MünaqiŞƏLƏr və BÖhranli idarəetməDƏ ƏMƏkdaşliq mövzunun planı


§12.5. Böhranlı idarəetmədə əməkdaşlığın əhəmiyyəti və rolu



Yüklə 38,23 Kb.
səhifə5/6
tarix09.06.2023
ölçüsü38,23 Kb.
#127728
1   2   3   4   5   6
12. Münaqişələr və böhranlı idarəetmədə əməkdaşlıq

§12.5. Böhranlı idarəetmədə əməkdaşlığın əhəmiyyəti və rolu


Əksər təsərrüfat müəssisələri çoxlu sayda texniki, texnoloji, informasiya və sosial münasibətlərin qarşılıqlı əlaqədə olduğu, mürəkkəb sosial-texniki sistem olmaqla, hər zaman tənzimlənməyə ehtiyac duyurlar. Bu qarşılıqlı münasibətləri müəssisənin əməkdaşları təmin edirlər. Odur ki, antiböhranlı idarəetmə zamanı onların birgə fəaliyyətinin səmərəli təşkili çox vacibdir.
Müəyyən ümumi məqsədlərə çatmaq üçün düşünülmüş surətdə birlikdə işləyən insan qrupu müəssisənin (təşkilat) əsasını təşkil edir. Odur ki, müəssisə fəaliyyətinin əsası birgə məqsədlərin qoyulması və işçilərin birgə fəaliyyətindən formalaşır. Əməkdaşlığın təşkili üçün həm əməyin və istehsal amillərinin təşkilinə, həm də lazımı sosial-psixoloji mühitin, təşkilatı mədəniyyətin və bir məqsədlər üçün çalışa bilən kollektivin yaradılmasına nail olunmalıdır.
Müasir müəssisələrin fəaliyyəti adətən mürəkkəb xarakterli olduğundan,onların fəaliyyətində əməyin təşkili və reqlamentləşdirilməsi zərurəti yaranır. Burada mürəkkəb texnologiyalardan istifadə, idarəetmə prosesində böyük informasiya axının olması, istehsal fəaliyyətində çoxlu sayda müxtəlif peşə sahibləri olan işçilərin iştirakı və digər hallar müəssisədə əmək fəaliyyətinin koordinasiyası və ixtisaslaşmasını vacib edir.
Beləliklə, müəssisədə məqsədli şəkildə davranış qaydaları formalaşdırılmalı, işçilər və işçi qrupların davranışı reqlamentləşdirilməli və qrup davranışları standartlaşdırılmalıdır. Bu isə ona görə lazımdır ki, işçilər bilsinlər ki,müəssisə onlardan hansı hərəkətləri müsbət, hansı isə mənfi qiymətləndirilir.
Əməkdaşlıq atmosferinin yaradılmasında xüsusi rol əmək kollektivinə məxsusdur. Əmək kollektivi,eyni müəssisədə əmək prossesləri və ümumi məqsədlər ətrafında birləşən işçilərin məcmusudur. Müəssisənin əmək kollek-tivi müxtəlif qruplar tərkibində eyni və ya qarışıq əməliyyatları yerinə yetirən (briqada, sahə, sex, şöbə), bilavasitə iş prosesində möhkəm şəxsi əlaqələri olan işçilərin birliyidir. Bu birlik elə əlamətlərə malik olmalıdır ki, bunun əsasında bu sadə və yüksək səviyyəli hər hansı bir toplu yox, işçilərin eyni amal, məqsəd uğrunda birləşdiyi əmək kollektividir demək mümkün olsun.

Yüklə 38,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin