Nə üçün kvan?


nəfəs  alırdıq.  Xəyalımızla  yatıb  dururduq.  Və  bir  gün  oyananda



Yüklə 0.69 Mb.
Pdf просмотр
səhifə2/5
tarix07.07.2017
ölçüsü0.69 Mb.
1   2   3   4   5

nəfəs  alırdıq.  Xəyalımızla  yatıb  dururduq.  Və  bir  gün  oyananda 

gördük  ki,  xəyal  artıq reallığa  çevrilib.”  “Boooom  it  is  reality.”  –

deyən Erik elə bil bum! deməklə məni də oyatdı. Çünki mənim də 

kitab xəyalım xəyal olaraq deyil, real olaraq qalmalı idi.    

3. Hər zaman olduğu kimi dostum Orxanın baş-beynini aparırdım. 

Mənə  verdiyi  “Traction”  kitabında  deyilənləri  müzakirə  edirdik. 

Silikon  vadisinin  “qaymaqları”  deyirdi  ki,  bir  çox  komanda  yaxşı 

məhsulu  və  ya  xidməti  olmasına  baxmayaraq,  “müştəri  axını” 

yarada  bilmədiyindən  tez  dağılır.  “Müştəri  axını”  mənim 

qulaqlarıma  “Oxucu  axını”  kimi  səslənirdi.  Bir  anlığa  düşündüm. 

Kitabım  məhsuldursa,  o  zaman  onunla  bərabər  oxucu  axınımı 

yaratmalıyam.  Bir  sözlə  bu  kitab  Silikon  Vadisi  fəlsəfəsiylə  yazılıb. 

Kitab  yazıla-yazıla  onun  oxucularının  axını  yaradılmalıydı.  Bunun 

üçün  internet  üzərindən  bir  “Kitab-anons”  paylaşımı  etdim  və 

kitabın  ilk  35  səhifəsini  yeni  ildə  pulsuz  şəkildə  istəyənlərə 

verəcəyimi  söylədim.  Məlumat  yayımlanan  7  gün  sonra  artıq  50 

nəfərdən istək məktubu almışdım. Bu o demək idi ki, 50 nəfər bu 

kitabın ilk 35 səhifəsini oxumaq istəyir. Özüm bunu hiss etmədən, 

mikro-ictimai təzyiq yaratmışdım. Bu təzyiq mənim öhdəlik şkalamı 

10  bala  çıxardı.  Anladım  ki,  geriyə  yol  yoxdur.  Bu  rəqəm  100+ 

olanda  isə,  anladım  ki,  özümü  çıxılmaz  vəziyyətə  salmışam. 

Vəziyyətdən çıxmanın bir yolu var. O da yazıb bitirməkdir. Üstəlik 

Orxan kitabın üz qabığının virtual versiyasını hazırlayıb göstərəndə, 

çox  həyəcanlandım.  Elə  bil  ki,  kitab  artıq  mövcud  idi  və  mən  onu 


14 

 

əllərimdə  tutmuşdum.  Bu  hiss  güclü  drayv  verdi.  Həmin  drayv 



mənim çap etmə sürətimə və bu işə ayırdığım vaxta təsir etdi. 

Bu  3  hadisə  nəticəsində,  ilk  100  nəfər  və  siz  mənim  səhifələrimi 

vərəqləyərək  səyahətə  çıxmısınız.  Bu  səyahət  nəticəsində, 

daxilinizdə olan səyahəti də etmiş olacaqsınız.    

Tanrı  sizə  hər  an  fürsət  dolu  həyəcan  siqnalları  ötürür.  “Oyan, 

özünə  gəl  və  işini  gör”- deyən  bu  siqnalları hər gün eşidəcəksiniz. 

Hansısa  filmdə,  verilişdə,  xəbər  başlığında  eşidib  və  ya 

görəcəksiniz.  

Bu  siqnalları  vaxtında  alın.  Ala  bilmək  üçün  isə,  gözlərinizi  və 

qulaqlarınızı lazımsız olan digər işlərlə məşğul etməyin. 



 

Kvana aparan yol 

Kvan  dediyimiz  hissi  dolğun  şəkildə  yaşamaq  üçün  3D  səyahətə 

çıxmaq lazımdır. Səyahətin 3 əsas məntəqəsi var.  

Dare (Cəsarət) – Dream (Xəyal) – Decide (Qərar) 

Həmin  məntəqələri  bir-birinə  uzlaşdıran  7  sual  var.  Kitabın  əsas 

məqsədi  bu  7  suala  verəcəyiniz  cavablar  vasitəsiylə  sizi  3  əsas 

məntəqədən keçirməkdir.  

Hər  fəsil  bir  sualı  əhatə  edir.  Onu  açıqlayır  və  verəcəyiniz  cavab 

üçün  rahat  zəmin  yaradır.  Hər  fəsil  daxilinizdə  olan  şübhə,  qorxu 

və sıxıntıları neytral edir. Əvəzində ümid, cəsarət və rahatlıq dolu 

hisslər keçirirsiniz. Bu hisslər sizi daha məhsuldar edir. 

 


15 

 

 Sualların siyahısı budur: 



1.

 

Hansı kompleksim var? 



2.

 

Cəsarəti necə tapım? 



3.

 

Mən kiməm? 



4.

 

Mənim missiyam nədir? 



5.

 

Hansı xəyallarım var? 



6.

 

Hansı hədəflərim var? 



7.

 

Qərarım nədir 



Qısaca  olaraq  bu  sualları  cavablandırın.  Əgər  cavablar  sizi  qane 

edirsə  və  həmin  cavablar  istiqamətində  sistemli  şəkildə  iş 

görülürsə,  o  zaman  kitabın  geri  qalan  hissəsini  oxuyaraq  vaxtınızı 

itirməyin. Sevdiyiniz işlə məşğul olun. Sevdiklərinizlə olun.  

Ancaq daxilinizdə izah edə bilmədiyiniz maraqlı bir qaşınma varsa, 

o zaman oxuyun, həmin sualları yenidən cavablandırın. 

İlk  baxışdan  necə  də  sadə  və  zərərsizdirlər.  Ancaq  acı  bir  həqiqət 

var.  İnsanların  əksəriyyəti  bu  sualları  cavablandırmadan  ömür 

sürür. Yaşayır. Yaşadığını düşünür.  

Kvan  hissini  yaşamaq  üçün  7  sualın  qarşısında  bütün  varlığınızla 

təslim  olub,  onlara  tam  səmimi  şəkildə  cavab  verin.  Bunun  üçün 

bir bütov həftə bəs edir. Cavabları verəndən sonra və onlara uyğun 

yaşamağa başladıqdan  sonar, hər şey özünün mexaniki qaydasına 

düşür.  


Sonuncu fəsil son nöqtə üçündür. Bu son nöqtəni mən deyil, məhz 

sizlər  qoyacaqsınız.  Suallara  keçmədən  öncə  qarşınıza  bir  sıra 

mətnlər  çıxacaq.  Həmin  mətnlər  dolayı  yolla  sizə  bələdçilik 

edəcəklər. Həmin mətnlər yemək bişirmək üçün tavaya atılan yağ 



16 

 

dilimlərinə bənzəyir. İcazə verin onlar oxunduqca ərisinlər və sizin 



ruhunuzun qidası daha ləzzətli çıxsın. Hər fəsildən, hər sualdan və 

qarşınıza  çıxacaq  sürpriz  dolu  mətnlərdən  həzz  alın.  Kitab 

səhifələrindən  ibarət  olan  bu  xüsusi  dəhliz  sizi  hamının  arzuladığı 

hissə  götürəcək.  Bu  səyahətdə  sizə  bələdçilik  etmək  şansını  əldə 

etdiyim üçün məmnunluq hissi duyuram.  

Unutmayın.  Bu  uğurla  və  ya  motivasiyayla  bağlı  bir  kitab  deyil, 

amma oxuyandan sonra yəqin ki bir çox işdə başqalarına nisbətən 

daha  uğurlu  və  motivasiyalı  olacaqsınız.  Səbəb  kitabı  bu  qədər 

effektiv  edən  suallar  ardıcıllığında  yatır.  Səbəb  daxilinizdə  olan 

konfliktləri həll etmiş və daxili balansını əldə etmiş sizdə yatır. 

Bütün  bu  deyilənlərdən  sonra  mənə  çəkilmək  və  sizi  1-ci  fəsillə 

baş-başa qoymaq düşür.  

Uğurlar!  

 

 

 

 

 

 

 

 

 


17 

 

 



Fəsil 1 

Qərarların gücü 

“Bu  dünyada  ən  böyük  qüvvə  qərar  verən  insana  məxsusdur.”  – 

Toni Robbins 

İnsan  qərar  vermədiyi  müddətdə  həqiqətən  yaşamır.  Bunu 

anlamaq  üçün  mənə  yeddi  il  vaxt  lazım  oldu.  Gənc  olduğumdan 

vaxtımın  bol  olmasına  güvənib  verməli  olduğum  qərarların 

əksəriyyətindən  boyun  qaçırırdım.  Nəticədə  həm  özümə,  həm  də 

yaxınlarıma ziyan verirdim.  

Universitetdə oxuyarkən rəhbərimiz Frederik Aleksander Magil ilə 

tez-tez  söhbətləşərdik.  Söhbətləri  əsnasında,  mənə  daim  “tələs” 

deyən Magil məni təəcübləndirərdi.  

“Tələs,  Coşqun,  tələs!  Əgər  yazmaq  istəyirsənsə,  indi  yaz!  Sonra 

gec  olacaq!  Ailə  quracaqsan!  Uşaqların  olacaq!  Vaxtın  və  taqətin 

qalmayacaq!” deyərdi. Həmin söhbətin üstündən düz yeddi il keçir. 

Evliyəm.  İki  uşağım  var.  Magil  müəllimin  dedikləri  indi-indi  mənə 

təsir etməyə başlayır.  

İtirdiyim  vaxta  görə  peşman  deyiləm.  Çünki  həyat  bəzi  dərsləri 

yeddi  saniyəyə,  bəzi  dərsləri  isə  yeddi  ilə  öyrədir.  Əsas  odur  ki, 

mənə  bənzəyən  və  istiqamət  axtarışında  olan  insanların  yanında 

olmaq  və  onlarla  öyrəndiklərimi,  yaşadıqlarımı  paylaşmaq 

istəyirəm.  

Sizinlə  birgə  A  nöqtəsindən  B  nöqtəsinə  getmək  istəyirəm.  A 

nöqtəsi  “Həyatımı  necə  yaşayım  və  nəyə  həsr  edim?”  sualından 



18 

 

başlayır. B nöqtəsi isə artıq bütün vacib suallarına cavab tapmış və 



həmin  cavabları  hər  gün  öz  həyatına  tətbiq  edən  bir  insanın 

əminlik və rahatlıq hissi ilə bitir.  

Bu  sözləri  oxuyarkən  fərqli  məkanlarda  olacaqsınız.  Məsələn, 

metro qatarının içində iki nəfərin düz ortasında oturaq vəziyyətdə 

ola bilərsiniz. İstəyirəm ki, bir anlığa oxumanı dayandırıb, həmin iki 

nəfərə  diqqətlə  baxasınız.  Üzlərində  olan  ifadə  sizə  nə  deyir? 



Həyatları  onları  qane  edirmi?  Üzlərində  gülümsəmə  varmı? 

Enerjiləri müsbətdirmi?  

Böyük  ehtimal  hər  ikisi  də  solğun  və  ciddi  sifətə  malikdir.  Sanki 

ömründə  heç  ürəkdən  gülməmiş  insanlara  bənzəyirlər.  Onları boş 

verib  digər  oturan  sərnişinlərə  baxın.  Yəqin  ki,  əksəriyyətinin 

üzündə yenə eyni solğun üz ifadələrini görmək olar.  

Bunun  bir  çox  səbəbi  ola  bilər.  Lakin  istənilən  halda,  bu  insanlar 

özləri  üçün  müəyyən  qərarlar  verib.  Həmin  qərarlara  əsasən 

yaşayırlar.  Elə  siz də bunu hiss  etmədən bir  çox  qərarı  vermiş  ola 

bilərsiniz. Bu yazılanları oxumağın özü də bir qərardır. İnanıram ki, 

sizi  bu  qərarınıza  görə  peşman  etməyəcəyəm.  Axı  siz  peşman 

olmaqdan  çəkinirsiniz.  Peşmanlıq  hissini  yaşamaq  istəmirsiniz.  Axı 

kim  bu  hissi  yaşamaq  istəyir  ki?  Lakin  hər  gün  milyonlarla  insan 

çoxdan  verməli  olduğu  qərarları  vermədiyi  üçün  bu  hissi  yaşayır. 

Bəlkə də bu solğun üzlər bunun nəticəsidir.  

Məşhur aktyor Uil Smit uşaqlıq illəri barəsində müsahibə verərkən 

deyir: 


“Bir  gün  atamız  bizi  qonşu  məhəlləyə  apardı.  Orda  boş  bir  ərazi 

göstərərək  dedi.  Bu  yerdə  hündür  bir  divar  inşa  etməyinizi 

istəyirəm.  Atamızın  üzünə  mat-mətəl  şəkildə  baxdıq.  Bura  qədər 


19 

 

heç  vaxt  əlimizə  alət  və  kərpic  götürməmişdik.  Atamız  bizi 



sakitləşdirdi. Hündür divarı bir günə inşa etmək mümkün deyil. Siz 

sadəcə gündə bir kərpici digər kərpicin üstünə qoyun.” 

Uil  Smit  bu  hündür  divarı  inşa  edir.  Çünki  gözə  görünməyən  “bir 

kərpic”  gec-tez  min  kərpicə  çevrilir  və  divar  şəklini  alır.  Uil 

həyatında  hər  bir  işə  bu  cür  yanaşmaq  qərarını  alır.  Nəhəng 

lahiyələr  və  filmlər  bir  kərpici  digərinin  üstünə  qoyaraq  ərsəyə 

gəlir.  Elə  mən  də  Uil  Smitin  verdiyi  qərarı  verərək,  bu  gözümə 

görünən kitab yazmaq işini planlaşdırdım. Hər gün 2 səhifə prinsipi 

ilə  yazdım.  Nə  olursa  olsun.  Hər  gün  2  səhifə.  Elə  dünyanın  ən 

məşhur  və  ən  oxunmuş  kitablarını  yazan  insanların  iziylə  getdim. 

Onlar  şah  əsərlərini  bir  nəfəsə  yazmırdı.  Hər  əsər  aylar  və  illərlə 

yazılan  səhifələr  yığınıdır.  Gündə  3000  söz  prinsipiylə  yazan  Cek 

London neçə insanın həyatını öz kitablarıyla dəyişib bir Allah bilir. 

Bir çox səhifəni gecə vaxtı uşaqları yatızdırandan sonra, yarı-yuxulu 

və yorğun vəziyyətdə yazmışam.  

Lakin  bu  yorğunluq  mənim  iradəmin  qarşısında  maneə  ola 

bilməzdi.  Çünki  mən  qərar  vermişdim.  Ətrafımda  olan  insanlara 

həyatlarıyla bağlı ən vacib qərarları verməkdə kömək edəcəkdim.  

İlk  səhifələri  yazarkən,  özünü  qəribə  hiss  edirsən.  Hər  şeyin 

mükəmməl olmasını istəyirsən. Tolstoy və ya Hüqo kimi başlamaq 

istəyirsən.  Bir  müddətdən  sonra  anlayırsan  ki,  onlar  kimi  yaza 

bilmirsən.  Məyus  olursan.    Bir  neçə  səhifə  daha  yazırsan  və  hiss 

edirsən  ki,  yazılan  cümlələrin  içində  gizlənmiş  olan  özünü  eşidə 

bilirsən.  Hiss  edirsən  ki,  yazan  və  danışan  sənsən.  Heç  kimə 

oxşamayan,  öz  fikri,  öz  xatirələri  və  öz  dəsti-xətti  olan  sənsən. 

Anlayırsan ki, məşhur yazıçıları günümüzə qədər yaşadan “özlərini” 

axtarıb, məhz “özlərini” tapmalarıdır.  


20 

 

Növbəti  səhifələrdə  oxuyacağınız  cümlələrin  bəziləri  sizə  yad 



gələcək. Bəziləri isə, sizə “elə bil məndən” yazır dedizdirəcək. Bəzi 

cümlələr  sizi  öz  keçmişinizə  qaytaracaq.  Verdiyiniz  qərarları  bir 

daha  nəzərdən  keçirəcəksiniz.  Bəzi  cümlələr  isə,  sizi  gələcəyə 

aparacaq.  Qarşıda  duran  məsuliyyət  dolu  seçimlərinizi  etməkdə 

sizə köməkçi olacaq.  

Hər  birinizə  tezliklə  “özünüzü”  tapmağı  arzu  edir  və  mənim 

həyatımı  dəyişən  qərarları,  onların  qəbul  olunma  səbəbi  və 

nəticəsini sizinlə paylaşmağa tələsirəm.  



 

Kainatın Ən Ali Qanunu 

Kitabın  bu  hissəsini  yazanda  göz  qapaqlarım  yumulurdu.  Çox 

gərgin bir gün keçmişdi. Hər iki balam xəstələnmişdi. Dayanmadan 

qaytarırdılar.  Yemək  yemirdilər.  Qızdırmaları  var  idi.  Bir  sözlə, 

vəziyyətləri yaxşı deyildi.  

Anam  və  Münəvvər  2  gün  idi  ki,  növbə  çəkirdi.  Təcili  yardım 

çağırdıq,  xeyri  olmadı,  xəstəxanaya  getdik  xeyri  olmadı.  Uşaqların 

bu  cür  ağır  şəkildə  xəstəlik  keçirməsini  sadəcə  əlacsız  şəkildə 

izləmək  qalırdı.  Əlbəttə  ki,  həkimlərin  tövsiyə  etdiyi  dərmanlar 

üçün  də  dəfələrlə  aptekə  get-gəl  ayrı  cür  yormuşdu.  Sonra  isə,  2 

həftə  öncədən  universitetdə  verməli  olduğum  “Təqdimat 

Bacarıqları”  seminarı  da  oldu.  Bədənim  auditoriyada  idi,  ancaq 

başım  evdə  qalmışdı.  İllər  sonra  qazandığım  vərdişlər  məni  darda 

qoymadı.  Gənclərin  istədiyini  onlara  verdim.  Enerjimin  son 

damcılarını  yola  saxlamışdım.  Bir  təhər  evə  gəldim  və  ayaqlarımı 

hiss  etməsəm  belə,  evin  içində  qaytaran  Məhəmmədin 



21 

 

qurudulması  və  suyunun  verilməsiylə  məşğul  oldum.  Evimiz 



pamperslərinin gül ətrindən gülüstana dönmüşdü.  

Gözümün  qapaqları  tam  qapanmamış  bu  qədər  detalı  nə  üçün 

paylaşdığımı  deyim.  Məsələ  burasındadır  ki,  bütün  bu  hadisələr 

“mən  kitabı  bitirəcəyəm”  dediyim  qətiyyət  dolu  günümdən  sonra 

baş verirdi.  

Həyat  bizim  qətiyyətimizlə  məzələnməyi  çox  sevir.  Bu  yöndəmsiz 

cümlə  toplusu  əlbəttə  ki,  kitabın  ən  rəngli  və  ən  keyfiyyətlə 

yazılmış  hissəsi  deyil.  Ancaq  sırf  bu  səhifələr  kainatda  hər  şeyin 

daim hərəkətdə olmasının sübutudur. Bəli, əziz dostlar: 

“Kainatda hər şey daim hərəkət edir.” 

Hərəkət qanunu ən ali qanundur. “Həyat davam edir”, məhz bu ali 

qanunun  başqa  sözlə  deyilmiş  formasıdır.  Mənim  vücudumun 

yorğun  belə  olsa,  hər  bir  zərrəsi  hələ  də  vurnuxurdu.  Dünya 

fırlanırdı.  Dağlar  tərpənirdi.  Sular  aşıb-daşırdı.  Həyatdan  ən 

yaxşısını istəyənlər isə, kainat kimi daim hərəkət edirdilər.  

Yorğun  olsam  da,  çap  etdiyim  hər  bir  söz  mənim  verdiyim 

öhdəliyin  bədəlini  ödəyir.  Artıq  kitabın  ilk  35  səhifəsini  50  deyil, 

100 nəfər gözləyir. Artıq mənim “qoy bugün rahat şəkildə günlərin 

yorğunluğunu  çıxarım”,  “qoy  gedim  yatım”  deyəcək  rahatlığım 

yoxdur.  

Bəli,  bu  səhifələr  mükəmməl  deyil.  Bəlkə  də  onlar  orfoepik  və 

orfoqrafik  səhvlərlə  doludur.  Bəlkə  də  siz  “bu  adam  yatıb  sonra 

yazsaydı” deyə düşünürsünüz. Ancaq mən bu gün və indi bu kitabı 

bitirmək  istiqamətində  iş  görürəm.  Rahat  şəkildə  təslim  ola 

biləcəyim  münbit  şərait  və  bəhanələrim  var.  Evin  mərkəzində 



22 

 

yorğunluqdan  birtəhər  olub  istirahət  edən  Münəvvər  var.  Öz 



boğazı ağrısa belə, gecə səhərə qədər oyaq qalacaq anam var. Və 

qaranlıq  otağın  içində  sadəcə  monitorun  üstümə  vuran  işığıyla 

yazan  mən  varam.  Mən  yazıram,  çünki  kainatda  hər  şey  daim 

hərəkət  edir.  Mən  yazıram,  çünki  sabah  bu  çətin  günlər  keçəcək. 

Ancaq  mənə  verilən  vaxtımın  nə  qədər  olmasını  bilmədiyimdən, 

risk  etmək  istəmirəm.  Var-qüvvəmi  toplayıb  yorğun  bədənimlə 

əlləşirəm.  Ruhum  bədənimi  anlamaq  istəmir.  Ruhum  mövcud 

olan reallığı anlamaq istəmir. Ruhum monitorun üstünə şığıyan işıq 

kimi mənə istiqamət verir.  

Qulağım  Cek Londonla bağlı  bir  çox  dostuma  dediyim  sözü  eşidir. 

Cek London gündə 3000 söz yazırdı. Bu onun vərdişi idi. İstedadla 

vərdişi qarışdırmayın. İstedad vərdişin yanında çox cılızdır. İstedad 

arada gəlir, sonra gedir, ancaq vərdiş buldozer kimi sizin qabiliyyət 

və  bacarıqlarınızı  şumlayır.  Vərdiş  sizə  akulanın dişləri  kimi  kəskin 

olan  dişlər  verir.  İnanılmaz  həcmi  olan  işləri  dişdək-dişdək  edib 

parçalayırsınız. Bu cümlələr mənim formalaşdırdığım vərdişin yazılı 

sübutudur. Mən yalnız bu cür edərək kitabı yazıb bitirə bilərdim.  

Kvan hərəkət edənlərin mükafatıdır.  

Dayanmadan  öz  üzərində  işləyən  və  bu  prosesdən  sıxılmayanlar 

dünyanın  bütün  nemətlərini  dadır.  Hamı  ağız  dolu  Messi  və 

Ronaldo  kimi  futbolçulardan  danışanda,  əsasən  onların  dünya 

reytinqini və vurduqları qolların sayını müzakirə edir. Bəzən onların 

gözəlçə  rəfiqələri  də  müzakirə  obyekti  olurlar.  Ancaq  günün 

sonunda, heç kim oturub demir ki, bu idmançılar həftə içi hər gün 

qaçır, oturur-durur, minlərlə dəfə top çiləyir. Bu vərdişlər mediada 

müzakirə  edilmir.  Ancaq  məhz  həmin  vərdişlər  dünyaca  məşhur 

idmançıları  və  müğənniləri  mediada  müzakirə  və  qibtə  obyektinə 



23 

 

çevirir.  Qladvelin  dediyi  kimi  “Beatles”  qrupu  alman  strip-



klublarında  hər  gün  8  saat  musiqi  ifa  etməsəydi,  bu  gün  onları 

dünyada heç kim tanımayacaqdı. Hər gün 8 saat istedad və istəyə 

baxmır.  Bu  müddət  artıq  metala  çevrilmiş  bir  vərdişdir.  Bəzən 

mənə  elə  gəlir  ki,  ömrümün  sonuna  kimi  ayaq  üstə  dayanıb 

saatlarla  təqdimat  verə  bilərəm.  Çünki  bu  mənim  vərdişimin 

nəticəsidir.  Vərdiş  sözünü  dəfələrlə  istifadə  etməliydim,  dostlar. 

Çünki  beyninizə  bu  sözü  həkk  etmək  üçün  həmin  sözü  konkret 

mismarlamaq  lazım  idi.  Bu  sözləri  yazarkən  anladım  ki,  artıq  göz 

qapaqlarım  da  mənimlə  mehribanlaşıb.  Onlardan  əlavə  vaxt 

möhləti alaraq, üzümü bu cümlələri oxuyan sizlərə tutub deyirəm:  

Bəzən  çox  qətiyyətli  bir  şəkildə  qərar  verəcəksiniz.  Bəzən  “artıq 

bəsdir!”  deyib  öz  üzərinizdə  işləyəcəksiniz.  Ancaq  buna 

baxmayaraq, həmin günün ertəsində gözlənilməz hadisələr silsiləsi 

baş verib sizi yolunuzdan caydıra biləcək. Tez-tələsik “neylək, nəsib 

deyilmiş” deyib köhnə mağaranıza qayıtmayın. İcazə verin ruhunuz 

“detoks”  yaşasın.  İcazə  verin  kainat  sizi  hərəkətə  vadar  etsin. 

Yorğunluqdan  qapanan  gözlərinizi  sizi  gözləyən  gələcəyin  və 

inanılmaz  günlərin  naminə  açın.  Motivasiya  sizi  yarı  yolda 



qoyacaq, ancaq əldə etdiyiniz vərdişlər sizi sona qədər aparacaq. 

Vərdişlər  sizin  ruhunuzun  qalxanıdır.  Bu  qalxan  sizi  hər  gün 

üstünüzə  hücum  çəkən  şübhə  və  qorxularınızdan  qoruyur.  Bu 

qalxan  sizi  qaranlıqda  “bəhanə  çaqqallarıyla”  qaynayan  meşənin 

içiylə  aparır.  Bu  qalxan  sizi  hətta  özünüzdən  belə  qoruyur.  Çünki 

özünüzə qalsa, sizin lahiyələr heç vaxt işıq üzü görməz. İnanılmaz 



işlər  10.000+  saatların  nəticəsində  yaranır.  Həmin  saatları  üst-

üstə yığan məhz sizin vərdiş adlı qalxanınızdır. Vərdiş varsa, sözün 

sonunda da olduğu kimi “iş” var.  

 


24 

 

 



Fəsil 2  

Əsas sual:  

Hansı kompleksim var? 



Köməkçi sual:  

Hansı addımı ata bilmirəm? 



Köməkçi fikir: 

Qorxularınızı kompasınıza çevirin.  

 

Uşaq olanda fəth edirdik! 

Uşaq olanda dayamadan fəth edirdik. Ərik, alça, tut ağaclarının ən 

hündür  budaqlarını.  Qarajların  və  hündür  mərtəbələrin  damını. 

Qonşu  məhəllələri.  Sinifləri.  İlk  sevgimizi.  Anamızın  "evə  gəlin" 

siqnal işarəsi ilə, istirahət etmək üçün evə şığıyırdıq. Balonlarla su 

içirdik. Çünki gün ərzində hiper-intensiv hərəkət edirdik. Yerimizdə 

oturmaq alınmırdı. Çünki yenə fəth ediləcək məkanlar və insanlar 

var idi. 

Böyüdük. Böyüdükcə fəth etməyə tələsmədik. Yerimizdə oturmaq, 

sadəcə  içimizdə  olan  fikirlərlə,  şübhələrlə  və  qorxularla  səssizcə 

güləşmək  bizim  günlük həyatımıza  çevrildi.  İçimizdə dəlicəsinə  bir 

səyahət  etmək  arzusu  yarandı.  O  səyahət  ki,  bizi  narahat  edən 

bütün  suallara  cavab  tapacaq  və  bizə  həminki  BİZİ  qaytaracaq.  O 

səyahət ki, bizi yenə fəth edənlərə çevirəcək... 



25 

 

 



“2” aldığım üçün sevindiyim gün 

Yəqin ki, məşhur “Əlbir olub bir ayi bir şir ilə” misrasıyla başlayan o 

şeiri  bir  çoxunuz  xatırlayırsınız.  Mən  həmin  şeiri  əzbərləyə 

bilmədiyim üçün “2” almışdım. Dərsdən evə qayıtmaq istəmirdim, 

çünki  dədəmin  məni  danlayacağını  bilirdim.  Qardaşlarımın  üzü 

gülürdü.  Çünki  onlar  “2”  almamışdı.  Onları  heç  kim 

danlamayacaqdı.  

Qapını  çox  qətiyyətsiz  şəkildə  döydüm.  Atam  açdı.  Evdə  səs-küy 

var idi. Sən demə Rusiyadan onun yaxın dostu Nəsir əmi gəlmişdi. 

Nəsir əmi yaxınlaşdı və bizi qucaqlayıb öpdü.  

Bilmirəm  niyə,  amma  3  qardaşın  cərgə  kimi  düzüldüyünü 

xatırlayıram. Nəsir əmi qardaşlarımdan soruşdu: 

-

 

“Bu gün dərsinizdən neçə almısınız?” 



Qardaşlarım da yaxşı qiymət alanlara məxsus fəxarətlə “4” dedilər. 

Nəsir  əmi  “O  zaman  hərənizə  2  saqqız  düşür”  deyib  o  vaxtın 

klassikası olan “Turbo” saqqızını onlara verdi.  

-

 



“Coşqun, bəs sən neçə almısan?” 

Susqun  baxışlarımla  adını  çəkmək  istəmədiyim  zəlil  olmuş “2”-nin 

adını çəkdim. Pis olmuşdum. Atamdan eşidəcəyim danlaqdan çox, 

Turbo  saqqızını  ala  bilməyəcəyimə  görə  məyus  olmuşdum. 

Fikirdən böyümüş yekə başımı aşağı saldım. 

Bir  də  gördüm  ki,  qarşımda  bir  qutu  Turbo  saqqızı  var.  Nəsir  əmi 

gülə-gülə  dedi:  Afərin,  sənə  2  aldığın  üçün  bir  bütöv  qutu  düşür. 


26 

 

Əlində  qutunu  tutan  mən  və  4  aldıqları  üçün  əllərində  2  saqqız 



tutan qardaşlarımın üzü hələ də yadımdadır.  

Həyatımda 2 aldığım üçün bu qədər sevinəcəyim ağlıma gəlməzdi. 

Bilmirəm. Bəlkə də, Nəsir əmi içkiliydi və ya yumor hissi super idi, 

amma  həmin  gündən  etibarən  aldığım  qiymətlərə  qarşı 

münasibətimdə hər şey dəyişdi.   

Böyüyəndə  isə anladım ki,  həyat  həqiqətən  də  əlaçıların  deyil də, 

məhz 2-3 alanlarındır. Mükəmməl qiymətlər cüzi mükafatlar verir. 

Mükəmməl səhvlər isə, inanılmaz mükafatlar verir.  

Səhv  etməkdən  qorxmayın.  Çünki  məhz  o  qorxduğunuz  yollarda 

yer-göy  “Turbo  saqqızının  qutularıyla”  doludur.  Danlanmaqdan 

qorxmayın.  Əlinizdə  bir  qutu  saqqız  tutan  uşaq  danlanmaqdan 

qorxmur. Çünki həqiqətən istədiyi onun əllərinin içindədir.  

Addımlarıma  görə  dostlarım  və  tanışlarım  da  mənə  dəfələrlə  “2” 

verib. Ancaq sonra özlərini yaxşı aparıb, yaxşı qiymətlər alıb, ancaq 

əllərində tuta-bilmədikləri qutulara görə də çox məyus olublar.  




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə