Nə üçün kvan?



Yüklə 0.69 Mb.
Pdf просмотр
səhifə3/5
tarix07.07.2017
ölçüsü0.69 Mb.
1   2   3   4   5

Səhv etməkdən qorxmayın.  

700  bal  toplayan  tələbələrin  üzündə  nur  yoxdur.  Həmin  nur 

cavabları hazır kitablarda olan sualların əzbərlənməsinə sərf edilib. 

Elə suallar var ki, onların cavabı yalnız sizin atacağınız addımlar və 

etdiyiniz səhvlərlə gələcək.  

Addım  atmaqdan  qorxmayın.  Məhz  qorxduğunuz  istiqamətdə 

atdığınız  addım  sizi  həqiqətən  də  harasa  aparacaq  və  siz  sadəcə 

yerinizdə saymayacaqsınız.  



27 

 

Qorxularınız  itməyəcək.  Onları  məhv  etmək  olmur.  Ancaq  onları 



idarə etmək və marağınızla çaşdırmaq olur.  

Həyatınızın “2”-lərini ürəklə alın, dostlar. Bir qutu saqqızı onsuz da 

tək başına çeynəyə bilməyəcəksiniz. Həmin qutunu “yaxşı oxuyan”, 

amma sizin kimi o saqqızı çeynəmək istəyən dostlarla paylaşın.   

 

Mərmər daşının hekayəsi 

1464-cü  ildə  İtalyanın  rahiblər  icması  Agostino  di  Duccioya  rəsmi 

sifariş  verir.  Sifarişə  əsasən  Duccio  İtalyanın  ən  görkəmli  kilsəsi 

üçün  dini  mövzuda  bir  heykəl  hazırlamalıydı.  Agostino  mərmər 

daşının keyfiyyətindən şikayətlənərək işi bitirə bilmir və sifarişdən 

imtina  edir.  Mərmər  daşının  5  metr  hündürlüyü,  6  ton  çəkisi 

olması sifarişi daha çətin edir. 

1475-ci ildə Antonio Rosselino həmin daşı təhvil alır və işə davam 

edir. Onda da heç nə alınmır. Hər iki sənətkar qeyd edir ki, mərmər 

blokunda həddindən artıq əyrilik və problem var.  

Həmin yarımçıq tərk edilmiş mərmər daşı 25 il toz içində qalır.  

1501-ci  ildə  26  yaşlı  Mikelancelo  bu  sifarişi  təhvil  alır.  O  Qoliafa 

qalib gələn Davudu ərsəyə gətirir. İçində Da Vinçi və Botiçelli olan 

münsiflər  heyəti  əsəri  "mükəmməl"  hesab  edirlər.  Əsər  kilsə 

daxilində deyil, şəhər mərkəzində qoyulur.  

İnsanın əzmi, insanın iradəsi, yoxsa insanın daxili aləmi?  

Bir anlığa özünüzü Davudun yerinə qoyun və görün neçəniz həmin 

o mərmər blokuna bənzəyirsiniz. Sizə pis xəbərim var. Mikelancelo 


28 

 

gəlib  sizi  mükəmməl  Davuda  çevirməyəcək.  Ancaq  sizə  yaxşı 



xəbərim  də  var.  Əslində  həyatda  yaşadığınız  çətinliklər  və 

itirdikləriniz həmin blokun lazımsız parçalarıdır. Onlar sizi tərk edir. 

Sınaqlar və qətiyyətiniz sizin xarakteri sənət əsərinə çevirir.  

25 il gözləməyin, dostlar. Bu gündən etibarən daxilinizi suallarla və 

şübhələrlə  döyəcləyin.  Həqiqətən  də,  beləmi  yaşamaq  və  olmaq 

istəmisiniz,  yoxsa  özünüz  özünüzdən  Duccio  və  Rosselino  kimi 

imtina etməli olmusunuz?  

Daxili  aləminizi  istəkləriniz  və  xəyallarınızla  döyəcləyin.  Formaya 

salın. Bir də görəcəksiniz ki, Davud olmusunuz! 

Qorxularımız  bizim  üçün  Qoliafdır.  Qoliaf  qarşısında  Davud  kimi 

cılızıq,  amma  məhz  həmin  Davud  kimi  onları  yenə  bilərik.  Dini 

hekayəni  xatırlasanız,  bilərsiniz  ki,  Qoliaf  sadəcə  öz  əzəmətinə 

güvənirdi.  Qoliafdan  qorxanlar  da  məhz  onun  böyük  və  güclü 

olmasından  qorxurdu.  Ancaq  cılız  çoban  balası  və  əlinə  heç  vaxt 

qılınc  almayan  Davud  onu  öyrəşmədiyi  şəkildə  kiçik  sapandıyla 

məğlub edir. Başına sözün həqiqi mənasında daş dəyən Qoliaf yerə 

çökür və Davud tez qılıncı qamarlayaraq onun başını üzür.  

Bizim  qorxularımız  da  bizə  nəhəng  görünə  bilər.  Biz  də  onların 

qarşısında Davud qədər cılız ola bilərik. Ancaq bu o demək deyil ki, 

bizim  qalib  gəlmək  şansımız  yoxdur.  Əksinə,  həmin  qorxuların 

üstünə hücum çəksək görərik ki, biz yaxınlaşdıqca onlar kiçilir.  

Qorxularınıza  yaxınlaşın.  Qorxmadan  ya  da  qorxaraq,  ancaq 

mütləq yaxınlaşın.  

Bir  də  görəcəksiniz  ki,  əslində  düşüncələriniz  və  hissləriniz  onları 

bu qədər güclü və böyük edirmiş. 


29 

 

Sizin mərmər daşları sizi gözləyir, dostlar. Onları mükəmməl əsərə 



çevirmək üçün tələsin.  

 

Boğulmaq Qorxusu – Yaşamaq Qərarı 

Ordu İdman Kompleksi.  

Üzməyi və hündürlükdən tullanmağı öyrəndiyim yerdir. Uşaq vaxtı 

anamın  bizi  həmin  nəhəng  hovuza  apardığı  günü  hələ  də 

xatırlayıram. Hovuzun ölçüləri və dərinliyi bizi vahiməyə gətirmişdi. 

Donub  qalmışdıq.  Biz  üzməyi  öyrənmək  istəyirdik,  lakin  bunu 

etmək  üçün  həmin  nəhəng  hovuza  girməliydik.  Anamın  qayğı  və 

qorxu  dolu  baxışları  hələ  də  yadımdadır.  Təlimçimiz  köhnə  gəmi 

kapitanı  Oktay  müəllim  idi.  Ona  baxanda  hovuz  qorxusunu 

unudurduq.  İki  metr  boyu  və  yüz  iyirmi  kilo  çəkisi  onu  bizim 

gözümüzdə divə çevirmişdi. Bu div biz balaca uşaqlara həyatlarının 

bəlkə də ən vacib dərsini keçəcəkdi. O dərs mənim karyeramı, ailə 

həyatımı və bir çox düşüncələrimi formalaşdırıb. 

Üzgüçülük dərslərimizin birinci iyirmi günü fiasko idi. Bizdə heç nə 

alınmırdı.  Çox  qorxurduq.  Bizim  qorxunu  daha  da  böyüdən 

hovuzun  kənarlarında  düzəldilmiş  xüsusi  tutacaq  yerləri  idi.  Biz 

suya  girən  kimi  həmin  tutacaqlardan  yapışırdıq.  Onların  olması 

bizə  dərinliyi  xatırladırdı.  Tutacaqlar  bizə  müvəqqəti  rahatlıq 

verirdi.  Oktay  müəllim  bizə  dəfələrlə  əsəbiləşib  “Siz  necə 

kişisiniz?”-deyə  soruşardı.  Kiçik  uşaqlar  sudan  qorxursa,  onları 

üzməyə  vadar  edəcək  hər  hansı  bir  səbəbi  tapmaq  çox  çətindir. 

Əlimizi  o  tutacaqlardan  çəkmək  fikrimiz  yox  idi.  Yanımızda  qızlar 

belə  sağa-sola  üzürdü.  Üzənləri  görürdük,  lakin  yenə  də 

boğulacağımızı  düşünürdük.  20-ci  dərs  gününün  sonunda  Oktay 


30 

 

müəllim bizə üzməyi öyrətməyə qərar verdi. Adəti üzrə suya girdik. 



Kanatlara baxırdıq. Bəlkə də əlimizi uzatsaq, onlara rahatca toxuna 

bilərdik.  Lakin  donmuş  halda  növbəti  dərs  vaxtının  bitməsini 

gözləyirdik. Birdən Oktay müəllimin səsini eşitdim. “Coşqun! Sudan 

çıx yanıma gəl!”  

Oktay  müəllimin  gülüşü  yadımdadır.  Çox  yaxşı  yadımdadır.  Çünki 

həmin  gülüş  mənim  hələ  də  yaşadığıma  işarə  edirdi.  Hovuzun 

kənarına qayıtmışdım. Ürək döyüntülərimi az qala bütün üzgüçülər 

eşidəcəkdi.  Şokdan  özümə  qayıtmaq  ərəfəsində  idim.  Oktay 

müəllim  mənə  baxıb  güldü.  “Bax  indi  səni  heç  kim  dayandıra 

bilməyəcək! Özün üzəcəksən!” dedi.  

Məni  yanına  çağıran  zaman  Oktay  müəllimin  planı  var  imiş  və  o 

plan  çox  sadə  imiş.  Yanında  dayanıb  onun  xahişi  ilə  növbəti  dəfə 

üzgüçülük hərəkətlərini nümayiş etdirməliydim. O mənə komanda 

verirdi. Birdən onun səsi itdi. Həmin səsi qulaqlarımın eşitməməsi 

normal  idi.  O  danışmırdı.  Arxamda  dayanmışdı.  Gözlərimə  inana 

bilmədim.  Çünki  ona  tərəf  dönəndə  növbəti  10  saniyəmin  10  ilə 

bərabər  olacağını  bilmirdim.  Oktay  müəllim  öz  nəhəng  əlləri  ilə 

mənim  cılız  bədənimi  tutaraq  havaya  qaldırdı  və  hovuzun 

mərkəzinə tərəf atdı.  

Havada  olarkən  qışqırmaq  istədim.  Lakin  içimdə  bir  səs  “ağzımı 

açsam, suya düşəndə ağzıma su dolar və boğularam” deyirdi. Suya 

düşdüm.  Sonra  içimdəki  səs  mənə  əmr  verməyə  başladı.  Özümü 

tanıya  bilmirdim.  Tutacaqdan  tutan,  üzməyə  ərinən  passiv  mən, 

aktiv  şəkildə  həyatı  üçün  çabalayan  və  yaşamaq  qərarını  vermiş 

mənlə  əvəz  olunmuşdu.  Gözlərimə  inana  bilmirdim.  Hovuzun  düz 

mərkəzinə  atıldıqdan  10  saniyə  sonra,  mən  yenə  də  hovuzun 

kənarında  idim.  Bu  məsafəni  uçaraq  qət  etməmişdim.  Mən 


31 

 

üzmüşdüm. İçimdəki qorxu və Oktay müəllimə qarşı nifrət hissi hər 



keçən saniyədə həyəcan və qəribə pozitiv hisslə əvəz edilirdi. Mən 

üzə  bilirdim.  Bunu  öyrənmək  üçün  mənim  boğulmaq  ehtimalı  ilə 

üz-üzə  dayanmağım  şərt  imiş.  Təlimçim  haqlı  idi.  Həmin 

insidentdən  sonra  heç  kim  məni  dayandıra  bilmirdi.  Hovuza 

hamıdan  tez  girib  hamıdan  gec  çıxırdım.  Hovuzu  fəth  eləmişdim. 

Özümlə  fəxr  edirdim.  Lakin  ürəyimin  dərinliyində  Oktay  müəllimə 

və  onun  mənə  keçdiyi  dərsə  minnətdar  idim.  Kim  bilir,  bəlkə  də 

məni  götürüb  suyun  içinə  atmasaydı,  neçə  ay  mənim  üçün  eyni 

mənasız tərzdə və nəticəsiz keçərdi.  

Elə  bizim  həyatımızda  bir  çox  yenilik,  dəyişiklik  də  sonu 

görünməyən  dərin  hovuza  bənzəyir.  Bizim  də  hovuzun 

tutacaqlarına bənzəyən komfort zonalarımız var. Onların olduğuna 

sevinirik.  Lakin  əslində,  onların  ucbatından  edə  biləcəyimiz  işləri 

etmirik.  Üzmürük.  Halbuki,  yalnız  üzəndə  həqiqətən  yaşayırıq. 

Çünki  suda  hərəkət  edirik  və  tonlarla  suya qalib gəlirik.  Onlar  bizi 

qorxutmur.  Əksinə,  biz  onları  öz  dönməzliyimizlə  və  əzmimizlə 

qorxuduruq. 

Bəli,  etiraf  edirəm  ki,  hər  adamın  həyatının  ən  vacib  məqamında 

ona  dərs  verəcək  Oktay  müəllimi  yoxdur.  Lakin  bu  o  demək  deyil 

ki,  siz  məyus  olub  özünüzü  sınamayasınız.  Fərz  edək  ki,  siz  illərlə 

eyni  işi  görüb,  eyni  insanlarla  ünsiyyətdə  olmusunuz.  Birdən 

qarşınıza  fərqli  insanlar  və  işlər  çıxır.  İlkin  reaksıyanız  bəllidir. 

Boğularam. 

Yaxşısı 


budur 

bildiyim 

və 

öyrəşdiyim 



insanlardan/işlərdən  tutunum.  Lakin  yaxşıca  düşünün,  nə  üçün 

həmin insan və ya iş sizin qarşınıza çıxıb. Nə üçün onlarla danışmaq 

istəyi və ya iş görmək istəyi sizdə var?  


32 

 

İstənilən  halda  yaxınlaşın  və  hovuzun  düz  mərkəzinə  tullanın. 



Ağzınızı  bağlamağı  unutmayın.  Bir  də  ayılacaqsınız  ki,  sizin  yeni 

tanışlarınız və məşğuliyyətləriniz var.  

İnanın!  Həyatınıza  girən  yeniliklər  və  yeni  insanlar  sizi  daha  yaxşı 

edəcək. İstənilən halda uduş sizindir.  

Boğulmaq  qorxusunu  yaşamaq  qərarıyla  boğdum.  Bu  sizdə  də 

alınar.  Yaşamaq  sizin  də  təbii  haqqınızdır.  Hər  birinizə  öz  həyat 

hovuzunda ustalıqla üzməyi öyrənməyi diləyirəm.  

 

Danışmaq qorxusu - Amerikaya Getmək Qərarı

 

Atamla  birgə  Təzə  bazarda  alış-veriş  etməyə  getdiyimiz  gün  hələ 



də  yadımdadır.  Həmin  gün  mənim  həyatımı  dəyişdirən  qərarı 

verdiyim  günlərdən  biri  idi.  Atam  santexnika  mallarına  baxırdı. 

Mən  də  səssizcə  yanında  dayanmışdım.  Səssizlik.  Atamla  mənim 

aramda  keçən  bir  çox  dialoqlar  səssizlikdən  ibarət  idi.  Onun  fəxri 

və  qururu  olmuşdum.  Çünki  ölkəmizin  ən  prestijli  təhsil 

ocaqlarından  birinə  qəbul  olmuşdum  və  onu  bitirmək  üzərəydim. 

Atam mənə bu barədə heç nə demirdi, lakin mən bilirdim.  

Tikinti mallarının yanına bir qrup Amerikalı yaxınlaşdı. Onlar dəmir 

boru  almaq  istəyirdi.  Satıcı  onların  dediklərini  anlamırdı.  Atam  ilk 

öncə  satıcının,  sonra da mənim üzümə  baxdı.  Həlli  yolunu  tapmış 

atam, heç düşünmədən “Bu Amerikalıların dediklərini tərcümə elə 

və onlarla danışıb, nə istədiklərini öyrən” dedi.  

Yerimdə  donub  qalmışdım.  İllərlə  öyrəndiyim-bildiyim  ingilis 

dilində  Amerikalılarla  danışmalı  idim.  Həyəcandandan  titrəməyə 

başladım.  Əslində  “salam”  deyib  söhbətə  başlamaq  istəyirdim. 


33 

 

Bunu  edəcək  qədər  qrammatik  və  nəzəri  biliyim  var  idi. 



Həyəcanıma və qorxuya qalib gələ bilmədim. Atama “yox” dedim. 

“Bu yaxşı fikir deyil” dedim. Ordan uzaqlaşmaq istəyirdim. Satıcı və 

Amerikalılar  bir  təhər  ortaq  dil  tapa  bildilər.  Atam  və  mən  ordan 

uzaqlaşdıq.  Atamın  üzündə  sual  işarəsi  var  idi.  Təxmin  etdiyim 

cümlələri  öz-özünə  deyirdi.  Lakin  təxmin  etmədiyi  bir  şey  var  idi. 

Onun oğlu utanırdı. Danışmaqdan və səhv etməkdən utanırdı. 

Atamı  məyus  etmişdim.  Bu  vaxta  qədər  atamı  bəlkə  də  dəfələrlə 

məyus etmişdim, ancaq bunu hiss etməmişdim. Lakin bu dəfə hər 

şey  fərqliydi.  Çünki  mən  məyus  etdiyimi  dərk  edəcək  yaşda  idim. 

Xarici  dildə  danışmaq  qorxusu  həmin  günümü  və  ümumiyyətlə 

növbəti ilimi təmiz ayrı istiqamətə apardı.  

Dərk  etdiyim  digər  vacib  məqam  var  idi.  Bu  vəziyyəti 

dəyişməliydim.  Mənim  qorxum  mənim  biliyimi  bloklaya  bilməzdi. 

Danışıq qabiliyyətimi və xarici dildə ünsiyyətimi ən yaxşı səviyyəyə 

çatdırmalı idim. Bunun bir çıxış yolu var idi. Həmin çıxış yolu mənə 

xarici  dildə  danışmaqdan  daha  qorxuducu  gəlirdi.  Okeanın  o  biri 

tərəfində  yaşamaq  kimi  bir  çıxış  yolu  var  idi.  Yalnız  ABŞ-da  olsam 

və  ordakı  insanlarla  uzun  müddət  ünsiyyətdə  olsam,  hər  şeyin 

dəyişəcəyinə  inanırdım.  17  illik  həyatımda  ölkədən  kənara 

çıxmamışdım.  Aldığım  qərar  məni  ailəmdən  uzaqlara  aparacaqdı. 



Bəzən insan ailəsinə yaxın olmaq üçün mütləq uzaqda olmalıdır. 

Mənim  qərarım  mənim  həyatımın  bəlkə  də  ən  macəra  dolu  ilinə 

gətirib çıxardı.  

Valideynlərim mənim xaricdə oxumaq fürsətini dəyərləndirəcəyimi 

bilmirdi.  Onlar  planlarımı  ən  son  ayda  öyrəndi.  Anam  şokdaydı. 

Atam isə bu xəbəri sakit şəkildə qarşıladı.  



34 

 

Gözümü  yumub  açdım  və  hər  şey  birdən  baş  verdi.  İmtahanlar. 



İntervyular.  Qaliblərin  elan  edilməsi.  Mənim  ilk  təyyarə  biletim. 

Bakını tərk etmək, Denver-Koloradoya salam demək vaxtı gəlmişdi. 

Ailəm mənimlə birgə hava limanında idi. Anam ağlayırdı. Atam isə 

yenə qəribə sakitliklə dayanmışdı.  

Həmin gün ürəyimdə yalnız bir fikir var idi. Düz bir il sonra qayıdıb 

nələrə  qadir  olduğumu  göstərmək.  Özümdə  olan  qorxunu  elə 

özüm  məhv  etməliydim.  Təyyarə  uçuşa  hazırlaşarkən,  çantamın 

içini  qarışdıran  zaman  məktub  tapdım.  Sən  demə  atam  məndən 

gizlicə ürək sözlərini yazıb çantanın içinə qoyubmuş. 

Oxuduğum hər sətirdə onun məni necə sevdiyini və mənimlə necə 

fəxr  etdiyini  anladım.  İçimdə  bütün  hisslər  qarışdı.  Artıq  gec  idi. 

Geri  qayıdıb  onu  qucaqlaya  bilməzdim.  Çünki  minlərlə  metr 

yüksəklikdə idim və Atlantik okeanının üzərindən uçurdum.  

20  saata  yaxın  çəkən  səyahət  nəticəsində  Denverdə  olmaq  və 

mənimlə  bir  il  öz  evini  paylaşacaq  Amerika  ailəsini  görmək  çox 

həyəcanverici  idi.  İçimdən  “sənin  burda  nə  işin  var?”  dedim. 

“Qərar  vermisən  və  artıq  burdasan”  deyən  səs  məni  gömrükdən 

gələn  qonaqların  qarşılandığı  lobbiyə  qədər  ötürdü.  Onlar  orda 

dayanmışdı.  Cefri  Menten  və  oğlu  Styuart  Menten.  Əllərində 

mənim adım yazılı olan böyük bir lövhə var idi. Həmin lövhə məni 

sanki yuxudan ayıltdı. Bir neçə ay öncə verdiyim qərarın nəticəsini 

hiss  elədim.  Həmin  qərar  məni  evimdən,  yaxınlarımdan  uzaqlara 

bu tanımadığım xaricilərin evinə - ölkəsinə gətirmişdi.  

Cefri mənə yaxınlaşıb salamlaşanda, içimə qəribə bir rahatlıq gəldi. 

Verilmiş  qərarın  düz  olduğunu  təlqin  edən  bir  rahatlıqdan  bəhs 

edirəm.  Elə  bu  rahatlıqla  da  düz  1  il  müddət  keçdi.  ABŞ-da  olan 

xatirələrimi,  yaşadıqlarımı,  gördüklərimi  və  etdiklərimi  yazmaq 


35 

 

istəmirəm.  Çünki  bu  xatirələr  yalnız  yaşanmalı  tipdən  olan 



xatirələrdir.  Onları  mənə  yaşadan  “xarici  dildə  danışmaq” 

qorxuma  təşəkkür  borcluyam.  Həmin  qorxu  olmasaydı,  onu  dəf 

etmə  istəyim  olmazdı.  Denverə  qədər  gəlib  çıxmazdım.  Hər  gün 

onlarla  xariciylə  ünsiyyətdə  olub,  xarici  məktəbə  gedib,  xarici  ev 

tapşırıqlarını  yerinə  yetirməzdim.  Ən  əsası  isə  xarici  belə  olsa, 

evimdən uzaq olduğumu bir gün də hiss etdirməyən “xarici” ailəm 

olmazdı.  

Dördüncü  ayın  ortasına  gedən  günlərdən  birində  yatdığım  yerdə 

ayıldım.  Çünki  gördüyüm  yuxunu  artıq  ingilis  dilində  görməyə 

başlamışdım.  Qayıtmağıma  bir  ay  qalmış  Amerikalılarla  onların 

dilində səlis və rahat şəkildə danışa bilirdim.  

Qorxu  itmişdi.  O  nəhəng  utancaqlıq  sindromum  itmişdi.  Özümə 

inanmırdım. İndi də utandığım utanma səbəbindən utanırdım.  

2003-cü  il,  may  ayında  Bakıya  enən  təyyarədə  fərqli  bir  “mən” 

oturmuşdu.  Özünə  güvənən,  inamlı  və  iradəli  bir  mən.  İstənilən 

xariciylə  anında  təmas  qura  bilən  bir  mən.  Atasının  fəxri  olmaq 

arzusunu həyata keçirmək üçün fürsət axtaran bir mən. 

2003-cü  il  mənim  həyatımın  bəlkə  də  ən  unudulmaz  ilidir.  Çünki 

həmin  il  atam  məni  heç  vaxt  qucaqlamadığı  şəkildə  qucaqladığı, 

sağ-salamat  qayıtdığım  üçün  hədsiz  dərəcədə  sevindiyindən 

buraxmağa  tələsmədiyi  və  gizlində  də  olsa,  gözlərinin  yaşardığını 

gördüyüm ildir. Bəli, bu il mənim verdiyim qərarın icra edildiyi ildir. 

Əldə etdiyim təcrübənin, dostların və yeni həyat stimullarının ilidir. 

Ondan sonrakı bütün illərdə nə zaman atamın xarici müştərilərlə işi 

və  ya  problemi  çıxsa,  daim  zəng  edə  biləcəyi  oğlu  var  idi.  Onun 



36 

 

xarici  dildə  çəkinmədən,  utanmadan  danışa  bilən  və  bunu  etmək 



üçün 1 ilini evindən uzaqda keçirən oğlu.  

Bəli,  qorxular  bizi  dayandırır.  Ancaq  eyni  zamanda  qorxular  bizi 

hərəkətə  vadar  edir.  Bizi  xəyal  edə  bilməyəcəyimiz  yerlərə  aparır. 

Xəyal  edə  bilməyəcəyimiz  nəticələri  əldə  edirik.  Çünki  qorxuruq. 

Çünki  bu  qorxuya  güc  gəlmək  istəyirik.  Çünki  bu  qorxunu  bir 

dəfəlik məhv edib həyatımızı inamla yaşamağa qərar veririk. 

 

Düşünülməmiş Qərar və Antalya Macərası 

21  yaşı  olan  gənc  adətən  məntiqə  və  düşüncəyə  arxalanmır. 

Həyatını  daha  çox  ani  impulslar  prinsipiylə  yaşayır.  Bu  ani 

qərarların hara aparıb çıxaracağını anlamadan yaşayır. 21 yaşı olan 

gənc  hər  zaman  bu  yaşda  qalacağını  düşünür  və  istədiyi  hər  şeyi 

əldə  edəcəyinə  inanır.  Bir  sözlə,  həddən-ziyadə  optimist  olur.  Elə 

mən  də,  həmin  yaşda  məhz  həmin  yaşın  psixoloji  təzahürlərinin 

qurbanı olmuşam. 

Universitetin  yay  tətili  öncəsi,  türkiyəli  dostum  Farukla 

danışmağım  yadımdadır.  Faruk  gənc  yaşda  bir  sıra  uğurlara  imza 

atmışdı. Onun həyatı çox maraqlı idi. Nəzərə alsaq ki, o, Məkkədə 

doğulub  İstanbulda  boya-başa  çatmışdı,  bu  onu  daha  maraqlı  bir 

şəxsiyyət  edirdi.  Faruk  turizm  sahəsində  çalışmış  və  çox  yaxşı 

beynəlxalq  əlaqələr  yaratmışdı.  Ona  baxanda,  mənim  yaşadığım 

həyat tərzi çox cansıxıcı və sonu bəlli olan axarda keçirdi. Qarşıda 2 

yay ayı gəlirdi. Nə edəcəyimi bilmirdim. Faruk isə hər şeyi öncədən 

planlamışdı.  Bəhreynə  gedib  oteldə  işləyəcəkdi.  Bu  məqam  mənə 

çox təsir edirdi.  



37 

 

Söhbətimiz  əsnasında  heç  düşünmədən  “Faruk,  mən  yay  tətilini 



Türkiyədə işləyərək keçirmək istərdim” dedim. Düz deyirlər. Dil çox 

təhlükəli  orqandır.  Onu  açanda,  özünüzü  təmiz  ayrı  ölkədə  və 

şərtlər altında tapa bilərsiniz.  

Bilmirəm Faruk bunu necə və nə vaxt çatdırdı. Bircə onu bildim ki, 

dostum  bir  neçə  zəng  edərək,  mənim  üçün  Antalyada  iş  fürsəti 

təşkil  etdi.  Bu  iş  fürsətinin  bir  məqamı  var  idi.  Yay  sezonunun  ən 

qızğın  vaxtları  artıq  başlamışdı  və  turistik  agentliklərdə  bütün 

yerlər dolmuşdu. Farukla telefonda danışan Barış bəy ona konkret 

bir  nota  göndərdi.  “Çocuğumuz  gelsin,  onu  gözden  geçirelim. 

Tamamsa,  tamamdır.  Değilse,  kendi  başının  çaresine  kendi 

baksın.”  

Eşitdiklərim  mənim  qanımda  olan  adrenalin  səviyyəsini 

damarlarımın  Everestinə  qədər  çıxardı.  Öz  başımın  çarəsinə 

baxmalıymışam.  Alınsa  əla,  alınmasa,  qaranlıq  bir  ssenari.  Faruk 

heç  düşünmədən,  “Barış  abi,  ben  Coşkuna  kefilim”  dedi.  Bu  o 

demək  idi  ki,  Farukun  mənə  olan etibarı  sonsuz  idi.  Mən  özümün 

bu  işi  bacara  bilməyəcəyimi  düşündüyüm  halda,  dostum  mənə 

inanırdı  və  mənə  görə  zamin  dururdu.  Həmin  gün  universitetdən 

evə  qayıtmaq  istəmirdim.  Çünki  bu  Türkiyə  macərasını  ailəmlə 

müzakirə  etməliydim.  Birinci  dəfə  onlar  mənim  qərarımı  ABŞ-a 

getmədən  bir  neçə  ay  öncə  öyrənmişdi.  İndi  belə  çıxırdı  ki, 

Antalyaya  getməyimə  10-15  gün  qalmış  mənim  növbəti  dəlisov 

qərarımı  eşidəcəkdilər.  Anamın  vəziyyətini  indidən  təsəvvür 

edirdim.  Atamın  baxışlarını  da  100%  dəqiqliklə,  özüm  nümayiş 

etdirə bilərdim.  


38 

 

Həyatımda  ilk  dəfə  bu  cür  qısa  müddətdə  gözlənilməz  qərar 



vermişdim.  Tam  düşünməyə  vaxtım  olmadığından  bu  qərarın 

təzahürlərini hiss edə bilmirdim.  

Həmin gün evə gəldim. “Papa, mama! Faruk mənə çox gözəl bir iş 

fürsəti təşkil edib, bunun üçün sadəcə Antalyaya getməli olacağam 

və  bir  müddət  orda  qalmalı  olacağam”  dedim.  Dialoqun  məcrası 

mənim  planlaşdırdığım  kimi  getdi.  İlk  öncə  çaşqınlıq  içində  olan 

valideynlərimin  suallarını  cavablandırdım.  Sualların  bir  neçəsini 

texniki  baxımdan  yalan  məlumat  verərək  dəf  elədim.  Bir  sözlə, 

valideynlərimə  hər  şeyin  hazır  olduğunu  və  məni  orda  gözləyən 

mehriban  kollektivin  olduğunu  söylədim.  Qalmağa  yerimin 

olacağını  və  almağa  maaşımın  olacağını  eşidən  valideynlərim  bir 

müddət  susdu.  ABŞ  macəramdan  sonra  Türkiyə  macəramı 

gözləmirdilər, lakin nəhayət “ok”-mi aldım. 

Çox sevinirdim. Çünki dünyalar mənim idi. Qarşıda məni isti kurort 

zonası və minlərlə fərqli insan gözləyirdi. 

Antalyaya  gedə  biləcəyim  ən  çətin  marşrutla  getdim.  Naxçıvan. 

İğdır.  27  saatlıq  avtobus  səyahəti.  Bir  məqamı  qeyd  edim  ki, 

maliyyə  baxımından  bu  səyahət  çox  düşərli  idi.  Çünki  evdən 

aldığım 200 dollarla edə biləcəyim yeganə səyahət variantı idi. 

Ərzurumu keçəndən sonra mənə çatdı. Mən artıq Türkiyədə idim. 

Binalar  və  insanlar  bir  başqa  idi.  Konya  meşələrinin  içiylə  gedən 

avtobusumuzun  ən  arxa  oturacağında  oturan  “mən”  narahatlıq 

keçirməyə  başladım.  Bu  narahatlıq  xroniki  hal  almağa  başlayırdı. 

Denverə  enməyə  hazırlaşan  təyyarədə  də  eyni  narahatçılığı 

yaşamışdım.  Bu  stress  yeni  məkan  və  yeni  həyat  tərzimin  işarəsi 

idi.  Konyanın  qurtaracağı,  Antalyanın  başlanğıc  kilometrləri  daha 

intensiv keçdi. Titrəyirdim. Mobil nömrəmə zəng gəldi. Zəng edən 


39 

 

Barış  bəy  idi.  Avtobus  vağzalında  məni  qarşılayacağını  söylədi  və 



uğurlar dilədi.  

Bəlkə  də  bütün  səyahət  boyu  soruşmaq  istəyib  də  utandığımdan 

soruşmadığım sual ağzımdan çıxdı. 

“Coşqun sənin burda nə işin var?”   

Əvvəllər bu sualdan zəhləm gedirdi. Bu sual fərqli bir şey etdiyimi 

və  öyrəşmədiyim  yolla  getdiyimi  bildirirdi.  Bu  sual  qorxduğumu 

bildirirdi.  Antalyanın  avtovağzalına  yaxınlaşırdım.  İçimdə  oxunan 

dualar  və  qorxu  səsləri  bir-birinə  qarışmışdı.  Qərarımın  nə  qədər 

düşünülmədən  verildiyini  anlamışdım.  Lakin  gec  idi.  Avtobusdan 

düşəndə,  digər  bir  problem  yadıma  düşdü.  Bakıya  qayıtmaq 

istəsəm  belə,  qayıda  bilməyəcəkdim.  Çünki  cibimdə  yalnız  70 

dollar  qalmışdı.  Yemək-içmək  və  səyahət  xərclərini  düzgün 

hesablamamışdım.  

Qalan  70  dollar  içimə  yeni  bir  vəlvələ  saldı.  “Ay  axmaq”!  Özümə 

deyə biləcəyim ən məntiqli söz bu idi. İyunun 27-si Antalya vaxtıyla 

günorta saat 02:45-də avtovağzalın skamyalarından birində bir “21 

yaşlı  axmaq”  oturmuşdu.  Nə  edəcəyini  bilməyən  axmaq  bir  gənc 

səssizcə,  onu  götürəcək  Barış  bəyi  gözləyirdi.  Hava  dəhşət  isti  idi. 

İstidən  bişmiş,  lakin  eyni  zamanda  həyəcandan  tir-tir  əsən  gəncin 

qarşısında  Fiat  Albeo  markalı  avtomobil  dayandı.  İçəri  tərəfdən 

qapını  açan  uzun  saçlı  “İsa  peyğəmbərə”  bənzəyən  bir  adam 

“Antalyaya  hoş  geldin  Coşkun,  hopla  gidelim”  dedi.  Maşınına 

oturduğum  bu  həzrətə  bənzəyən  adam  Barış  bəy  imiş.  Arxa 

oturacaqda  sərin  kola  olduğunu  deyən  Barış  bəyi  çox  sevdim.  Səs 

tonunda insanın içinə sakitlik gətirən sehir var idi.  Maşının içində 

bir  az  söhbətləşdik.  15  dəqiqə  şəhər  içi  səyahətdən  sonra  içimdə 

olan  narahatçılıq  itdi.  Buralar  xoşuma  gəlməyə  başlamışdı.  Lakin 


40 

 

bir müddət sonra maşın dayandı və içəriyə iki əlavə adam oturdu. 



Biri  rus  qadın  və  biri  qafqazlı  tipajı  olan  kişi  idi.  Aralarında 

mübahisə  edirdilər.  Barış  bəy  onların  bu  halına  öyrəşmişə 

bənzəyirdi.  Onun  bu  öyrəşmişliyi  mənə  də  yoluxdu.  Mübahisə 

edən  cütlük  birdən  fasilə  edərək  müştərək  şəkildə  mənə  baxdı. 

Barış bəydən kim olduğumu soruşdular.  

“Bu  bizim  Coşkun.  Bizimle  çalışmak  için  Baküden  gelmiş”  deyən 

Barış bəyi daha çox sevdim. Çünki mən artıq bizim deyə anılmağa 

başlamışdım. Sizi bilmirəm, ancaq sözlər mənə çox təsir edir. Hələ 

yerində və vaxtında deyilmiş sözlərə isə ayrıca düşkünlüyüm var. 

Bütün  yayı  işləyəcəyim  ofisin  qarşısında  dayanmışdım.  Qapıdan 

içəri girəndə, bir kişi xeylağının iki rus qadınıyla mübahisə etdiyini 

gördüm. Bu mübahisə deyəsən bu şirkətin iş tərzi idi.  

Yol  yorğunuydum.  Ayşe  xanım  (ofisin  xadiməsi)  mənə  çay  və  su 

verdi. Barış bəy məni Kənan bəylə tanış etmək üçün mübahisənin 

bitməsini gözləyirdi. Nəhayət 40 dəqiqədən sonra yorğun-arğın və 

21  yaşı  olan  axmaq  gənc  Kənan  bəylə  tanış  edildi.  İllərini  turizmə 

vermiş Kənan bəy vaxtı uzatmadan və özünə məxsus tərzdə məni 

sınamağa  başladı.  Rus  dili  bacarığımı,  kompyuter  biliklərimi 

yoxladı.  Bir  sıra  xarici  müştəriləriylə  yazışdım.  ICQ-dən  bildirişlər 

göndərdim. Tərcümələr etdim.  

Kənan bəy üzümə baxdı və “Coşkun. Bizimlesin!” dedi. Bu 2 gündə 

eşitmək istədiyim ən vacib sözü eşitmişdim. Yorğun olsam da, çox 

sevindim. 

Bir məsələ qalmışdı. Mənim harda yaşayacağım məsələsi. 70 dollar 

vəziyyətimi  çox  çətinləşdirirdi.  Düşünmədən  verməli  olduğum 

təklifi  verdim.  “Kənan  bəy,  sizə  maliyyə  cəhətdən  yük  olmamaq 



41 

 

üçün  ofisdə  gecələyə  bilərəm”  dedim.  Dediklərimə  inanmırdım. 



İndiyə qədər ev və ailə rahatlığı görmüş Coşqun bir az öncə ofisdə 

qalmaq  və  yaşamaq  təklifi  etmişdi.  Mən  çaşıb  qalmışdım,  lakin 

Kənan  bəylə  Barış  bəy  sanki  daha  öncə  də  bu  cür  sözlər 

eşitdiyindən  mənim  təklifimi  normal  qarşıladı.  Sevinərək  deyə 

bilərəm  ki,  ofisdə  yaşamalı  olmadım.  İşçilər  üçün  təyin  edilmiş 

xüsusi 3 ulduzlu otelə aparıldım və yerləşdirildim. Otelin çox gözəl 

adı  var  idi.  “Ümid”  otel.  Gecə  vaxtı  olduğundan  otelin  ətrafında 

nələr  olduğunu  və  hara  gətirildiyimi  tam  görməmişdim.  Yorğun 

olduğumdan  otel  rəhbərliyi  ilə  aramda  keçən  dialoqları  tam 

xatırlamıram. Bir şeyi bilirəm ki, yorğunluq içimdə olan həyəcan və 

tərəddüdlərə  qalib  gəlmişdi.  Sadəcə  gözlərimi  yumub  yatmaq 

istəyirdim. Elə də etdim. 

Antalyada  olduğum  ilk  həftə  çox  intensiv  keçdi.  21  yaşıma  uyğun 

olmayan  bir  çox  iş  görüşməsi  keçirdim  və  tapşırıqları  yerinə 

yetirdim. Beynimdə 2 konkret hədəf var idi. Bakıya qayıda bilmək 

üçün  lazım  olan  məbləği  qazanmaq  və  Farukun  bu  adamların 

yanında  hörmətini  saxlamaq.  İş  müddətimin  8-ci  günündə  indiyə 

qədər etdiyimə inana bilmədiyim bir işi etdim.  

Kempinski  otelin  1  yaşını  qeyd  etmək  üçün  bir  sıra  turizm 

agentlikləri  və  media  otelə  dəvət  edilmişdi.  Gələn  qonaqların 

içində  “DeMax  Travel”in  heyəti  (mən  daxil)  də  var  idi.  Ziyafətə 

“Blue  Tourism”  komandası  da  gəlmişdi.  Onlar  bizdən  bir  üst 

mərtəbədə  işləyirdi.  Bizim  terminologiya  ilə  danışsaq,  biz  rus 

bazarına,  onlar  isə  avropa  bazarına  nəzarət  edirdi.  Ucu-bucağı 

görünməyən  dəyirmi  ziyafət  masası  arxasında  DeMax  və  Blue 

Tourism  menecmenti  yan-yana  oturdulmuşdu.  Barış  bəylə  qarşı 

şirkətin  meneceri  aralarında  nəyi  isə  müzakirə  edirdi.  Uzun 

müzakirədən  sonra,  Barış  bəy  məni  öz  yanına  çağırıb  digər 



42 

 

menecerlə  tanış  elədi  və  ingilis  dilini  hansı  dərəcədə  bildiyimi 



dəqiqləşdirdi. Ürəyimdə “yenə bu xarici dil” məsələsi deyə güldüm. 

Məni nələrin gözlədiyini bilmədən dil biliklərimi nümayiş etdirdim. 

Barış bəy menecerə gülümsəyərək “Coşkun size yardımcı ola bilir” 

dedi. Mən öz-özümə düşündüm. Yəqin tərcümə işidir dedim. Lakin 

çox keçmədi ki, həqiqi məsələnin nə yerdə olduğunu öyrəndim.  

Sən  demə,  Blue  Tourism  “Jet  Atlas”  şirkətiylə  birgə  lahiyəsi 

çərçivəsində bir sıra turistləri aeroportdan qarşılayıb “Turan Prince 

Residence”-ə,  Alanyaya  yerləşdirməli  imiş.  Bütün  işçilərin  işi 

olduğundan  ziyafətdə  olduğumuz  gün,  gələn  turistləri  qarşılamaq 

və otelə yerləşdirmək lazım imiş. 

Antalyada  sadəcə  bir  həftə  keçirmiş  Coşqun  nə  yerli  hava 

limanında olmuşdu, nə də Alanyada yenicə açılmış oteldə. Üstəlik 

həyatında hər hansı bir insan kütləsini A nöqtəsindən B nöqtəsinə 

transfer  etməmişdi.  Üstəlik  bunu  tək  başına  etməmişdi.  Üstəlik 

məlumatlı olmadığı onlarla digər məqam var idi. Lakin Coşqun onu 

himayəsinə  götürmüş  Barış  bəyə  “yox”  deyə  bilməzdi.  Bəzən 

verilən  tapşırıqlar  az  qala  sürreal  olur.  Lakin  bu,  bizim  mənəvi 

borcumuzu yerinə yetirməyə maneə ola bilməz.  

Blue Tourism şirkətinə kömək etməyə razılıq verdim. Mənim üçün 

ziyafət bitmiş sayılırdı. Axşam saat 11-də turistlər gəlməliydi. Mənə 

təyin edilmiş sürücüylə yola düşdüm.  

Hava limanı möhtəşəm idi. Yay sezonu Antalyanı bir başqa edirdi. 

Təsəvvür  edin  ki,  əhalisi  2  milyon  olan  Antalya  yayda  10  milyon 

insanın  axınına  məruz  qalırdı.  Bu  axının  başlıca  mərkəzi  də  elə 

məhz yerli hava limanı idi.  


43 

 

Sürücü məni Blue Tourism-ə aid olan iri avtobusun yanına gətirdi. 



Orada  Əli  bəy  deyilən  şəxslə  görüşdüm.  Əli  bəy  mənə  verdiyi 

təlimatlarla məni konkret şoka saldı. Sən demə bu bir neçə turistlik 

söhbət deyilmiş. 50 nəfərlik Avropalı turist kütləsi (Alman, Holland, 

Belçikalı  və  İngiltərəli)  gələcəkdi.  Onları  düşündüyüm  məntəqəyə 

deyil,  təmiz  ayrı  bir  yerə-  Alanyada  yenicə  açılmış  5*  otelə 

aparmalıydıq.  Üstəlik  orada  bütün  qeydiyyat  prosesinə  və 

yerləşdirilmə işinə mən tək başına cavabdehlik daşıyacaqdım. Hər 

yeni  təlimatı  eşidən  kimi  başıma  qaynar  su  tökülürdü.  Axı  mənim 

bu  işdə  heç  bir  təcrübəm  yox  idi.  Nə  oteli  tanıyırdım,  nə  də 

prosesləri. Gedəcəyim yerə də ilk dəfə gedəcəkdim. Üstəlik yuxum 

gəlməyə  başlayırdı.  21  illik  həyatında  saat  12-dən  o  tərəfə  oyaq 

qalmayan  Coşqun  reysi  3  saat  geçikmiş  Avropalıları  gözləyirdi. 

Mənə bir çox detal deyilmişdi. Lakin ən vacib detalı deməyə dilləri 

gəlməmişdi. O detalı turistləri çıxışda qarşılayanda öyrəndim.  

Qrup  şəklində  qırağa  çıxırdılar.  Əlimdə  olan  yazını  görən  kimi, 

mənə tərəf yaxınlaşıb, otelə nə zaman gedəcəklərini soruşurdular. 

Nəhayət,  51  nəfər  saydım.  Hamısı  ətrafımda  dayanmışdı.  Sanki 

bütün  dünya,  daha  dəqiq  desək,  bütün  Avropanın  diqqəti 

üzərimdə  idi.  İçimdəki  hisləri  artıq  çoxdan  bloklamışdım.  Yadıma 

Oqtay  müəllim  və  onun  mənə  verdiyi  üzgüçülük  dərsi  düşdü. 

Əlimdəki  siyahıya  əsasən,  turistlərə  təlimat  verirdim.  Avtobusa 

oturub  Alanyadakı  yeni  otelə  gedəcəyimizi  dedim.  Elə  qiyamət  o 

zaman  başladı.  Turistlər  mənə  sanki  onların  ən  qatı  düşməni 

mənəm kimi baxırdı. Onların səyahət paketlərini tənzimləyən firma 

onları  aldadıbmış.  Sən  demə  onlara  vəd  edilən  otelə  deyil,  başqa 

bir otelə gedirmişik. Dava-qırğın hardasa, yarım saat çəkdi.  

Həyatımda Allaha ən intensiv şəkildə dua etdiyim yarım saat bəlkə 

də  bu  yarım  saat  idi.  “Mənə  sizi  digər  otelə  götürmək  təlimatı 



44 

 

verilib”  deyirdim.  “Sizin  halınızı  anlayıram,  lakin  gecə  vaxtı  hava 



limanında  qalmaqdansa,  yenicə  tikilmiş  5*  oteldə  qalmaq  daha 

məsləhətli  deyilmi?”  deyə  soruşdum.  Birdən  ani  səssizlik  yarandı. 

Sanki  Allah  “Coşqun,  bu  günlük  stress  bəsindir”  deyib  bu  təslim 

olmaq istəməyən turistləri razılığa gətirdi. Düzdür, 5 turist birbaşa 

hava  limanına  qayıdıb,  öz  ölkələrinə  uçdu,  lakin  geri  qalanı 

mənimlə  birgə  avtobusa  mindi.  Hamı  rahat  şəkildə  əyləşmişdi. 

Avtobus  şoferinin  yanında  oturdum.  Bu  4  saatlıq  cəhənnəmdən 

sonra  nəhayət  rahat  nəfəs  alacaqdım.  Lakin  növbəti  surpriz 

cümlələr avtobus şoferinin ağzından çıxdı.  

“Mikrofonu  götürün.  Yanınızdadır.  Antalya  haqqında  məlumat 

verin. Yolumuz 45 dəqiqədir. Turistlərə məlumat vermək lazımdır.” 

Aldığım rahat nəfəs təzəcə çıxmışdı ki, geriyə qayıtmalı oldu. Necə 

yəni mikrofon? Necə yəni Antalya haqqında məlumat? Necə yəni? 

Mikrofonu  götürüb  sürücünün  yanından  qalxdım.  Avtobusda 

oturan  46  nəfərin  46  cüt  gözü  mənə  zillənmişdi.  Bu  gözlərə 

Antalyaya  yenicə  gəldiyimi  və  tam  olaraq  nə  deyəcəyimi 

bilmədiyimi necə açıqlayacaqdım?  

Belçikadan olan anlayışlı bir turist mənə “rahat ol və sadəcə danış” 

dedi.  Elə  mən  də  o  deyəni  etdim.  Danışdım.  Maraqlısı  budur  ki, 

illər  sonra  belə,  həmin  yol  boyu  nə  danışdığımı  xatırlamıram. 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə