Neriman Qurban indd


XVI FƏSİL BİTİB-TÜKƏNMƏYƏN ÇIXILMAZLIQ  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə14/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   10   11   12   13   14   15   16   17   ...   175
“Böyük  Ermənistan  xəritəsini  gördüm,  üç  dəniz  arasında 

təşəkkül  edəcəkmiş:  Ağ,  Qara  və  Xəzər  dənizləri  arasında... 

Xəritədə  Gəncə,  Lənkəran,  Salyan,  Təbriz,  Marağa  və  başqa 

şəhərlər  də  Ermənistana  daxil  edilmişdi.  Əgər  bu  xəritə  erməni 

milli amilinin həlli isə, onda erməni məsələsi bir çox münaqişə və 

mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaq”. 

İndi  ermənilər  admiral  Somerset  Artur  Qoş  Kaltropun 

qılığına  girməyə  çalışır,  Sultana  təzyiqlər  göstərir,  üçüncü 

tərəfdən sui-qəsd törədir, dəstələr yaradıb Anadolunun gü-

ney  vilayətlərində  camaata  divan  tutur,  hökumətlərdə 

vəzifələr  ələ  keçirir,  Qarabağı  talanlar  və  hiyləgər  gücünə 

ələ keçirməyə can atır, Gürcüstanda torpaq qoparmağa çalı-

şır,  Rusiya  bolşevik  rejimində  özlərinə  yer  eləyib  Kremlin 

diqqətini  Qafqaza  yönəltməyə  can  atır,  Paris  konfransında 

haqq-nahaq iddialarını gerçəkləşdirmək uğrunda çarpışırdı-

lar...

***


  Yeni  ilin  ilk  ayı,  demək  olar,  bayram  ovqatıyla  keçdi. 

Əvvəlcə  kuryer  Fətəli  xanın  təlimatı  və  əlli  min  franklıq 

çeklə  qayıdıb  gəldi.  Yusif  Vəzir  indi  bir  qədər  nikbin  idi, 



65

nədənsə  hər  şeyin  yaxşı  olacağına  inanırdı.  Sonra  Parisdən 

gözlədikləri xəbəri aldılar: Azərbaycanın müstəqilliyi tanın-

mışdı!  Bu  xəbəri  Zeynal  bəydən  eşidəndə  əzaları  boşaldı, 

elə  bil  illərin  yorğunluğu  bir  andaca  vücudunu  qapladı. 

Fikrincə,  bu  hər  şeydən  əvvəl,  məmləkətinin  qırmızı  istila-

dan qoruyacaqdı. 

“Təbii ki, ziyafət verməliyik, Yusif bəy, – Zeynal bəy bı-

ğaltı  məmnun-məmnun  gülümsəyirdi.  –  Məncə,  belə  bir 

bayram üçün Bakıdan təlimat gözləməyə ehtiyac yoxdu...”

“Haqlısan,  –  həmişə  həyəcanlananda  olduğu  kimi,  bığı-

nın  sağ  ucunu  burmağa  başladı,  –  illər  boyu  gözlədiyimiz 

gün gəldi. Sabahdan bu məsələyə məşğul olarıq...”

“Yəqin,  millətimizin  dostları  sabahdan  təbrik  üçün 

gəlməyə  başlayacaqlar,  –  Cahangir  bəy  işgüzar  görkəmlə 

bildirdi, – hazırlıqlı olmalıyıq”.

“Mirzə Qədir ziyafətə dəvət olunacaq qonaqların siyahı-

sını  hazırlayar...”  –  Heç  olmasa,  belə  əziz  gündə  Mirzə 

Qədirin  üzündə  sevinc  əlaməti  görmək  arzusuyla  dönüb 

ona baxdı:

“Əlbəttə, əlbəttə, – Mirzə Qədir əl-ayağa düşdü. – Sabah 

erkəndən bu işlə məşğul olaram”.

...O  axşam  evə  getmək  istəmirdi.  Cahangir  bəy  və  Zey-

nal  bəylə  meyxanaların  birinə  üz  tutdular,  nə  vaxtdan  bəri 

ilk dəfə asudə oturub millətin, istiqlalın, gələcəyin sağlığına 

badə qaldırdılar, sonra yüngül şaxtalı qış havasını ciyərlərinə 

çəkə-çəkə uzun-uzadı küçələri dolaşdılar, dikdirə qalxıb Bo-

ğazın sularına baxdılar. Nədənsə həmin məqamda Maltada 

sürgün  həyatı  yaşayan  Əhməd  bəyi  xatırladı,  bu  xəbəri 

eşidəndə necə sevinəcəyini, hətta ola bilsin, göz yaşı axıda-

cağını təsəvvüründə canlandırdı. Ötən müddət ərzində ona 

iki  məktub  yazmış,  hər  məktubla  da  öz  məvacibindən  bir 

qədər  xərclik  göndərmişdi.  Məktubların  və  pulun  ünvana 

çatıb-çatmadığından  xəbər  tuta  bilməmişdi,  amma  çətin 

günlərdə bacardığını əsirgəmədiyinə görə təsəlli tapırdı. 



66

Bir də fikrində tutdu ki, imkan tapıb Gürcüstan nümayən-

dəliyinə təbrik üçün getməlidi...

...Səfarətin  iri  salonunda  qarşılaya  biləcəkləri  qədər  – 

otuza  yaxın  qonaq  dəvət  eləmişdilər.  Heyət  üç  gün  durub-

dincəlmədən  çalışıb  hər  şeyin  nizam  olmasına  çalışmışdı. 

Heç  olmasa,  bir  dəfə  qənaət  fikrini  beynindən  çıxarmışdı  – 

Cümhuriyyətin  elanı  gününədək  bundan  əziz  bayram  ol-

mayacaqdı. 

Xariciyyə nazirliyinin, müttəfiq qüvvələri komandanlığı-

nın,  elçiliklərin  nümayəndələri,  din  xadimləri  təbriklərini 

çatdırır, arzularını bildirirdilər...

Çoxdandı belə  nitq  söyləməmişdi; elə həyəcanla danışdı 

ki, aradabir səsinin titrədiyini də hiss elədi...

Bir  neçə  gün  sonra  “Türk  ocaqları”  dərnəyi  də  İstanbul 

Universitetində  mərasim  keçirdi.  Həmin  mərasimə  dəvət 

alsa  da  getməyi  məsləhət  bilmədi:  Osmanlı  dövlətinin  hələ 

də Bakıda səfarət açamasına etirazını belə bildirdi...

Elə  o  günlərdə  də  əlinə  ermənilərin  fransızca  buraxdığı 

“Renesans” qəzeti keçdi. Qəzet iddia eləyirdi ki, “Arşın mal 

alan”ı yazan ermənidi. Bundan çox mütəəssir oldu, götürüb 

Üzeyir bəyə məktub yazdı, israr elədi ki, əsərlərinin notunu 

çap etdirib ona göndərsin, səfarətin xərcinə təcili Avropada, 

həm də Amerikada belə nəşrinə çalışacaq...




67


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin