Нахчыван Мухтар Республикасы Бястякарлар



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə12/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   8   9   10   11   12   13   14   15   ...   60
Bəstəkar Məmməd Məmmədov 
 
Bəstəkar  Məmməd  Məmmədov  da  Naxçıvan  musiqi  həya-
tında  mühüm  rol  oynamış  bir  musiqiçidir.  Onun  fəaliyyəti  əsasən 
uşaq  və  gənclər  yaradıcıdığı  ilə  bağlı  olmuşdur.  O,  uzun  illər 
Naxçıvanda  kütləvi  musiqi  tədbirlərinin  keçirilməsində  yaxından 
iştirak  etmişdir.  Onun  yüksək  təşkilatçılıq  qabiliyyəti  nəticəsində 
böyük həvəslə bir sıra uşaq müəssisələrində iş aparmış, Naxçıvanda 
truba  və  akkardeon  siniflərinin  açılmasının,  vokal  ansamblarının, 
xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olmuşdur. 
Məmməd Məmmədovun yaradıcılıq irsi çox zəngindir. Bəstə-
karın istər iri həcmli əsərləri, istərsə də kiçik pyesləri melodik dili, 
harmoniyası ilə fərqlənir. Bu əsərləri dinləyən və təhlil edən hər bir 
musiqişünas  Məmməd  Məmmədovun  özünəməxsus  yaradıcılıq 
üsluba  malik  olmasını  hiss  edə  bilər.  Onun  tamaşalara  yazdığı 


 
41 
musiqi  dərin,  psixoloji  və  fəlsəfi  məzmunu,  süitaları    forma 
zənginliyi,  kamera  instrumental  əsərlərini,  mahnı  və  romansları 
melodikliyi və ritmik xüsussiyyəti ilə diqqəti cəlb edir.
1
 
O,  Cəlil  Məmmədqluzadə  adına  Naxzçıvan  Dövlət  Musiqili 
Dram  Teatrının  kollektivi  ilə  gənc  yaşlarından  başlayaraq  daim 
yaradıcılıq əlaqəsi saxlamışdır. Bu teatr üçün 30-dan artıq müxtəlif 
janrlarda  yazılmış  tamaşalara  musiqi  bəstələmişdir.  Bəstəkar  uzun 
müddət teatrın musiqi hissə rəhbəri vəzifəsində işləmişdir. O, Mirzə 
Fətəli  Axundovun  «Lənkaran  xanının  vəziri»,  Hüseyn  Cavidin 
«Səyavuş»,  Bəxtiyar  Vahabzadənin  «Ədalət»,  Lope  de  Veqanın 
«Sevilya  ulduzu»,  Andrey  Qlobanın  «Dağılmış  piyalə», 
K.Qoldoninin  «Mehmanxana  sahibəsi»,  Hüseyn  Razinin  «Arxalı 
dağlar», Əliyar Yusiflinin «Vicdan əzabı», Əşrəf Qəmbərovun «İlan 
yuvasında  fırtına»,  Həmid  Arzulunun  «İnam»  və  digər  pyeslərə 
musiqi  bəstələmişdir.  Bu  tamaşaların  musiqiləri  sonralar  konsert 
salonlarında  ifa  edilərək,  dinləyicilərin    böyük  rəğbətini 
qazanmışdır. 
Bəstəkarın  yazdığı  bir  çox  mahnılar,  o  cümlədən  Hüseyn 
Razinin sözlərinə «Gənclik mahnısı», Müzəffər Nəsirlinin sözlərinə 
«Dostluq  mahnısı»,  «Azərbaycanım»,  «Ana  vətən»,  Kəmalə 
Ağayevanın  sözlərinə  «Olaydım  mən»,  «Nəğmə  çalır  ürəyim» 
mahnıları 1980-ci ildə nəşr olunmuş «Naxçıvan təranələri» adlı not 
məcmüəsinə daxil edilmişdir. 
Məmməd Məmmədov kamera-instrumental musiqinin bir çox 
janrlarında  da  əsərlər  yaratmışdır.  Nəfəsli  alətlər  orkestri  üçün 
marşlar,  pyeslər,  fortepiano  üçün  «Kiçik  prelüdiyalar»,  klarnet  və 
fortepiano üçün «Miniatürlər», «Qaytağı», truba və fortepiano üçün 
                                      
1
 Nazim Quliyev «Bəstəkar Məmməd Məmmədov». Bakı, 1998, s. 21 


 
42 
«Lirik  rəqs»,  «Vals»,  xor  üçün  əsərlər,  səs  və  fortepiano  üçün 
mahnı romanslar buna parlaq misal ola bilər. 
Məmməd  Məmmədov  musiqi  mədəniyyətimizi  mətbuat 
səhifələrində, radio  və televiziya vasitələri ilə daima işıqlandırmış, 
məqalələri,  çıxışları  ilə  həmişə  musiqiçilərimizi  yaradıcılıqla 
məşğul olmağa çağırmışdır. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin