Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


NİTQİN SADƏLİYİ VƏ TƏBİİLİYİ



Yüklə 240,5 Kb.
səhifə9/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

7. NİTQİN SADƏLİYİ VƏ TƏBİİLİYİ. F.Köçərli yazırdı: «Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar». Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin, məzmununun, mahiyyətin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.


Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin