Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə29/39
tarix18.07.2022
ölçüsü164,8 Kb.
#62812
1   ...   25   26   27   28   29   30   31   32   ...   39
Mustafayev-Elvin

1. Strategiyaya yönümlülük. Bu prinsip biznesin əsas elementlərinin müəyyənləşdirilməsinin və planlaşdırılmasının həyata keçirilməsinə strateci yanaşmanı, bu zaman ən effektiv metodlardan istifadə edilməsini nəzərdə tutur.
2. Dəyişən xarici mühitə uyğunlaşmaq və ona təsir etmək. Müəssisənin biznes fəaliyyəti çoxlu sayda xarici mühit amillərinin təsirinə məruz qalır. Bəzən bu amillər biznes fəaliyyətinin nəticələrinə olduqca ciddi təsir göstərirlər. Odur ki, müəssisə rəhbərliyi öz fəaliyyət proqramlarını daimə dəyişən xarici mühitə uycunlaşdırmağa çalışır, müvafiq tədbirlər həyata keçirməklə bu mühitə az da olsa təsir göstərməyə cəhd göstərir.
3. Təşkilati imperativlik. Bu prinsip müəssisədə idarəetmənin müxtəlif pillələrində aşağıdan yuxarıya tabeçilik prinsipini nəzərdə tutur.
4. İşçi heyəti əsas resursdur. Hər bir müəssisədə biznes fəaliyyətinin həyata keçirilməsində, qarşıya qoyulan məqsədə nail olunmasında işçi heyəti olduqca mühüm rol oynayır. Çünki proqramlarının yüksək keyfiyyətlə hazırlanması, tərtib edilməsi müəssisənin biznes fəaliyyəti üçün nə dərəcədə əhəmiyyətlidirsə, onların daha səmərəli, yüksək effektlə həyata keçirilməsi də bir o qədər vacibdir. Proqramların icra səviyyəsi isə hər bir fərdi icraçıdan, işçi heyətindən çox asılıdır.
5. İşlərin operativ qruplaşması, geniş və soxaspektli ixtisaslaşma. Müəssisədə həyata keçirilən işlər sahələr üzrə qruplaşdırılır və o müəssisə bazarda daha güclü mövqeyə malik olur ki, onun biznes fəaliyyəti geniş, çox cəhətli ixtisaslaşma əsasında qurulur.
6. Müəssisədaxili nəzarət, daxili intizam. Müəssisədə hər bir işçinin fəaliyyəti daxili intizam, qayda və normalar çərçivəsində həyata keçirilir. Bu qaydalar ümumilikdə müəssisə mədəniyyəti də adlanır. Eyni zamanda fəaliyyət proqramlarının yerinə yetirilmə səviyyəsini müəyyənləşdirmək məqsədilə müxtəlif səviyyəli müəssisədaxili nəzarət həyata keçirilir.
7. Çevik təşkilati struktur, üfiqi əlaqələrin inkişafı. Bu prinsip müəssisədə elə təşkilati strukturun yaradılmasını tələb edir ki, o çevik və operativ idarəetməni həyata keçirməyə imkan versin.
8. Demokratik idarəetmə stili. Müəssisələrdə biznesin idarəetmə mexanizmi demokratik prinsiplərə əsaslanır. Ən aşağı səviyyədə yerləşən işçidən tutmuş ali rəhbərliyədək bütün işçilərin fəaliyyəti demokratik prinsiplər əsasında qurulduqda biznesin qarşısında qoyulan məqsədlərə daha yüksək səmərə ilə nail olmaq mümkündür.
9. Əməkdaşlıq, kollegiyalılıq. Müəssisə kollektivinin hər bir üzvü qarşılıqlı əlaqə və anlaşma şəraitində fəaliyyət göstərməli, ali rəhbərliyin qəbul etdiyi qərarlar isə kollegiyalılıq prinsipinə əsaslanmalıdır.
10. İşin nəticələrində kollektivin rolunun yüksək olması. Müəssisənin biznes fəaliyyətinin daha effektli həyata keçirilməsi müəssisə kollektivinin bilik və bacarığından, tapşırıqları yüksək səviyyədə yerinə yetirə bilmək qabiliyyətindən asılıdır. Bütövlükdə kollektivin və onun hər bir üzvünün icra səviyyəsindən asılı olaraq proqramların yerinə yetirilməsi təmin edilir.
11. Təşkilatın mənafeyi ilə yanaşı həm də cəmiyyətin mənafeyi baxımından fəaliyyət göstərmək. Hər bir müəssisə məhsul istehsalı və satışını həyata keçirərkən sosial etik normalara və qaydalara, dövlət və beynəlxalq standartların tələblərinə uyğun olaraq hərəkət etməlidir. Bu zaman sosial-etik marketinq konsepsiyasının tələbləri nəzərə alınmalıdır.
12. İnnovasiyaya yönümlülük və bununla əlaqədar risklərə meyillilik. Müasir dövrdə texniki tərəqqinin durmadan inkişafı, texnoloci proseslərin daima dəyişməsi, yeni-yeni bazarların meydana gəlməsi və mövcud bazarlarda rəqabət mübarizəsinin kəskinləşməsi müəssisələrdə innovasiyalara maraq, risklərə isə meyllilik yaradır.
Müasir idarəetmə konsepsiyası daima baş verən dəyişikliklərə, qeyri-müəyyən ətraf mühitə, fasiləsiz texnoloci yeniliklərə reaksiyadır. İdarəetməyə müasir yanaşma insan amilinin və təşkilati dəyişikliklərin balanslaşdırılmış uyğunlaşması və dəyişən xarici mühitə adaptasiyadır. Müəssisədə biznesin idarə edilməsinin metodoloci əsasları araşdırılarkən bazar sistemlərinə diqqət yetirilməsi olduqca vacibdir. Bu sistemlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır və onlar biznesin idarə edilməsi strategiyasının formalaşmasında mühüm rol oynayırlar. Bazar sistemləri tələbatın müəyyən növ məhsullar, ərazilər və xidmətlər üzrə formalaşmasını və həmin istiqamətlərdə alıcı və satıcıların məcmusunu xarakterizə edir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi marketinqin idarə edilməsi prosesi həm biznes fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəzarətin həyata keçirilməsini özündə birləşdirir, bütün məhsulları, ideyaları, xidmətləri və deməli bütün bazarları əhatə edir, həm də mübadilə prosesinə əsaslanaraq mübadilədə iştirak edən bütün tərəflərin tələbatının ödənilməsinə xidmət göstərir. Biznesin idarə edilməsində marketinq konsepsiyasından istifadə eyni zamanda biznes fəaliyyətinin intensivləşdirilməsi və səmərəli təşkilinin fəlsəfi, vasitəsi kimi, bazarda dayanıqlı rəqabət üstünlüyü əldə etməyə imkan verən fəaliyyət kimi izah edilir.(11-54)



Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin