Naxçıvan: uydurmalar və tarixi həqiqətlər



Yüklə 0.99 Mb.
Pdf просмотр
səhifə1/9
tarix06.05.2017
ölçüsü0.99 Mb.
  1   2   3   4   5   6   7   8   9

 
 
 
Köçərli Tofiq Qasım oğlu 
Akademik 
 
 
Naxçıvan: uydurmalar 
və tarixi həqiqətlər 
 
 
 
 
 
Bakı – «ELM» - 2005

 
 
 
 
 
Disayn: Rza Səttərov 
 
 
 
 
 
Köçərli  Tofiq  Qasım  oğlu.  «Naxçıvan:  uydurmalar  və  tarixi  həqiqətlər». 
Bakı, «Təknur» mənbəsi - 2005, səh. 153. 
 
 
 
Bu  kitabda  erməni  saxtakarlarının  Naxçıvan  siyasi  tarixinin  bəzi  məsələləri 
barədə ağ yalanları ifşa edilir. 
 
 
 
 
ISBN  5-86774-213-7  
 
 
© «Təknur» mənbəsi - 2005

Tofiq Köçərli                                    - 1 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
 
«…  Dünyanın  heç  bir  xalqı  fatehlik  şöhrəti  və  əzəmətilə  tatarlarla  yarışa 
bilməz… Đranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan 
onlardır.  
Onlar  türk  adlanıb  Avropada,  Asiyada  və  Afrikada  nəhəng  fatehliklər  edib 
dünyanın üç qitəsində ağalıq edirlər.  
…Bu  müzəffər  xalqın  yalnız  tarixçiləri  çatışmayıb  ki,  onların  ağlasığmaz 
qələbələrinin  şöhrətini  yaysınlar.  Bu  cəngavər  xalq  öz  şöhrəti  ilə  məşğul  olub, 
əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına 
qətiyyən qalmamışdır».
1
 
 
Fransa  maarifçisi  Şarl  Lui  Monteskyenin  «Đran  məktubları»nda  (1721)  türk 
tarixçiləri haqqında deyilmiş bu mülahizələr bizə də bilavasitə aiddir. Əsrlər boyu 
milli tariximizin öyrənilməsinə və yazılmasına əhəmiyyət verməmişik.  
Azərbaycan müxtəlif zamanlarda müxtəlif imperiyaların tərkibində yaşamağa 
məhkum  olub,  həmin  imperiyalarla  müştərək  tarix  yaradıb.  Đmperiyaların 
salnaməçiləri,  tarixçiləri  müştərək  tarixi  öz  mənafeləri  baxımından  işıqlandırmış, 
Azərbaycan  tarixini  sistemli  tədqiqat  üçün  obyekt  seçməmiş,  milli  tariximizin  bu 
və ya başqa dövrünü,  mühüm hadisələrini üzdən ya ötəri və ya da qərəzli qələmə 
almışlar.  
Azərbaycan  bu  və  ya  başqa  şəkildə  ən  çox  Đranla  bağlı  olub.  Bu  səbəbdən 
Đranla  daha  çox  müştərək tariximiz  var.  Lakin  Đranın özündə uzun  müddət tarixin 
öyrənilməsinə ciddi əhəmiyyət verilməyib. 
Mirzə Fətəli Axundov yazıb:  
«Ey  Đran!  Sənin  oğulların,  nəvələrin…  sənin  keçmiş  əzəmətinin  yazılı 
abidələrini  belə  mühafizə  etməmişlər;  sənin  keçmiş  şöhrətini  biz  başqalarından, 
sənin  əzəmətinin  indiyə  qədər  yeganə  şahidi  olaraq  qalan  qədim  yunan 
tarixlərindən öyrənirik». 
Zaman  keçdikcə  Đranda  tarixə  dair  əsərlər  yazılır.  Lakin  onların  bir  çoxunda 
elm yox, cəfəngiyyat, fantastik təsəvvürlər üstünlük təşkil edib. Məsələn, «könlünü 

Tofiq Köçərli                                    - 2 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
taxtda  rahat  saxlayırsan,  ancaq  təblinin  nərəsindən  Çində  xaqan,  şeypurunun 
səsindən  Rumda  qeysər  qorxudadır».  Bu  cəfəngiyyata  M.F.  Axundovun 
münasibəti:  «Şah  bu  cür  axmaq  aldadıcı  yaltaqlıqdan  şadlanır  və  yalançıya  ənam 
da  verir  və  qətiyyən  bilmir  ki,  nə  Qeysər,  nə  xaqan  və  nə  də  başqaları  heç  yerdə 
onu hesaba almırlar». 
Yaxud,  M.F.  Axundov  ürək  ağrısı  ilə  deyib  ki,  «dövlət  münəccimləri  elə  bir 
dərəcədə  yaltaq  və  alçaq  təbiətli  olmuşlar  ki,  illik  təqvimin  hər  səhifəsi  başında 
yazıblar: «Bu səfər ayında ulduzların vəziyyəti padişahın mübarək məzacının (ona 
ruhumuz  fəda  olsun)  səlamətliyinə  dəlalət  edir.  Və  bu  rəbiüləvvəl  ayında 
ulduzların vəziyyəti,  cəmşid  rütbəli padişahın böyüklüyünün  artmasına, şadlığına, 
çoxalmağına,  onun  rütbəsinin  yüksəlməsinə  (ruhumuz  ona  qurban  olsun)  dəlalət 
edir».  
«Kitab  bu  kimi  şeylərlə  sonuna  qədər  doludur»  deyən  M.F.  Axundov 
müəlliflərə  xitabən  yazıb:  «Ey  səfehlər,  sizin  padişahınızın  məzacının  səlamətliyi 
ilə  ulduzların  vəziyyətinin  nə  işi  və  nə  münasibəti  var?  Nə  üçün  bu  kimi  axmaq 
sözləri  yazırsınız  və  nə  üçün  bu  kimi  yalanlarla  özünüzü  və  padişahınızı  bütün 
aləmdə rüsvay edib bütün xalqların məsxərə alətinə çevirirsiniz?» 
M.F. Axundovun fikrincə, Nadir şah əfqanlarla müharibədə elə bir «hünər  və 
fərasət  göstəribdir  ki,  külli-ruyi  zəmində  Adəmdən  Xatəmədək  heç  bir 
sipəhsalarlardan  bir  belə  hünər  zahir  olmayıbdır.  Napoleon  Bonapartdan  başqa, 
Çifaidə, zalim müvərrix bir belə hünəri ancaq beş-altı kəlmə ilə bəyan edib…» 
Bu  hünəri  vurğulamaq  əvəzinə  Đran  müəllifi  nə  yazsa  yaxşıdır:  «Afərin  o 
padişaha ki, müharibə meydanında onun əzm fərmanı dənizin sakit olmasına işarə 
edərsə, dalğa tufanın lövbəri olar. Ağır dağın hərəkətə gəlməsinə əmr etdiyi zaman, 
bərk  qaya  qum  kimi  axar,  kin  axşamı  od  yandırmağı  qadağan  edərsə,  ildırımda 
çaxmaq  vurmaq  qüdrət  və  qüvvəti  olmaz  və    səhər  vaxtı  sakitliyə  əmr  edərsə, 
sübhün nəfəs çəkməyə cürəti olmaz».

Bu  cəfəngiyyata  M.F.  Axundov  «yalançının  evi  yıxılsın…»  deməklə 
münasibət bildirmişdi. 

Tofiq Köçərli                                    - 3 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Tarixi-dövlətiyə  mütaliyə  edirsən,  görürsən  ki,  bədvdən  xətmədək  qələt  ilə 
doludur».
 
Bu da M.F. Axundovun qənaətidir. Đran tarixşünaslığında vəziyyət belə 
olub. 
Şimali  Azərbaycanın  özündə  tarixin  öyrənilməsinə  fikir  verilməyib.  Yalnız 
XIX  əsrdə  tariximizin  öyrənilməsinə  maraq  artıb.  Abbasqulu  ağa  Bakıxanov 
«Gülüstani-Đrəm» əsərini yazır.  
Salnaməçilər  yetişir.  Mirzə  Kərimağa  Fateh  Şəki  xanlığı  haqqında,  Mirzə 
Adıgözəlbəy,  Mirzə  Camal  Qarabağı  və  başqaları  Qarabağ  xanlığı  haqqında 
salnamələr yazırlar.  
Lakin  yenə  də nə peşəkar  tarixçilərimiz  var  idi,  nə  də tarix  üzrə  hansısa  elm 
mərkəzimiz. Baharın gəlişinə hələ çox var idi… 
1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin tarix səhnəsinə çıxması ilə 
tarixi  öyrənmək  haqqında  M.F.  Axundovun  arzularının  gerçəkləşməsinə,  A. 
Bakıxanovun  başladığı  işin  davam  etdirilməsinə  şərait  yarandı.  Tariximizdə  ilk 
dəfə  Azərbaycan  Cümhuriyyəti  tarixçi  kadrlar  hazırlamağı,  tarix  elmi  yaratmağı 
ümumdövlət əhəmiyyətli vəzifə hesab etdi. Cümhuriyyət rəhbərliyi  Azərbaycanda 
ilk  ali  məktəb-Bakı  Dövlət  Universitetini  yaratdı.  Universitetin  Tarix-Filologiya 
fakultəsi ölkəmizdə tarixçi mütəxəssislər yetişdirən və tarixi tədqiqatlar aparan ilk 
təhsil  və  elm  ocağı  oldu.  O  zamandan  keçən  illər  ərzində,  sözün  əsl  mənasında, 
misilsiz uğurlar qazanılmışdır: 
-  tarix  elminin  inkişafı  üçün  zəruri  olan  baza  -  Azərbaycan  Milli    Elmlər 
Akademiyasının  Tarix  Đnstitutu,  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu,  dövlət 
arxivləri,  Azərbaycan  Tarixi  Muzeyi    və  digər  muzeylər,  çoxsaylı  ali 
məktəblərimizin bir neçəsində tarix fakültələri və tarix kafedraları yaradılır.  
- istedadlı tarixçilər nəsilləri hazırlanır.  
A. Bakıxanov adına Tarix Đnstitutu Azərbaycan tarixini tədqiq edən ali və əsas 
elmi  mərkəzdir.  Milli  tarixşünaslıq  və  mənbəşünaslıq  ənənələrinin  və  bazasının 
zəifliyinə  baxmayaraq,  Đnstitut  keçən  əsrin  50-ci  illərinin  axırları-60-cı  illərin 
əvvəllərində  üçcildlik  «Azərbaycan  tarixi»  (4  kitab)  yaratdı.  Doğrudur,  o  zaman 

Tofiq Köçərli                                    - 4 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
tarix  elmi  hakim  sosialist    ideologiyasının  inhisarında  idi,  tarixçilər  bir  çox  tarixi 
dövrləri  və  prinsipial  problemləri  Moskvanın  az  qala  qanun  gücü  olan  sxem  və 
siyasi  qiymətləri  çərçivəsində  işıqlandırmaq  zorunda  idilər.  Bu,  təbii,  üçcildliyin 
səviyyəsinə mənfi təsir etməyə bilməzdi. Bununla belə, ilk  dəfə məhz üçcildlikdə 
Azərbaycanın  ən  qədim    dövrdən  1960-cı  ilə  qədərki  tarixi  sistemli  şəkildə 
işıqlandırıldı.  
Đndi,  Azərbaycanın  müstəqilliyi  şəraitində  tariximizin  hərtərəfli  və  obyektiv 
öyrənilməsinin dönüş anını yaşayırıq.   
Görülən  işlər  artıq  göz  qabağındadır.  Milli  Elmlər  Akademiyasının  və  ali 
məktəblərin  tarixçi  alimləri  tariximizin  müxtəlif  dövrlərinə  və  problemlərinə  dair 
onlarla dəyərli elmi əsər çap etdirmişlər.  
Ən  başlıcası,  yeddicildlik  «Azərbaycan  tarixi»  artıq  işıq  üzü  görüb.  Tarix 
Đnstitutu  kollektivinin,  cildlərin  müəllif  və  redaksiya  heyətlərinin  çoxillik  gərgin 
əməyinin məhsulu olan bu cildlər tarix elminə sanballı töhvədir. Şübhə yoxdur ki, 
yeddicildlik,  Azərbaycan  tarixinin  gələcəkdə  daha  da  əsaslı  surətdə  və  diqqətlə 
öyrənilməsində möhkəm təməl olacaqdır.  
Zənnimcə, yeddicildlik «Azərbaycan tarixi» ən azı rusca nəşr edilməlidir.  
Tariximizi,  xüsusən    də  Qarabağ  və  Naxçıvan  tarixini  saxtlaşdırıanlara  qarşı 
mübarizə  sahəsində  problemlər  var.  Zənnimcə,  bu  iş  dövlət  səviyyəsində  təşkil 
olunmalıdır.  Antiazərbaycanizm  ideologiyasına  və  təbliğatına  qarşı  mübarizəyə 
planlı, sistemli və məqsədyönlü xarakter verilməlidir.  
Azərbaycan  həqiqətlərini  əks  etdirən  sənədlərin,  materialların  və  elmi 
əsərlərin  dünya  ictimaiyyətinə  çatdırılması  istiqamətində  səylərimizi  birə  on  qat 
artırmalıyıq. 
Bir misal. 
Ermənilər  4  dildə  40  min  tirajla  buraxdıqları  «Arsax»  kitabının  2003-cü  ildə 
ABŞ konqressi kitabxanasında prezentasiyasını təşkil etdilər. Bu, ermənilərin ABŞ 
konqressinin kitabxanasına təqdim  etdikləri 14-cü kitab idi. 14  kitabın hər birinin 
təqdimatı ABŞ konresssinin bir sıra üzvlərinin iştirakı ilə keçirilmişdi. 

Tofiq Köçərli                                    - 5 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
 
Biz  dağlıq  Qarabağ  probleminə  dair  ABŞ  konqressi  kitabxanasına,  yaxud 
beynəlxalq təşkilatlara kitablar təqdim etmişikmi? Bu barədə məlumatım yoxdur.  
Qardaş  Türkiyədə  erməni  ideoloji  təxribatlarına  qarşı  mübarizənin  təşkili  nə 
vəziyyətdədir? 
Türk müəllifi Oktay  Əkşidə bu suala cavab var:  
«Ermənilər  özlərinin  soyqırım  iddialarını  dünyaya  eşitdirmək  üçün  96  min 
kitab nəşr etdiriblər. Halbuki indiyə qədər türklər bu mövzuda cəmi 130 kitab çap 
etdiriblər».
3
 
26 min və 130! 
Deyəsən, izahat  artıqdır! 
Qarabağ tarixinin öyrənilməsi sahəsində vəziyyət necədir? 
Azərbaycan alimləri bir neçə istiqamətdə əhəmiyyətli iş görüblər.: 
- Sənədlər və materiallar məcmuələri hazırlanıb çap edilib; 
- Qarabağın tarixinə bu və ya başqa şəkildə aidiyyəti olan orta əsr mənbələri 
ilk dəfə azərbaycanca nəşr olunub; 
-  Qarabağın  qədim,  orta  əsrlər  və  yeni  tarixini  işıqlandıran  elmi-tədqiqat 
əsərləri yaradılıb və s.  
Lakin  hələ  görülməli  çox  iş  var.  Zənnimcə,  Qarabağ  haqqında  kollektiv 
monoqrafiya  hazırlanmalıdır.  Qarabağ  tarixinə  və  məsələsinə  dair  mühüm 
sənədləri  ingiliscə  nəşr  edib  yaymaq  lazımdır.  Qısametrajlı  sənədli  «Qarabağ 
(tarixi oçerk)»  filmi çəkib yaymaq da faydalı olardı. 
Məlumdur  ki,  ermənilər  artıq çoxdan  Dağlıq  Qarabağla  yanaşı Naxçıvana da 
iddia  edirlər.  Naxçıvanın  siyasi  tarixi  haqqında  ağ  yalanlar  uydururlar.  Naxçıvan 
haqqında  Yerevanda  və  xarici  ölkələrdə  kitablar  buraxılır.  Məsələn,  Almaniyada 
fəaliyyət  göstərən  «Erməni  memarlığını  öyrənən  təşkilat»  «Naxçıvan»  adlı  kitab- 
albom nəşr edərək, Naxçıvanın «erməni torpağı» olmasını «sübut» etmək iddiasına 
düşüb. Yaxud,  Ermənilərin «Naxçıvan Elsevərlər Cəmiyyəti» 16 mart 1921-ci ildə 
imzalanmış  Rusiya-Türkiyə  müqaviləsinin  ləğv  edilməsi  uğrunda  kampaniyaya 
başlayıb.

Həmin müqavilə barədə irəlidə ətraflı danışılacaqdır. Burada yalnız onu 

Tofiq Köçərli                                    - 6 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
qeyd etməklə kifayətlənirik ki, 16 mart 1921-ci il müqaviləsilə Rusiya və Türkiyə, 
yenə  həmin  ildə  bağlanmış  Qars  müqaviləsilə  də  Ermənistan  Naxçıvanın 
Azərbaycana  mənsub  olmasını,  Azərbaycan  protektoratı  altında  muxtariyyətə 
malik olmasını təsdiq ediblər.  
Lakin  hələ  Naxçıvan  barəsində  erməni  yalan  və  uydurmaları  lazımınca  ifşa 
edilməmişdir.  
 Bu  barədə  yalnız  mənim  bir  neçə  məqaləm  1993-1997-ci  illərdə  qəzetlərdə 
çap olunmuşdur. 
Həmin qəzetlərin baş redaktorları Ziyad Səmədzadəyə və Teymur Əhmədova 
həmin  məqalələr  üzərində  yenidən  işləyərək  kitabça  şəklində  oxuculara  təqdim 
edirəm.  Sonra  «Đqtisadiyyat»  qəzetində  (iyul-noyabr  2004)  silsilə  məqalələrim  və 
«Respublika»  qəzetində  bir  neçə  yazım  çıxdı.  Məqalələrimə  yaşıl  işıq 
yandırdıqlarına görə minnətdarlığımı bildirirəm.  
Bu,  erməni  müəlliflərinin  Naxçıvan  barəsində  uydurmalarının  tənqidinə  həsr 
olunmuş ilk kitabçadır.   
Mövzu  Qarabağ  hadisələrilə  əlaqəli  şəkildə  qələmə  alınmışdır.  Yəqin,  bəzi 
oxucularımız bilirlər ki, Qarabağ tarixinə və Ermənistan-Azərbaycan münaqişəsinə 
dair  monoqrafiyanı  və  bir  çox  məqaləm  çıxıb.  Bilmirəm  bu  problemlə  bir  də 
məşğul olmaq imkanım olacaqmı. Ona görə mövzudan uzaqlaşsam da, son vaxtları 
əldə  etdiyim  yeni  mənbələr  əsasında  (M.  Qorbaçov,  Y.Primakov  və  F.  Babkovun 
kitabları  və  digər  mənbələr)  Qarabağ  probleminin  bəzi  aspektlərini  burada  geniş 
təsvir etmişəm.  
Ümid edirəm ki, mövzudan kənara çıxmabım düzgün başa düşülər və insafla 
qınanaram.  
 Naxçıvanın  siyasi  tarixinin  bir  sıra  məsələləri  və  dövrləri  haqqında  Qaraş 
Mədətovun,  Rafiq  Məmmədovun,  Fuad  Əliyevlə  Mirabdulla  Əliyevin,  Vaqif 
Piriyevin əsərləri var. «Azerbaydjan i Rossiə: istoriçeskiy dialoq» (Moskva, 2004) 
kitabında E. Məmmədbəyli və F.Đbrahimzadənin məqalələri çap olunub.  

Tofiq Köçərli                                    - 7 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
Kitabçanı  yazarkən  həmin  əsərlərdən,  yeddicildlik  «Azərbaycan  tarixi»ndən, 
həmçinin  rus  müəlliflərinin  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  nəşr  olunmuş 
kitablarından istifadə etmişəm.  
Arzu  edək  ki,  Naxçıvanın  siyasi  tarixi  sistemli    şəkildə  yazılsın.  Naxçıvan 
tarixinin müəyyən dövrlərinə aid sənədlər və materiallar məcmuələri nəşr olunsun.  
Yalnız  o  zaman  tədqiqatçılarımız  Naxçıvan  tarixini  saxtalaşdıranlara  daha 
tutarlı cavab vermək imkanı əldə edəcəklər.  
Kitabçam ermənilərin Naxçıvan barəsində yalan və uydurmalarını ifşa etmək 
sahəsində ilk addımdır.  
Nə  dərəcədə  bu  addım  uğurludur?  Bu  barədə  Naxçıvan  tarixinin  möhtərəm 
bilicilərindən  söz  gözləyirəm,  hər  bir  tənqidi  qeyd,  mülahizə  və  təklif 
minnətdarlıqla qəbul ediləcəkdi.  

Tofiq Köçərli                                    - 8 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 

ABŞ-ın San-Fransisko şəhərində rusca çıxan «Russkaya jizn» qəzeti 1987-ci il 
noyabrın  10-da  ABŞ  erməniləri  E.  Kokosyan  və  L.  Dunamalyanın  «Naxçıvan 
uğrunda  hərəkatın  mahiyyəti»  məqaləsini  dərc  edir.  San-Fransisko  televiziyasının 
«Rus  xəbərləri»  redaksiyasının  direktoru  həmyerlimiz  Səlim  Xatibzadə  o 
zamandan  saxladığı  həmin  məqaləni  1993-cü  ilin  əvvələrində  Los-Ancelos 
şəhərindəki  Azərbaycan  cəmiyyətinə  verir  (S.  Xatibzadə  Azərbaycanın  ilk 
kinematoqrafçılarından  olan  Mirseyfəddin  Girmanşahlının  nəvəsidir.  «Orera» 
ansamblında  işləyib,  Vaqif  Mustafazadə  və  Vaxtanq  Kikabidze  ilə  birlikdə 
Moskvada  Kreml  sarayında  konsert  təşkilində  iştirak  edib.  70-ci  illərin 
əvvəllərindən ABŞ-da yaşayır). 
Los-Ancelos  Azərbaycan  cəmiyyətindən  Şiraz  Məmmədov  məqaləni  Bakıya 
«Zerkalo» qəzetinə göndərir. Həmin  məqalə Ş. Məmmədovun ön və son sözlərilə 
1993-cü ilin əvvəlində «Zerkalo» da işıq üzü görür.  
Beləliklə  S,  Xatibzadə,  Ş.Məmmədov  və  «Zerkalo»  qəzetinin  sayəsində 
erməni  diasporunun  Naxçıvan  barəsində  fitnə-fəsadlarından,  geniş  miqyaslı 
təxribatlarından xəbər tutduq.  
Mən  o  zaman  «Naxçıvan  uğrunda  hərəkatın  mahiyyəti»  məqaləsinə  «Xalq 
qəzeti»ndə  (23  mart  1993)  «Növbəti  hədəf:  Naxçıvan»  yazımla  münasibət 
bildirdim. Sonra «Naxçıvan» (aprel-may 1993) və «Respublika» qəzetlərində (25, 
27, 30 aprel, 2 may 1997)  məqalələrim çap edildi.  
O  vaxtlardan  keçən  müddət  ərzində  ermənilər  Naxçıvan  barəsində  yeni 
yalanlar  uydurublar. Ona görə də həmin mövzuya  yenidən  müraciət  etməyi  lazım 
bildim.  
1926-cı  ildə  Cəlil  Məmmədquluzadə  «qatıq  qaradır»  deyənləri  «dünyanın 
şeytənət ustadları», «yerin-göyün provakasiya fazilləri», «dünyada fəsadatda vahid 
yaranmışlar»  adlandırmışdır.  Bu  qiymət  heç  bir  qeyd-şərtsiz  milli  tariximizə,  o 
cümlədən  Naxçıvan  tarixinə  qara  yaxan  erməni  rəsmilərinə  və  müəlliflərinə, 
onların moskvalı züytutanlarına aid edilə bilər.  

Tofiq Köçərli                                    - 9 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Yerin-göyün  provakasiya  fazilləri»  olan  saxtakarların  Azərbaycana  qarşı 
ideoloji  təxribatı  son  vaxtlarda  xüsusilə  güclənmişdir.  Onlara  cavab  verilməsi, 
onların uydurma və böhtanlarının ifşa edilməsi aktual vəzifə olaraq qalır.  
Erməni  müəllifləri  lap  çoxdan  yalançılıqda,  uydurmaçılıqda,  şər  atmaqda, 
tarixi faktları təhrif etməkdə ad çıxarıblar. Bu barədə müxtəlif ölkələrin müəllifləri 
müxtəlif  zamanlarda  çox  yazıblar,  lakin  biz  uzun  müddət  erməni  xislətinə  dair 
yazılara  etinasız  olmuşuq.  Halbuki  biz  azərbaycanlılar  və  türklər-tədqiqatçılar  da, 
geniş oxucu kütləsi də- onları daim yaddaş dəftərçəmizdə saxlamalıyıq.  
Onlardan yalnız bir neçəsini xatırlayaq. Đlk öncə vaxtı ilə Tiflisdə rusca çıxan 
«Kavkaz» qəzetinin redaktoru olmuş rus alimi V.Veliçkonu eşidək.  
Onun  100  il  bundan  əvvəl  Sankt-Peterburqda  nəşr  olunmuş  «Kavkaz» 
əsərində müxtəlif dövrlərdə yaşamış insanların, o cümlədən qədim Roma tarixçisi 
Tatsıtin,  Puşkinin,  Nekrasovun  və  b.  ermənilər  haqqında  hamıya  məlum  olan  
fikirləri, habelə erməni tarixi haqqında digər məlumatlar vardır.  
Burada onları sadalamağı lazım bilmirəm.  
Veliçkoda olan digər xarakterli məlumatların bəzilərini nəzərə çatdırıram: 
- fransız qəzeti «Temps»in müxbiri Tiflisə gəlir. «Mşak» qəzetinin redaktoru 
Artsuni  dərhal  onu  tora  salır.  Varlı  ermənilər  müxbiri  əzizləyir,  yedizdirir,  bir 
addım da özlərindən kənara buraxmırlar… Fransız hər şeyi erməni gözü ilə görür 
və qələmə alır; 
- Eçmiədzində fransız alimi arxeoloq Baron de-Baya qədim əşyalar göstərərək 
onlar  haqqında  məlumat  verirlər.  Alim  bu  məlumatların  qatı  yalan  olmasını 
mətbuatda  açıqlayır.  Bununla  əlaqədar  olaraq  rusca  çıxan  «erməni    qəzetlərinin 
hiddəti ədəbsizlik dərəcəsinə çatdı»;  
- Anadoluya səyahət etmiş alman səyyahı Alfred Kerte yazıb: «Bu əyalətlərdə 
olan demək olar ki, hər bir kəs xalqın özəyi ilə təmasa girdikcə türkləri sevməyə, 
…  ermənilərə  nifrət  etməyə,  ermənilərə  alçaq  nəzərlə  baxmağa  başlayır… 
Yəqinliklə demək olar  ki, əgər Anadoluda haradasa sizi aldadıblarsa, deməli sizə 
xətər ermənidən dəyib»;  

Tofiq Köçərli                                    - 10 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
- fransız səyyahı qraf de-Şolenin fikri: 
Ermənilərin «yoxsulluğu və əzabları ürəyimi nə qədər yandırsa da, heç vaxt onlara 
yapışa bilmədim. Onlar çox çirkin hiyləbaz, biabırçı rəzil, yaramaz və alçaq 
adamlardır».
5
  
Uzun  müddət  Türkiyədə  Rusiyanın  diplomatik  nümayəndəsi  işləmiş  V.V. 
Mayevskinin  «Arməno-tatarskaə  smuta  na  Kavkaze  kak  odin  iz  fazisov 
armənskoqo voprosa» adlı əsərindən (1906) bir sitat gətirək:  
«Mən  bir  fikri  nəinki  demək,    hətta  xüsusi  vurğulamaq  istəyirəm  ki,  erməni 
məsələsinə  dair  yalanın  yayılması  bütün  erməni  millətini  yalan  yola  saldı.  Ola 
bilsin  onun  ən  yaxşı  nümayəndələrinin  ağlını  korladı,  yüzlərlə  ermənini  yoldan 
çıxartdı, minlərlə ermənini faydalı işdən ayırıb anarxiyaya- Asiya Türkiyəsi erməni 
kəndlilərinin  məruz  qaldıqları  və  sonra  Zaqafqaziya  ermənilərinin  də  əzab 
çəkdikləri  sonu  görünməyən  fəlakətlər  yaratmağa  yönəltdi…  Məhz  mətbuatın 
sayəsində erməni işlərində həqiqət elə sıx yalan dumanı ilə örtüldü ki, həqiqət şüası 
o dumanı yara bilmədi».
6
  
Başqa bir əsərində Mayevski deyir: 
«Həqiqət yoxdur, çünki erməni müəllifləri  həqiqətdən qaçırlar. Onların bütün 
fəaliyyəti  elə  yalan-palanlar,  elə  eşidilməmiş  qəddarlıqlar  uydurmaqdan  ibarətdir 
ki, bunlar ermənilərə simpatiya, türklərə antipatiya doğursun».
7
 
Görünür,  bu  gün  Mayevski  sağ  olsaydı,  öz  fikrinə  onu  da  əlavə  edərdi  ki, 
erməni  yalanı  vaxtında  rədd  edilmədi  və rədd  edilməyən  «yalan  siyasətə  çevrildi, 
rədd edilməyən siyasət isə ölümə apardı. Bəzən  bütöv xalqların taleyi sözdən asılı 
olur» (ABŞ-ın BMT-də nümayəndəsi xanım Kirpatrikin nitqindən. 10.12.1984). 
16 ölkə parlamentinin erməni «genosidi»ni tanıması, hər şeydən əvvəl, həmin 
orqanların  erməni  yalanının  qurbanı  olmasına  dəlalət  etmirmi?  Erməni  yalan  və 
uydurmalarının  Avropa  ictimai  fikrində,  Avropanın  tarix  üzrə    dərsliklərində 
üstünlük  təşkil  etməsi  zənnimcə,  həmin  qərarların  qəbul  edilməsində  az  rol 
oynamayıb.  

Tofiq Köçərli                                    - 11 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
1921-ci il martın 28-də ABŞ-ın Türkiyədə səfiri kontr-admiral Bristol erməni 
məsələsinin  ABŞ  senatının  kollegiyasında  müzakirəyə  qoyulması  ilə  əlaqədar 
yazmışdı: 
«Görürəm  ki,  türklərin  Qafqazda  minlərlə  erməni  öldürmələri  haqqında 
məlumatlar ABŞ-da sərbəst yayılır… Ermənilər haqqında bu məlumatlar tamamilə 
yalandır…  Nə  qədər  ki,  ermənilərin  yaydıqları  yalan  məlumatları  təkzib 
etməmişik, yaxud durub erməni məsələsinə dair əsl faktları bəyan etməmişik, yalan 
informasiya  verməkdə  şərik  kimi  ittiham  oluna  bilərik.  Daşnaklar  hakimiyyətdə 
olanda  kürdlərə,  türklərə  və  tatarlara  hücumu  təmin  etmək  üçün  hər  şeyi  etdilər, 
müsəlmanlara qarşı zor işlətdilər,… müsəlmanları məhv edərək, evlərini talan edib 
dağıdaraq,  türklərin  üstünə  hücum  etdilər.  Türklər  cavab  tədbirlərinə  əl  atanda 
ermənilər hər şeyi buraxıb qaçdılar. Elə qaçdılar ki, hətta dayanıb öz arvadlarını və 
uşaqlarını qorumadılar».
8
 
Bristol  ABŞ-ın  Ermənistana  maddi  köməyi  haqqında  deyir:  «Đki  il  ərzində 
işsiz  ermənilərə  pul  xərclədik,  onlara  50  milyon  dollarlıq  un  verdik.  Bu  böyük 
xərclər  nə  verdi?  Alçaqlıqdan  başqa  heç  bir  şey.  Kritik  vəziyyət  yarananda 
Ermənistana  ən  fəal  kömək  edənlərdən,  Ermənistanın  ən  böyük  dostlarından  biri 
şəxsi  mühafizəsi  üçün  Türkiyəyə  müraciət  etməli  oldu.  Belə  bir  fakt  yaxşı 
məlumdur  ki,  ermənilərə  yardım  proqramımızı  həyata  keçirməyə  başlayan  zaman 
aclara  paylamaq  üçün  erməni  hökumətinə  verdiyimiz  un  və  digər    məhsulları 
hökumətin  yüksək  rütbəli  rəsmi  şəxsləri  mənimsəmiş  və  şəxsi  qazanc  üçün 
satmışlar».
9
 
Səfir  bildirirdi  ki,  Ermənistanda  sovet  hakimiyyəti  qurulması  ilə  50  milyon 
dollarımız artıq batmışdır. Ermənistana yenidən pul ayırmaq (belə təkliflər var idi) 
yenidən pulu havaya sovurmaqdır.  
Tarix  sanki  təkrar  olur:  1992-2001-ci  illərdə  ABŞ  Ermənistana  1,4  milyard 
dollar təmənnasız yardım göstərmişdir. Rusya isə Ermənistana 1 milyard dollarlıq 
hərbi sursat vermişdir…   

Tofiq Köçərli                                    - 12 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
ABŞ alimi Səmyuel A. Uimz haqlıdır: «Güman ki, bəşər tarixində elə bir ölkə 
olmamışdır  ki,  Ermənistan  kimi  yalnız  danışmaqla  bu  qədər  xarici  yardım  ala 
bilsin».
10
 
Uimzin  ABŞ-da  nəşr  olunmuş  «Ermənistan-terrorçu  «xristian»  ölkənin 
gizlinləri. (Ermənilərin böyük fırıldaq seriyaları. I cild.)» kitabı Azərbaycan dilində 
işıq üzü görmüşdür.   
Müəllifin  yazdığı  kimi,  «ermənilərin  fırıldaq,  kələk,  saxtakarlıq,  qırğınlar  və 
terrorçuluqla  dolu  hərəkətlərinin  uzun  siyahısı  bu  kitabda  sənədləşdirilmişdir. 
Bunlar  elə  erməni  gizlinləridir  ki,  onlar  xristian  dünyasının  bunu  bilməsini 
istəmirlər, lakin onlar erməni mənbələrinə əsasən burada faş edilir».
11
 
Uimzin  ən  çox  istifadə  etdiyi  erməni  məxəzi  amerikan  ermənisi  professor 
Riçard G. Hovanissyanın dördcildlik «Ermənistan Respublikası» kitabıdır. Uimzin 
yazdıqlarından  məlum  olur  ki,  Hovanissyanın  kitabında    Naxçıvan  və  Qarabağ, 
ümumiyyətlə Azərbaycan haqqında xeyli faktlar var.  
Yaxşı olardı ki, həmin kitab əldə edilib tədqiqatçıların istifadəsinə veriləydi.  
Bizim üçün əlçatmaz olan bir çox başqa mənbələrdən də Uimz geniş istifadə 
etmişdir.  Onlardan  biri  Britaniya  parlamentinin  üzvü  ser  Ellis  Bartlettin  1895-ci 
ildə yazdığı pamfletdir. 
Bartlett nələri vurğulayıb? 
-  «Türk-erməni  hadisələri  haqqında  çox  geniş  yayılmış  nağıllar…  Erməni 
Đnqilabi Komitəsinin çirkin icadlarıdır»; 
-  «Son  dörd  əsr  ərzində  heç  bir  hökumət  Osmanlı  Đmperiyası  qədər 
dözümlülük nümayiş  etdirməmiş  və daha çox   dini azadlıq verməmişdir.  Dinlərin 
hər  bir  formasına-yunan,  yəhudi,  nestorian,  Roma  katolikliyi  və  başqalarına-
ayinlərin  yerinə  yetirilməsində  və  yayılmasında  tam  azadlıq  verilmişdir.  Əgər 
türklər keçmişdə bir qədər az səxavət göstərsəydi, indi onlar müasir əziyyətlərinin 
çoxuna  qatlaşmazdılar.  Fransada  və  Almaniyada,  hətta  Đngiltərədə  heretiklər  diri-
diri  tonqallarda  yandırılanda  Osmanlı  dövləti  öz  tərəfindən,  təbəələrinə  hüdudsuz 
dini azadlıq vermişdi ». 

Tofiq Köçərli                                    - 13 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
 (Bunu  ermənilərdən  də  etiraf  edənlər  olub.  Yüksək  rütbəli  bir  erməni  rahibi 
Bartlettdən  bir  il  əvvəl  Londonda  Đngilis  erməni  dərnəynin  iclasında  demişdi: 
«Dünyada heç bir azlıq Osmanlı erməniləri qədər sərbəstliyə sahib olmamışdır». 
Türkiyə  Yeddigüllə  erməni  xəstəxanasının  baş  həkimi  Karapet  Arman: 
«Osmanlı  imperatorluğunda  türk-erməni  münasibətləri    ən  gözəl  dövrünü 
yaşamışdır». 
1876-cı  ildə  millət  vəkili  seçilmiş  Manuk  Marçiyan  Osmanlı  Birinci 
Məşrutiyyət Məclisində demişdi: 
«Dünyanın  hər  tərəfinə  hər  dil  ilə  elan  olunsun.  Dünya  görsün  ki,  ermənilər 
beş yüz ildən bəri Osmanlı dövlətinin adil idarəsində xoşbəxt yaşamışlar».
12

-  «Đngiltərə  və  müəyyən  mənada  Avropa  nəhəng  yalanın  təsiri  altına 
düşmüşdür.  Bu  mənada  məşhur  ingilis  jurnallarının  sahibləri  və  redaktorları 
məntiqdən  kənar  çap  materialları  və  hər  bir  nağıl  üçün  çox  ciddi  məsuliyyət 
daşıyırlar-onların əksəri absurddur  və reallıqla zidiyyət təşkil edir–onların hamısı 
erməni yalanlarının emalı vasitəsilə ətrafa püskürdülmüşdür».
13
 
Bartlett  öz  fikirlərini  əsaslandırmaq  üçün  «türk-erməni  hadisələri» 
rayonlarında  olmuş  ispan  coğrafiyaçı  alimi  M.Ksimeusə  istinad  edir.  Ksimeus 
şəhadət  verir  ki,  «çox  dəhşətli  düşünülmüş  və  vəziyyəti  bütün  detalları  ilə 
işıqlandıran  geniş  yayılmış  əhvalatlar  başdan-başa  uydurmalardır»,  «minlərlə 
erməninin öldürülməsi,  onların qadınlarının zorlanması, çoxsaylı kəndlərin xaraba 
qoyulması,  din  xadimləri,  qadın  və  kişilərə  qarşı  müxtəlif  formada  həyata 
keçirilmiş işgəncə və müsibətlər sadəcə olaraq saxtakarlığın ən vəhşi ixtirasıdır».  
Ksimeus belə bir qənaətə gəlib: 
«Bütün Şərq xalqları arasında yalan deməkdə ən mahir, səriştəli və öyrəncəlisi 
ermənilərdir».
14
 
Yuxarıda adları çəkilən müəlliflərdən gətirdiyimiz bu  fikirlər erməni yalan və 
saxtakarlığının  tarixi  və  anatomiyası  haqda  təsəvvürlərimizi  genişlndirimək, 
erməni saxtakarların fitnəkarlıqda, dələduzluqda, yalan uydurmaqda, şər və böhtan 
atmaqda    nə  dərəcədə  çevik,  mahir  və  təcrübəli  olmalarını  öyrənmək  baxımından 

Tofiq Köçərli                                    - 14 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
əhəmiyyətlidir. Eyni zamanda həmin fikirlər erməni  fitnə-fəsadlarını ifşa etməkdə 
göstərdiyimiz  passivliyə,  laqeyidliyə  son  qoyulmasına,  düşmənlərimizin  ideoloji  
hücum  və  təxribatlarından  özümüzü  qorumaq  sahəsində  mübarizəni  bütün 
istiqamətlərdə və bütün səviyyələrdə fəallaşdırmağa və gücləndirməyə çağırışdır.  
Heç  bir  zaman  unutmamalıyıq  ki,  ermənilər  təbliğatda,  daha  dəqiqi  yalan 
yaymaqda  və  böhtan  atmaqda  çox  mahir  və  təcrübəlidirlər.  1919-cu  ildə 
Zaqafqaziyada,  o  cümlədən  Azərbaycanda  olmuş  ingilis  jurnalisti  Skotland-
Liddelin  yazdığı  kimi,  «ermənilər  dünyada  ən  yaxşı  təbliğatçılardır…  Onların 
xaricdə  təbliğatı elədir  ki,  Avropa və bütün  dünya ermənilərin tərəfindədir.  Onlar 
məharətli müntəzəm təbliğatla layiq olmadıqları çox simpatiya qazanırlar».
15
 
Heç bir zaman unutmayaq  həmin ildə Y.V.Çəmənzəminlinin yazdıqlarını: 
 «Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini 
çıxarmağı bilməyən və bağırmaq bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də 
qəzet  və  məcmuələrdir.  Qonşularımızdan  bağırmağı  ilə  məşhur  ermənidir.  Bu 
millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Rusiyada bir qəzetə  
yoxdur  ki,  erməni  məsələsini  yazmasın.  Bundan  başqa,  özlərinə  məxsus  bir  çox 
qəzetə və məcmuələri var.  
Bu  gün  Paris  konfransının  nəzərini  cəlb  etmək  üçün hədsiz-hesabsız  kitablar 
çap  olunur,  qəzetlər  nəşr  olunur.  Hər  kəs  dərdini,  tələbini  uca  səslə  bildirir. 
Eşitdiyimə  görə,  ermənilər  bu  il  milli  məsələlərinə  dair  doqquz  yüz  əsər  təb 
etdirmişlər.  
…  Bizim  müsəlman  aləmində  əfkari-ümumiyyənin  rəğbətini  qazanmaq  üçün 
az çalışılır».
16
 
Sübut etməliyik ki, biz Azərbaycanı düşmən böhtan və yalanından qorumağa, 
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa qadirik. 
  

Tofiq Köçərli                                    - 15 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə