Nəzakət səLİmova


Elektron  imzanın  həqiqiliyi  -



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   11   12   13   14   15   16   17   18   ...   60
  
Elektron  imzanın  həqiqiliyi  -  elektron  imzanı 
yoxlama  məlumatları  vasitəsilə  yoxlanılan  elektron  imza-
nın  sahibinə  məxsus  olmasının,  imzanın  əlaqəli  olduğu 
məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və 
təhrif edilmədiyinin təsdiqidir.
3
”  
Yuxarıda göstərilən fərmana uyğun olaraq elektron 
sənədin qurluşu aşağıdakı kimi tərtib olunmalıdır: 
    “-  Elektron  sənəd  ümumi  və  xüsusi  hissələrdən  ibarət 
quruluşa malikdir. 
                                                           
3
 Bax:  “Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu”,  30  iyun 
2004- cü il, N 7. maddə  402.)
 


28 
 
     -  Elektron  sənədin  məzmunu  və  ünvanlandığı  şəxs 
barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 
    -  Elektron  sənədə  əlavə  edilən  elektron  imza  (imzalar) 
və  vaxt  göstəricisi  (göstəriciləri)  elektron  sənədin  xüsusi 
hissəsində qeyd olunur.
4
 
Elektron  sənədin  təqdimat  formaları  isə  fərmanda 
bu cür təsnifləşdirilir: 
   -  Elektron  sənəd  daxili  və  xarici  təqdimat  formalarına 
malikdir. 
   - Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli 
onun daxili təqdimat formasıdir. 
   -  Elektron  sənədin  verilənlər  daşıyıcısından  fərqli  digər 
maddi obyektdə (displeydə, kağızda və  s.) əyani qavranı-
lan  (vizual)  şəkildə  əks  etdirilməsi  onun  xarici  təqdimat 
formasıdir.” 
           Fərmanda həmçinin:  
-  elektron  sənədin  əsli  və  surəti,  onun    təsdiq  edil-
mə qaydası, göndərilməsi və alınması, göndərilmə və alın-
ma vaxtı, sənədin saxlanılması və  mühafizəsi qaydaları; 
  - elektron sənəd dövriyyəsinin təşkilinin əsasları; 
- sertifikatın qüvvəsinin dayandırılması və bərpa 
edilməsi; 
- sertifikatin ləğv edilməsi; 
- sertifikat xidmətləri üzrə sənədlərin saxlanılması 
- xarici ölkələrdə verilmiş sertifikatların tanınması; 
- mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti
- sertifikat xidmətlərinə aid tələblə; 
                                                           
4
 Bax:  “Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu”,  30  iyun 
2004- cü il, N 7. maddə  402.) 
 


29 
 
-  sertifikat xidmətləri mərkəzinin fəaliyyətinə 
xitam verilməsi; 
- imza sahibinin hüquqları, vəzifələri və 
məsuliyyəti; 
 - vasitəçinin hüquqları, vəzifələri və məsuliyyəti; 
 - dövlət tənzimləməsinin həyata keçirilməsi
 - elektron imza və elektron sənəd dövriyyəsi 
vasitələrinə aid tələblər
Elektron  sənəd  dövriyyəsinin  tətbiqi  və  icrası  me-
xanizminin  kokretləşdirilməsi  məqsədi  ilə  Azərbaycan 
Respublikası  Prezidentinin  2012-ci  il  4  sentyabr  tarixli 
Fərmanı ilə “İdarələrarası elektron sənəd dövriyyəsi siste-
mi  haqqında  Əsasnamə”  təsdiq  edilmişdir.  Bu  Əsasnamə 
idarələrarası Elektron sənəd dövriyyəsi sisteminin yaradıl-
ması, idarə  olunması və bu sistemdən istifadə qaydalarını 
müəyyən  edir.Əsasnaməyə  uyğun  olaraq,  sistemin  təşki-
latçısı Azərbaycan Respublikasının Administrasiyası, ope-
ratoru isə Xüsusi Dövlət mühafizə Xidmətidir. 
Sistemin iştirakçıları aşağıdakı dövlət qurumlarıdır: 
Azərbaycan  Respublikası  Prezidentinin  Administ-
rasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İda-
rəsi,  Azərbaycan  Respublikası  Prezidentinin  Xüsusi  Tibb 
Xidməti,  Nazirlər Kabinetinin, Naxçıvan  Muxtar Respub-
likası  Nazirlər  Kabinetinin,  Azərbaycan  Respublikası  ha-
kimiyyəti  orqanlarının  və  onlara  bərabər  tutulan  orqanla-
rın, Nazirlər kabineti yanında olan icra hakimiyyəti orqan-
larının,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı,  Azər-
baycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi  Xid-
məti,  Azərbaycan  Respublikası  Tarif  (qiymət)  Şurasının 
Katibliyi;  


30 
 
-  Azərbaycan  Respublikası  Milli  Məclisinin,  Azər-
baycan  Respublikası  Konstitusiya  Məhkəməsinin,  Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Res-
publikası  Hesablama  Palatısının,  Məhkəmə  Hüquq  Şura-
sının, Azərbaycan Respublikası İnsan hüquqları üzrə mü-
vəkkilin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komis-
siyasının  və  Milli  Televiziya  və  Radio  Şurasının  aparat-
ları,  Azərbaycan  Respublikası  Korrupsiyaya  qarşı  mü-
barizə üzrə Komissiyanın Katibliyi;  
-  yerli  icra  hakimiyyəti  orqanları.  (“Respublika” 
qəzeti, 10 mart 2004-cü il.)     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


31 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin