Postun heyəti onun rəisindən və iki müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məqsədlə onlar cihazlardan əlavə, həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat, səmt göstərən və bucaqölçən, xüsusi limb, müşahidə jurnalı, habelə öz vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən basqınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədilə göndərilir.