Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix04.01.2017
ölçüsü1,67 Mb.
#4507
1   2

Əli CABBAROV

  Yerli  istehsalın  milli  iqtisadiyyatın  qurulmasındakı  əhəmiyyəti

dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində özünü sübut etmişdir.

İqtisadi müstəqilliyin təmin olunması üçün tamamilə yerli imkanlara

əsaslanan istehsal bu baxımdan sahibkarlığı cəsarətləndirən, insanların

işgüzarlığını  və  sosial  fəallığını  yüksəldən  mühüm  şərtlərdəndir.

Xüsusən emal sənayesi bölgədə hasilat sənayesi və kənd təsərrüfatında

istehsal olunmuş xammalın istehlak üçün hazır olan son məhsul kimi

ərsəyə gətirilməsində mühüm rol oynayır. Ölkəmizdə və muxtar res-

publikamızda milli iqtisadiyyatın bir sahədən asılılığının azaldılması

və onun daha da şaxələndirilməsi istiqamətində görülən işlər baxımından

emal sənayesinin inkişaf etdirilməsinin əhəmiyyəti açıq görünür. 

3

  Cari ilin mart ayının 18-də muxtar

respublika Ali  Məclisində  Naxçıvan

Muxtar  Respublikasında  turizmin

inkişaf  etdirilməsi  ilə  bağlı  keçi -

rilən müşavirədə muxtar respublika

rəhbəri nin tapşırıqlarına əsasən hər

həftə muxtar respublikada fəaliyyət

göstərən  idman  federasiyaları  üzv-

lərinin Ağbulaq İstirahət Mərkəzinə

səyahətləri təşkil olunur. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri yanında Gənclər Fondu,

Naxçıvan  Muxtar  Respublikası  Gənclər

və İdman Nazirliyi, Şahmat Federasiyasının

birgə  təşkilatçılığı  ilə  iyunun  26-27-də

Ağbulaq İstirahət Mərkəzində 45 şahmat-

çının istirahəti təşkil edilib.

    Naxçıvan  şəhərindən  ayrılmış  avto-

buslarla  Ağbulaq  İstirahət  Mərkəzinə

yola  düşən  zəka  sahiblərini  mərkəzdə

təşkilatçıların nümayəndələri qarşılayıblar.

Burada  şahmatçılara  mərkəz  haqqında

geniş məlumat verilib. Tanışlıqdan sonra

zəka sahibləri nahar yeməyinə yollanıblar.

Proqrama uyğun olaraq şahmatçılar daha

sonra  təşkil  edilmiş  oyunlarda  iştirak

ediblər.  Xüsusilə  şahmat  turniri  böyük

marağa səbəb olub. Turnirdən sonra  id-

mançılar  Ağbulaq  kəndi  ərazisindəki

təbiət abidələri ilə tanış olublar. Şam ye-

məyinin  ardınca  isə  federasiyanın  id-

mançıları  üçün  vətənpərvərlik  mövzu-

sunda “Nuh yurdu – Naxçıvan” sənədli

filmi nümayiş etdirilib.

    Növbəti  günə  səhər  gimnastikası  ilə

başlayan şahmatçılar əyləncəli oyunlarda

iştirak  edib,  vətənpərvərlik  mövzusunda

mahnılar dinləyiblər. Onlar arasında təşkil

edilən  futbol  yarışı  da  yaddaqalan  olub.

Nahar yeməyindən sonra idmançıların Ağ-

bulaq İstirahət Mərkəzində ikigünlük isti-

rahətinə yekun vurulub və onlar Naxçıvan

şəhərinə qayıdıblar.

    Federasiyanın sədr müavini Emin Hacı -

yev şahmatçıların mərkəzdə istirahəti ilə

bağlı  bizimlə  söhbətində  vurğuladı  ki,

belə tədbirlərin təşkili idmançılarda əlavə

motivasiya yaradır. Şahmat elə bir idman

növüdür ki, hər zaman bu idman növü ilə

məşğul olanların belə iştirahətlərə ehtiyacı

olur. Zəka sahiblərimizin bəziləri mərkəzə

ilk dəfədir, gəlirlər. Mərkəzdə idmançılar

üçün  yaradılan  şəraitə  görə  şahmatçılar

adından  dövlətimizə  minnətdarlığımızı

bildiririk. 



Ceyhun MƏMMƏDOV

    Naxçıvan Muxtar Respublikası ümum-

təhsil müəssisələrində çalışan müəllimlərin

bilik və bacarıqlarının qiymətləndirilməsi

məqsədilə 2015-ci ilin mart ayında keçi-

rilmiş attestasiya imtahanlarında üzrlü sə-

bəbdən iştirak etməyən, həmin imtahanlarda

müəyyən  olunmuş  bal  həddini  aşmayan

və yeni işə qəbul edilən müəllimlərin at-

testasiyası  keçirilib.  Ötən  dövr  ərzində

muxtar  respublikanın  ayrı-ayrı  rayonla-

rından müraciət etmiş 1142 müəllim qey-

diyyata alınıb.   

    İmtahan Naxçıvan şəhər 4 və 14 nömrəli

tam orta məktəblərdə keçirilib. İmtahanlarda

müəllimlərə 80 sual təqdim edilib ki, on-

lardan  40-ı  ixtisas,  25-i  kurikulum,  10-u

metodika, 5-i isə kompüter biliklərinə aid

suallar  olub.  Sualların  cavablandırılması

üçün müəllimlərə 150 dəqiqə vaxt ayrılıb.  

    İmtahana Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət

Komissiyasının Naxçıvan Muxtar Respub-

likası Regional Bölməsi və “İstedad XXI

əsr” kursunun əməkdaşlarından ibarət 51

nəfər nəzarətçi cəlb edilib.   

    Qeyd edək ki, həmin gün Şərur Şəhər

Fizika-Riyaziyyat  Təmayüllü  Liseyə  də

müəllimlərin işə qəbulu imtahanları keçi-

rilib. İmtahanda müraciət etmiş 47 müəllim

iştirak edib.  

   – Hüseyn müəllim, söhbətimiz ədəbi tənqid

barədə  olacaq.  Ədəbi  prosesdə  tənqidin  rolu

nədən ibarətdir? 

    –  Bəzən  ədəbi  tənqid  deyəndə  yalnız  hər

hansı bədii əsəri tənqid etmək, onun nöqsanlarını

göstərmək başa düşülür. Əlbəttə, ədəbi tənqidin

əsas  vəzifələrindən  biri  budur.  Lakin  ədəbi

tənqid ədəbiyyatşünaslığın üç əsas şöbəsindən

biri  kimi,  bütövlükdə,  müasir  ədəbi  proseslə

məşğul olur, onu təhlil edib dəyərləndirir, yeni

yaranan əsərlərə obyektiv və operativ qiymət

verir. Və təbii ki, bu zaman müşahidə olunan

müsbət  məqamları  da,  yol  verilmiş  qüsurları

da əsaslandırılmış şəkildə nəzərə çatdırır. Yəni

ədəbi tənqid çağdaş ədəbi prosesin yolyoldaşı

olmaqla təkcə nöqsanları yox, həm də uğurları

müəyyənləşdirib diqqət mərkəzinə çəkir, inki-

şafın meyil və istiqamətləri barədə fikir bildirir.

Məşhur  rus  ədibi  A.S.Puşkin  haqlı  olaraq

yazırdı  ki,  “Tənqid  ədəbiyyat  və  incəsənət

əsərlərindəki gözəllikləri və nöqsanları açmaq

elmidir”. Əsər müəllifinin gələcək yaradıcılıq

axtarışlarının  daha  dolğun  xarakter  alması,

təkmilləşməsi, nöqsanların aradan qaldırılması

üçün  ədəbi  tənqidin  rolu  böyükdür.  Tənqid

ədəbi prosesə təkan verir, onun dinamik inki-

şafını daha da gücləndirir. Eyni zamanda ədəbi

tənqid həm də oxucular üçün faydalıdır. Onlarda

hər hansı bədii nümunə, ümumən, ədəbi proses

barədə daha dürüst qənaətlər formalaşmasına

kömək  göstərir.  Müxtəlif  alimlər  tərəfindən

tənqidin  “hərəkətdə  olan  estetika”,  “ədəbiy-

yatşünaslığın operativ ştabı” adlandırılması da

bu mənada təsadüfi deyil.



   – Müasir cəmiyyətdə ədəbi tənqidə münasibət

haqqında nə deyə bilərsiniz?

     – Bu məqamda ümummilli liderimiz Heydər

Əliyevin Azərbaycan yazıçılarının VII qurulta-

yında söylədiyi aşağıdakı fikirləri xatırlatmaq

istərdim: “Müasir ədəbi-bədii prosesi tənqid-

çilərin, ədəbiyyatşünasların fəal və faydalı işi

olmadan  təsəvvür  etmək  mümkün  deyildir.

Onlar bədii həyatımızın mürəkkəb, bəzən zid-

diyyətli proseslərini dərindən təhlil etməyə və

ümumiləşdirməyə borcludurlar”. Ədəbi tənqidin,

ümumən, ədəbiyyatşünaslığın önəmli vəzifələri

bu qiymətli fikirdə dəqiqliklə ifadə olunub. 

    Çağdaş cəmiyyətimizdə də ədəbi tənqidin

özünəməxsus  mövqeyi  və  missiyası  vardır.

Hüquqi  dövlət  quruculuğu  prosesində  böyük

uğurlar qazanmış müstəqil Azərbaycanda bütün

digər sahələrlə yanaşı, elmi-ədəbi mühitdə də

fikir plüralizmi, sərbəst düşüncənin hərtərəfli

şəkildə təqdimi üçün hər cür şərait yaradılıb.

Senzuranın ləğv olunduğu ölkəmizdə şair və

yazıçılar da, tənqidçilər də öz düşüncə və ba-

xışlarını ifadə etməkdə, ən müxtəlif yaradıcılıq

axtarışları aparmaqda tam sərbəstdirlər. Ədə-

biyyatda ildən-ilə artan yazarların qələmi ilə

araya-ərsəyə gələn çoxsaylı əsərlərin, necə de-

yərlər, saf-çürük edilərək obyektiv şəkildə də-

yərləndirilməsinə,  əslində,  ədəbi  mühitin  də,

oxucuların da, geniş mənada, ictimaiyyətin də

ehtiyacı var. Bu qədər əsər bolluğu şəraitində

pisi yaxşıdan, istedadı həvəskardan, professionalı

diletantdan  ayırmaq  çox  vacib  məsələdir  və

bu  məqamda  ədəbi  tənqid  özünün  obyektiv,

qərəzsiz və inandırıcı mövqeyini əsaslandırıb

ortaya qoymalıdır. Ədəbi tənqidin fəallığı, öz

vəzifələrini yerinə yetirməsi istiqamətində əhə-

miyyətli  işlər  görülsə  də,  fikrimcə,  bu,  hələ

tam şəkildə kifayət deyil. 



    – Naxçıvanda bugünkü ədəbi mühiti ədəbiy-

yatşünas-alim  kimi  necə  qiymətləndirirsiniz?

    – Minnətdarlıq duyğusu ilə qeyd etmək is-

tərdim ki, muxtar respublikamızda bütün digər

sahələrlə yanaşı, ədəbiyyatın və ədəbi tənqidin

hərtərəfli şəkildə inkişafı üçün hər cür şərait

var. Naxçıvanda Yazıçılar Birliyi fəaliyyət gös-

tərir, nəşriyyatların, mətbuat orqanlarının, tele -

viziya və radio redaksiyalarının qapıları yaradıcı

ziyalıların  üzünə  açıqdır.  Onların  fəaliyyəti

yetərincə işıqlandırılır. Dövlət vəsaiti ilə nəşr

olunan ədəbi almanaxları, topluları, kitabları,

o cümlədən ədəbi gəncliyin istedadlı və ümid-

verici nümayəndələrinin əsərlərinin çapını xa-

tırlatmaq yerinə düşər. Yaradıcı ziyalılara gös-

tərilən  ardıcıl  və  hərtərəfli  dövlət  qayğısı,

onların  əməyinin  yüksək  səviyyədə  qiymət-

ləndirilməsi də hamıya bəllidir. Naxçıvan Mux-

tar  Respublikası  Yazıçılar  Birliyinin  2012-ci

ilin  oktyabrında  keçirilmiş  konfransında  Ali

Məclisin  Sədri  cənab  Vasif  Talıbovun  dərin

məzmunlu  çıxışı  görülmüş  işlərə  qiymət  ve-

rilməsi ilə yanaşı, qarşıda duran mühüm vəzi-

fələrin diqqət mərkəzinə çəkilməsi baxımından

da böyük əhəmiyyətə malikdir. 

    Hazırda Naxçıvan Yazıçılar Birliyi ətrafında,

təxminən, səksən nəfər üzv cəmləşmişdir ki,

onlar  da  şair,  yazıçı,  dramaturq,  tərcüməçi,

tənqidçi və ədəbiyyatşünaslardan ibarətdir. Bu-

raya birlik üzvü olmayan qələm sahiblərini də

əlavə etsək, böyük bir yaradıcı heyətdən söz

aça bilərik. Son illərdə bu müəlliflərin çoxsaylı

kitabları çap olunub, o cümlədən bir sıra xarici

ölkələrdə onların əsərləri nəşr edilib. Bu əsərlər

sırasında  ideya-bədii  mükəmməlliyə  malik,

Azərbaycan ədəbi mühitində fərqləndirilməyə

layiq olan nümunələr də az deyil. Onların sı-

rasında gənc müəlliflərin varlığı da qürurveri-

cidir. Bunlar hamısı yaxşıdır və ədəbi mühiti-

mizin hazırkı inkişafının əyani təzahürüdür.

    Bunlarla  yanaşı,  bütövlükdə  ölkə  ədəbiy-

yatında olduğu kimi, Naxçıvan ədəbi mühitində

də bəzi təsadüfi imzalar var, xüsusən poeziya

sahəsində.  Az-çox  qafiyə  quraşdıra  bilənlər

də  bəzən  qələmə  qurşanırlar. Az,  yaxud  çox

yazmaqlarından asılı olmayaraq, onların qələm

məhsullarının əsl ədəbiyyata aidiyyəti yoxdur.

Ədəbi  tənqid  gərək  bunlara  diqqət  yetirsin.

Öz obyektiv münasibətini ortaya qoysun.



   – Hüseyn müəllim, elə bu məqamda soruşmaq

istərdim: muxtar respublikada ədəbi tənqidin

vəziyyəti sizi qane edirmi?

    – Səmimiyyətlə deyim ki, o qədər də yox.

Doğrudur,  ayrı-ayrı  ədəbi-tənqidi  məqalələr,

ədəbi icmallar, ələlxüsus da resenziyalar yazılır,

yaradıcılıq müzakirələri keçirilir, yeni yaranmış

əsərlər,  ümumən,  cari  ədəbi  proses  barədə

müəyyən dəyərləndirmələr aparılır. Mən söh-

bətimizin əvvəlindən bir məqamı bir daha xa-

tırlatmaq istəyirəm. Bəli, ədəbi tənqid çağdaş

ədəbi prosesin uğurlarını, dəyərli ədəbi əsərləri

qiymətləndirib yeri gələndə təbliğ də etməlidir,

nöqsanları  da  göstərməkdən  çəkinməməlidir.

Görülmüş işlərin əhəmiyyətini azaltmamaqla

deyim ki, ədəbi tənqid daha çox tərif ovqatlı

resenziyalar yazmağa meyillidir. 

    Təəssüf ki, bu gün biz yeni yaranan əsərlərə

münasibətdə ədəbi tənqidin operativ və obyektiv

münasibətinin çox vaxt şahidi olmuruq. Hətta

uğurlu bir əsər ortaya çıxanda da onun haqqında

yazılan  məqalədə  əsərin  ideya-bədii  məziy-

yətləri, çağdaş ədəbi prosesə gətirdiyi yeniliklər

və sair elmi səviyyədə təhlil edilmir, əvəzində

ümumi tərif axarı baş alıb gedir. Hansı ki, sa-

dəcə, əsərin adını dəyişməklə bu müsbət rəyi

istənilən  digər  bədii  nümunəyə  şamil  etmək

olar.  Bu  da  ona  görə  belədir  ki,  bəzi  əhli-

qələm  özünə  əziyyət  verməyərək  bədii  əsəri

lazımınca  incələmir,  ümumi  sözlərlə  müsbət

fikir  bildirir.  Bədii  əsərlərdəki  qüsurlara  isə

ədəbi tənqid tərəfindən lazımi prinsipial mü-

nasibət  çox  vaxt  göstərilmir.  Ən  yaxşı  halda

bir-iki cümləlik ümumi səciyyəli şablon cüm-

lələrlə tənqid öz missiyasını bitmiş hesab edir. 

   – Bəlkə, ədəbiyyatşünaslar o kitabları oxu-

madan fikir bildirirlər? 

    –  Ən  vacib  məsələ  elə  budur.  Tənqidçi

ədəbi prosesi ardıcıl və hərtərəfli şəkildə izlə-

məli,  oxuyub  təhlil  etməlidir.Yəni  əsl  ədəbi

tənqid nümunəsi ortaya qoymaq istəyən tənqidçi,

ədəbiyyatşünas  həm  də  geniş  mütaliə  sahibi

olmalıdır. Tənqidçi və ədəbiyyatşünaslarımız

yazarların yaradıcılığını lazımi səviyyədə iz-

ləmirlər.  Belə  olan  halda,  təbii  ki,  dolğun,

ümumiləşdirici, əhatəli ədəbi tənqid nümunələri

də az-az ortaya çıxacaq.

    –  Qeyd  etdiyiniz  kimi  tənqidçilər  yaxşı  əsər

haqqında da, zəif əsər barədə də eyni fikirləri

söyləyirlər. Bu fikirlər şair və yazıçıların sonrakı

fəaliyyətində açıq-aşkar hiss olunur. Bu barədə

nə düşünürsünüz?

     – Ədəbi əsərlərindəki nöqsanlar tənqid olun-

mayan, yalnız təriflənən yazarların bir qismində

özündənrazılıq, müştəbehlik də baş qaldıra bilir.

Beləcə, “ədəbi dühaların” formalaşmasına ədəbi

tənqid  öz  laqeydliyi,  yaxud  süni  tərifləri  ilə

sanki xeyir-dua verir. Tənqid olmayanda ustad

tənqidçi  Seyid  Hüseynin  vaxtilə  dediyi  kimi:

“Hər əli qələm tutan özünü birinci sanacaq”.

    Ədəbi əsər müəllifləri də gərək tənqidi ob-

yektiv qəbul etsinlər. İbrətli məqamlardan bir-

ikisini xatırlatmaq istərdim. Bizim həmyerlimiz,

dəyərli yazıçı, publisist və ictimai xadim Əli

Səbri  Qasımovun  1913-cü  ildə  çap  olunmuş

“Solğun  çiçək”  romanındakı  bəzi  nöqsanları

tənqidçi Seyid Hüseyn “İqbal” qəzetindəki re-

senziyasında açıq şəkildə göstərmişdi. Ə.Səbri

isə bu iradları səmimi qarşılayaraq hətta mət-

buatda  tənqidçiyə  minnətdarlıq  məktubu  da

çap  etdirmişdi.  Seyid  Hüseyn  isə  başqa  bir

məqalədə gənc yazıçının tənqidə belə obyektiv

yanaşmasını müsbət hal kimi misal çəkmişdi.

Eyni həssas münasibəti tanınmış ədibimiz Nə-

riman  Nərimanov  “Nadanlıq”  pyesinin  bəzi

qüsurlarını nəzərə çatdıran məşhur ədəbiyyat-

şünas Firidun bəy Köçərlinin tənqidinə müna-

sibətdə göstərmişdi...

    Amma  bu  gün  bir  tənqidçi  bir  yazıçını

tənqid edəndə elə də olur ki, əsər qalır bir kə-

narda, mübahisə şəxsi xarakter alır. Şahidi ol-

muşam ki, ədəbiyyatşünaslarımızdan birinin,

hətta  o  qədər  də  dərinə  getməyən  tənqidinə

bəzi yazarlarımız çox sərt reaksiya vermişdilər.

Bu məqamda yenə də klassikaya üz tuturam.

Tənqidçi Seyid Hüseyn, təxminən, yüz il öncə

yazırdı:  “Bizim  bəzi  yazıçılarımızda  qəribə

halətlər  var.  Birisi  götürüb  bir  yazıçının  və

müəllifin  səhvini,  əsərinin  səhv  nöqtələrini

göstərərsə, onu yazıçı əfəndi özünə qarşı bir

təhqir hesab edər. ...Öz yazısından göz örtüb

çalışır ki, yazı sahibinə bir ləkə vursun”. 

    Yazıçı,  şair,  yaxud  dramaturqun  necə  ya-

naşmasından  asılı  olmayaraq,  ədəbi  tənqid,

heç  şübhəsiz,  etik  qaydaları,  ədəbi  əxlaqı

unutma maq  şərti  ilə  əsərə  obyektiv  qiymət

verməlidir, nöqsanlara da göz yummamalıdır.

Böyük  Mirzə  Fətəli Axundzadə  vurğulayırdı

ki,  “Bir  şəxs  kitab  yazdığı  zaman  başqa  bir

şəxs onun əsərinin mətləbləri xüsusunda kritika

yazır;  bu  şərtlə  ki,  müəllif  haqqında  ədəbsiz

və könül incidən bir söz belə, olmasın; hər nə

deyirlərsə, incəlik yolu ilə deyilsin”. 

    Ədəbi tənqidin zərurətindən ağızdolusu da-

nışan bəzi yazarlar məsələ konkretləşəndə, öz-

lərinin əsərləri barədə hansısa bir kiçik tənqidi

qeyd ortaya çıxanda fərqli yanaşma göstərirlər.

Xalq şairi Süleyman Rüstəm sanki belələrinin

dilindən yazıb:



    Xatirimə dəyməyin, damağım çağ olanda,

    Tənqid çox yaxşı şeydir, məndən 

    

uzaq  olanda.

    Sənət adamlarımız əsərlərinə dürüst qiymət

verilməsində  maraqlı  olmalı,  ədəbi  tənqidin

haqlı, əsaslı münasibətindən doğan tənqidi sə-

mimi  qəbul  etməlidirlər.  Bu  məqamda  ustad

ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cə-

fərovun  vaxtilə  bu  kontekstdə  yazılmış  bir

məqaləsinə seçdiyi ad yadıma düşür: “Tənqidçi

ədalətli, yazıçı təvazökar olmalı”. 

   – Son olaraq muxtar respublikada yaradıcı

insanlara ədəbiyyatşünas-alim kimi sözünüz?

     – Ədəbi tənqidin obyektiv, operativ və hər-

tərəfli  elmi  dəyərləndirmələrinin  olması  çox

vacibdir. Bu, yazarlar üçün də, elə ədəbi tənqidin

özü üçün də faydalı və gərəklidir.Tənqidçi və

ədəbiyyatşünaslar muxtar respublikanın çağdaş

ədəbi mühitinə münasibətdə fəallıq göstərməli-

dirlər.  Naxçıvanda  istedadlı  və  qabiliyyətli

yazıçı, şair və dramaturqlarla yanaşı, professional

ədəbiyyatşünaslar  da  az  deyil,  amma  mən  də

daxil onların böyük əksəriyyəti ədəbiyyat tarixi

üzrə araşdırmalar aparır, çağdaş ədəbi proseslə

ümumən məşğul olmur, ya da bu sahəyə arabir

diqqət yetirir, bəzi məqalə və resenziyalar yaz-

maqla işlərini bitmiş sayırlar. Muxtar respubli-

kamızda yaşayıb fəaliyyət göstərən ədəbiyyat-

şünas-alimlər, eləcə də gənc tədqiqatçılar çağdaş

ədəbi prosesin təhlil olunub ümumiləşdirilməsi,

dəyərləndirilməsi  ilə  ardıcıl,  daimi,  hərtərəfli

məşğul olmağa diqqəti daha da artırmalıdırlar.

Azərbaycanın paytaxtında, eləcə də digər böl-

gələrdə muxtar respublika ədəbi mühitinin ya-

radıcılıq uğurlarının, layiqli əsərlərin yetərincə

təbliği  və  tanıtdırılması  işinə  də  ədəbi  tənqid

diqqəti gücləndirməlidir. Hesab edirəm ki, biz

Naxçıvan ədəbi mühitinin dünəni və bu günü

barədə  kitab  və  məqalələrin  xarici  ölkələrdə

nəşri işinə də xüsusi fikir verməliyik. Bu sahədə

bədii tərcüməçilər də öz sözlərini deyə bilərlər.

    Ümumiyyətlə,  muxtar  respublikamızda

ədəbiy yatın, ədəbi tənqidin hərtərəfli inkişafı

üçün  yaradılmış  yüksək  şərait  müqabilində

hər bir qələm sahibi öz potensialını möhtəşəm

vəzifələrin daha mükəmməl şəkildə həyata ke-

çirilməsinə yönəltməlidir.

Söhbətləşdi:

                                            - 



Sara ƏZİMOVA

    Azərbaycan ədəbi mühitinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti

ümumazərbaycan məkanında özünü təsdiq etdirib. Bu mühitin formalaşması prosesi

uzun bir yol keçib. Azərbaycan ədəbiyyatına Cəlil Məmmədquluzadə, Hüseyn Cavid,

Məmməd Səid Ordubadi kimi görkəmli korifeylər bəxş edən Naxçıvan ədəbi mühiti

bu  gün  hərtərəfli  dövlət  qayğısı  əhatəsindədir.  Filologiya  üzrə  elmlər  doktoru,

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin

üzvü Hüseyn Həşimli ilə söhbətimizdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq. 

4

İtmişdir

Naxçıvan şəhəri, A.Tarverdiyev küçəsi 14-də yaşayan Hüseynov Hacı

Akim oğlunun adına olan 3846 inventar nömrəli texniki pasport itdiyindən

etibarsız sayılır.



ØßÐÃqapısı

    Kütləvi  informasiya  vasitələrindən

dünyanın  müxtəlif  ölkələrində  həbsxa-

nalarda məhkumların xoşagəlməz şəraitdə

saxlandığının şahidi olmuşuq. Bəs muxtar

respublikamızda necə? Məhkumlar hansı

şəraitdə saxlanılır? Onların islah olunması

üçün hansı tədbirlər həyata keçirilir? Bu

barədə bir az sonra. Amma əvvəlcə onu

qeyd edim ki, bu müəssisə 2008-ci ildə

fəaliyyətə başlayıb. Buranın yaradılması

ilə bir sıra problemlər də öz həllini tapıb.

Muxtar  respublikada  cinayət  törətmiş

Azərbaycan vətəndaşlarının cəzaçəkmə

müəssisələrinə aparılması, eyni zamanda

cəza dövründə  onların valideynlərinin,

yaxınlarının  görüşə  getmələri  blokada

şəraitində  olan  Naxçıvan  Muxtar  Res-

publikasında bir sıra çətinliklər yaradırdı.

Penitensiar  Xidmətin  Qarışıq  Rejimli

Cəzaçəkmə  Müəssisəsinin  yaradılması

bu çətinliklərə son qoyub. Müəssisənin

açılış  mərasimində  Naxçıvan  Muxtar

Respublikası Ali Məclisinin Sədri çıxış

edərək bildirib ki, Azərbaycan vətəndaşları

ölkə mizin milli sərvətidir. Biz bu sərvəti

qorumalı, vətəndaşlarımızı Azərbaycanın

inkişafına, ölkəmizin gələcəyinin, müs-

təqilliyinin  möhkəmləndirilməsinə  isti-

qamətləndirməliyik. Təsadüf, yaxud özü-

nü  idarə  edə  bilməməsi  nəticəsində  ci-

nayət  və  ya  qanun  pozuntusu  törətmiş

şəxslər isə burada tərbiyə olunmalıdırlar. 

    Bu ilin fevral ayında müəssisədə yeni

yaradıcılıq və istehsalat binasının  isti-

fadəyə verilməsi bu funksiyanın yerinə

yetirilməsinə böyük töhfəsini verir. Bu,

muxtar  respublikada  insan  amilinə  nə

qədər  dəyər  verildiyinin  göstəricisidir.

Oxucularımıza bu binanın fəaliyyəti, bu-

rada məhkumların əl işləri barədə məlu-

mat vermək üçün yaradıcılıq və istehsalat

binasında olduq. 

    ...  Naxçıvan  Muxtar  Respublikası

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin

Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə

polkovnik-leytenantı Əli Rəhimovun mü-

şayiəti ilə yeni yaradılan yaradıcı lıq və

istehsalat  binasına  daxil  oluruq.  Məh-

kumlar  iş  başındadır.  Bir  az  onları  kə-

nardan izləyirəm. Düşünürəm ki, məh-

kumların islah olunmasında əməyin böyük

rolu vardır. Çünki peşə vərdişinə yiyə-

lənmə məhkumun gələcəkdə cəmiyyətə

uyğunlaşmasında mühüm rol oynayır.  

    Qeyd edək ki, bu günə kimi 64 məh-

kum  kompüter  istifadəçisi,  misgərlik,

ağac üzərində oyma və qazanxana ma-

şinisti  peşələri  üzrə  kurs  keçib.  Azad

edilmiş məhkumlar öyrəndikləri peşələr

üzrə fəaliyyətlərini davam etdirirlər. Məh-

kumlarla  həmsöhbət  oluram.  Onlardan

Mehdi Kərimov deyir:

     –  Naxçıvan  şəhərindənəm.  8  ildir,

azadlıqdan  məhrum  olunmuşam.  Bir

ildən sonra azadlığa buraxılacağam. Ya-

radıcılıq və istehsalat binasında müxtəlif

əl işləri hazırlayıram.

    Söhbətimizi Elmixan Əliyevlə davam

etdirirəm. O, Şərur rayonunun Şəhriyar

kəndindəndir. Cəza müddəti 9 il 9 aydır.

Bunun  2  il  9  ayı  arxada  qalıb.  Digər

məhkum  yoldaşları  kimi,  o  da  etdiyi

əməldən peşmandır. Amma özünə düzgün

yol  seçməyi  qarşısına  məqsəd  qoyub.

Bu düzgün yolun ilk addımını elə yara-

dılan bu istehsalat sahəsində atıb. Burada

əl  işlərinin  hazırlanmasında  məhkum

yoldaşlarına köməklik edir. 

    Culfa rayonunun Dizə kəndindən olan

Arzuman Babayev gəncliyinin ən gözəl

çağında 5 il azadlıqdan məhrum edilib.

O deyir:

    –  Heç  kəsə  arzulamaram  ki,  məh-

kumluq  həyatı  yaşasın.  Azadlıq  qədər

şirin nemət yoxdur həyatda. Bax bu gör-

düyünüz rəsm əsərləri belə, məndən daha

azaddır. Bir neçə gündən sonra bu əsərlər

azadlıqda müxtəlif insanların əlində ola-

caq. Amma mən azadlıqda deyiləm. Mən-

dən  20  kilometr  aralıda  insanlar  azad-

lıqdadır. Amma mən... Törətdiyim cina-

yətə görə çox peşmanam. Sonrakı peş-

mançılıq  fayda  verməz.  İki  il  arxada

qalıb. Bu aylar ərzində həyatın mənasını

daha yaxşı anladım. Burada başımız çox

qarışır. Bu yaradıcılıq və istehsalat binası

mənim həyatımda dönüş yaratdı. Azad-

lıqda bu sənətimi davam etdirəcəyəm. 

    İki uşaq atası Elmar Fətəliyev burada

qazandığı gəliri ailəsinə göndərir:

    – İstərdim ki, ailəmin yanında olum,

qazandığım puldan övladlarıma nələrsə

alıb  onları  sevindirim.  Elədiyim  səhv

ucbatından onlardan uzaq düşdüm. Dü-

şünürdüm  ki,  bəs  ailəmə,  uşaqlarıma

necə  baxacağam?  Bu  istehsal  sahəsi

bizim həm də çörəkpulu qazanmağımıza

şərait yaratdı. Bunun üçün dövlətimizə

minnətdaram. 

    Şahbuz rayonunun Külüs kəndindən

olan,  9  il  azadlıqdan  məhrum  edilən

Elşən Şirinov nərd taxtası üzərinə naxışlar

vurur. Onun dedikləri:

    – Taxtalara vurduğum hər naxış azad-

lığın yanğısıdır. Azadlıq həsrətində ərsəyə

gəlmiş bu əl işləri bizim üçün çox əzizdir.

Burada hərəmiz müxtəlif peşə öyrənirik.

Azad  olunan  şəxslərin  əksəriyyəti  öy-

rəndikləri peşələri davam etdirirlər. Bu

işi azadlıqda davam etdirəcəyəm. Burada

çalışan məhkumların hamısı bu fikirdədir. 

    11 il azadlıqdan məhrum edilən, 1971-ci

il təvəllüdlü Fərhad Rüstəmov 9 ili geridə

qoyub. O, duzla müxtəlif əl işləri hazır-

layır. Əl işlərinə baxanda belə istedadlı

insanı məhkum kimi qarşımızda görmək,

sözün əsl mənasında, təəssüf hissi doğurur.

Ötən ay “Naxçıvanqala” Tarix-Memarlıq

Muzey Kompleksində ümummilli lider

Heydər Əliyevin anadan olmasının 93-cü

ildönümünə həsr olunmuş “Yaradıcı əllər”

festivalında diploma layiq görülüb. 

    Məhkumlarla  söhbətdən  sonra  bina

ilə tanış oluruq. İkimərtəbəli  binada is-

tehsalat  və  tədris  otaqları,  yeməkxana

və nəzarətçi otağı vardır. Naxçıvan Mux-

tar Respublikası Ədliyyə Nazirliyi Pe-

nitensiar  Xidmətinin  Qarışıq  Rejimli

Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə

polkovnik-leytenantı Qəzənfər Mahmud -

ov deyir ki, burada istehsalat prosesi ilə

yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq

və misgərlik, ağac, daş və duz üzərində

oyma,  dərzi,  rəssam,  ayaqqabı  təmiri

və  bərbər  peşələri  üzrə  kurslar  təşkil

olunur. Bunun üçün tədris otaqları təyi-

natına uyğun avadanlıqlarla təmin edilib,

kompüter otağında 8 kompüter dəsti qu-

raşdırılıb,  29  məhkumun  eyni  vaxtda

müxtəlif peşə fəaliyyəti ilə məşğul olması

üçün şərait yaradılıb. Burada açılan ix-

tisaslar muxtar respublika üçün tələbat

olan sahələrdir. Kənd yaşayış məntəqə-

lərində  istifadəyə  verilən  xidmət  mər-

kəzlərində yeni iş yerləri açılıb.  Qarışıq

Rejimli  Cəzaçəkmə  Müəssisəsinin  ya-

radıcılıq və istehsalat sahəsində müxtəlif

peşələri öyrənən məhkumların bir hissəsi

gələcəkdə məhkumluq müddəti başa çat-

dıqdan  sonra  bu  sahələrdə  işlə  təmin

olunacaqlar.

    Burada hazırlanan əl işlərinin muxtar

respublikada keçirilən müxtəlif sərgilərdə

nümayişi və satışı təşkil olunur. Hazırda

Naxçıvan şəhərində məhkumların əl iş-

lərinin satışı mağazası fəaliyyət göstərir.

Göründüyü  kimi,  bu  tədbirlər  muxtar

respublikanın hər bir sakininin nə qədər

qiymətli olduğunun göstəricisidir. İxtisası

və peşəsi olan vətəndaşlar isə ölkəsi və

xalqı  üçün  daha  faydalı  olur.  Bu  gün

Qarışıq  Rejimli  Cəzaçəkmə  Müəssisə-

sinin  yaradıcılıq və istehsalat binasında

müxtəlif səbəblərdən məhkumluq həyatı

yaşayan vətəndaşlarımıza peşələr öyrə-

dilir.  Bütün bunlar isə həmin insanların

cəmiyyətə  qaytarılması  üçün  görülən

tədbirlərdir. Naxçıvan Muxtar Respub-

likası Ali Məclisi Sədrinin dediyi kimi:



“Məhkumlara peşə öyrədilməsi və on-

ların cəmiyyətə sağlam vətəndaş kimi

qaytarılması  qarşıda  duran  əsas  vəzi-

fədir. Ona görə də məhkumluq həyatı

yaşayan vətəndaşlarımıza qayğı ilə ya-

naşılmalı, onların yenidən həyata ha-

zırlanmaları üçün lazımi tədbirlər gö-

rülməlidir...  Məhkumlar  cəmiyyətdən

təcrid  olunmamalı,  azad  olunduqdan

sonra ölkəsi və ailəsi üçün yararlı və-

təndaşa çevrilməlidirlər”. 



Sara ƏZİMOVA

    Qeyd: S – sıra, O – oyun, Q – qələbə, H – heç-heçə,

M – məğlubiyyət, T/F – top fərqi, X – xal.



Ceyhun MƏMMƏDOV

Yekun turnir cədvəli

  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi

futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatına

yekun vurulub.

    Sentyabr  ayı-

nın  sonlarında

start  götürən  və

10    komandanın

ikidövrəli müba-

rizə apardığı çem-

pionatın  qalibi

“Araz-Naxçıvan”

futbol komandası

olub. “Qırmızı-ağlar” mövsümün ilk görüşündə Naxçıvan

Dövlət  Universitetinin  komandasına  uduzsalar  da,  bu,

onların il ərzində ilk və tək məğlubiyyətləri olub.  Keçir-

dikləri 18 oyunun 16-da meydanı 3 xalla tərk edən “Araz-

Naxçıvan” bir görüşdə “sülh”ə imza atıb. “Qırmızı-ağlar”ı

mövsüm ərzində “DİN Darıdağ” futbol komandası izləsə

də,  sonda  həmin  komanda  rəqiblərindən  6  xal  geridə

qalaraq,  mövsümü  ikinci  pillədə  başa  vurub.  Əslində,

“DİN Darıdağ”ın cari ildə çıxışını müsbət qiymətləndirmək

olar. Lakin komandanın hər iki görüşdə liderə məğlubiyyəti

qəbuledilən olsa da, səfərdə gözlənilmədən “Əlincə” ko-

mandası ilə matçda meydanı xalsız tərk etməsi mövsümün

sürprizlərindən biri olub. 

    Mövsümün  ilk  turunda  “Araz-Naxçıvan”ı  məğlub

edən Naxçıvan Dövlət Universitetinin komandası çem-

pionata iddialı başlasa da, sonradan üzləşdiyi məğlubiy-

yətlər  onu  liderlikdən  uzaqlaşdırıb.  Xüsusilə  mövsüm

ərzində keçirilən hər iki görüşdə “DİN Darıdağ” koman-

dasına, gözlənilmədən “Batabat” və “Arpaçay” koman-

dalarına minimal hesablı məğlubiyyətlər tələbələri çem-

pionatın yalnız üçüncüsü edə bilib. 

    Geridə  qalan  mövsümü  “Batabat”  komandası  üçün

uğurlu hesab etmək olar. Üç liderdən geri qalan Şahbuz

futbolçuları əzmkar mübarizələri nəticəsində mövsümü

dördüncü pillədə başa vurublar. “Batabat” komandasında

nəzərəçarpan məqam isə onların səfər matçlarında daha

çox xal qazanmaları olub. Eyni zamanda Şahbuz təmsilçisi

mövsümü heç-heçə etmədən başa vuran iki komandadan

(“Kəngərli” ilə birgə) biridir. 

    Hər il olduğu kimi, geridə qoyduğumuz bu mövsümdə

də  turnir  cədvəlinin  son  2  pilləsində  “Kəngərli”  və

“Sədərək” komandaları “qərarlaşıblar”. Kəngərli təmsil-

çisinin  mövsüm  ərzində  yaddaqalan  qələbəsi  “Babək”

komandası  üzərində  olub.  Sədərəklilər  isə  “Əlincə”ni

məğlub ediblər.

    Bu məğlubiyyətlərə baxmayaraq, mövsümün ən çox

feyr-pley qaydalarına riayət edən komandası məhz “Sə-

dərək”  olub.  Onlar  il  ərzində  cəmi  6  sarı,  1  qırmızı

vərəqə ilə cəzalandırılıblar. Onları bu siyahıda 8 sarı, 3

qırmızı vərəqə ilə “Batabat” komandası izləyir. Mövsüm

ərzində hakimlərin ən çox qəzəbinə tuş gələn komanda

isə  “Araz-Naxçıvan”  olub.  Hakimlər  “qırmızı-ağlar”ın

futbolçularına 18 oyun ərzində 21 sarı, 2 qırmızı vərəqə

göstəriblər. Düzdür, bu baxımdan NDU və “Babək” ko-

mandalarını da “fərqləndirmək” olar. Referilər mövsüm

ərzində müvafiq olaraq ən çox qırmızı vərəqələri bu ko-

mandaların futbolçularına göstəriblər – 4 və 5. 

    Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının

2015-2016-cı il mövsümünün ən məhsuldar futbolçusu

adını  “DİN  Darıdağ”  komandasının  hücumçusu  Mahir

Babayev qazanıb. O, mövsüm ərzində rəqib qapılarından

15  top  keçirib.  İkinci  və  üçüncü  pillələrdə  isə  “Araz-

Naxçıvan”ın hücumçuları – Tağı Seyidov və Samir Kə-

rimov qərarlaşıblar. Onların hər ikisi 12 qol vurub.



B

u dəfə yolumuz Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Pe-

nitensiar  Xidmətinin  Qarışıq  Rejimli  Cəzaçəkmə  Müəssisəsinədir.

Getdiyim  bu  yol  arzuolunan  yol  deyil.  Heç  kim  istəməz  bu  ünvana  yolu

düşsün. Amma həyatda elə hadisələr baş verir ki, özün, qohumun, ailəndəki

ən yaxının həyatının bir hissəsini dəmir barmaqlıqlar arasında keçirir. Bəs

niyə? Bu sualın cavabı saysız-hesabsızdır. Ən son nəticədə cinayət törənibsə,

bunun  cəzası  da  olmalıdır.  Yüngül  və  ya  ağır.  Dəmir  barmaqlıqlar  səni

gözləyir. Və bundan sonrakı həyat. 

S Komandalar

O

Q

H

M

T/F

X

1. Araz-Naxçıvan

18

16

1



1

60-10 49


2. DİN Darıdağ

18

14



1

3

61-23 43



3. NDU

18

13



1

4

36-18 40



4. Batabat

18

12



0

6

41-36 33



5. Arpaçay

18

10



1

7

36-31 32



6. Əlincə

18

6



1

11 25-37 19

7. Babək

18

4



4

10 25-43 16

8. Dübəndi

18

5



1

12 26-48 16

9. Kəngərli

18

4



0

14 25-50 14

10. Sədərək

18

1



1

16 12-51


4

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin