Novruz Bayramı



Yüklə 366.3 Kb.
Pdf просмотр
səhifə1/5
tarix04.07.2017
ölçüsü366.3 Kb.
  1   2   3   4   5

 

 



 

Novruz Bayramı 

 

www.kitabxana.net 



Milli Virtual Kitabxananın təqdimatında 

 

Bu elektron nəşr 

http://www.kitabxana.net 

- Milli Virtual 

Kitabxananın   kulturoloji-bədii layihəsi çərçivəsində  

nəşrə hazırlanıb və yayılır. 

 

Elektron Kitab N 40 - 2013 

 

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum: 

 

Yeni Yazarlar və Sənətçilər Qurumu, MVK

 

 

Kitaba xalqımızın qədim adət-ənənələrini, yazın gəlişi ilə bağlı 



düşüncələrini özündə əks etdirən Novruz bayramı və İlaxır 

çərşənbələrlə bağlı materiallar daxil edilib... 

 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 



 

YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 40 - 2013 

 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  



Aydın Xan (Əbilov), yazar-kulturoloq

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Tərtib  edəni: 

 

Metodika və Biblioqrafiya şöbəsinin böyük metodisti: 

Qasımova  Minarə  Məsim qızı 

 

Komputer dizaynı və yığımı: 

Qasımov  Allahşükür  Mirməhəmməd  oğlu 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi 

   Göygöl rayon  MKS 

 

 



 

 

 



 

Novruz bayramı 

münasibəti ilə 

 

 

 

 

 

“Novruzum, yazım” 

(Metodiki vəsait)

 

 



 

 

 



 

 

 



GÖYGÖL - 2012 

 

 



 

 


 

YAZIN  XOŞ  ƏTRİ  GƏLİR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

İstifadə edilmiş ədəbiyyat: 

 

Novruz bayramı ensiklopedia 



 

Seyidov,  Mirəli  

Yaz bayramı.- Bakı: Gənclik, 1990.-s.96 

 

Nəbiyev A. 



İlaxırçərşənbələr. Bakı: Azərnəşr, 1992.-s.62 

 

İstifadə edilmiş dövri mətbuat: 



 

Xəlilzadə Flora 

Çərşənbənin əzəli gəldi./F. Xəlilzadə//Azərbaycan.-2012.-21 

fevral.-s.7 

 

Məmmədzadə, İlham 



Xalqın milli-mənəvi dəyərlərini özündə yaşadan bayram//. 

Məmmədzadə// Respublika.-2012.-18 mart.-s.6 

 

Qadir, Aslan 



İlk yaz bayramı/ Q. Aslan// Respublika.-2012.-20 mart.-s.5 

 

İstifadə edilmiş web sehifələr:  



 

www.kayzen.az

 

www.az.wikipedia.org



 

www.anl.az

 

 

 



-24- 

ÖN  SÖZ 

 

      

Göygöl rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsi-

nin  tərtib  etdiyi  ―Novruzum,  yazım‖  adlı  metodiki  vəsaitdə 

təbiətin  oyanması,  canlanması,  bununla  da  yaz  fəslinin  baş-

lanması  münasibəti  ilə  Azərabycan  xalqı  tərəfindən  qeyd 

olunan Novruz bayramının mahiyyətindən, tarixi köklərindən, 

bayramla bağlı adət-ənənələrdən, ayin və mərasimlərdən, oyun 

və tamaşalardan, xalqımızın minilliklər boyu təcrübə əsasında 

formalaşmış iqtisadi həyatından bəhs edilir. 

      Metodiki vəsait 4 bölmədən ibarətdir. 

 

I. Bayramlar bayramı  Novruzun tarixi 



 

II. Novruz çərşənbələri  haqqında 

 

III. Novruzun  rəmzi Səməni 



 

IV. Kitabxanaların qarşısında duran vəzifələr 

 

 

 

 

 

 


 

 



 

 

 

 

-1- 



 

Bayramlar bayramı  Novruzun tarixi 

 

      Azərbaycan  xalqının  elliliklə  qeyd  etdiyi  bayram  Novruz 



bayramıdır.  Eyni  zamanda  bu  bayram  tarixdə  «Xızır  günü», 

«Azərbaycanı»,  «Hörmüzd  bayramı»,  «Fərvərdin  bayramı», 

«Bahar  çəşn»,  «Yeni  gün  bayramı»,  "Ərgənəkon  bayramı", 

«Qurtuluş bayramı» və s. adlarla da adlandırılmışdır. Bilavasitə 

baharın, yazın, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə 

böyük  təntənə  ilə  hər  il  bayram  edilən  Novruz  çox  əski 

çağlardan bəri elə «Novruz» olaraq adlandırılmışdır. 

     İbn-əl-Bəlx  «Farsnamə»  əsərində  bildirir  ki,  «Cəmşid  yeni 

tikdirdiyi  sarayda  taxta  çıxdığı  gün  Günəş  ilinin  başlanması 

günü  imiş.  Sonralar  həmin  günü  bayram  edərək  Novruz 

adlandırıblar.  Həmin  gün  Fərvərdin  ayının  Hörmüzd  günü 

imiş». 


      Ö.Xəyyam  isə  «Novruznamə»sində  deyir:  «Novruzun  ya-

ranmasının birinci səbəbi budur ki, həmin gündə Günəş dövrə 

vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır.  

       Son  vaxtlar  Novruz  bayramını  türklərin  "Ərgənəkon"  das-

tanı ilə də əlaqələndirirlər. F.Rəşidəddin «Cameət-tavarix» əsə-

rində  məlumat  verir  ki,  göytürklər  dar  keçidin  dəmirini  ərit-

məklə sığındıqları məkandan çıxdıqları günü «Qurtuluş günü» 

adı ilə bayram etmişlər. 

      Şumerlər də Novruz bayramını «Yeni gün», «Yazın ilk gü-

nü»  adları  ilə  qeyd  etmişlər.  Hətta  unudulmasın  deyə  bunu 

özlərinin «Bilqamıs» dastanında xatırlatmışlar. 

       Novruz bayramına dini don geydirməyə, onu gah zərdüşt-

lüklə,  gah  da  islamiyyətlə  əlaqələndirməyə  də  cəhdlər  göstə-

rilib. Düzdür, Novruz bayramının məntiqi fəlsəfəsində 

 

-2- 


 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

-23- 


O gün ki fəsli yaz olar, 

                                 Gecə , gündüz taraz olar. 

 

II  aparıcı:  Qədim  türk-monqol  təqviminə  əsasən  Günəşin 

zahiri  illik  hərəkəti  hər  on  iki  ildən  bir  təkrar  eyni  nöqtəyə 

düşür.  Bu  vaxt  ildəyişmə  baş  verir.  İldəyişmə  isə  mütləq  bir 

heyvanın üstündə olur. Təqvimdə bu heyvanların sayı on ikidir 

və  onların  sırası  belədir:  siçan,  öküz,  pələng,  dovşan,  əjdaha, 

ilan, at, qoyun, meymun, xoruz, it, donuz. 



 

I  aparıcı:  Bahar  bayramının  qeyd  edilməsi    onun  əsrlərin, 

minilliklərin  qovuşduğu  bir  məqama  düşməsi  ilə  də  əlamət-

dardır.  Biz  gələcəyə  böyük  nikbinlik  və  ümid  ilə  baxırıq. 

Əminəm  ki,  yeni  əsrdə,  yeni  minillikdə  xalqımız  azad  ,  müs-

təqil,  demokratik  bir  ölkədə  xoşbəxt  və  firavan  yaşayacaq, 

bütün  əziz  günlərini  həmişə  ən  xoş  əhval-ruhiyyə  ilə  bayram 

edəcəkdir.           

  

II aparıcı: Novruz bayramı münasibəti ilə sizə can sağlığı və 

səadət  diləyir,  vətənin  tərəqqisi  naminə  işlərinizdə  böyük  

uğurlar arzulayıram. 

Bayramınız mübarək olsun!       

 

                      



 

 

 



 

 

 



 

-22- 


zərdüştlüklə  üst-üstə  düşən  məqamlar  var.  Belə  ki,  zərdüşt-

lükdəki  xeyir-şər  düşüncəsi  Novruz  bayramına  da  xasdır. 

Bütövlükdə  xeyirxahlıq  fəlsəfəsi  üzərində  köklənən  Novruz 

bayramında  da  isti-soyuq,  təbiətin  ölüb  dirilməsi  motivi  apa-

rıcı  mövqe  tutur.  Bəs  fərq  nədədir?  Biz  bilirik  ki,  Novruz 

bayramında  tonqal  üstündən  hoppananlar  «ağırlığım-

uğurluğum», «azarım-bezarım tökül!»- deyirlər. Zərdüşt dinin-

də isə oda sitayiş edilmişdir. Atəşpərəstlər heç vəchlə müqəd-

dəs odun üstünə «azar-bezar»larını tökməyə cəsarət etməzlər. 

Başqa sözlə, bu mərasim atəşpərəstlikdən çox-çox qədimdir. 

      Bundan  savayı,  atəşpərəstlər  suyu  da  müqəddəs  bilmiş, 

onu murdarlamağı günah saymışlar. Amma Novruzda insanlar 

axar  su  üstündən  atdanmaqla  «azar-bezarı»,  «ağırlıq-

uğurluğu»  tökürlər.  Göründüyü  kimi,  biz  burada  da  elə  oda 

olan münasibətin təzahürünü görürük. 


 

      Günəş  təqvim  ilinin  bir  qayda  olaraq,  mart  ayının  20-22-



dən  (fevral  ayı  ilə  bağlı  ilin  uzun-qısalığından  asılı  olaraq) 

başlanmasının  isə  elmi  əsası  vardır.  Bu,  bilavasitə  dəqiq 

astronomik hadisəyə Günəşin dünyanın yarımkürəsindən Şimal 

yarımkürəsinə keçməsinə, gecə-gündüzün bərabərləş-məsinə və 

yerin  Şimal  yarımkürəsində  astronomik  baharın  girməsinə 

uyğun gəlir. 

       Elə  zənn  edilməsin  ki,  Novruz  bayramı  elə  yazın  ilk 

günündə  başlanır  və  sona  yetir.  Qətiyyən  yox.  Danılmaz 

həqiqətdir ki, Azərbaycan kəndlisinin həyatı, məişəti bilavasitə 

əkinçiliklə,  sözün  geniş  anlamında,  təsərrüfatla  bağlı  olmuş-

dur.  Bu  üzdən  də  onlar  təsərrüfat  üçün  münasib  sayılmayan 

qışa qarşı mübarizə aparmaqdan çəkinməmişlər.  

      Bu  mərasimdə,  adətən,  görkəmi  gülməli  kökə  salınmış, 

cındır  paltarlı  birini  qatıra  mindirib  meydana  çıxarar,  əlinə  də 

tükü 

-3-


 

tökülmüş qarğa müqəvvası verərmişlər. İştirakçılar onun üstünə 

soyuq su səpmələrinə baxmayaraq, o, saymazyana «istidir! 

istidir!» — deyər, məzəli hərəkətləri ilə orada olanları 

güldürərmiş. 

       Bu mərasimin qışla bağlılığı ayindəki vasitələrdən də bəlli 

olur.  Belə  ki,  el  arasında  qarğa  qışla  əlaqəli  sayılır  və  onun 

«qarr-qarr»  oxuması  qar  çağırmaq  kimi  yozulur.  Doğub-

törəməyən qatır isə barsız-bəhərsiz qış fəslinin simvolu sayılır. 

Çox  qədim  zamanlarda  keçirilmiş  «Səddə»  bayramı  da 

insanların qışa qarşı keçirdikləri bir bayram olmuşdur. Novruza 

əlli  gün  qaldığını  bildirmək  üçün  icra  olunan  «Səddə» 

bayramında  insanlar  meydanda  tonqal  qalayaraq  çevrəsinə 

dolanır, rəqs edir, tamaşalar göstərirmişlər. Qış fəslinə belə bir 

münasibət  yalnız  «Kövsəc»,  «Səddə»  ilə  məhdudlaşmır.  Bu 

baxımdan 

qış 

ilə 


yaz 

fəsillərinin 

qarşılaşmasının, 

mübarizəsinin rəmzi təsvirini nümayiş etdirən və tədricən xalq 

tamaşası  şəkli  almış  mifoloji  məzmunlu  «Kosa-kosa» 

mərasimi də maraqlı və düşündürücüdür. 

      Novruz  bayramına  gedən  yol  öz  başlanğıcını  qışın 

çillələrindən  götürür.  Dekabr  ayının  22-də  qışın  gəlməsi  ilə 

başlayan 40 günlük Böyük çillədə baharın simvolu sayılan sə-

məni  göyərtmək  və  ondan  halva  bişirməklə  yazın  tez  gəlmə-

sini,  bununla  torpağın  oyanmasını,  əkilmiş  məhsulun  cücərib 

böyüməsi arzusunu ifadə etmişlər. 

      Fevral  ayının  əvvəlindən  başlayaraq  iyirmi  gün  davam 

edən Kiçik çillə «qışın oğlan çağı» sayılır. Bu çillənin «Xıdır 

nəbi» adlanan birinci ongünlüyü isə, ümumiyyətlə, ilin ən sərt, 

çov-ğunlu, dondurucu dövrü sayılır və buna görə ona 

 

 

 



 

-4- 


I aparıcı:   Şeir 

 

II aparıcı:  Musiqi 

 

II aparıcı:  Əyləncəli oyun: 

 

I aparıcı:    Şeir. 

 

II aparıcı:   Musiqi: 

 

 

I aparıcı:    İdman. 



 

II aparıcı:   Hamınızı birlikdə rəqsə dəvət edirik. 

I aparıcı:   Ümumiyyətlə, Novruz bayramı ilə bağlı fikirlər bu 

deyilənlərlə bitmir.  Bu  baxımdan  C.  Daiminin  ―Novruz  məra-

siminin  mifoloji  və  tarixi  qaynaqları‖,  ―İslam  ensiklope-

diyasının  məlumatına  görə,  Novruz  bayramı  Əhəmənilər  za-

manından  bayram  edilən  və  şəmsi  təqviminin  birinci  günü 

olaraq qəbul edilən bayramdır. 



 

II  aparıcı:    Azərbaycan  şairlərinin  əsərlərində  misal  üçün, 

M.Füzuli  gecə-gündüzün  bərabərliyi  ilə  yazın  başlanmasını, 

bununla  da  novruz  bayramının  yetişdiyini  poetik  şəkildə  belə 

ifadə etmişdir: 

Vəslin mənə Novruz gecəsi oldu müyəssər, 

Sanki o gecə gündüz ilə oldu bərabər.  

 

I aparıcı:  Bu məsələ A. Səhhətin dediklərində daha dəqiqdir: 

                     

 

 

-21- 



I aparıcı: Xalqımızın  belə böyük bayramlarından biri də 

Novruzdur . Novruz sərhəd bilməyən, cox geniş regionda  

yayılmış, yazın gəlməsini, yeni əmək mövsümünün başlanma-

sını vəsf eləyən böyük el bayramıdır. 



 

II  aparıcı:  Bu  gün  o  tay  bu  taylı  Azərbaycanla  yanaşı  Orta 

Asiya,  Əfqanıstan,  Pakistan,  İran,  Türkiyə  və  başqa  ölkələrdə 

yaşayan  yüz  milyonlarla  zəhmətkeş  Novruzu  özünün  ən  əziz 

bayramı kimi qeyd edir.  



 

I aparıcı: Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar bu əziz 

bayram günlərində bir ağızdan deyir: 



 

Birlikdə: Xoş gəlmisən, elin əziz bayramı! 

 

II aparıcı:         Qış getdi yeni bahar gəldi 

                          Gül bitdi, Laləzər gəldi. 

 

I aparıcı:          Uğur olsun,gözəl bahar! 

                          Səni ellər cox arzular 

                         Ayaq basdın ölkəmizə 

                         Bol-bol şənlik gətir bizə! 



 

II aparıcı:        Musiqi 

 

I aparıcı:        Yandı ocaqlar da, dindi neylər də  

                        Od üstdən atıldı od övladları 

                        Qələm əvəzinə mavi göylərdə, 

                        Bahar şeri yazdı quş qanadları. 



II aparıcı: Rəqs. 

 

-20- 



«yalquzaq  zamanı»  («Xıdır  girdi  qış  girdi,  xıdır  çıxdı  qış 

çıxdı»-  atalar  sözü)  da  deyilir.  «Xıdır  nəbi»  mərasimi  Kiçik 

çillənin onuncu günü  icra olunur.  Buğda qovrulub  əl  daşında 

üyüdülür. Qaynadılmış yumurtalar daha çox günəşin və yazın 

simvolu  sayılan  sarı,  qırmızı,  yaşıl  rənglərə  boyanır.  Bədənə 


 

istilik  gətirən  xörəklər  bişirilir.  Çəkilmiş  qovutdan  bir  qab 



«Xıdır nəbi»nin sonuncu gecəsi, adətən, yük dolabının altında 

divar  taxçalarının  əl  dəyilməmiş  künclərinə  qoyulur.  Etiqada 

görə,  Xıdır  gəlib  qovutun  üstünə  əl  basır  və  bununla  da  evə 

bolluq,  bərəkət  gətirir.  Xıdır  nəbi  şərəfinə  açılmış  süfrəyə 

qoyulmuş qovutun üstünə bağ-bağatdan kəsilib gətirilmiş alma 

çubuqlarına  sarınmış  və  yağ  sürtülərək  yandırılmış  şamlar  da 

sancılır.  Süfrədəki  qovutdan  ailə  üzvləri  lap  sonda  yeyirlər. 

İnanırlar  ki,  şamlar  yanan  vaxtda  ata-baba  ruhları  kimi  Xıdır 

nəbi  də  gəlib  bu  qovutdan  dadır.  Şər  qarışandan  sonra  pay 

yığmaq üçün qapı-qapı gəzən uşaqlar da: 

 

Xanım, ayağa dursana, 



Yük dibinə varsana, 

Boşqabı doldursana, 

Xıdırı yola salsana, 

 

nəğməsini  oxumaqla  ilk  növbədə  elə  həmin  qovutdan  pay 



istəyirlər. 

      Kiçik  çillənin  qurtardığı  vaxtdan  yazın  ilk  gününə,  yəni 

Novruz  bayramına  qədər  olan  çağ  «Alaçalpo»,  «Ağlargülər», 

«Boz ay» və s. adlanır. Ayın belə-belə adlarla adlanması onun 

dəyişkən olması ilə bağlıdır. 

      Boz ay hər biri yeddi gündən ibarət cəmlələr adlanan dörd 

həftəyə — çilləbeçəyə bölünür. Etiqada görə, bu həftələrin 

 

-5- 



dördündə, eləcə də Kiçik çillənin üç çərşənbəsində təbiətdə və 

cəmiyyətdə canlanma, oyanma, dirilmə prosesi gedir.  

      Dediyimiz  yeddi çərşənbədən üçü «oğru çərşənbə», «oğru 

buğ», «oğru üskü», dördü isə «doğru çərşənbə», «doğru buğ», 

«doğru üskü», «cəmlələr» adlanır.  

     Çərşənbələrin  hər  birinin  məxsusi  ayinləri  vardır. 

Doğrudur, «oğru çərşənbə», «oğru buğ», «oğru üskü» adlanan 

ilk  üç  çərşənbənin  dörd  ilaxır  çərşənbələr  qədər  rolu  böyük 

deyil. Amma inama görə, həmin çərşənbələrdə də torpağa az-

çox istilik gəlir. 

       Sözsüz  ki,  Novruzqabağı  qeyd  olunan  dörd  ilaxır 

çərşənbələr  mərasimlərinin,  ayinlərinin  zənginliyi  ilə  seçilir. 

Bu  çərşənbələrin  hər  birinin  ayrı-ayrılıqda  müxtəlif  adları 

vardır. 


Misal 

üçün, 


ilaxır 

çərşənbələrin 

birincisi 

bölgələrimizdə  bu  adlarla  tanınır:  "Əzəl  çərşənbə",  «Müjdəçi 

çərşənbə»,  «Toz  çərşənbə»,  «Yel  çərşənbə»,  «Xəbərçi 

çərşənbə» və s. İlk çərşənbəyə belə adların verilməsi onun öz 

məzmunu  ilə  bağlıdır.  Yazın  yaxınlaşmasını  müjdələyən, 

xəbər verən bu çərşənbədə ev-eşik his-tozdan təmizlənir. Pal-

paltarın, xalça-palazın tozu tökülür. Elə bu üzdən də ona çox 

vaxt  «Toz  çərşənbə»  deyilir.  Sözü  gedən  çərşənbənin  «Yel 

çərşənbəsi»  adlanması  da  səbəbsiz  deyil  və  bu,  çərşənbəyə 

verilmiş ən düzgün addır. Çünki istilik ilk olaraq havaya gəlir. 

Sözsüz  ki,  əgər  hava  (yel)  qızmayıbsa,  onda  suların  donu 

açılmaz. Havaya istilik gəlməlidir ki, torpağın donundakı buz 

(su) donu ərisin, torpaq yumşalsın. 

      Novruz bayramının ilsonu çərşənbələrinin ikincisi yenə də 

ayrı-ayrı bölgələrimizdə «Kül çərşənbə, „Külə çərşənbə―, „Su 

çərşənbə―,  „Sular  Novruzu―  adları  ilə  tanınır.  Birinci 

çərşənbədə havaya buğun, istiliyin gəldiyini bilən 

 

-6- 



10 

 

    Onun da arzusu sülhdür, əməkdir! 



 Bu Novruz xoş gəlib ellərimizə, 

Gəlişi yüksəliş, zəfər deməkdir. 

             Onun da arzusu sülhdür, əməkdir 

 

II aparıcı:             Bu bahar neçə evə gəlin gələcək. 

                     Bu bahar neçə evdə toy olacaq. 

                    Ana körpəsinə baxıb güləcək. 

                    Ata övladına ad qoyacaqdır. 

 

I aparıcı:              Ey  məni dinləyən azad könüllər 

                    Novruz bayramınız mübarək olsun! 

                    Heyranı olduğum ellər ay ellər 

                   Arzunuz , eşqiniz gələcək olsun! 

 

II aparıcı:            Bahar bayramınız mübarək olsun 

                   Novruz  bayramınız mübarək olsun! 

 

―BAHAR RƏQSİ‖ 



I aparıcı: Xalqımızı  min illərdən bəri el arasında yaşadan elə 

bayramlar  var  ki,  yaranarkən  nə  bir  sözünü,nə  bir  kəlməsini 

yazıya  alıblar.  Ulu  qaynaqlardan  süzülüb  gələn  bir  birindən 

oynaq,  şux  lətafətli bu  bayram  nəğmələrin  yaddaşında  yaşaya-

caq əsrlər, qərinələr aşmış gəlib bu günümüzə qədər çatmışdır. 

II  aparıcı:  Yüzilliklər  dolabında  bu  el  sözü  və  nəğmələrinin 

nəqşi  pozulan  da  olub,  bəndi  unudulan  da.Lakin  xalq  coşğun 

bir  yaradıcılıqla  nəğməsinin  pozulmuş  ahəngini,  sözünün 

unudulmuş  bəndini  cilalamış  bayramlarını  rəngarəng  oyunlar, 

yallılar və coşğun rəqslərlə bəzəmişdi. 

 

 



-19- 

Kitabxanaların qarşısında duran vəzifələr 

 

      Kitabxanalarda  Novruz  bayramı  münasibəti  ilə  ―Novruz 

gəlir  yaz  gəlir‖,  ―Novruzum  yazim‖,  ―Bahar  bayramı‖, 

―Səməni saxla məni‖  başlıqları altında ədəbi-bədii gecələr, el 

şənlikləri, kitab sərgiləri və s. tədbirlər təşkil etmək olar. 

Indi  isə  ―Novruz  gəlir  yaz  gəlir‖  adlı  ədəbi-bədii  gecənin 

ssenarisini sizə təqdim edirik. 

 

I  aparıcı:  Novruz  bayramı  hər  hansı  dini  görüşə,  idealoji 

istəklərə  əyilməyən,  xalqımızın  böyük  ehtiramla  qeyd  etdiyi 

təsərrüfat  məzmunlu  yaz  bayramıdır.  Məsələnin  məhz  bu 

mahiyyətini  dəyərləndirən,  Novruz    bayramının  xalqımızın 

mənəvi varlığında güclü rolunu yüksək qiymətləndirən böyük 

dövlət  xadimi,  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev 

demişdir:  

 

II aparıcı:  ―Böyük mənəvi gücə malik olan Novruz bayramı  

ulu  əcdadlarımızın  bizə  verdiyi  ən  gözəl  yadigar      olub, 

Azərbaycan  xalqının  milli  ruhunu  və  yaddaşını,  onun  daxili 

aləmini  bütün  zənginliyi  ilə  yaşadır.Təbiətin  oyanışının, 

varlığın  yenidən  canlanmasının  müjdəsini  verən  Novruz 

bayramı  ən  qədim  zamanlardan  bəri  həyat  və  məişətimizə 

daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə 

inam duyğusu bəxş etmişdir‖. 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə