Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


CÜMLƏNIN DÜZGÜN QURULMASI



Yüklə 240,5 Kb.
səhifə7/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

5. CÜMLƏNIN DÜZGÜN QURULMASI. Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün. qurulmasıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə ünsiyyətin bütün formalarında fıkrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə ifadə etməyi bacarmalıdır.

Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə fıkirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da yoxdur. Belə bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli, nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir.

Natiqin nitqi, bədii təsvir vasitələri: sinonimlər: atalar sözləri, zərbi-məsəllər, həkimanə sözlər, aforizmlər və s. ilə zəngin olmalıdır. Danışan bu vasitələrlə ən incə mətləbləri öz dinləyicilərinə çatdıra bilməlidir. Belə obrazlı ifadələr yerində, məqamında işlənildikdə nitq xoşagəlimli olur, onun bədiiliyi, təsir gücü artır.

Auditoriyada, ictimai yerlərdə, rəsmi məclislərdə çox zaman nitqin daha dəbdəbəli, təmtəraqlı olması üçün qəlib xarakterli, çeynənmiş sözlərdən, cümlələrdən istifadə olunur. Nəzər-diqqətini cəlb etmək, diqqət mərkəzində saxlamaq. vüksək əmək nümunələri qöstərmək. təlim-tərbivə sahəsində vüksək nəticələrə nail olmaq və s. tipli ifadələrin tez-tez işlədilməsi nitqə quruluq gətirir, onu canlılıqdan məhrum edir.

Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin məntiqi baxımdan düzgün qurulmamasıdır. Radio və televiziya verilişdərinin dilindən alınmış bu cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə bağlı müəyyən sistemlə, müntəzəm şəkildə iş aparmalıdır. Bu işin müvəffəqiyyəti natiqin, hər şeydən əvvəl, həmin keyfiyyətə tam şəkildə yiyələnməsindən asılıdır. Natiq nitqinin digər məziyyətləri ilə yanaşı, məntiqi, qrammatik cəhətdən düzgün cümlə qura bilmək bacarığı ilə də dinləyicilərə nümunə olmalıdır. Onun nitqində uzun, dolaşıq, təmtəraqlı cümlələrə yol verilməməli, fikirlər aydın, sadə şəkildə ifadə edilməlidir. Burada iş cümlənin düzgün qurulması ilə bitmir. Həmin cümlələr həm də dinləyicini qaneedəcək bir tərzdə söylənilməlidir. Bu zaman ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiyaya, nitq fasiləsinə, tonuna, məntiqi vurğuya və sairəyə əməl olunmalıdır.

Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və mühazirəiərdə həcmcə böyük cümlələrin işlədilməsidir. Belə cümlələr çox zaman nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir.

Məlumdur ki, danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb fikirlər, şübhəsiz ki, daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə deyilməli və ya yazılmalı, bu cümlələr fikrin məzmununa və məntiqinə uyğun qurulmalı, artıq, lüzumsuz söziərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən qənaətlə istifadə edilməlidir.


Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin