Multikulturalizmə giriş


Müasir dövrdə Azərbaycanda dövlət -din münasibətləri



Yüklə 338,66 Kb.
səhifə11/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
Multikulturalizmə giriş cavabları

15.Müasir dövrdə Azərbaycanda dövlət -din münasibətləri.
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin müasir
İnkişaf mərhələsi xalqımızın 18 oktyabr 1991 ci ildə dövlət
Müstəqilliyini bərpa etdiyi dövrdən başlayır. Belə ki, ateizmi dövlət
İdeologiyası səviyyəsinə qaldıran Sovet İttifaqının süqutu ilə imperiya
Buxovlarından yenicə qurtulmuş ölkəmizdə din sahəsində tətbiq edilən
Qadağalara son qoyuldu, vətəndaşların dini etiqad və vicdan azadlığı
Təmin olundu. Müstəqilliyin ilk illərində dövlət-din münasibətləri
Sahəsində baş verən müsbət dəyişikliklərlə yanaşı, qanunvericilikdə
Mövcud olan boşluqlardan öz məkrli məqsədləri üçün istifadə etməyə
Çalışan destruktiv qruplarda meydana çıxdı. Xaricdəki bəzi dairələr
Tərəfindən idarə olunan həmin qruplar ənənəvi milli-mənəvi
Dəyərlərimizə qarşı çıxaraq ifrat dini ideyaları və dözümsüzlüyü təbliğ
Edir,bununla da cəmiyyətdə dini zəmində ayrı-seçkilik və ədavət
Salmağa, dini şüarlar altında ictimai-siyasi sabitliyi pozmağa səy
Göstərirdilər. Bütün bu neqativ amillər isə qanunvericilikdə mövcud
Olan boşluqların aradan qaldırılması istiqamətində müvafiq addımların
Atılmasını zəruri edirdi. Odur ki,20 avqust 1992-ci ildə “ Dini etiqad
Azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
Olunaraq dini qurumların statusu, hüquq və vəzifələri
Müəyyənləşdirildi.Lakin dövlət-din münasibətlərinin tənzimlənməsi
Sahəsində əsl irəliləyiş ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə
Siyasi hakimiyyətə ikinci dəfə gəlişi ilə baş verdi. Ümummilli lider
Hakimiyyətə yenidən qayıtdıqdan sonra dövlət-din münasibətlərinin
Tənzimlənməsi ,dini sahədə problemlərin həlli və sabitliyə nail ounması
İstiqamətində mühüm tədbirlər həyata keçirdi. Eyni zamanda , ölkəmizi
Dini zəmində parçalamaq ,mənəvi cəhətdən zəiflətmək ,məzhəb ayrı –
Seçkiliyi salmaq istəyən qüvvələrin niyyətini puç etdi, etnik-dini
Mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı
Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Heydər Əliyev
Tərəfindən dövlət-din münasibətləri sahəsində ən mühüm addım 1995-
Ci ildə atıldı.1995-ci il noyabrın 12-i də ümummilli liderin rəhbərliyi ilə
Hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və
Konstitusiyasında dövlət-din münasibətlərinin əsas prinsipləri
Müəyyənləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyasında
Dövlət və din münasibətlərini şərh edən müddəalara nəzər yetirək
.Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik ,
Hüquqi ,dünyəvi,unitar , respublika olduğu göstərilir. Həmçinin
Konstitusiyanın 18-ci maddəsində Azərbaycan Respublikasında dinin
Dövlətdən ayrı olduğu bildirilərək dövlətimizin dünyəvi quruluşa malik
Olduğu bir daha vurğulanır. Həmin maddədə bütün dini etiqatların
Qanun qarşısında bərabər olduğu, dövlət təhsil sisteminin dünyəvi
Xarakter daşıdığı bəyan edilərək respublikamızda insan ləyaqətini
Alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini
Cərəyanların təbliğinə qadağa qoyulduğu qeyd olunur.

Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin