Mühazirə1: Əməliyyat sistemləri haqqında anlayışı



Yüklə 270,84 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü270,84 Kb.
#41222
növüMühazirə
1   2   3   4   5
referat 1743

3.Obyektyönlü platforma

Proqram məhsullarının, o cümlədən Windows əməliyyat sisteminin

müasir işlənmə texnologiyası obyektyönlü proqramlaşdırma konsepsiyasina əsaslanmışdır ki, burada proqram və verilənlərə vahid yanaşmaq prinsipi əsas götürülür. Bu yanaşma özündə alqoritmləri və bu alqoritmlər tərəfindən emal edilən verilənləri birləşdirən obyekt anlayışına əsaslanmışdır. Nəticədə nəinki proqramın işlənib-hazırlanması, həmçinin istifadəçinin işi də asanlaşır, çünki bu interaktiv (dialoq) rejimində işləyən istifadəçiyə əyani qrafiki alətlər və müxtlif köməkçi menyular təklif edilir.

Obyektyönlü proqramlaşdırma yalnız son vaxtlar çox məşhur olmuşdur. Bunun əsasında hesablama prosesi yeni mənada başa düşülür, həmçini kompüterin daxilində informasiyanın necə strukturlaşdırılması imkanları göstərilir. Bu istiqamət yaradanlardan biri Alan Key Windows əməliyyat sisteminin bütün proqram kompleksinin əsaslandırıcı obyektyönlü proqramlaşdırmanın fundamental xarakteriskalarını aşağıdakı kimi xarakterizə etmişdir:



  • komputer dünyasında bizim rast gəldiyimiz bütün işlər

obyektdir;

  • kompüterdə hesabatın aparılması obyektlər arasında verilənlər

mübadiləsi vasitəsilə həyata keçirilir; belə ki, burada bir obyekt tələb edir ki, o biri obyekt müəyyən bir hərəkəti yerinə yetirsin. Obyektlər bir-birilə məlumatları göndərmək və qəbul etməklə qarşılıqlı əlaqədə olurlar. Məlumat – hərəkətin yerinə yetirilməsi üçün bir sorğudur;

  • hər bir obyekt digər obyektlərən təşkil edilmiş müstəqil yaddaşa

malik olur;

xüsusiyyətini əks etdirən sinif nümayəndəsidir; sinifdə obyektin özünü aparma qaydası göstərilir. Buna görə də, həmin sinfə məxsus olan bütün obyektlər eyni hərəkətləri icra edə bilirlər;

  • bütün siniflər iyerarxik (ağacabənzər) struktura malik olurlar ki,

buda nəsillər iyerarxiyasını əks etdirir. Müəyyən sinif nüsxəsi ilə əlaqəli olan yaddaş və özünün davranış qaydası iyerarxik strukturun aşağı səviyyədəki istənilən sinfi tərəfindən istifadə edilə bilər.

Windows əməliyyat sisteminin proqramlaşdırmanın obyektyönlü metodologiyası əsasında qurulması sayəsində istifadəçi üçün kifayət qədər rahat bir mühit yaranmış oldu. Bu mühitin əsas anlayışı – obyekt, onun xassələri və hərəkətləridir ki, obyekt bunları alınmış sorğu əsasında yerinə yetirir. Obyekt-yönlü mühitdə istənilən obyektlə müəyyən hərəkətlər toplusu yerinə yetirilə bilər. Bu hərəkətlər toplusundan lazımi hərəkətin seçilməsi quyulmuş məqsəddən asılıdır.

Windows sistemi mühitində hər hansı bir hərəkəti yerinə yetirmək üçün aşağıdakı hərəkətlər ardıcıllığına riayət etmək lazımdır:


  • obyekti seçmək (ayırmaq). Bunun üçün ekranda təsvir olunmuş

obyekt üzərində mausun düyməsini basmaq;

  • obyektin yerinə yetirə biləcəyi hərəkətlər toplusundan menyu

vasitəsilə istənilən hərəkəti seçmək lazımdır.

Qeyd etmək lazımdır ki, Windows mühitində obyektlərlə işləyən zaman əvvəlcə obyekt ayrılır (seçilir), sonar isə onun üzərində lazımi hərəkətlər yerinə yetirilir.

Windows mühitində çoxlu sayda obyektlər mövcuddur. Məsələn, fayl sistemli obyektlər, qrafik interfeysli obyektlər və s.

Windows sisteminin obyekt-yönlülüyü, istifadəçi bu mühit texnologiyası ilə tanışlığa başlayan andan özünü göstərir. İstənilən obyekt üzərində mausun sağ düyməsini basmaqla, uyğun menyu əmrinə daxil olmaq mümkündür. Obyektin bu menyusu istifadəçiyə aşağıdakı imkanları verir:



  • bu obyektin xüsusiyyətləri ilə tanış olmaq. Məsələn, əgər bu

obyekt hər hansı bir sənəddirsə, o zaman bu sənədin hansı mühitdə yaradılması, onun diskdə nə qədər yer tutması, onun harada yerləşməsi, onun nə vaxt və kim tərəfindən təşkil olunması haqqında tam informasiyanı almaq olar.

  • Menyudan uyğun əməlləri seçməklə, bu obyekt üçün mümkün

olan hərəkətləri yerinə yetirmək olar. Məsələn, əgər obyektdən sənəd kimi istifadə edilirsə, o zaman onun yarandığı proqram mühitindən asılı olmayaraq, onun bir hissəsini kəsmək, həmin sənədin surətini çıxarmaq, ləğv etmək, adını dəyişdirmək və digər hərəkətləri yerinə yetirmək olar.

Menyuda göstərilən bəzi hərəkətləri digər bir texnologiya ilə də yerinə yetirmək olar: mausun köməyi ilə obyektin işarəsini lazımi hərəkətləri yerinə yetirə bilən proqram və ya qurğunu təsvir edən digər bir işarəyə köçürmək olar. Məsələn, mətn sənədli fayl işrəsini printer işarəsinin üzərinə qoymaqla, mətni avtomatik olaraq, çap etmək olar.

Windows-un obyektyönlü texnologiyası istifadəçiyə fraqmentləri müxtəlif mühitlərdə hazırlanmış sənədlər təşkil etməyə imkan verir. Məsələn, qrafiki redaktorda təşkil edilmiş şəkilləri cədvəl prossessorunda təşkil edilmiş cədvəlləri özündə birləşdirən mətn redaktorunda formalaşdırmaq mümkündür.

Windows obyektləri ilə tanışlığı, onun baza obyektləri olan fayl, qovluq, tətbiqi proqram və sənəd obyektləri ilə tanışlıqdan başlamaq lazımdır.

Obyekt-fayl. Əvvəlcə fayl və fayl sistemi anlayışları ilə tanış olaq. Fayl dedikdə məntiqi əlaqəli verilənlər və proqramlar toplusu başa düşülür. Bunlar üçün xarici yaddaşda müəyyən ada malik sahə ayrılır. Fayl sistemi konkret fayla daxil olma imkanını yaradır və yeni fayl yazıldığı halda boş yer tutmağa icazə verir. Bu system fayllarda saxlanılan informasiyanın fiziki diskə yazmaq sxemini təyin edir. Fayllar disklərdə boş olan klasterlərə yazıldığı üçün eyni bir faylın fraqmentləri diskin müxtəlif hissələrində ola bilər. Sistemin daha məhsuldar olması üçün informasiyanın yazıldığı klasterlər mümkün qədər bir-birinin ardınca gəlməlidir. Bildiyimiz kimi, Windows 98-də bu məqsədlə FAT16 və FAT32 fayl sistemlərindən istifadə edilir. Məlumat üçün deyə bilərik ki, FAT (File Allocation Table)-disk sahəsində klasterlərin vəziyyətini təsvir edən cədvəldir.

Windows mühitində istənilən fayl unikal ada malik olan obyekt kimi qəbul edilir. Fayla elə ad vermək lazımdır ki, bu ad faylda saxlanılan informasiyanın məzmununu təsvir etsin. Windows mühiti MS DOS mühitindən onunla fərqlənir ki, burada faylın adı mümkün qədər çox simvoldan ibarət ola bilər. Bu simvol rəqəmlərdən, rus və latın əlifbasının hərflərindən, nöqtə daxil olmaqla müxtəlif işarələrdən ibarət ola bilər. MS DOS mühitində keçdikcə faylın adı xüsusi alqoritm vasitəsilə bu mühitə xas olan məhdudiyyət daxilində 8 simvolla əvəz olunur.

Faylın xüsusiyyətləri ilə tanız olmaq üçün uyğun menyunu çağırmaq və “Свойства” əmrini seçmək lazımdır. Microsoft Word mətn prosessoru mühitində yaradılmış faylın ümumi xasusiyyətlərini təsvir edən parametrlərlə tanış olaq.


  • Faylın tipi. Bunun vasitəsilə saxlanılan verilənlərin xarakteri

təyin edilir. Tip haqqında informasiyaya 2 dəfə rast gəlmək olar: birinci dəfə faylın təşkil olunduğu mühiti dolayı yolla göstərməklə, məsələn, Microsoft Word sənədi; ikinci dəfə isə MS DOS əməliyyat sistemində verilən genişlənmə adında göstərilir (Məsələn, .doc genişlənməsi – mətn faylını göstərir).

  • Faylın disk sahəsindəki həcmini göstərən ölçüsü;

  • Faylın yarandığı tarix və vaxt;

  • Faylda aparılan axırıncı dəyişikliyin tarixi və vaxtı;

  • Faylın atributları: arxiv faylı, ancaq oxumaq üçün olan fayl,

gizlədilmiş fayl, sistem faylı.

Bunlardan başqa, “Свойства” pəncərəsində faylın yazıldığı mühiti göstərən işarə təsvir olunacaq. Belə ki, . doc formatında Word mətn prosessoru mühitində yaradılmış sənəd, Paint qrafik redaktor mühitində yaradılmış .bmp və ya .ypg formatında işarə.

Fayl üzərində onu bir vəziyyətdən digər vəziyyətə çevirən müəyyən əməliyyatları yerinə yetirmək olar. Bu hərəkətlərlə tanış fayl ilə aşağıdakı standart əməliyyatları yerinə yetirmək mümkündür:


  • Fayl açmaq. Bu əməliyyatın nəticəsi faylın tipindən asılıdır. Belə

ki, əgər faylda sənəd yerləşdirilibsə, bu fayl açan zaman həmin sənədlə bərabər, onun yarandığı proqram mühiti də yüklənmiş olacaqdır. Məsələn, qrafiki redaktorda yaradılmış şəkilli faylı açdıqca, ekanda bu redaktorun interfeysini və onun işçi sahəsində yerləşən şəkli görmək mümkündür. Əgər fayl hər hansı bir proqram sisteminin baş faylı (yüklənmə faylı) olarsa, o zaman eyni adlı əmr həmin proqramın yüklənməsi üçün bir siqnal olacaq və ekranda boş işçi sahəsinə malik olan həmin proqram mühitinin interfeysi əmələ gələcək. İstənilən digər fayl üçün sistem bir sıra proqramlar təklif ediləcək ki, bunun köməyilə həmin faylı açmaq mümkün olacaq. Bəzi hallarda, faylı menyudan yox, başqa yolla da açmaq olar. Bunun üçün maus göstəricisini həmin faylın nişanı üzərində qoymaq və düyməni 12 dəfə basmaq lazımdır.

  • Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaq. Lazımi

əməliyyatları yerinə yetirən arxivlər təklif olunur.

  • Faylı digər bir yerə köçürmək. Bu əməliyyatın nəticəsində fayl

faks və elektron poçtu vastəsilə digər yerə, ya da “Мои документы” qovluğuna və ya çevik diskə göndərilir.

  • Faylı kəsmək. Faylı digər yerə göndərmək üçün 2 əməliyyat

lazımdır: əvvəlcə “Вырезать” əmri vasitəsilə faylın müəyyən hissəsi kəsilir, yəni fayl buferə göndərilir, sonra isə maus göstəricisi ilə həmin faylın yerləşəcəyi yer ayrılır və sonra menyuda “Вставить” əmri seçilir.

  • Faylı köçürmə, yəni faylın surətini çıxarmaq. Bu əmr vasitəsilə

seçilmiş faylın surəti buferdə yerləşdirilir, sonra isə “Вставить” əmri vasitəsilə fayl istənilən yerə yerləşdirilir.

  • Faylı diskdən silmək. Faylı diskdən silmək əməliyyatı həm

məntiqi, həm də fiziki səviyyədə yerinə yetirilə bilər. Fayl “Корзина” (səbət) adlanan xüsusi ayrılmış qovluğa göndərilir. Bu qovluq həmişə monitorun ekranında olur. Səbətə göndərilən faylı, səbətdən çıxararaq əvvəlki yerinə bərpa etmək olar. “Корзина” dialoq pəncərəsində faylı seçib, “Удалить” əmri vasitəsilə həmin faylı diskdən fiziki silmək mümkündür. Bu əmr “Корзина” qovluğunda olan fayllar üçün yerinə yetirilir.

  • Faylın adını dəyişdirmək. Bu halda fayla yeni bir ad verilir.

  • Xüsusi nişan yaratmaq. Bu haqda bir qədər sonra söhbət

aparacayıq.

Obyekt – qovluq. Windows fayl sisteminin digər vacib obyekti qovluqdur . Windows qovluğu kargüzarlıq işində sənədlərin saxlanıldığı adi qovluq rolunu oynayır. Bunun vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Windows-un qovluq anlayışı ilə eynidir. Lakin Windows mühitində “qovluq” termini daha geniş mənada istifadə edilir. Buna bəzən obyektlər ambarı deyilir. Buna görə də “qovluq, faylın yerləşməsi haqqında informasiyaya malikdir” demək əvəzinə, “qovluq fayllardan təşkil olunmuşdur” demək lazımdır. Fayllardan başqa qovluqda digər obyektlər (məsələn, nişanlar) ola bilər. Belə ki, qovluqda kur işinə və ya kitabların xülasəsinə aid fayllar ola bilər. Qovluğa da, faylda olduğu kimi, eyni qaydada adlar verilə bilər. MS DOS mühiti üçün yalnız qısa addan istifadə etmək lazımdır.

Fayl kimi, qovluğun da xassələrini öyrənmək üçün uyğun menyunu açmaq və “Свойства” əmrini seçmək lazımdır. Nəticədə ekranda “Свойства” pəncərəsi görünür ki, bud a aşağıdakı sahələrdən ibarətdir:


  • Windows və MS DOS üçün uyğun qovluğun adı, həmçinin

qovluğun standart nişanı;

  • Baxılan obyektin qovluq əlaməti olan obyektin tipi;

  • Baxdığımız qovluğun yerləşdiyi və ona müraciət yolunu

göstərən digər qovluğun adı;

  • Orada saxlanılan faylların və qovluqların həcmlərinin cəmini

göstərən digər qovluğun adı;

  • Qovluqda saxlanılan altqovluqlar və faylların miqdarı;

  • Faylın yaranma tarixi və vaxtı;

  • Atributlar: ancaq oxumaq üçün, arxiv üçün, gizli, sistem faylı.

Obyektlərdə olduğu kimi, qovluqlar üzərində də fayllar üzərində yaratmaq, silmək, ad dəyişdirmək, digər yrdə surət çıxarmaq, digər yerə köçürmək əməliyyatlarını yerinə yetirmək olar. Bundan əlavə qovluğu açmaq və bağlamaq əmrlərini də yerinə yetirmək mümkündür. Qovluğu açan zaman ekranda qovluğun içində yerləşən faylları göstərən nişanlar təsvir olunur. Qovluğun bağlanması isə həmin pəncərənin bağlanması deməkdir.

Xüsusi təsvir (yarlıq) vasitəsi. Windows mühitində xüsusi təsvir edilir. Xüsusi təsvir-hər hansı bir obyektə istinad olub, onun olduğu yeri göstərən ikinci (əlavə) təsviridir. Bu cür xüsusi təsvir vasitəsilə proqram və ya sənədlərin yüklənməsi sürətləndirilir. Adətən obyekt və onun təsviri müxtəlif yerlərdə yerləşir. Xüsusi təsvirdən istifadə etmək və o vaxt səmərəli olur ki, obyektlər qovluqların iyerarxik strukturunda aşağı səviyyələrdə, xüsusi təsvir isə-yuxarı səviyyədə olsun.

Xüsusi nişan tutumu 1 Kbayt olan faylda saxlanılır. Onu çox asanlıqla, əlaqələndiyi obyektə heç bir təsir etmədən yaratmaq və ya silmək olar.

Xüsusi təsvir üzərindəki əməliyyatlar fayl üzərində olan əməliyyatlar kimidir. Xüsusi təsvirin açılması-bu xüsusi təsvir ilə əlaqəli olan obyektin açılmasəı deməkdir. “Свойства” pəncərəsindən həmişə bilmək olar ki, xüsusi təsvir hansı obyektlə əlaqədardır. Bu obyekt harada yerləşir. Bu obyektə keçidi yerinə yetirmək və həmin obyektin xüsusi təsvirinin adıı dəyişdirmək olar.

Qovluqların iyerarxik strukturu. MS DOS əməliyyat sistemində kataloqların iyerarxik strukturlarının təşkil olunmasına analoji olaraq, Windows-da qovluqların strukturu təşkil olunmuşdur. Bu strukturun yuxarı səviyyəsində yeganə obyekt yerləşir ki, buna “işçi stol” deyilir. II səviyyədə işçi stolda obyektlər yerləşir. Belə obyektlərə standart olaraq, “Мой компьютер”, “Мои документы” və “Корзина” qovluqları aiddir. Bu qovluqlar sistem qovluqları olub, digər qovluqlardan bir qədər fərqlənirlər (məsələn, bu qovluqları silmək və ya yerini dəyişdirmək olmaz). Lakin onlar da, digər qovluqlar kimi, Windows obyektlərinin ambarı vəzifəsini yerinə yetirir.

“Мой компьютер” qovluğundan kompüterdə olan bütün qovluq və fayllarla daxil olmaq olar. Burada disk qurğularının sistem qovluqları, həmçinin “Принтер”, “Панел управления” və s. qovluqlar yerləşir. “Мои документы” qovluğunda istifadəçinin sənədləri saxlanılır. “Корзина” qovluğu silinmiş fayl və qovluqlar üçündür. İstənilən vaxt lazım olan faylı və ya qovluğu bərpa etmək olar. Bu qovluğu təmizlədikdən sonar orada olmuş obyektlər xüsusi proqramlar vasitəsi ilə bərpa oluna bilər.




Yüklə 270,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin