N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə148/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   148
İnşaat Materialları (e-book az)

Gərginləşən sement.  Müəyyən nisbətdə götürülmüş portland-
sementdən  (60

65  %),  alüminat  sementindən  (13

20  %)  və  gipsdən 
(6

12%) ibarət olan hidravlik yapışdırıcı maddəyə gərginləşən sement 
deyilir.  
Məlumdur  ki,  qabaqcadan  gərginləşdirilmiş  dəmir-beton  kon-
struksiyalarında  armaturu  mexaniki  və  elektrotermik  üsulla  gər-
ginləşdirirlər.  Bəzi  hallarda  elementdəki  armaturu  iki  və  üç  istiqa-
mətdə  gərginləşdirmək  lazım  gəlir.  Bu  halda  mexaniki  və  elektro-
termik  üsulun  tətbiq  edilməsi  böyük  texniki  çətinliklərlə  əlaqədardır, 
ona görə də bu kimi hallarda belə sementin tətbiq edilməsi çox effektli 
olur.  
Gərginləşən  sementin  tutmasının  başlanğıcı  2

5  dəqiqə, 
tutmasının  sonu  isə  4

7  dəqiqədir.  Xüsusi  səthi  4500  sm
2
/q-a  qədər 
olmalıdır. 
Gərginləşən  sement  xüsusilə,  hidrotermal  emal  şəraitində 
intensiv  genişlənmə  xassəsinə  malik  olduğundan,  onun  əsasında  ha-
zırlanmış  dəmir-beton  konstruksiyalardakı  armatur  milləri  bu  ge-
nişləndirici qüvvələrin təsirinə məruz qalaraq dartılır, yəni gərginləşir. 
Bu sementin adı da məhz onun bu xassəsinə əsaslanır.  
Gərginləşən  sementin  1  gündən  sonra  sıxılmada  möhkəmlik 
həddi  10

12  MPa,  28  gündən  sonra  isə  40

50  MPa-dır.  28  gündən 
sonra nisbi xətti genişlənmə 2,5 %-dən çox olmamalıdır. Onun xassə-
ləri  bir  sıra  amillərdən,  xüsusən  gipsin  və  gərginləşdirici  əlavələrin 


 
 
 
 
143 
143 
miqdarından,  portlandsement  və  alüminat  klinkerlərinin  mineral 
tərkibindən asılıdır.      
 
 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin