Nişasta üzərində adsorbsiya olunub onu tünd göy rəngə boyanır.
Yod xalq təsərrüfatının, kimya,metallurgiya və digər sahələrində geniş tətbiq edilir, bu səbəbdən ona olan tələbat günü-gündən artır. Bu tələbata yod istehsalının yeni, mükəmməl texnologiyalarının işlənməsi və tətbiqi yolu ilə cavab vermək olar. Belə üsullardan biri hazır məhsul buraxan müxtəlif aparatlar tətbiq etməyə imkan verən ionit üsulu ilə yod istehsalıdır.
İondəyişən qətranlar vasitəsilə duz məhlullarından yodun alınması aşağıdakı mərhələlərdən ibarətdir:
Duz məhlullarının mexaniki qarışıqlardan təmizlənməsi;
Məhlulun təbii qələvililiyinin neytrallaşdırılması və onun turşulaşdırılması;
Yodidin xlor vasitəsilə elementar yoda qədər oksidləşdirilməsi;
Yodun qətranla udulması;
Qətrandan yodun desorbsiyası və konsnetradan elementar yodun ayrılması.
Məhlulun qələvililiyinin neytrallaşdırılması və turşulaşdırılması, yodun hidrolizi nəticəsində yod itkisinin qarşısını almaq üçündür. Turşulaşdırma aparılmadan da işləmək olar. Lakin bu vaxt yodun ayrılması azalır
Təbii duz məhlullarından yodun alınması üçün bir çox zavodlarda AB-17 və AMP ionitlərindən istifadə edilir. İonitin dövr etdirilən layında yodun udulması daha səmərəlidir. Udulmuş yodun anionitdən desorbsiyasını müxtəlif reagentlər vasitəsilə həyata keçirmək olar. Bu məqsədlə natrium sulfit, natrium hidroksid və natrium xloriddən istifadə etmək olar
Neft sularından əmələ gələn göllərdə kifayət qədər yod olur. Buruq suyu turşulaşdırılır. Əsas:
2NaJ + H2SO4 = Na2SO4 + 2 HJ
Ca (HCO3)2 + H2SO4 = CaSO4 + 2CO2 +2 H2O
2RCOONa + H2SO4 = Na2SO4 + 2RCOOH
( Ca, Na2 )S + H2SO4 = (Ca,Na2)SO4 + H2S
Turşulaşmış suyun üzərinə oksidləşdirici kimi 10-15%-li NaNO2 məhlulu əlavə edilir.
2HJ + H2SO4 + 2 NaNO2 = Na2SO4 + 2H2O + 2NO +J2
Oksidləşdirici kimi həmçinin Cl-dan, hipoxloritdən, yodatdan və yaxud da dəmir xloriddən də istifadə edirlər. Oksidləşmə zaman aşağıdakı reaksiya gedir.
Xlorla: 2HJ+Cl2↔2HCl+J2
Hipoxloridlə:2HJ+HClO↔HCl+H2O+ J2
Dəmir xloridlə: 2HJ+2FeCl3= J2 +2HCl+2FeCl2
3J2 + 3H2O ↔ 6H+ + 5J + 7O3
Yod dənəvərlənmiş aktiv kömürlə adsorbsiya olunur- süzülür. Aktivləşmiş kömür münasib ağac növlərindən ( 80-1000C ) əldə edilərək hava ilə və ya kimyəvi reagentlərlə üfürərək aktivləşdirilir. Sonrakı mərhələ yodun kömürdən desorbsiya olunması üçün doymuş kömür müəyyən temperatura qədər qıızdırılır, qələvi muhitdən istifadə edilir, yodid və yodat əmələ gəlir. Qələvi kimi 10-15%-li NaOH-dan istifadə edilir. Sonra yodun kömürdən desorbsiya olması üçün yod doymuş kömürlı birgə müəyyən temperatura qədər qıızdırılır, bu zaman qələvi muhitdən yodun desorbsiyası baş verir. Qələvi ilə yuma zamanı eyni zamanda yodatın kömürlə reduksiyası prosesi də gedir.
3J2 + 6NaOH ↔ 5NaJ +NaJO3 + 3H2O
J2+Na2SO3+H2O=2NaJ+H2SO4
J2+Na2SO3+2NaOH=2NaJ +Na2SO4+H2O
2NaJO3 +3C =NaJ + 3CO2
Qələvi məhluldan yodun ayrılması üçün müxtəlif oksidləşdirircilərdən istifadə edilir. Yod kristallarının qələvi məhlulundan ayrılması, kristallaşması baş verir