Natiqlik sənətinin tarixi



Yüklə 153,66 Kb.
səhifə4/5
tarix06.04.2023
ölçüsü153,66 Kb.
#94230
1   2   3   4   5
natiqlik sənəti

Romada natiqlik sənəti

Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün doğmatik deyil, günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni Mark (b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar.

  • Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün doğmatik deyil, günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni Mark (b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar.

Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi1 . Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, onun konkret məsələləri, bu sənətin fəlsəfəyə münasibəti və s. kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri, mülahizələri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir.

  • Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi1 . Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, onun konkret məsələləri, bu sənətin fəlsəfəyə münasibəti və s. kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri, mülahizələri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, ... kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron nitqinin süjet xətti, ifadə tərzi və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir.

Yüklə 153,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin