İmtahanbir sıratələblərəcavabverməlidir: İmtahanda insanpərvərlik əhval-ruhiyyəsi hökm sürməlidir.
İmtahan obyektiv aparılmalıdır; yazılan qiymət verilən cavaba tam uyğun gəlməlidir.
İmtahan nəinki yoxlayıcı və qiymətləndirici, həm də öyrədici səciyyə daşımalıdır: tələbənin bilmədiyi və ya lazımi
səviyyədə bilmədiyi məsələni müəllim, ehtiyac olarsa, imtahandan sonra aydınlaşdırmalıdır.
Bilik və bacarığa yazdığı qiyməti müəllimin qısa da olsa səciyyələndirməsi məsləhətdir.
İmtahan aşkarlıq şəraitində keçirilməlidir: şifahi imtahana gələnlərin mümkün qədər hamısı verilən cavabları, yazılan qiymətləri, onların qısa səciyyələndərilməsini eşitmələri məqsədəuyğun hesab edilir.
Tədris planı üzrə auditoriyadankənar digər işlər haqqında kurs işi, diplom işi, istehsalat və pedaqoji praktika, elmi- texniki yaradıcılıq və s. barədə bu dərsliyin sonrakı hissələrində danışılır.