Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər


Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin göstərilməsinin ümumi şərtləri



Yüklə 62 Kb.
səhifə4/6
tarix26.12.2016
ölçüsü62 Kb.
#3625
1   2   3   4   5   6
2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin göstərilməsinin ümumi şərtləri
2.1. Cinayət törətmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər.

2.2. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqi aşağıdakı şərtlər əsasında həyata keçirilir:

2.2.1. məcburi müalicə yalnız narkomanlıq xəstəliyinə düçar olmuş xəstə hesab edilən şəxsə tətbiq edilə bilər;

2.2.2. məcburi müalicə yalnız məhkəmənin qərarı əsasında tətbiq edilə bilər;

2.2.3. məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicəyə müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır;

2.2.4. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir;

2.2.5. məcburi müalicənin tətbiqi zamanı ailə üzvlərinin məsələyə münasibəti öyrənilməlidir;

2.2.6. məcburi müalicənin tətbiqi zamanı narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalıdır;

2.2.7. məcburi müalicə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir;

2.2.8. narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji- tibb müəssisələrində icazə verilir;

2.2.9. məcburi müalicənin tətbiqinə yalnız həkim-məsləhət komissiyasının rəyi əsasında narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində onlardan psixi və (və ya) fiziki asılılıq vəziyyətinə düşən, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkolojitibb müəssisəsi tərəfindən “narkomanlıq” diaqnozu təyin edilmiş şəxs üzərində yol verilir;

2.2.10. məcburi müalicənin tətbiqi zamanı narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin cəmiyyətdən təcrid olunması istisna edilməli, onun ailə üzvləri, qohumları, yaxın adamları ilə ünsiyyətinə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, maneçilik törədilməməlidir.

2.3. Bu Qaydalara müvafiq tətbiq edilən məcburi müalicə cəza xarakteri daşımır və yalnız narkomanlıq xəstəliyinə düçar olmuş şəxsin səhhətinin yaxşılaşmasına, həmin xəstəliyin doğurduğu digər fəsadların qarşısının alınmasına, narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin normal həyat tərzinə qaytarılmasına və onların ətrafındakı şəxslərin hüquqlarının qorunmasına, habelə digər şəxslərin hüquqlarının pozulması hallarına yol verilməməsinə yönəldilir.

2.4. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə məcburi müalicə tətbiq edilməsinə dair məhkəmənin qərarı həkim-məsləhət komissiyasının tibbi yoxlama rəyi əsasında çıxarılır.

2.5. Narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə məcburi müalicə altı aydan iki ilədək müddətə tətbiq edilir.



Yüklə 62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin