MüNDƏRİcat giriş



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#40861
1   ...   26   27   28   29   30   31   32   33   ...   39
fsan-

Müsbət tərəfləri 
Mənfi tərəfləri 
1.  Dünya ticarət həcmini artırırlar. 
1.  Rəqabət  və  sərbəst  inkişafı  azaldan 
oliqopolistik   
2. 
İqtisadi  yeniliklərə  yol  açan 
araşdırmaları vardır. 
2. Ev sahibi ölkə üçün daxili sərmayəni 
artırır  (yerli  sənayeni  investisiya 
sərmayəsindən  məhrum edir). 
3.  İşçilərin  təhsil  səviyyəsini  inkişaf  
etdirir. 
3. İnfilyasiyaya səbəb olacaq kartellərin 
yaranmasına səbəb olur. 
4. Gəlir və rifah yaradırlar. 
4.  Az  inkişaf  etmiş  ölkələrə  uyğun 
olmayan texnoloji ixrac edirlər. 
5.  Az  inkişaf  etmiş  ölkələrə  inkişaf 
etmiş texnologiyanı gətirirlər. 
5.  Borclu  yaradır  və  zəif  olanı  borc 
verəndən asılı hala gətirir. 
 
Xarici kapitalı olan müəssisənin bu formalarda fəaliyyəti mövcuddur: 
  filial - bu elə müəssisədir ki, qeyri-rezident olan investora təmamilə 
məxsus olsun. 
  qız  kompaniya  -  burada  isə  qeyri-rezident  50%-dən  çox  kapitalı 
özündə cəmləşdirir. 
                                                           
87
 Deniz Ülke Arıboğan, Globalleşme Senaryosunun Aktörleri, İstanbul: Der Yayın Evi,1997,səh.175 


77 
 
  assosasiya  edilmiş  kompaniya  -  burada  isə  investorun  sahib  olduğu 
pay 100%-dən 50% arasında tərəddüd edir. 
Bildiyimiz kimi, transmilli korporasiyaların fəaliyyətinin  əsasında istehsal 
prosesinin  təşkili  zamanı  ölkələr  arasındakı  bütün  fərqlərin  istifadəsi  durur. 
Transmilli korporasiyalar da istehsal prosesinin bir hissəsini o ölkə və regionlara 
keçirmək  istəyirlər  ki,  həmin  ölkələrdə  və  regionlarda  bu  proseslərin  həyata 
keçirilməsi  üçün  lokal  üstünlüklər  mövcud  olsun.  Məsələn,  vergi  güzəştlərinin 
mövcud  olduğu  ərazilərdə  transmilli  korporasiyalar  maliyyə  və  idarəetmə 
bölmələrini  yerləşdirməkdə  maraqlı  olurlar.  Geniş  həcmli  daxili  bazarlara  malik 
ölkələrdə  isə  ticarət,  satış  və  marketinq  fəaliyyəti  ilə  məşğul  olan  bölmələr 
yaradılır. İşçi qüvvəsinin ucuz başa gəldiyi ölkələrdə isə istehsal müəssisələrinin 
qurulması daha məqsədəuyğun hesab edilir. 
Lakin dünya iqtisadiyyatının qloballaşması dünya ölkələri arasında olan bu 
fərqliliklərə  təsir  edir  və  bu  ölkələr  arasındakı  fərqlər  müntəzəm  şəkildə  aradan 
qaldırılmaqdadır.  Hər  bir  ölkədə  eyni  şərait  mövcud  olduğu  halda  isə  transmilli 
korporasiyalar  demək  olar  ki,  fəaliyyət  göstərdikləri  ölkələrin  fərqinə  varmır. 
Lakin  dünya  iqtisadiyyatının  qloballaşmasının  nəticələrindən  asılı  olan  fərqlərlə 
yanaşı,  ölkələr  arasında  elə  fərqlər  mövcuddur  ki,  bu  fərqlərə  qloballaşmanın 
nəticələrinin  təsiri  qısa  bir  zaman  ərzində  baş  vermir.  Bu  fərqlər  ölkələr 
arasındakı  iqlim  fərqləridir.  Məhz  təbiətin  verdiyi  iqlim  dəyişikliyə  uğramayıb 
olduğu  kimi  qalır.  Məsələn,  faydalı  qazıntıların  çıxarılması  və  ilkin  emalı  elə 
ərazilərdə  yerləşdirilir  ki,  bu  ərazilər  həmin  təbii  resursların  yerləşdiyi  əraziyə 
daha  yaxın  olsun.  Yığıma  əsaslanan  istehsal  isə  firmalara  yaxın  və  nəqliyyat 
xərclərinin minimum olduğu yerlərdə yerləşdirilir. 
Yeni  informasiya  texnologiyalarının  meydana  gəlməsi  isə  transmilli 
korporasiyaların  strategiyasını  və  eləcə  də  təşkil  olunması  köklü  şəkildə 
dəyişməkdədir. 
Transmilli  korporasiyaların  istehsal  bölmələri  getdikcə 
genişlənəcək  və  ucuz  həm  də  ixtisaslaşmış  işçi  qüvvəsinin  olduğu  ölkələrə 
hərəkət  edəcəkdir.  Həmçinin  transmilli  korporasiyaların  digər  hissələrində  də 


78 
 
köklü  olaraq  dəyişikliklər  baş  verdiyinin  şahidi  oluruq.  Bunlardan  biri  də  elmi 
tədqiqat,  təcrübə  konstruktor  işləridir.  Belə  ki,  transmilli  korporasiyaların  elmi 
tədqiqatlar  ilə  bağlı  olan  bölmələri  müxtəlif  ölkələrdə  yerləşəcəklər.  Son  illərdə 
TMK-ların  yayılması  nəticəsində  bu  şirkətlərin  idarəçiliyinə  xüsusilə  çox  yaxşı 
təhsil almış, təcrübəli ödənişlə çalışan profisionallar gətirilməkdədir.
88
Bu şəxslər 
“qlobal idarəçilər” (global manager) adlandırılır.TMK-lar 4 fərqli idarəçi seçimi 
edə bilərlər:
89
 
1.  Ana ölkədən; 
2.  Ev sahibi ölkədən; 
3.  Üçüncü ölkədən; 
4.  Yuxarıdakı seçimlərdən ən az ikisinin birlikdə tərcih olunması. 
Amerikan  TMK-ları  üzərində  aparılan  araşdırmalara  görə  çox  şirkətin 
işçiləri  ev  sahibi  ölkənin  vətəndaşlarından  ibarətdir.  Bunun  səbəbləri 
aşağıdakılardır:
90
 
  Xaricə bir amerikalı və ailəsini göndərmək ailə başına 30 min dollara 
başa gəlir.  
  Amerikalılar  üçün  yaşayış  təzminatları  xeyli  yüksəkdir.  (Məsələn, 
Sinqapurda  bir  çox  Amerikan  şirkəti  amerikalı  işçilərə  ayda  500 
dollar , bəzən daha çox əlavə maaş verirlər) 
  Az inkişaf etmiş ölkədə 20 min dollardan az ödənişlə işə götürmək 
üçün  könüllü  və  təcrübəli  Amerikan  idarəçilərin  tapılmasında 
yaranan  çətinlik.  (Xarici  şöbələrin  bu  məbləği  ödəmək  üçün  bəzən 
heç gücü də çatmır.) 
TMK-lar strateji planlaşdırma apararkən aşağıdakıları nəzərə almalıdırlar:
91
 
1.  Fürsətləri  və  təhdidləri  nəzərə  alaraq  beynəlxalq  xarici  mühiti  analiz 
etmək; 
                                                           
88
 
Deniz, Nevin; Global Eğitim, Türkmen Kitabevi, İstanbul 1999, s. 92 
89
 Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers, New York 
1974., s. 190.
 
90
 Phatak, Arvind V.; a.g.e., s. 192 
91
 
http://www.ozyazilim.com/ozgur/marmara/uluslararasi/stratejikplan.htm , (15 Temmuz 2009)
 


79 
 
2.  İdarəetmənin  zəif  və  güclü  olduğu  sahələrin  analizi  üçün  daxili 
mənbələrin analizi; 
3.  Xarici  və  daxili  mühitin  analizlərinin  uyğunlaşdırılması  vasitəsilə 
məqsədlərin formalaşdırılması. 
Gələcəkdə ortaya çıxacaq şərtlərə uyğun idarəçilik strategiyasının üzərində 
duran  Peter  F.Drucker  “Gələcək  üçün  İdarəçilik  düşüncəsi  və  TMK-lar” 
startegiyasını irəli sürmüşdür. Druckerin TMK-larla bağlı praqnozları bunlardır:
92
 
  Dövlət və hökumətlər uğur mərkəzi olmaqdan çıxacaqlar. 
  İqtisadiyyat beynəlxalq mövqe qazanacaq; bazarlar qloballaşdığı bir 
vaxtda TMK-lar birləşəcək və bütün dünyaya yayılmağa çalışacaq. 
  Beynəlxalq  ticarət  əvəzinə  dünya  investisiya  yatırımları  amili  önə 
çıxacaq,  ixracata  əsaslanan  strategiyalar  əvəzinə  uyğun  ölkələrə 
sərmayə ayırmaq  ön plana keçəcək. 
  Sənaye  sektorundan  daha  çox  xidmət  sektorundakı  TMK-lar 
qloballaşacaq. 
  Ucuz  işçi  qüvvəsi  istifadə  etmək  və  xammal  qaynaqlarına  sahib 
olmaq rəqabətdəki üstünlük səbəbi olmaqdan çıxacaqlar. 
  Pulun  və  elmin  vətəni  qalmayacaq;  elm  və  maliyyə  mərkəzi  olan 
ölkələr  və  təşkilatlar  bu  xüsusiyyətləri  ilə  üstünlük  qazanacaq. 
Üstünlük öyrənən cəmiyyətlərin və öyrənən təşkilatların olacaq. 
  İqtisadi  tənəzzüldən  qurtulmağın  yolu  elm  və  xidmət  sahələrinin 
məhsuldarlığının artırılması olacaq. 
  Mənfəət məqsədi olmayan TMk-lar yeni cəmiyyətdə daha təsirli rol 
oynayacaq. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin