Nəzəriyyəsinin



Yüklə 104 Kb.
tarix27.01.2023
ölçüsü104 Kb.
#81096
1-etibarliliq n-z-riyy-sinin-sas mudd-alari v t-ri (1)


1. Etibarlılıq nəzəriyyəsinin əsas müddəaları və tərifləri
Bütün sənaye avadanlıqları «keyfiyyətlə», yəni bu avadanlığı digərlərindən əhəmiyyətli dərəcədə fərqləndirən təyinatı üzrə istifadə dərəcəsini təyin edən müəyyən xüsusiyyətlər toplusu ilə xarakterizə oluna bilər. RRV üçün «keyfiyyət» dedikdə ilk növbədə konstruktor, texnoloji, elektrik, maqnit, temperatur erqonomik xarakteristikalar toplusu nəzərdə tutulur. Qurğuların keyfiyyət göstəriciləri həmçinin onların xarici küylərin (radiasiya, vibrasiya, fiziki yüklənmələr, kəskin dəyişən iqlim şəraiti s.) mövcudluğu şəraitində işləməsi qabiliyyəti, onların istehsalı zamanı tətbiq olunan unifikasiya səviyyəsi standartları ilə xarakterizə oluna bilər. Təbii ki, RRV-nin istismarı zamanı dağılma dönməz köhnəlmə prosesləri nəticəsində onun xarakteristikaları ( eləcə keyfiyyəti) dəyişəcək. RRV-nin ən əsas xarakteristikalarından biri sayılan- etibarlılıq, məhz keyfiyyətin zamanca dəyişməsini xarakterizə edir.
Etibarlılıq anlayışı altında istismar şəraitinə texniki xidmət qaydalarına riayət olunduqda qurğunun öz istismar parametrlərini tələb olunan zaman ya işləmə müddətində verilmiş diapazonda saxlamaqla öp funksiyasını yerinə yetirməsi başa düşülür. Etibarlılıq- mürəkkəb kompleks anlayış olub işləmək qabiliyyəti, uzunömürlülük, sazlıq, təmirə yararlılıq, bərpa oluna bilmə və s. kimi əsas xarakteristikaları qiymətləndirmək üçün tətbiq olunur.
Etibarlılıq anlayışının mürəkkəb tərkibə malik olması onun dəqiq hesablanmasını qeyri mümkün edir. Odur ki, bu parametr əvvəl layihələndirilmiş qurğular üçün təqribi qiymətləndirilə bilər, gələcəkdə yaradılacaq qurğular üçün isə təqribi proqnozlaşdırıla bilər. Belə qiymətləndirmə və proqnozlaşdırmaların əhəmiyyəti bütün RRV-lər üçün eyni deyil. Məsələn, yerüstü RRV-nin antena kommutatorunun sıradan çıxması qurğunun müvəqqəti olaraq işləmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Lakin belə kommutatorun bort RRV-də sıradan çıxması ciddi qəza və ya faciəyə səbəb ola bilər. Birinci halda qurğunun bərpa olunmasının qiyməti nasazlığın tapılması və aradan qaldırılması üçün əmək haqqından və antena kommutatorunun qiymətindən ibarət olur. İkinci halda isə qurğu ümumiyyətlə bərpa olunmur (qəza səbəbindən) və itkilər ən yaxşı halda böyük maddi dəyərlərlə ölçülür.
Deyilənlər cədvəl 1.1 daha əyani şəkildə göstərilmişdir. Burada müxtəlif avadanlıq siniflərində sıradançıxmanın və onun aradan qaldırılmasının nisbi qiymətləndirilməsi verilmişdir.
Cədv.1.1.

Avadanlığın növü

Detalın dəyişdirilməsi

Platanın dəyişdirilməsi

Yenidən yoxlama və təmir

Natura sınağı və təmir

İndividual istifadə üçün avadanlıq

2

2

5

50

Sənaye avadanlığı

4

25

45

215∙103

Xüsusi məqsədli avadanlıq

7

50

120

2∙106

Kosmik elektron avadanlığı

15

15

300

-

Adətən yeni RRV-nin layihələndirilməsi və tədqiq olunması mərhələsində maksimal etibarlılığın təmin olunması çox çətin və bahalı olur. Buna səbəb çoxsaylı tədqiqatların, təkmilləşdirilmələrin və tamamlamaların aparılmasına və s. olan tələbatdır. Lakin lazımi etibarlılıq səviyyəsinə çatdıqda sərf olunmuş vəsaitlər adətən özünü doğruldur.
Müasir RRV-nin etibarlılığı əsasən onun təşkil olunduğu elementlərin (hissələrin) etibarlılığı ilə təyin olunur. Hal-hazırda bu sistemlərin mürəkkəbliyi, istifadə olunan elementlərin etibarlığı ilə bir- başa əlaqəlidir. Başqa sözlərlə, RRV-nin etibarlılığını artırmaq üçün, mürəkkəb konstruksiyalar alqoritmləri, yüksək etibarlılığa malik elementlər tətbiq olunur. RRV-mürəkkəbləşdikcə etibarlılığın təmin olunması problemi daha da kəskinləşir. Müasir RRV-lər istismar rejimlərinin artan intensivliyi, dəqiqlik effektivliyə qoyulan tələblərin artırılması, daxili xarici destabilləşdirmə faktorlarına dözümün artırılması eləcədə fəaliyyətinin yüksək avtomatlaşdırılma səviyyəsi ilə xarakterizə olunur.
Deyilənlərdən məlum olur ki, müəyyən ziddiyyətlər meydana gəlir: getdikcə mürəkkəbləşən mühəndis məsələləri daha mürəkkəb vasitələrin yaradılmasına səbəb olur, lakin, belə vasitələrin etibarlılığı daha sadələrə nəzərən aşağıdır. Odur ki, mürəkkəb sistemlərin yaradılması yalnız kifayət qədər yüksək etibarlılıq təmin olunduqda özünü doğruldur. Beləliklə texniki vasitələrin etibarlılığının artırılması təmin olunmasa sonrakı texniki inkişafdan da danışmaq olmaz. Qurğuların mürəkkəbliyi etibarlılığı arasındakı ziddiyyətlərin aradan qaldırılması ən əsas mühəndis məsələlərindən biridir. Bu məsələ standartlaşdırma nəzəriyyəsi tərəfindən həll olunur. Nəzəriyyənin əsas məqsədi layihələndirmə, hazırlanma, sınama, sazlama, qəbul etmə istismar kimi mərhələlərin optimal qaydada yerinə yetirilməsini təmin etməkdir.
Etibarlılıq nəzəriyyəsi standartlaşdırmanın fundamental elmi əsasıdır. Etibarlılıq nəzəriyyəsinin əsas məqsədləri aşağıdakılardır:
1. Layihələndirmə, istehsal istismarın bütün mərhələlərində ( prinsipi istehsal üçün materialların seçilməsindən sonrakı istismarın mümkünsüzlüyü səbəbindən qurğuların hesabdan silinməsi qaydalarına qədər bütün mərhələlər) ümumi qanunauyğunluqların yaradılması, layihələndirmə istehsal mərhələlərində etibarlılıq göstəricilərinin artırılması metodlarının tədqiq olunması.
2. Müxtəlif tipli avadanlıqlarda daxili xarici təsirlər nəticəsində sıradan çıxmalarının yaranması qanunauyğunluqlarının müəyyən edilməsi, etibarlılıq sınaqlarının aparılması metodlarının bu zaman alının nəticələrin emalı düzgün qiymətləndirilməsi metodlarının işlənməsi, etibarlılığa effektiv nəzarət üsullarının yaradılması, istismar zamanı profilaktik tədbirlərin ardıcıllığını periodikliyini təyin edən metodların işlənməsi, qurğularda nasazlığın axtarılıb tapılması üsullarının işlənməsi.
3. Etibarlılığı xarakterizə edən statistik məlumatın rasional toplanma, qeydə alınma analizi metodlarının yaradılması, etibarlılığın qiymətləndirilməsi metodlarının, eləcə sıradan çıxmaların proqnozlaşdırılması üsullarının işlənməsi.
Göstərilənləri ümumiləşdirərək demək olar ki, etibarlılıq nəzəriyyəsi texniki sistemlərdə sıradan çıxmaların yaranması prosesini təbiətini, eləcə bu sıradan çıxmalarla mübarizə metodlarını öyrənir.
Gələcəkdə etibarlılıq suallarının araşdırılması zamanı istifadə olunacaq terminlərin aydın olması üçün ГОСТ 13377-75 standartına əsasən RRV-nin əsas xarakteristikalarını təyin edək. Qeyd edək ki, qurğuların etibarlılığı sahəsində tətbiq olunan terminlər digər sənaye sahələri üçün eynidir.
İşləmə qabiliyyəti (работоспособность)- texniki sənədlərdə göstərilmiş tələblərdə müəyyən edilmiş parametrli funksiyaları yerinə yetirmə qabiliyyəti nəzərdə tutulur. Burada daha sonra texniki sənəd dedikdə standartlar, rəhbər texniki materiallar, texniki şərtlər digər normativ- texniki sənədlər toplusu nəzərdə tutulur. Qurğunun parametrləri dedikdə məhsuldarlığı, dəqiqiliyi, gəlirliliyi, iqtisadi cəhətdən faydalılığı s. nəzərdə tutulur.
Etibarlılıq nəzəriyyəsində sıradan çıxma (отказ) anlayışı geniş istifadə olunur. Sıradan çıxma təsadüfi hadisə olub qurğunun işləmə qabiliyyətinin pozulmasını bildirir. Sıradan çıxmalar iki qrupa bölünür: ani sıradan çıxmatədrici sıradan çıxma. Ani sıradan çıxma - qurğunun bir və ya bir-neçə parametrinin ani dəyişməsi nəticəsində yaranan sıradan çıxmalardır. Tədrici sıradan çıxma - qurğunun əsas parametrlərinin dağılma və köhnəlmə nəticəsində tədricən dəyişməsi ilə bağlı sıradan çıxmalardır. RRV-lərin istismarı zamanı eyni zamanda bir neçə sıradan çıxmanın olması halları da müşahidə olunur. Onlardan bəzilərinin yaranması digərlərinin yaranması ilə bir-başa bağlıdır. Ona görə də sıradan çıxmalar bir-birindən asılılığına görə asılıqeyri asılı növlərə bölünür. Asılı - baxılan sıradan çıxmanın ondan əvvəl yaranan sıradan çıxmalar nəticəsində yaranan, qeyri asılı - baxılan sıradan çıxmanın ondan əvvəl yaranan sıradan çıxmalardan asılı olmayaraq yaranan sıradan çıxmalardır. Xarici təzahürünə görə aşkarqeyri-aşkar sıradan çıxmalar fərqləndirilir. Birincilər vizual olaraq detektə oluna bilərlər, məsələn, çap lövhəsinin traslarının zədələnməsi. İkincilər isə yalnız xüsusi avadanlıqlardan istifadə ilə detektə oluna bilərlər, məsələn, heterodinin tezliyinin nominaldan uzaqlaşması. Sıradan çıxmalar aradan qaldırılmasına görə iki qrupa bölünürlər: dayanıqlıöz-özünə aradan qaldırılan (dayanıqsız) sıradan çıxmalar. Dayanıqlı sıradan çıxmaları detektə etmək nisbətən asandır və adətən tez aradan qaldırılır. Öz-özünə aradan qaldırılan sıradan çıxmalar isə heç bir təmir prosedurları tətbiq olunmadan aradan qalxır. Onları detektə etmək və aradan qaldırmaq çox mürəkkəb olur. Belə sıradan çıxmalar adətən qısamüddətli pozulması və ya növbələnən sıradan çıxma kimi özünü büruzə verir.
Qısamüddətli pozulması adı altında bir dəfə yaranan və öz-özünə aradan qalxan sıradan çıxmalar başa düşülür. RRV- ni işi zamanı məhz qısamüddətli iş pozulmaları daha çox müşahidə olunur. Növbələnən sıradan çıxmalara isə misal olaraq birləşdiricilərdə pis kontaktlar misal ola bilər.
Ümumiyyətlə sıradan çıxma- nasazlığın (məsələn, iş xarakteristikaları, xarici görünüş və s. baxımından) özünü büruzə vermə şəkillərindən biridir və qurğunun texniki şərtlərdə göstərilmiş bir və ya bir neçə tələbə cavab verməməyi deməkdir. Təbii ki, hər bir nasazlıq sıradan çıxma kimi araşdırıla bilməz. İstismar zamanı iş prosesinin pozulmasına gətirməyən sıradan çıxmalar qüsur (zədə) adlandırılır.
İşləmə (наработка)– zaman, sikl, periodlar və s. ilə ölçülən və qurğunun işləmə müddətini (və ya həcmini) xarakterizə edən kəmiyyətdir. Təyinatından asılı olaraq qurğunun istismar prosesində sutkalıq və ya aylıq işləmə, sıradan çıxmaya qədər işləmə, ilk sıradan çıxmaya qədər orta işləmə, zəmanətli işləmə və s. fərqləndirilir.
Sutkalıq və ya aylıq işləmə zamanla (sikllər, periodlar) ölçülür və qurğunun sutka və ay ərzində işlədiyi müddəti göstərir.
Sıradan çıxmaya qədər işləmə- təmirə yararlı qurğunun sıradan çıxmaları arasında orta işləmə müddətini göstərir. Bu zaman əgər işləmə zaman vahidləri ilə göstərilmişdirsə, sıradan çıxmasız işləmənin orta qiyməti anlayışından istifadə olunur.
İlk sıradan çıxmaya qədər orta işləmə dedikdə qurğunun ilk sıradan çıxmaya qədər işləmə müddəti nəzərdə tutulur. Təmirə yararsız sistemlər üçün bu termin sıradan çıxmaya qədər orta işləmə anlayışı ilə eynidir.
Zəmanətli işləmə dedikdə istifadəçi tərəfindən istismar, saxlanma və daşınma qaydalarına riayət olunması şərti ilə avadanlığın öz funksiyalarını düzgün yerinə yetirəcəyi zəmanətli zaman müddəti nəzərdə tutulur. Zəmanətli işləmə istehsalçı tərəfindən təyin olunur və texniki sənədlərdə və ya istehsalçı və istehlakçı arasındakı müqavilədə göstərilir.
Sazlıq qurğunun müəyyən işləmə müddəti ərzində məcburi fasilələr olmadan öz qabiliyyətini saxlama xüsusiyyətidir. Sazlılıq işləmə müddəti vahidləri ilə ölçülür. Məcburi fasilələr adətən xarici səbəblərə (məsələn, qida sisteminin işindəki fasilələr, qısa qapanmalar s.) ya profilaktik təmir kimi ehtiyat tədbirləri səbəbinə görə yaranır. Əgər qurğu təmir olunmayandırsa (məsələn, Yerin süni peykində yerləşdirilmiş RRV) ya ilk sıradan çıxmadan sonra dəyişdiriləndirsə (məsələn, RRV-nin təşkilediciləri) ya baxılan qurğuda sıradan çıxmalar təhlükəsizlik baxımından ümumiyyətlə yol verilə bilməzdirsə (məsələn, kosmik ya təyyarə RRV-si) bu zaman onun saz işləmə göstəricisi kimi sıradan çıxmaların intensivliyi saz işləmə vaxtı anlayışlarından istifadə oluna bilər. Təmir olunan qurğular üçün analoji göstəricilər kimi adətən sıradan çıxmaya qədər işləmə müddəti, sıradan çıxmalar seli parametri ya saz işləmə ehtimalı istifadə olunur.
Sıradan çıxmaların intensivliyi anlayışı altında təmir olunmayan qurğunun verilmiş zaman anından sonrakı müddətdə, bu zaman anına qədərki dövrdə sıradan çıxmaların olmaması şərti ilə, vahid zamanda sıradan çıxma ehtimalı başa düşülür.
Saz işləmə ehtimalı -verilmiş zaman intervalında ya verilmiş işləmə dövründə qurğunun sıradan çıxmasının baş verməməyi ehtimalıdır.
Sıradan çıxmalar seli dedikdə təmir oluna bilən qurğunun vahid zamandakı orta sıradan çıxmalarının sayı başa düşülür.
Uzunömürlülük - qurğunun öz xüsusiyyətlərini profilaktik tədbirlər tənəffüslər üçün zəruri fasilələri nəzərə almaqla vəziyyətinin son həddə qədər saxlaması xüsusiyyətidir. Qurğunun vəziyyətinin son həddi onun effektivliyinin azalması ya texniki sənədlərdə göstərilmiş təhlükəsizlik tələbləri səbəblərindən sonrakı istismarının mümkünsüzlüyü ilə təyin olunur. Qurğunun vəziyyətinin son həddi, bu qurğunun işləmək qabiliyyətinin dağılma və ya qocalma (köhnəlmə) nəticəsində itirilməsi səbəbindən baş verir. Bu haldan əvvəl adətən qurğunun yerinə yetirdiyi əməliyyatların dəqiqliyinin və effektivliyinin azalması müşahidə olunur. Uzunömürlülük göstəriciləri kimi resursxidmət müddəti istifadə oluna bilər.
Qurğunun resursu dedikdə onun son həddə qədər işləməsini xarakterizə edən kəmiyyət başa düşülür. Praktikada iki növ anlayış ayırd edilir: birinci təmirə qədər resurs, təmirlərarası resurs, təyin olunmuş resurs, - faizli resurs orta resurs. Qurğunun birinci təmirə qədər resursu onun ilk məcburi təmirə qədər işləməsi xarakterizə olunur. Təmirlərarası resurs qurğunun iki ardıcıl təmiri arasındakı işləməsi ilə xarakterizə olunur. Təyin olunmuş resurs qurğunun texniki sənədlərində göstərilmiş işləmə ilə xarakterizə olunur. Bu parametr, qurğunun vəziyyətindən asılı olmayaraq istismarın dayandırılmasına qədər işləmə ilə təyin olunur. Təyin olunmuş resurs adətən təhlükəsizlik və qənaətcillik baxımından istifadə olunur. Qamma-faizli resurs - faizlə ifadə olunmuş ehtimalla qurğunun vəziyyətinin son həddə çatmamaq şərti ilə işləməsidir. Orta resurs qurğunun istismara buraxıldığı dövrdə reallaşdırıla bilən (proqnozlaşdırılan) orta işləmədir.
Xidmət müddəti qurğunun vəziyyətinin son həddinə qədər istismarının təqvim müddəti kimi hesablanır. Birinci əsaslı təmirə qədər, əsaslı təmirlər arası, silinməyə qədər və orta xidmət müddətləri ayırd edilir.
Təmirəyararlılıq qurğuda sıradan çıxma və nasazlıqların profilaktik tədbirlər və təmirlər yolu ilə xəbərdar olunması, təyin olunması və aradan qaldırılması qabiliyyəti ilə xarakterizə olunur. Burada sıradan çıxmaların aradan qaldırılması dedikdə qurğunun iş qabiliyyətinin bərpa olunması nəzərdə tutulur. Qurğunun təmirə yararlılıq göstəricilərinə aiddir: orta bərpa olunma müddəti, təmirin verilmiş zaman müddətində icra olunma ehtimalı, profilaktik xidmətin orta dəyəri. Orta bərpa olunma müddəti bir sıradan çıxmanın təyin olunması və aradan qaldırılması nəticəsində, reqlament olunmamış işsiz dayanma müddəti ilə xarakterizə olunur. Digər iki anlayış üçün əlavə izahat tələb olunmur.
Xidmət göstərilməyən qurğular sinfinə aid olan istənilən RRV təmirə yararsız hesab olunur. Belə qurğular həmçinin bərpa olunmayan və ya təmirə yarasız (təmir olunmayan) da adlandırılır.
RRV-nin keyfiyyət göstəricilərindən biri saxlaya bilmədir. Yəni, qurğunun öz istismar göstəricilərini saxlanma və daşınma müddəti və bu müddətdən sonrakı dövrdə saxlaya bilmə qabiliyyətidir. Saxlaya bilmənin miqdar göstəriciləri kimi orta və qamma-faizli resurs istifadə oluna bilər.
RRV-nin keyfiyyətini xarakterizə edən xüsusiyyətlərdən biri də qurğunun bərpa rejimindən işçi rejimə keçmə hazırlığıdır. Bu xüsusiyyət hazırlıq əmsalı ilə xarakterizə olunur. Hazırlıq əmsalı - planlı profilaktik tədbirlər arasında istənilən anda qurğunun işlək olmasının ehtimalıdır. Mütləq (абсолютный) hazırlıqlı qurğu ya mütləq saz, ya da ideal bərpa olunan qurğudur. Bu anlayışa əlavə olaraq texniki istifadə olunma əmsalını də araşdıraq. Texniki istifadə olunma əmsalı – qurğunun istismar müddətinin müəyyən intervalında zaman vahidləri ilə ifadə olunmuş işləməsinin bu işləmə ilə həmin istismar müddətində profilaktik tədbirlər və təmirlər nəticəsində qurğunun işsiz dayanma müddətlərinin cəminin nisbətinə bərabərdir.
Nəticədə qeyd edək ki, əgər qurğu sazdırsa (ispravno), deməli qabiliyyətlidir (rabotosposobno). Əksinə müddəa düzgün deyil. Məsələn, RRV idarə pultunda yerləşən bir sıra indikatorların sıradan çıxması zamanı belə öz iş qabiliyyətli ola bilər. Lakin belə qurğunu saz hesab etmək olmaz.



Yüklə 104 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin