MühaziRƏ XI ana və UŞaq mühafiZƏSİ Sİstemi. Qadinlara xiDMƏt edən tibb idarəLƏRİ ŞƏBƏKƏSİ, onlarin quruluşu və VƏZİFƏLƏRİ


UŞAQLARA TİBBİ XİDMƏTİN TƏŞKILİ, MÜALİCƏ İDARƏLƏRİ ŞƏBƏKƏSİ, ONLARIN NOMENKLATURASI, QURULUŞU VƏ VƏZİFƏLƏRİ



Yüklə 309,96 Kb.
səhifə2/2
tarix20.10.2023
ölçüsü309,96 Kb.
#157799
1   2
MÜHAZİRƏ XI

UŞAQLARA TİBBİ XİDMƏTİN TƏŞKILİ, MÜALİCƏ İDARƏLƏRİ ŞƏBƏKƏSİ, ONLARIN NOMENKLATURASI, QURULUŞU VƏ VƏZİFƏLƏRİ
Hər bir nəslin sağlamlığmın əsası uşaq yaşlarında qoyulur və yaşlı əhalinin sağlamlığı çox zaman onunla müəy- yən edilir ki, uşaq yaşlarında sağlamlıq göstəriciləri necə olmuşdur. Uşaqların sağlamlıq göstəriciləri cəmiyyətin bir çox tibbi, sosial və iqtisadi problemlərini müəyyən edir.
Uşaqların sağlamlıq vəziyyəti yaşlı əhalinin sağlamlıq vəziyyətini öyrənərkən istifadə olunan göstəricilərə əsasən qiymətləndirilir. Uşaqların sağlamlığnın təhlilində üstün cəhət daha tam informasiyanın olmasıdır.
Uşaq əhalisinin sağlamlıq vəziyyətinin qiymətləndirilmə- sində son illərdə daha çox işlədilən xəstələnmə göstəriciləri mühüm əhəmiyyət kəsb edir.
Ambulator-poliklinika və stasionar müəssisələrində çalışan pediatrların fəaliyyətində, profilaktik işlərinin aparıl- ması zamanı istifadə olunan ən mühüm göstəricilərdən biri xəstələnmə göstəricisidir.
Uşaqların xəstələnməsi ilə, valideynlərin xroniki xəstəlik- ləri, uşağın yüksək bədən çəkisi arasında güclü düz korrelya- siya əlaqəsi aşkar edilmişdir. Uşaqların xəstələnməsi ilə do- ğulduqda uşaqların aşağı bədən çəkisi, hamiləlik və anada doğuş patologiyaları, həmçinin 1 yaşa qədər uşaqların süni qidalandırılması arasında güclü düz korreksiya əlaqəsi vardır.
Uşaqlar arasında kompleks tibbi müayinələrin aparılması vacibdir. Bu müayinələr sahə pediatrları otolarinqoloqlar, oftalmoloqlar, stomatoloqlar və digər ixtisas həkimləri tərəfindən də aparılmalıdır.
Statistik məlumatlara görə, uşaqların 70%-ə qədəri əla- və olaraq travmatoloqun, ortopedin, psixonevroloqun (və ya nevropatoloq) müayinəsindən keçirilməlidir, nəzərə almaq la- zımdır ki, yaş artdıqca əlavə məsləhətlərə ehtiyac da artır.
Azərbaycan Respublikasmda immunlaşdırma proqra- mına daxil edilmiş bütün xəstəliklərin rolu təkcə ağır sosial-iqtisadi həyat şəraiti deyii, väksiftoprofilaktikanın yerinə yetirilməsində olan nöqsanlarla bağlıdır.
Uşaqların xəstələnməsinə nəinki ailələrin dağılması eyni zamanda uşaqların natamam ailələrdə tərbiyə edilməsi də təsir göstərir.
Xəstələnmənin strukturunda 14 yaşa qədər uşaqlar da daxil olmaqla, tənəffüs orqanlarının xəstəlikləri birinci yerdə durur.
Yoluxucu və parazitar xəstəliklərlə xəstələnmənin səviyyəsi nisbətən yüksəkdir.
Yenidoğulmuş uşaqlar arasında xəstələnmə anadangəl- mə qüsurların və xəstə doğulan uşaqların sayı getdikcə artır.
Uşaqların fıziki inkişafı yalnız antropometrik (bədən çəkisinin və ölçülərinin öyrənilməsi) göstəricilərə əsasən deyil, eyni zamanda somatoskopik və funksional göstəricilərə əsa- sən də müəyyən edilir. Somatik müşahidələr zamanı aşağı- dakı tiplər ayırd edilir: bədən quruluşuna görə - normostenik, hipostenik; dəri örtüklərinin, selikli qişalärın (rəng və s. əlamətlər) vəziyyəti.
Funksional dəyişikliklərə aşağıdakı laborator müayinələr aiddir.qanın ümumi analizi, ağciyərlərin hava tutumu (spirometriya), arterial və gözdaxili təzyiq.
Akselerasiya konsepsiyası (inkişafın sürətlənməsi və ya deselerasiya) və (inkişafın ləngiməsi - retardasiya) vardır. 70- ci illərdə akselerasiya müşahidə edildi, lakin sonrakı illərdə şəraitin pisləşməsi ilə əlaqədar olaraq retardatların sayı akse- leratların sayını üstələdi. Uşaqların fıziki inkişafını müəyyən dərəcədə antenatal və perinatal dövr də müəyyən edır.
Hamiləlik toksikozu, vaxtından əvvəl doğuşlar qeyd edilən qadınlarda, istehsatat zərərləri ilə işləyən, siqaret çəkən, narkotiklərdən istifadə edən qadınlardan doğulmuş uşaqların sayı sağlam uşaqların sayından çox qeyd olunur.
Yoluxma amillərinə tənzimlənməmiş qidalanma, hipodi- namiya, bədən çəkisinin 15%-dən artıq olması aiddır. Yolux- ma amilləri daha çox xəstələnməyə səbəb olaraq, xüsusilə endokrin və mədə-bağırsaq sistemi xəstəiikiəri iiə özünü biru- zə verir.
Uşaq əhalisinə ambulator-poiiklinik tibbi xidməti göstə- rən aparıcı müəssisə uşaq poliklinikası hesab edilir. Uşaq poliklinikaları müstəqil və birləşmiş uşaq xəstəxanasının tərkibində ola bilər. Tibbi yardımın göstərilməsi poliklinikada, evdə, məktəbəqədər uşaq müəssisələrində və məktəblərdə həyata keçirilir. Uşaqların əsas hissəsi (75-85%) müalicəni uşaq polilinikalarında alır.
Uşaq poliklinikasında işinin təşkili müalicə-profilaktika yardımının ümumi prinsiplərinə müvafıq olaraq qurulur: əhaliyə tibbi xidmətin göstərilməsi sahə prinsipi və profilaktik iş metodu ilə təşkil edilir. Pediatrik sahənin həcmi uşaq anadan olandan 16 yaşa qədər uşaqlar da daxil olmaqla 700-800 uşaqdan ibarət olur. Bütün xəstə uşaqlar tibbi yardımı ancaq evdə almalıdırlar, uşaq poliklinikasına yalnız sağlam uşaqlar və ya kəskinləşmə mərhələsi olmayan xronik xəstəlikləri olan uşaqlar müraciət etməlidirlər. Uşaq əhalisinin həkimə müraciətlərinin 90%-dən çoxu sahə pediatrının payına düşür.
Sahə pediatrının vəzifələrinə aiddir: müalicə yardımını göstərməkdən əlavə, həm də sağlam uşaqlarla və xronik patologiyası olan və dispanser müşahidə tələb edən uşaqlarla profilaktika işinin aparılması daxildir. Sahə pediatrı uşağın sağlamlığının formalaşması və inkişaf xüsusiyyətlərini bil- məlidir, uşağın tərbiyə edildiyi şəraiti, xəstəliklərin profılak- tikasını onların yaranması və əlverişsiz gedişini, xüsusən də erkən yaşlarda, ailədə həyat şəraitinin və tərzinin rolunu və əhəmiyyətini bilməlidir. Sahə pediatrının ən mühüm vəzifələ- rindən biri qadın məsləhətxanaları ilə əlaqə saxlamaq, sahədə hamilə qadınlara hamiləliyin 7-ci ayından başlayaraq doğuşa qədər patronaj təşkil etməkdir (antenetal dövrdə dölün normal inkişafını və xəstəliklərin qarşısını almaq məqsədilə).
Bu məqsədlə sahə pediatrı qadın məsləhətxanaları ilə daima əlaaə saxlamalı və belə uşaqiar üzərində, xüsusilə risk amilləri olanlar üzərində müşahidənin aparılmasını təmin etməlidir. Uşaq poliklinikasında sağlam uşaqlara profilaktık işin aparılması sahə pediatrı tərəfindən oniarın mütəmadi olaraq müayinəsinin həyata keçirilməsi daxildir. Bu zaman analara uşaqların qidalandırılması, onlara qulluq edilməsi, fıziki inkişafı, bədənin möhkəmləndirilməsi və digər tövsiyələr verilir. Ixtisas həkimlərinin müayinəsi, laborator-diaqnostik müayinələrin və profilaktik peyvəndlərin sağlam uşaqlara vaxtında vurulması təşkil edir.
Tez-tez (ildə 4 dəfə və daha çox xəstələnənlər) və uzun müddət (ildə 40 gündən artıq) xəstələnənlər qrupuna aid olan uşaqlara xüsusi diqqət ayrılmalıdır, çünki məhz belə uşaqlar- da müxtəlif xronik xəstəliklər daha tez inkişaf edir.
Həm sağlam, həm də xəstə uşaqlarla aparılan profilaktik iş sanitar-maarifi işinin yerinə yetirilməsini nəzərdə tutur, bu işin səmərəliliyi əsasən onun aydın və inandırıcı olması ilə müəyyən edilir. Sanitar-maarifi üzrə söhbətlər poliklinikada qəbul zamanı, evdə xəstəni müayinə etdikdə və xüsusi məşğələlərlə həyata keçirilir. Sanitar-maarifi işinin təşkilində sağlam uşaqlar üçün yaradılmış kabinetlər böyük rol oynayır. Burada valideynlərə sağlam uşağın tərbiyəsi və sağlam həyat tərzi təbliğ olunur. Sağlam uşaq kabineti müxtəlif metodiki və əyani vəsaitlərlə təmın edilməlidir. Sağlam uşaq kabinetinin işinin xüsusi bölməsini məktəbəqədər uşaq müəssisələrinə və məktəbə gedəcək uşaqlarla fərdi aparılan tədbirlər təşkil etməlidir.
Həyata keçirilmiş kompleks tibbi müayinələrin nəticəsində hər bir uşaqda fiziki və sinir-psixi inkişafının səviyyəsindən, orqanizmin rezistentliyindən, xronik xəstəliyin olmasından (və ya olmamasından) orqanizmin müxtəlif orqan və sistemlərinin funksional vəziyyətındən əsliIbi olaraq sablamlbiq qruplartı teyin edilir- Dı, D2, D3.
Bununla bağlı olaraq, uşaq poliklinikasının işinin təşkilində bir sıra prinsipial xüsusiyyətlər də müəyyən edilir.
Uşaq poliklinikasına yalnız sağlam uşaqlar və ya xronik xəstəliklərdən əzab çəkən və uşaqlar arasında infeksiyanın yayılmasında heç bir təhlükə yaratmayan uşaqlar gəlməli- dirlər. Xəstə uşaqlara tibbi yardım sağalana qədər evdə
göstərilməlidir. Bundan başqa: uşaq polikiinikasına gələrkən bütün uşaqlar filtrdən keçməlidirlər, bir qayda olaraq, orada daha təcrübəli tibb bacısı olur. Uşağın sağlamlığı haqqında ana ilə aparılmış sorğunun və onun poliklinikaya gəlişinin sə- bəbi öyrənilməlidir. Tibb bacısı dəri örtüklərinə və əsnəyinə baxmalı, termometriya aparmalı, onun əsasında uşağın poli- klinikaya daxil olmasının zəruriliyi məsələsini həll etməlidir. Müəyyən xəstəlik əlaməti aşkar edilərsə, uşaq boksa göndə- rilir, orada növbətçi həkim tərəfindən müayinədən keçirilir.
Bu qaydalara əməl edərək, uşaq poliklinikasında sağlam uşaqlarla xəstə uşaqların təmasını aradan qaldırmaq və xəstələnməni minimuma qədər endirmək olar.
Son illərdə poliklinikalarda tibbi yardım sisteminə ailə həkimi (ümumi təcrübə həkimi) daxil olur. O, uşaqlar və böyüklərin sağlamlığı daxil edilməklə ailənin sağlamlığı üzərində müşahidə aparır.
Uşaq poliklinikaları profilinə, (çoxprofilli və xüsusiləş- dirilmiş), təşkilat formasına (birləşmiş və müstəqil), fəaliyyət həcminə görə təsnif edilirlər. Uşaq poliklinikasının quruluşuna uşaq şöbələri daxildir, onlar isə profilinə görə (pediatriya, cərrahiyye, yoluxucu xesteliklər) formalaşdırılır, öz növbəsində bunlar yaşa və cinsə göre - 3 yaşa qədər və 3 yaşdan yuxarı uşaqlar firasında şöbelere ayrılırlar. Bundan başqa, uşaq pollkllnlkasının terkibine laborator-diaqnostik, rentgenoloji və Immunoloji xidmet şöbeleri də daxildir.
Uşaq xəstəxanalarının işinin təşkilinin ən mühüm xüsu- siyyətlerinden biri yoluxucu xəstəliklərin yayılmasının qarşısı- nın alınmasıdır. Bu rnəqsədlə uşaq xəstəxanalarında qəbul şöbəsi qəbul-baxış boksları tipində təşkil olunur ki, onların da sayı xəstəxana çarpayılarının ümumi sayının 3%-dən az olma- malıdır. Həmçinin uşaqlar qəbul edildikdə, yoluxucu xəstələrlə təmasda olması haqqında GEM-dən və keçirilmış uşaq yolu- xucu xəstəlikləri haqqında həkim-pediatrdan arayış təqdim etməlidirlər. Bu, uşaqların hospitallaşdırılması haqqında məsə- ləni düzgün həll etməyə imkan verir. Xəstəxanadaxili infeksi- yanın yayılmasının məhdudlaşdırılması məqsədilə 1 yaşa qədər uşaqlar üçün 1-2 çarpayılıq palatalar, daha böyük yaşlı uşaqlar üçün 4 çarpayıdan çox olmayan palatalar nəzərdə tutulur.
Xəstə uşaqlarla tərbiyəvı və pedaqoji işin aparması vacib şərtlərdən biridir. O, stasionarın müalicə-profilaktika işinin ayrılmaz tərkib hissəsi olub, müalicə-mühafizə rejiminin təşkil edilməsinə və uşaq orqanizminin xarici mühitlə pozulmuş əlaqəsinin bərpa edilməsinə istiqamətləndirilməlidir. Gəzintilərin təşkil olunmasına xüsusi diqqət vermək lazımdır, bu işə təkcə tibb bacılarını deyil, həm də anaları cəlb etmək vacibdir. Ümumilikdə, anaları da uşaqlara xidmət işinə cəlb etmək və bununla bağlı olaraq uşaqları anaları i lə birlikdə hospitallaşdırmaq, (ilk növbədə 2-3 yaşlı uşaqları olan) təcrübəsini geniş tətbiq etmək məqsədəuyğundur.
İnkişaf etməkdə olan ölkələrdə Ümumdünya Səhiyyə Təşkilatının, YUNİSEF, habelə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təsiri altında uşaqların sağlamlıq problemlərinə xüsusi diqqət yönəldilməyə başlanmışdı. İlkin tibbi sanitar yardım problemi 1978-ci ildə keçirilmiş Alma-ata konfran- sından sonra xususi əhəmiyyət kəsb etməyə başlamışdır. Bu kofransda körpələrin immunlaşdırılmasının, xəstəliklərin qarşısının alınmasının və diareya ilə müşayiət olunan xəstəliklərin düzgün müalicəsinin, döşlə əmizdirmənin və uşaqların qidalandırılmasının bu və ya digər maddələrin qidalarda çatmamazlığı nəticəsində törədilən ürək qüsurlarının profilaktikasının, əhəmiyyəti qeyd olunmuş uşaqların yüksək ölüm göstəricilərini aşağı salmaq və onların normal inkişaf- larını təmin etmək üçün yollar araşdırılmışdır.
Doğuş zamänı müəyyən edilən çəki - doğuşdan dərhal sonra yenidoğulmuş körpənin çəkisi hesab edilir. 2500 q-dan az olan çəki doğuş zamanı aşağı çəki kimi təyin edilir, yenido- ğulmuşların ümumi sayında bu çəki ilə yenidoğulmuşların xüsusi çəkisi faizlə ifadə olunaraq doğuş zamanı aşağı çəki göstəricisi adlanır. Doğuş zamanı ən aşağı çəki göstəricisi - doğularkən çəkisi 1500 q-dan aşağı olan yenidoğuimuşiarın faizlə miqdarı ilə təyin olunur, çoxdöllü doğuşlar amilinin bu göstəricilərə təsirini azaltmaq üçün bəzən oniarı tək döiiü doğuşlar üçün hesablayırlar.
Körpə ölümü regional və beynəlxalq müqayisəli müayi- nələr üçün əhalinin sağlamlıq vəziyyətinin qəbul olunmuş indi- katoru sayılır, belə ki, onun səviyyəsi sosiai-iqtisadi, səhiyyə və ekoloji amillərin kumulyativ təsirini xarakterizə edir. İnkişaf etmiş ölkələrdə körpə ölümü, bir qayda olaraq, 1000 normal doğuşlara -9-dan az, bəzilərində isə 6 və hətta 5 körpə ölümü hesab edilir. Bu zaman baş verən ölüm hadisələrinin əksə- riyyəti doğuş zamanı və yeni doğulmuşların həyatının ilk həf- təsində (erkən neonatal ölüm) baş verir və anadangəlmə anomaliyalar və doğuş zədələri ilə şərtlənir.
Uşaq poliklinikası və körpələr evinin fəaliyyətini qiymət- ləndirmək üçün aşağıdakı fəaliyyət göstəricilərinə xüsusi diq- qət yetirilməlidir:
1. Hər bir pediatrik sahədə xidmət edilən uşaqların miq- darı;
2. Hər bir pediatrik sahədə 1 yaşa qədər xidmət olunan uşaqların miqdarı;
3. Uşaqların vaxtında müşahidəyə götürülməsi;
4. Birinci 3 gündə uşaqların evdə həkim tərəfindən yox- lanılması;
5. Bir yaşı bitən uşaqların müntəzəm müşahidə edilməsi;
6. Bir yaşı bitən uşaqlara göstərilən tibbi yardımın xa- rakteristikası (4 aya qədər ana südü ilə qidaiananlar, bir dəfə də olsun xəstələnməyənlər, peyvənd edilən- lər, I və II dərəcəli hipotrofiya və raxit vəziyyətində olan uşaqlar, tuberkulin sınağı alan və bu sınağa müsbət reaksiya verənlər);
7. Uşaqların sağlamlıq səviyyəsinə görə bölünməsi (Dı, D2i D3);
8. Poliklinika rayonunda yaşayan və uşaqların xəstə- lənməsinin səviyyəs və tərkibini xarakterizə edən gö- stəricilər;
9. Poliklinika rayonunda yaşayan uşaqların ölümü;
10. Uşaqların fiziki inkişaf göstəriciləri;
11. Körpələr evində plan üzrə verilən çarpayılar;
12. Uşaqlarm yerlə təmin ounması;
13. Uşaqlar tərəfindən buraxılan günlər;
14. Uşaqlar tərəfindən buraxılan günlərin səbəblər üzrə faizi;
15. Körpələr evində xəstələnmənin ekstensivlik iə inten- sivlik göstəriciləri;
16. Uşaqların fiziki inkişaf göstəriciləri;
17. Uşaqların profilaktik peyvəndlərlə əhatə edilməsi.

Yüklə 309,96 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin