Naxçıvan Muxtar Respublikası Florasında Crataegus Cinsinin (Rosaceae) Növlərinin İcmalı



Yüklə 427.44 Kb.
Pdf просмотр
səhifə1/4
tarix02.07.2017
ölçüsü427.44 Kb.
  1   2   3   4

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 144-157 (2013)

 

144 



Naxçıvan Muxtar Respublikası Florasında Crataegus Cinsinin (Rosaceae

Növlərinin İcmalı 

 

T.H.Talıbov



1

, Ə.M.İbrahimov

1

, T.A.Qasımova

2

 

 



1

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, Babək küç., 10, Naxçıvan AZ 7000, Azərbaycan;  

E-mail: t_talibov@mail.ru, enver_ibrahimov@mail.ru 

2

AMEA Botanika İnstitutu,Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan 

 

Məqalədə Naxçıvan MR ərazisində yayılan yemişan cinsinə (Crataegus ) daxil olan növlərin tədqiqi ilə 

əlaqədar aparılmış işlərin nəticələri haqqında məlumat verilmişdir. Crataegus  cinsinin Naxçıvan MR 

florasında hazırki vəziyyətini aydınlaşdırmaq məqsədilə AMEA Botanika İnstitutunun, AMEA 

Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Naxçıvan Dövlət Universitetinin herbari fondlarında 

saxlanılan herbari nüsxələri müqayisəli təhlil edilmişdir. 2004-2013-cü illərdə aparılan ekspedisiya 

zamanı toplanılan herbari materiallarının təhlili və  ədəbiyyat məlumatlarına  əsasən müəyyən 

edilmişdir ki, hazırda Naxçıvan MR florasında cinsin 22 növü mövcuddur. Bunlardan 17 növünə 

yabanı halda rast gəlinir. C. chlorocarpa Lenne et C. Koch, C. ferganensis Pojark., C. sanguinea Pall., 

C. songarica C.Koch, C. turkestanica Pojark. növləri isə introduksiya olunaraq, mədəni şəraitdə park 

və bağların yaşıllaşdırılmasında istifadə olunur. Növlərin sinonimləri, yüksəklik qurşaqları üzrə 

yayılma qanunauyğunluqları, biotopu, çiçəkləmə  və meyvənin yetişmə müddətləri haqqında da 

məlumatlar öz əksini tapmışdır. 

 

Açar sözlər: Crataegus, sistematika, yabanı və mədəni növlər, yayılma sahəsi, arid 

 

                                                                                                                                                                                    

Crataegus L. cinsinə daxil olan növlər Rosaceae 

Juss. fəsiləsinin  ən qədim nümayəndələrindən 

biridir. Crataegus sözü ilk dəfə Yunanıstanda yerli 

yemişan növünə verilmişdir. Yunanca “kratos“ 

sözü tərcümədə “güc, qüvvə“ mənasını verir 

(Бобореко, 1974; Попова, 2010; Циновскис, 

1971).  Crataegus cinsinin qədimliyi paleobotanika 

sahəsində aparılmış  tədqiqatlarla da təsdiq 

olunmuşdur. A.N. Kriştofoviçin (1957) 

məlumatlarına görə 



Crataegus cinsinin 

nümayəndələrinə mezozoy erasının təbaşir 

dövründə rast gəlinmiş, üçüncü dövrdə isə daha 

geniş yayılmışlar. Bunu keçmiş SSRİ  ərazisində 

yuxarı oliqosen, miosen və pliosen çöküntülərindən 

tapılmış yarpaq izlərinə görə  də müəyyən etmək 

olar. 

Crataegus cinsinin müasir arealı  şimal 

yarımkürəsinin 30 və 60° şimal en dairəsi arasında 

yerləşən isti və subtropik vilayətlərin  əraziləri 

hesab edilir. Onlar əsasən Amerika florasında, çox 

az miqdarda isə Avroasiya və Aralıq dənizi 

hövzəsində yayılmışlar. 

A.İ. Poyarkova “Флора  СССР“ kitabında 

(1939)  Qafqazda yemişanın 3 bölmədə cəmlənmiş 

16 növünün -  C. pentagyna Waldst. et Kit. ., C. 

orientalis Pall. ex Bieb., C. szovitsii Pojark., C. 

pontica C.Koch, C. meyeri Pojark., C. eriantha 

Pojark.,  C. caucasica C.Koch, C. atrosanguinea 

Pojark., C. kyrtostyla Finger, C. beckeriana Pojark. 

(=C. pallasii Griseb.), C. monogyna Jacq., C. 



pseudoheterophylla Pojark., C. microphylla 

C.Koch,  C. zangezura Pojark., C. schraderiana 

Ledeb. və  C. armena Pojark. yayılması haqqında 

məlumat vermişdir. Bunlardan C. zangezura,  C. 



schraderiana  və C. armena  növlərinin hibridogen 

mənşəli olmasını nəzərə alan A.İ. Poyarkova, onları 

hibrid növlər siyahısına daxil etmişdir. 

O.M. Poletiko “Деревья  и  кустарники  СССР“ 

kitabında (1954) məlum olan herbari materialları və 

öz tədqiqatları  əsasında  Crataegus cinsinin 

sistematik tərkibində  dəyişikliklər etmiş  və 

Qafqazda yemışanın 15 növünün -  C. pentagyna



C. zangezuraC. orientalis, C. szovitsiiC. pontica

C. meyeri,  C. eriantha,  C. caucasica,  C. 

atrosanguineaC.kyrtostyla, C.pseudoheterophylla,  

C. armena,  C. pallasii,  C. monogyna,  C. 

microphylla    yayıldığını göstərmişdir. Müəllif, 

aparılan tədqiqatlarda C. zangezura  və C. armena  

növlərinə  mədəni  şəraitdə rast gəlinmədiyini qeyd 

etmişdir.  C. schraderiana    (C. orientalis  x C. 



pentagyna ?) hibrid növü isə C. turnefortii Griseb. 

adlandırmış  və  mədəni növ kimi yalnız Minsk və 

Krımda yayıldığı göstərilmişdir.  

A.A. Qrossheym “Флора  Кавказа“ (1952) 

kitabında Qafqazda yemişanın 14 növünün 

yayılmasını göstərməklə, onları  aşağıdakı kimi 

qruplaşdırmışdır:  

Pentagynae Zbl. (C. pentagyna,  C. colchica 

Grossh.); Azaroli Loud. (C. orientalisC. szovitsii



C. pontica ). 

Oxyacantha Zbl. (C. meyeri,  C. eriantha,  C. 

caucasica,  C. atrosanguinea,  C. kyrtostyla,  C. 

Naxçıvan Muxtar Respublikası Florasında 

145 


pallasii,  C. monogyna,  C. pseudoheterophylla,  C. 

lagenaria ). 

Həmçinin, müəllif qeyd edir ki, Crataegus  

cinsinin növləri arasında gedən mütəmadi 

hibridləşmə prosesi nəticəsində daima hibridogen 

mənşəli yeni növlər meydana çıxır. Onlardan C. 

zangezura    (C. pentagyna x ?),  C. armena    (C. 

kyrtostyla x C. meyeri) və  C. schraderiana    (C. 

orientalis x C. pentagyna) “Флора  СССР“(1939) 

kitabında hibridogen mənşəli növlər kimi təsvir 

olunmuşlar. 

Crataegus cinsinə daxil olan yabanı növlər ilə 

əlaqədar tədqiqatlara M.B. Sarkisyan (Саркисян, 

2011) və E.Ç. Gabrielianın (Gabrielian et al., 2009) 

əsərlərində  və digər  ədəbiyyat mənbələrində 

(Киселева  и  др., 2010; Browics, 1972; Donmez, 

2004; Riedl, 1969) də rast gəlinir.  

“Флора  Азербайджана“ (1954) kitabında L.İ. 

Prilipko tərəfindən Azərbaycan  ərazisində 9 növ 

yemişanın - C. pentagyna,  C. orientalis,  C. 

szovitsii,  C. Meyeri,  C. Eriantha,  C. caucasica

C.kyrtostyla,  C. pseudoheterophylla,  C .lagenaria  

yayılması göstərilmişdir. Burada da “Флора 

Кавказа“ (1952) kitabında olduğu kimi C. 

zangezura    (C. pentagyna x ?),  C. armena    (C. 

kyrtostyla x C. meyeri) və  C. schraderiana    (C. 

orientalis x C. pentagyna) hibridogen mənşəli 

növlər kimi verilmişdir.  

Azərbaycanda yayılan yemişanlarla  əlaqədar 

əsaslı  tədqiqat işləri T.A. Qasımova (Касумова, 

1981, 1983, 1985, 1991, 2004; Касумова  и  др., 

1985, 1991) tərəfindən aparılmışdır. T.A. Qasımova 



Crataegus cinsinin sistematik tərkibini 

dəqiqləşdirmiş və ərazidə 9 deyil (Касумова, 1985, 

2004;  Касумова  и  др., 1991) 19 növ yemişanın 

yayıldığını göstərmişdir. Bunlardan C. 



atrosanguinea,  C. armena,  C. zangezura,  C. 

ponticaC. tournefortii. Azərbaycan, C. monogyna

C. pallasii   Cənubu Qafqaz (Zaqafqaziya), C. 

pojarkovae Kossych növü isə Qafqaz florası üçün 

ilk dəfə göstərmişdir. Elm üçün yeni C.cinovskisii 

Kassum.növünü təsvir etmişdir. 

Ədəbiyyat 

mənbələrində C. meyeri subsp. eriantha yarımnövü 

C. eriantha növ səviyyəsinə qaldırılmış  və  C. 

atrofusca növü bərpa olunmuşdur. 

A.M.Əsgərov (Əsgərov, 2006) Azərbaycan 

ərazisində 17 növ yemişanın yayılmasını 

göstərməklə, T.A. Qasımova tərəfindən sərbəst növ 

kimi qəbul edilən  C. atrofusca növünü C. 

pentagyna növünün tərkibində vermişdir. Müəllifə 

görə  C. atrofusca növü C. pentagyna növündən 

yarpağın, kasa yarpağının və meyvənin diqqəti cəlb 

etməyən (deməli növ statusu üçün kifayət etməyən) 

əlamətləri ilə  fərqlənir. Ona görə  də  C. atrofusca 

növünün ən yaxşı halda növmüxtəlifliyi ola biləcəyi 

qənaitinə  gəlir. Beləliklə, A.M. Əsgərovun 

“Azərbaycanın ali bitkiləri“ (Əsgərov, 2006) 

kitabında Azərbaycan 

ərazisində yayılan 

yemişanların növ tərkibi aşağıdakı kimi 

göstərilmişdir: C. pentagyna (incl. C. atrofusca), C. 



orientalis (C. laciniata), C. szovitsii, C. meyeri, C. 

eriantha, C. caucasica, C. curvisepala (C. 

kyrtostyla), C. microphylla (C. lagenaria), C. 

pseudoheterophylla, C. atrosanguinea, C. armena, 

C. zangezura, C. pallasiiC. ponticaC. monogyna

C. pojarkoviae,  C. tournefortii. Yabanı növlərdən 

başqa C. chlorocarpa, C. pedicellata, C. collina, C. 



canadensis  və  C. crus-gali növləri də introduksiya 

olunmuşdur. 

K.S.  Əsədov, F.M. Məmmədov və S.Ə. 

Sadıxovanın (2008) tədqiqatlarında isə 

Azərbaycanda təbii halda yemişanın 11 növünün 

yayıldığı göstərililmişdir. 

Yemişanlarla  əlaqədar sonrakı  tədqiqat işləri 

R.A. Ufimov (Уфимов, 2011, 2012, 2013) 

tərəfindən davam etdirilmiş  və Qafqaz florasına 

Crataegus talyschensis Pojark. ex Ufimov növünü 

əlavə etmişdir.  Müəllif (Уфимов, 2011)  tərəfindən 

Qafqazda  Crataegus  cinsinin 30 növünün 

yayılması göstərilməklə, onları  aşağıdakı kimi 

qruplaşdırmışdır: 

Sect. 1. 

Pentagynae Schneid. (Crataegus 

pentagyna , C. talyschensis Pojark. ex Ufimov, C. 

atrofusca (C.Koch) Kassumova, C. susanykleinae 

Gabriljan et Sargsyan). 



Sect. 2. 

Azaroli Loud. (C. orientalis,  C. 

pojarkoviae, C. gabrielianae Pojark. ex Sargsyan, 

C. szovitsiiC. pontica). 

Sect. 3. Crataegus (

C. meyeriC. erianthaC. 

taurica Pojark., C. ambigua C.A.Mey. ex 

A.K.Becker., C. atrosanguineaC. caucasicaC. x 



razdanica Pojark. ex Sargsyan, C. pallasii

C.stevenii Pojark., C. microphyllaC. rhipidophylla 

Gand.,  C. x  kyrtostyla,  C. monogyna,  C. 

pseudoheterophylla,  C. x armena,  C. x 

daghestanica Gladkova). 

Hibrid növlər (C.x tournefortiiC. x cinovskisii,                     

C. x zangezura, C. x rubrinervis,  C. x ulotricha 

Pojark. ex Gladkova). 

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində 

yayılan yemişanlar haqqında məlumatlara L.İ. 

Prilipkonun (Прилипко, 1939, 1954), A.A. 

Qrossheymin (Гроссгейм, 1952), “Azərbaycanın 

ağac və kolları“ (1970), K.S. Əsədov, A.K. 

Əsədovun (Асадов и др., 2001), E.M. Qurbanovun 

(Гурбанов, 1996), Y.M. İsayev (Исаев, Касумова, 

1976) və T.A. Qasımovanın (Касумова, 1983, 

Касумова    и  др., 1985, 1991), Ə.Ş.  İbrahimov 

(Ибрагимов, 2005) və T.H. Talıbovun  (Talıbov, 

2001, 2007, Talıbov və b., 2008, 2010) əsərlərində 

rast gəlinir.  

L.İ. Prilipkonun (Прилипко, 1939) 

tədqiqatlarında Naxçıvan MR ərazisində yemişanın 

dörd (C. orientalis,  C. pentagyna,  C. Pectinata 


Talıbov və b. 

146 


C.Mey. (= C. meyeri),  C. monogyna), “Флора 

Кавказа“ (11), “Флора Азербайджана“ (1954) və 

“Azərbaycanın ağac və kolları“ (1970) kitablarında 

isə altı  (C. orientalis , C. szovitsii , C. meyeri    C. 



Caucasica,C. pseudoheterophylla  , C. kyrtostyla 

növünün yayılması haqqında məlumatlar 

verilmişdir. Eyni məlumatlar sonrakı dövrlərdə nəşr 

olunan əsərlərdə (Məmmədov və b., 2000, Асадов 

и др., 2001) də öz əksini tapmışdır.  

Azərbaycan yemişanlarını  tədqiq edən T.A. 

Qasımova (Касумова, 1991) Naxçıvan MR 

ərazisində 13 növ (C. atrosanguineaC. armenaC. 



caucasica,  C. cinovskisii,  C.curvisepala    (= 

C.kyrtostyla), C. meyeriC. pojarkovaeC. pontica

C. pseudoheterophyllaC. szovitsiiC. tournefortii

C. zangezura) müəyyənləşdirmişdir ki, bu da 

Azərbaycan florasına daxil olan ümumi növlərin 

(19 növ) böyük əksəriyyətini təşkil edir. 

Crataegus  cinsinə daxil olan növlərin son 

sistematik tərkibi T.H. Talıbov və  Ə.Ş.  İbrahimov 

(2008) tərəfindən nəşr olunmuş “Naxçıvan Muxtar 

Respublikası florasının taksonomik spektri“ 

 

kitabında verilmişdir. Müəlliflər tərəfindən  ərazidə 



yemişanın 20 növü qeyd edilmişdir ki, bunlardan da 

15-nə - C. armenaC. caucasicaC. cinovskisiiC. 



curvisepala,  C. eriantha,  C. meyeri,  C. monogyna

C. orientalis,  C. pallasii,  C. pentagyna,  C. 

pojarkoviaeC. ponticaC. pseudoheterophyllaC. 

szovitsii,  C. zangezura - yabanı halda, C. 

chlorocarpa,  C. ferganensis,  C. sanguinea,  C. 

songarica,  C. turkestanica  kimi 5 növünə isə 

mədəni  şəraitdə rast gəlinir. Lakin T.A. Qasımova 

tərəfindən  ərazi üçün göstərilmiş C. atrosanguinea  

və C. tournefortii  növləri taksonların təyinatındakı 

şübhəli cəhətlərə görə kitabda öz əksini 

tapmamışdır. Halbuki, bu növün  muxtar respublika 

ərazisində yayılması haqqında T.H. Talıbovun 

“Naxçıvan MR-in flora biomüxtəlifliyi və onun 

nadir növlərinin qorunması“ (Talıbov, 2001) 

kitabında ətraflı məlumat verilmişdir. 



Crataegus  cinsinin Cənubi Qafqazda yayılan 

yabanı növləri haqqında məlumat verən M.B. 

Sarkisyan (Саркисян, 2011) da Turnefor 

yemişanının (C. tournefortii  ) yayılma zonasının 

Naxçıvam MR ərazisi  olduğunu göstərir.   

Göründüyü kimi müxtəlif vaxtlarda aparılmış 

tədqiqat işlərinin nəticələrində  və  ədəbiyyat 

məlumatlarında muxtar respublika ərazisində 

yayılmış  Crataegus    cinsinə daxil olan növlər 

haqqında məlumatların olmasına baxmayaraq, 

onların növ tərkibi hələ  də  dəqiqləşdirilməmiş 

olaraq qalmaqdadır.   

Yemişanların Naxçıvan MR florasında hazırki 

vəziyyətini aydınlaşdırmaq məqsədilə AMEA 

Botanika  İnstitutunun,  AMEA Naxçıvan Bölməsi 

Bioresurslar 

İnstitutunun, Naxçıvan Dövlət 

Universitetinin herbari fondlarında saxlanılan 

herbarilərə diqqət yetirilmiş, internet saytlarında 

yerləşdirilmiş müxtəlif  İnstitut və  təşkilatlara aid 

herbari nümunələrinin  şəkilləri müqayisəli təhlil 

edilmiş  və 2004-2013-cü illərdə    çöl  tədqiqatları 

həyata keçirilməklə Crataegus  cinsinin növ tərkibi 

dəqiqləşdirilmişdir. 



Crataegus   cinsinin R.A.Ufimov (Уфимов, 

2011, 2013) tərəfindən verilmiş sistemində 

bölmələrin həcmi və  tərkibi yenidən nəzərdən 

keçirilmiş  və Naxçıvan Muxtar Respublikası 

ərazisində yayılmış yemişanların sistematik tərkibi 

müəyyənləşdirilmişdir.  

Növlərin areallarının müəyyənləşdirilməsində 

“Ареалы  деревьев  и  кустарников  СССР“ (1980) 

kitabından istifadə edilmişdir.  

Beləliklə, müəyyən olunmuşdur ki, Muxtar 

Respublika  ərazisində  Crataegus    cinsinə aid 17 

növ məlumdur ki, onlar da əsasən  Crataegus



Pentagynae  və Azaroli  şöbələrində cəmlənmişlər. 

 

Genus  Crataegus L., L. 1753, Sp. Pl. 1: 475, 

p.p. – Yemişan 

Typus:  Crataegus rhipidophylla Gandoger (= 



Crataegus oxyacantha L., nom.rejic.) 

Sect. 1.  Crataegus  -  sect.  Oxyacantha  Loud. 

1838, Arbor Fruit. Brit. 2: 829; Пояркова 1939, 

Фл.  СССР 9: 436. - sect. Oxyacanthae  Zabel ex 

C.K.Schneider 1906, Ill. Handb. Laubholzk 1:768. 

Böyük olmayan ağac və ya koldur. Tikanları 

qısadır və ya tamamilə yoxdur. Yarpaqları 

yumurtavari, tərsyumurtavari və ya uzunsov-

yumurtavari olub, bölümlü və ya nadir hallarda 

dilimlidir. Qaidəyə yaxın hissədən paz və ya 

rombvari daralmışdır. Yarpaq saplaqları ayadan 4 

dəfə  qısadır. Çiçək qrupu çox çiçəkli olub, 

qalxanlarda yerləşmişdir, bəzən isə sadə  və ya 

dağınıqdır. Çiçək saplaqları  çılpaq və ya 

tükcüklüdür, nadir hallarda sıx tükcüklüdür. 

Tozcuqları çəhrayı və ya tünd qırmızıdır. Çox da iri 

olmayan meyvələri ellipsvari və ya kürəşəkilli, 

bəzən silindr şəklində olub, açıq qırmızıdan tünd 

qırmızımtıl-qara rəngə kimi dəyişəndir, 1-2 (3) 

toxumludur. Toxumlar qarın tərəfdən nisbətən batıq 

olub, demək olar ki, hamar, üst tərəfdən isə  dərin 

olmayan uzununa 1-3 şırımlıdır. Meyvə ləti sarımtıl 

olub, şirəlidir. 

Тип: C. rhipidophylla Gand. 

 

C. atrosanguinea Pojark. 1939, Фл.  СССР 9, 

Addenda 8: 504; Гроссгейм 1949, Опред. раст. 

Кав  к.: 76; idem, 1952, Фл.  Кавк. (2 изд.), 5: 

43; Полетико 1954, Дер. и куст. СССР 3: 549; 

Федоров 1958, Фл.  Арм. 3: 299; Прилипко 

1965, Дендрофл. Кавк. 4: 149; Riedl 1969, Fl. 

Iran. 66: 59; Browicz 1972, Fl. Turk. 4: 142; 

Тахтаджян  и  Федоров 1972, Фл.  Ерев.: 146; 

Khatamsaz 1992, Fl. of Iran 6: 256; - C. 


Naxçıvan Muxtar Respublikası Florasında 

147 


ambigua  subsp.  ambigua  (auct. non Meyer ex 

Becker) Christensen 1992, Syst. Bot. Monogr. 

35: 73, p. min. p., excl. typ. – Qanqırmızı 

yemişan 

         Hündürlüyü  8-10  (12)  m-ə çatan ağacdır. 

May-iyun aylarında çiçəkləyir, sentyabr-oktyabrda 

meyvələri yetişir. Meyvələri 1,2-1,8 sm 

diametrində olub, dəyirmidir, tünd-qırmızı 

rəngdədir. Lətli və şirəlidir. Meyvədə tumların sayı 

2 ədəddir.  2n (3х) = 51. 

Тип: «Армения,  сел.  Норк  близ  Еревана, 

14.10.1937, n 380, А.Пояркова», hоlo.: LE., iso.: 

LE. 


Yayılması:  Kəngərli rayonunun Çalxanqala 

kəndi  ətrafı, üzüm bağları arasındakı sahələrdə, 

Babək rayonunun Cəhri, Ordubad rayonunun 

Nüsnüs kəndləri ətrafındakı ərazilərdə, aşağı və orta 

dağlıq qurşaqlarda dəniz səviyyəsindən 800–1800 

m hündürlükdə dağların yamaclarında, çayların 

kənarlarında və  dərələrdə, kolluqlar arasında 

yayılmışdır.  



Ümumi yayılması:  Cənubi Qafqaz, Türkiyənin 

şərqi, Mərkəzi və Şimali İran. 

  

K.İ. Kristensenin tədqiqatlarında (Christensen, 

1992)  C. atrosanguinea növü  C. ambigua subsp. 

ambigua Meyer ex Becker növünün sinonimi kimi 

vermişdir. Lakin aparılan təhlillər nəticəsində 

məlum olmuşdur ki, bunlar müxtəlif növlər olub, 

bir-birlərindən aydın nəzərə çarpan əlamətlərinə 

görə  fərqlənirlər. Belə ki, C. atrosanguinea 

növündə yarpaqlar iri olub, yaşılımtıldır, hamar 

kənarlıdır, yalnız yarpağın zirvəsində az miqdarda 

iri dişciklər yerləşmişdir. Meyvələri 2 toxumludur.  



C. ambigua növündə isə yarpaqlar tünd yaşıl olub, 

dişciklidir və dişciklər yarpaq ayasının ortasından 

başlayaraq zirvəsinədək davam edir. Ədəbiyyat 

materiallarında (Christensen, 1992) və Sankt-

Peterburqda saxlanılan (LE) herbari nümunələrində 

C. ambigua növünün meyvələrində toxumların sayı 

1-2 (3) ədəd göstərilir. 



2.  C. armena Pojark. 1939, Фл.  СССР, 9, 

Addenda 8: 509 (Crataegus meyeri.  Crataegus 



rhipidophylla);  Федоров 1958, Фл.  Арм. 3: 300; 

Полетико 1954, Дер.  и  куст.  СССР 3: 552; 

Прилипко 1965, Дендрофл.  Кавк. 4: 151; Riedl 

1969, Fl. Iran. 66: 62; Khatamsaz 1992, Fl. of  Iran 

6: 266; Christensen 1992, Syst. Bot. Monogr. 35: 

138. – Erməni yemişanı  

    Hündürlüyü 2-2,5 m olan kiçik ağac və ya 

koldur.  İyun ayında çiçəkləyir, sentyabr-oktyabrda 

meyvələri yetişir. Meyvələri 1,0-1,2 sm 

diametrində olub, uzunsov ellipsvari, açıq qırmızı 

rəngli və  şirəlidir. Meyvə  ləti sarıdır, adətən bir, 

bəzən 2 toxumludur. 2n (3х) = 51. 

Тип: «Армения,  Мегринский  район,  с.  Личк, 

на каменистом склоне с кустарниками, по краю 

Мегринской  дороги. 01.10.1936, n 754. А.И. 

Пояркова», holo.: LE, iso.: LE.  



Yayılması:  Şahbuz rayonunun Qızıl Qışlaq 

kəndi  ətrafı  çınqıllı-daşlı yamaclarda və Bişənək 

meşəsində aşağı, orta və yüksək dağlıq qurşaqlarda 

dəniz səviyyəsindən 800 – 2000 (2200) m 

hündürlüklərdə,arid seyrək meşəliklərdə 

və 


kolluqlar arasında rast gəlinir.  

Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə