partlayış və yanğın təhlükəli maddələr saxlanılan yerlər;
kimyəvi maddələr saxlanılan və radiasiya təhlükəli obyektlər;
fövqəladə hadisələr baş verərkən yarana biləcək şəraitin qiymətləndirilməsi.
II BÖLMƏ. Əhalinin və işçilərin mühafizəsinin təşkili. Bu bölmədə əks olunur:
a. Gündəlik fəaliyyət rejimində
mülki müdafiə sahəsində dövlət orqanlarının, hüquqi şəxslərin, vətəndaşların və Mülki Müdafiə qüvvələrinin vəzifələrinin öyrədilməsi və keyfiyyətlə yerinə yetirilməsi;
əhaliyə və işçilərə fərdi mühafizə vasitələrindən istifadə edilmə qaydalarının öyrədilməsi;
əhaliyə və işçilərə kollektiv mühafizə qurğularından istifadə etmə qaydalarının öyrədilməsi;
xəbərdarlıq, rabitə, informasiya sistemlərinin və maddi yardım fondlarının yaradılması və təkmilləşdirilməsi;
b. Yüksək hazırlıq rejimində
MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin təşkil edilməsi və mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi; – xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi;
fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi;
fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair
tədbirlər;
Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi mühafizə vasitələrinin verilməsi;
təhlükə baş verməsi ehtimal olunduqda radioaktiv, güclü təsirli zəhərləyici maddələr
(GTZM) və partlayış təhlükəli maddələr saxlanılan müəssisələrdə kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi;
təhlükəli zonalardan əhalinin və işçilərin köçürülməsi üçün köçürmə orqanlarının hazır vəziyyətə gətirilməsi və köçürmə planlarının dəqiqləşdirilməsi;
epidemiyaya qarşı tibbi -profilaktik tədbirlərin keçirilməsi;
kənd təsərrüfatı heyvanlarının və məhsullarının mühafizəsi üzrə görüləcək tədbirlər (aidiyyatı üzrə).