və 
çınqıllı olur. Bu xarakter təsvir edilən torpaqların ən xarakterik xüsusiyyətlərindən 
biridir.  Çimli  dağ-çəmən  torpaqlarının  tipik  növlərində  karbonatlılıq  yoxdur  və 
onların  dərinliyə  qədər  yuyulması  müşahidə  olunur.  Təsvir  olunan  torpaqların 

 
12 
profili  qranulometrik  tərkibinə  görə  fərqlənir.  Profildə  qleyləşmə  əlamətləri 
müşahidə olunur [7]. 
Dağ-çəmən torpaqları qeyd etdiyimiz kimi humusla zəngin olur. Torpaqların 
üst  qatında  humusun  miqdarı  8,0-14,0%  təşkil  edir  və  dərinliyə  getdikcə  onun 
miqdarı  kifayət  qədər  azalır.  Əksər  halda  50-60  sm  dərinlikdən  sonra  humusun 
miqdarı 1,7-2,4% dən çox olmur. Təsvir olunan torpaqlarda ümumi azotun miqdarı 
humusun  miqdarına  uyğun  olaraq  yüksəlir.  Torpaqların  üst  qatında  onun  orta 
miqdarı 0,48-0,76%  təşkil edir. Çimli dağ çəmən torpaqlarında üzvi qalıqlar daha 
dərindən parçalanır. Bu qənaətə torpaqlarda humusun azota (C/N) olan  nisbətinin 
böyük hüdudda dəyişməsindən gəlmək olur. Çimli dağ-çəmən torpaqlarının udma 
tutumu yüksəkdir. Həmin torpaqların üst qatında onun göstəricisi 45,5-50,10 mq-
ekv  t’.kil  edir  (cədvəl).  Ca
2+
  və  Mg
2+
  udulmuş  əsasların  cəmində  üstünlük  təşkil 
edir.  Tərkibində  hidrogen  və  aluminium  olmaması  səbəbindən  torpaqlar  zəif 
doymamışdır. 
Torpaq məhlulunun reaksiyası zəif turş və turşdur. pH göstəricisinin bir qədər 
yüksək olması çimli qatda kül elementlərinin çoxluğu ilə izah edilir. Qranulometrik 
tərkibinə  görə  çimli  dağ-çəmən  torpaqları  əsasən  çınqıllı,  orta  və  yüngül 
gillicəlidir. Torpaqların üst qatında lil fraksiyası 10,3-21,6% dən artıq olmur, fiziki 
gil isə 36,9-56,7% arasında tərəddüd edir (cədvəl). Bunun səbəbi dağ süxurlarının 
kobud  aşınma  materiallarının  və  qravitasiya  proseslərinin  intensiv  inkişafı  ilə 
əlaqədardır  [8].  Hal-hazırda  çimli  dağ-çəmən  torpaqları  əsasən  yay  otlaqları  və 
biçənəklər  üçün  istifadə  olunur.  Əlverişli  su-fiziki  xassələr  və  sıx  ot  örtüyü 
göstərilən torpaqların səthində səth axınlarının yaranması və eroziya proseslərinin 
inkişafına mane olur. 
Qaramtıl dağ-çəmən torpaqları subalp çəmənləri torpaqlarının aşağı hissəsini 
əhatə  edir.  Böyük  Qafqaz  vilayətində  bu  torpaqların  aşağı  sərhəddi  dəniz 
səviyyəsindən 1800-2000 m yüksəklikdən keçir. Qaramtıl dağ-çəmən torpaqlarının 
yayıldığı  ərazilər üçün  relyefin  daha  sakit  forması  səciyyəvidir.  Böyük  Qafqazda 
və Yan silsilənin dağarası depressiyalarında, bəzi hallarda (Yan silsilədə) suayrıcı 
yaylalarda  inkişaf  edərək  yayılmışdır.  Əsas  etibarı  ilə  bu  torpaqlar  yuyucu  rejim 

 
13 
şəraitində  əhəngdaşı qumlucalar  və  karbonatlı gillicələrin  aşınma  qabığı  üzərində 
formalaşır.  Kalsium  karbonatla  zəngin  süxurların  üzərində  yayıldığı  üçün  bu 
torpaqların profilində karbonatlar ayrı-ayrı ocaqlar şəklində yayılır, yaxud nisbətən 
aşağı qatlarda ağ karbonatlı ləkələrlə müşahidə olunur. 
Qaramtıl dağ-çəmən torpaqlarında taxılkimilər, cır yulaf və nazikgövdə kimi 
çim  yaradan  bitkilərin  üstünlük  təşkil  etməsi  torpaqlarda  qalın  çim  qatının 
yaranması üçün əlverişli şərait yaradır. Onu da qeyd edək ki, qaramtıl torpaqların 
çim  qatı  ilə  çimli  dağ-çəmən  torpaqların  çim  qatları  bir-birindən  müəyyən  qədər 
fərqlənir.  Çimli  dağ-çəmən  torpaqlarında  çim  qatı  8-10  sm-dirsə,  qaramtıl 
torpaqlarda bu qat 15-20 sm arasında tərəddüd üdir. Bu səbəbdən də qaramtıl dağ-
çəmən  torpaqlarında  bitki  kökləri  30-35  sm  dərinliyədək  daxil  olur  və  maddələr 
mübadiləsinin,  eləcə  də  çim  qatında  kül  elementlərinin  daha  çox  toplanmasına 
əlverişli  şərait  yaradır.  Bitki  örtüyü  daha  gur  və  sıx  inkişaf  etdiyi  üçün  qaramtıl 
torpaqların  yayıldığı  ərazilərdə  ümumi  fitokütlənin  miqdarı  çimli  dağ-çəmən 
torpaqlarının yayıldığı sahələrə nisbətən yüksəkdir (391-489 t/ha). Bitkilərin yeraltı 
kütləsi yerüstü kütlədən 10-11 dəfə çoxdur. Torpaq səthinə daxil olan töküntülərin 
əsas hissəsi surətlə parçalandığı üçün səthdə demək olar ki, döşənək əmələ gəlmir 
[9].  
Bioiqlim  şəraiti  ilə  əlaqədar  olaraq  torpaqlarda  humifikasiya  prosesi 
qənaətbəxş  şəkildə  gedir.  Təsvir  edilən  torpaqların  üst  qatında  humusun  miqdarı 
10-16%,  azotun  miqdarı  0,51-0,78%  təşkil  edir.  C/N  nisbəti  7-9-dan  yüksək 
deyildir.  Bu  da  torpaqlarda  üzvi  qalıqların  yüksək  parçalanmasından  xəbər  verir. 
Təsvir  edilən  torpaqlarda  mühitin  reaksiyası  adətən  zəif  turş,  bəzi  hallarda  isə 
neytrala yaxın olur. pH-ın qiyməti isə 6,0-6,6 arasında tərəddüd edir. Profilin orta 
hissələrində  mübadilə  olunan  hidrogenin  nisbətən  çox  olması  ilə  əlaqədar  olaraq 
mühitin turşluğunun artması müşahidə olunur.++++
 
Qaramtıl  dağ-çəmən  torpaqları  qranulometrik  tərkibinə  görə  orta  və  ağır 
gillicəli  olur.  Həmçinin  torpaqların  qranulometrik  tərkibində  lil  və  xırda  toz 
hissəcikləri üstünlük təşkil edir. Götürülmüş kəsimlərin qranulometrik tərkibə görə 
analizinin  nəticələrinə  əsasən  torpağın  dərin  qatlarına  nisbətən  üst  qatlarında  lil 

 
14 
hissəciklərinin miqdarı azalmışdır  -9-20%, fiziki gilin miqdarı isə 52-58 % təşkil 
edir. Aşağı qatlara doğru onun miqdarı artır, orta qatlarda zəif gilləşmə əlamətləri 
müşahidə olunur. Aqroistehsalat baxımından qaramtıl dağ-çəmən torpaqları yüksək 
məhsuldar  yay  otlaq  sahələrinə  aid  edilir  və  əsasən  örüş  və  biçənək  sahəsi  kimi 
istifadə olunur. 
     



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə