Mühazirələr Fakültə: İncəsənət Kafedra: Musiqinin tarixi və nəzəriyyəsi Müəllim: Rumiyyə Məmmədova



Yüklə 67,5 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü67,5 Kb.
#46530
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
movzu12

Eqmont üverturası

Bethovenin simfonik yaradıcılığında onun simfoniyaları ilə yanaşı “Koriolan”, “Eqmont”, 4 “Leonora” və başqaları kimi 11 möhtəşəm üvertüra xüsusi yerə malikdir. Yeni simfonik janr – proqramlı uvertüranın yaranması alman bəstəkarının adı ilə bağlıdır. Uvertüra - operanı, dram tamaşasını, kinofilmləri açan musiqidir. Səhnə əsərlərinə giriş musiqisi kimi yazılan uvertüra, Bethoven yaradıcılığında müstəqil simfonik əsər kimi formalaşmışdır. Alman şairi İ.V.Hötenin "Eqmont" faciəsinə musiqi Bethoven tərəfindən 1810-cu ildə yazılmışdır. "Eqmont" uvertürası bəstəkarın musiqisində qəhrəmanlıq dramı nümunələrindən biridir. 39 "Eqmont" musiqisində əks edilmiş hadisələr XVI əsrə aiddir, o zaman Niderland xalqı öz istilaçılarına – ispanlara qarşı üsyana qalxdı. Qraf Eqmont, mərd və cəsarətli sərkərdə, bu mübarizədə həlak olur, lakin xalq müstəqilliyə nail olur və qalib gəlir. Uvertüranın musiqisində iki mübarizə aparan obraz təcəssüm edilir – zülmkar ispanlar və onların hakimiyyətinin altında əzab çəkən niderland xalqı. Uvertüra müqayisə olunan iki mövzudan ibarət ağır girişlə başlanır. Onlardan birincisi ispan əsarətçilərinin obrazını göstərir. Orkestrin aşağı registri, minor ladı (fa minor), akkord fakturası ona tutqun, qorxunc çalar verir. Orkestrdə onu simli alətlər ifa edir. Asta temp, mövzuya xas ritm əzəmətli ispan rəqsi – sarabandanı xatırladır. Girişin ikinci mövzusunu qoboy “oxumağa” başlayır. Melodiyanın əsasında niderland xalqının kədərini ifadə edən sonrakı böyük septimaya sıçrayışla keçən çox ifadəli sekundalı intonasiya durur: Giriş: ikinci mövzu "Eqmont" uvertürası sonata allegro formasında yazılmışdır. Əsas partiya (fa minor) iradəli, qəhrəmani xarakterə malikdir: Əsas partiya Köməkçi partiya (Lya-bemol major) işıqlıdır. O, girişin musiqisi ilə sıx bağlıdır, özündə hər iki mövzunun xüsusiyyətlərini cəmləşdirir: Köməkçi partiya 40 İşlənmədə mübarizə alışır və az vaxt davam edir, təkbətək döyüş qəflətən qırılır. Eqmont həlak olur, sakit və kədərli akkordlar reprizi yekunlaşdırır. Uvertüra xalqın qələbəsini simvolizə edən böyük və çox sürətli koda ilə bitir. Əsərin koda bölməsi yaxınlaşan insan kütləsinin uğultusuna bənzəyir
Yüklə 67,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin