Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   101
ST müh

 
Bakı – 2021
 
MÖVZU 6
6.1 Avadanlıqların korroziyaya qarşı davamlılığı
 
 
Texnoloji proseslərin təhlükəsizliyinin təminində avadanlıqların möhləmliyinin-
xüsusilə korroziyaya davamlılığının böyük əhəmiyyəti vardır. 
Korroziya bərk cismin səthinin ətraf mühitlə qarşılıqlı təsir nəticəsində kimyəvi 
və elektrokimyəvi proseslərlə dağılmasıdır.Korroziya nəticəsində metal itkisi ilə 
bərabər metalkonstruksiyalar sıradan çıxır,onların möhkəmliyi 
pozulur,kipliyi,plastikliyi aradan götürülür və nəticədə qəza baş verir. 
Korroziyaya uğrama mexanizminə görə 2 əsas növə - kimyəvi və eletktrokimyəvi 
ayrılır. 
Kimyəvi korroziya o zaman baş verirki , korroziya mühitin təsiri nəticəsində 
metalın səthində oksidləşmə və oksidləşmənin reduksiya komponenti ilə eyni 
mühitdə və mərhələyə bölünmədən təsiri ilə gedir. 
Kimyəvi korroziya əsasən metalın səthinə quru qazların təsiri,xüsusilə yüksək 
tempuratur şəraitində,eləcədə bəzi qeyri-elektrolitlərin təsiri nəticəsində baş 
verir.Məsələn,maye brom adi tempuraturda karbonlu polada və ya titana təsir 
edərək onu dağıdır. 
Əridilmiş kükürd demək olar ki,bütün metallarla reaksiya girir,xüsusilə Cu,Sn və 
Pb-u yeyir.Tərkibində kükürdlü birləşmələr olan neftməhsulları yüksək korroziya 
aktivliyinə malikdir.Suya qeyri-elektrolitlərin düşməsi nəticəsində tərkibində olan 
qarışıqların tısiri aktivləşir və korroziya prosesinin mexanizmi dəyişir ( kimyəvi 


korroziya elektrokimyəviyə keçir). 
Metalın elektrokimyəvi korroziyası metalın elektrolitlə qarşılıqlı təsirindən 
ibarətdir. Burada metal atomunun ionlaşması və oksidləşmə komponentinin 
reduksiyası eyni vaxtda baş vermir və onların sürəti metalın elektrolit potensialının 
qiymətindən (həddindən) asılıdır. 
Metalın elektrolitlə kontakt səthində bir sıra mürəkkəb proseslər 
gedir.Elektrokimyəvi korroziya bir-birindən asılı olmayan,lakin elektrik balanslı 
əlaqəli olan elektrokimyəvi proseslərlə müşaiyət olunur : anodlu ( metal kationu 
məhlula keşməklə ) katodlu ( azad olan-ayrılan elektronun oksidləşdirici ilə 
birləşməsi) 
Elektrokimyəvi korroziya prosesini azaltmaq olar.Bunun üçün katod prosesinin 
sürətinə təsir etmək və ya anod prosesinə əylənc ( tormozlama ) vermək 
lazımdır.Bəzi hallarda korroziya sistemini makro və mikro qalvanik elementlərinin 
qısa toxunması və bu zaman anod və katod sahələrində sərbəst ionlarının hərəkəti 
kimi təsəvvür etmək olar.Bu isə korroziyanın elektrik cərəyanıdır. 
Elektrokimyəvi korroziyaya ən çox kimyə sənayesinin avadanlıqları məruz 
qalır.Korroziyadan dağılma ( elektrokimyəvi) böyük sahəni əhatə edir; bu açıq 
metal konstruksiya səthindən başlayır və avadanlıqların ən kiçik detallarında başa 
çatır.Bir çox hallarda korroziya prosesinin məhsulu metalın səthində əmələ gəlir və 
onunla korroziyanın sürətini,eləcədə əmələgələn “plyonka”nın xassəsini müəyyən 
etmək olur.Metalla birləşmiş formada bütün səth üzrə əmələ gələn sıx və möhkəm 
korroziya məhsulu əmələ gələrsə korroziyanın sürəti azala və ya tam dayana 
bilər.Belə bir passivləşdirici “plyonka”nın (örtüyün) yaraması üçün şərait o zaman 
yaranır ki,əmələ gələn “plyonka”nın həcmi üzərində yarandığı metalın həcmindən 
çox olsun.Davamlı,məsaməsiz,metalı korroziya prosesindən mühafizə edən 
“plyonka”nın yaranması bəzi qatı turşuları polaq həcmlərdə saxlamağa imkan 
verir. 
Aparatların gövdəsi və sistemlərin divarları hərəkət edən hissələrinə nisbətən (işçi 
təkəri,mərkəzdənqaçma nasosu,vallar,qarışdırıcıların pərləri və s) korroziyaya daha 
davamlıdır.Bu onunla əlaqədardır ki,passivləşdirici “plyonka”nın saxlanması üçün 


yaxşı şərait yaranır. 
Korroziyanın növünü və xüsusiyyətlərini müəyyən edən faktorlar (amillər) 
olduqca müxtəlifdir.Metalların korroziyaya uğramalarının səbəbi onların 
xassələrindədir- termodinamik möhkəm olmamalarında,metallik vəziyyətdən daha 
energetik davamlılığa keçməsi-oksid və ya ion vəziyyətində 
olmasındadır.Korroziya mühitində metalların müxtəlifliyi şəraitdən asılı olaraq 
korroziya növlərinin müxtəlifliyindən asılıdır.Şəkildə (2) müxtəlif növ korroziya 
növləri üzrə metalların korroziya prosesinin ümumiləşdirilmiş təsnifatı verilmişdir. 
-korroziya mühiti üzrə 
-dağılmanın xarakterinə görə
-istismar şəraiti üzrə
-korroziya prosesinin mexanizminə görə 
1qrup üçün izahata ehtiyac yoxdur., 
4qrup üzrə yuxarıda qeyd edilmişdir. 
Bərabər səviyyəli korroziya nisbətən konstruksiyaların mexaniki möhkəmliyinə 
az təsir edir.Qeyri-bərabər (yerli) korroziya metalın eynicinsli olmayan səthində 
baş verir. 
Səthaltı korroziyda dağılma və korroziya məhsulu metalın daxilində toplanır və 
bu metalın səthinin qararması,yaxud laylanması ilə nəticələnir. 
Seçilən korroziya ərintilər üçün xarakterikdir və o ərintinin bir 
komponentinin dağılması ilə əlaqədardır.Məs: belə korroziya latunla getdikdə sink 
məhlula keçir və ərinti sinksiz qalır.Metalın kristallararası korroziyası zamanı 
kristalitlər arası dağılma gedir və dağılma metalın dərinliyinə daxil olur,metalın 
mexaniki möhkəmliyi azalır.Ona görə də metalın dağılması heç bir xarici 
dəyişiklik olmadan birdən birə baş verirki,bu da qəza ilə nəticələnir.Kristallararası 
(mejkristallitnaya) korroziya qatı qələvilərin buxarlanması zamanı,bir çox leqirli 
poladların yüksək temputarura qədər qızdırılması zamanı baş verir.Transkristallit 
korroziya zamanı dağılma bütün metal boyunca baş verir.Korroziyalı çatlar 


korroziya mühitinin təsiri nəticəsində ( daxili və ya xarici) mexaniki gərginlik 
yaranır və transkristallit,yaxud kristallitlərarası çatlar yaranır.Belə hallar çox vaxt 
qaynaq xətləri və onların yanı boyunca, eləcə də metalın işlənməsi zamanı daxili 
gərginliyinin artması ilə baş verir.Sürtünmə zamanı korroziya-korroziya mühiti və 
sürtünmə qüvvəsi ilə yaranır.Məsələn,maye də işləyən val onda olan asılqan 
maddələrlə sürtünür.Elektrokorroziya dolaşan (sərgərdan) cərəyanla 
yaranır.Xüsusilə elektrokorroziya yeraltı dəmir və dəmirbeton konstruksiyalarda 
təhlükəlidir.Korroziya təhlükəlilik dərəcəsi onun sürəti ilə,dərinliyi və sahəsi ilə 
konstruksiya materialının mexaniki möhkəmliyinin pişləşdiyini göstərir. 
Korroziyanın sürət göstəricisi korroziyanın nüfuzetməsi kimi nəzərdə tutulur,bir 
ildə mm-lə daöılmanın dərinliyini göstərir(mm/il) 
Korroziyaya davamlılıq 10 ballı xüsusi şkala ilə müəyyən edilir və uyğun standart 
mövcuddur (13819-68).Bu standart üzrə tamamilə davamlı material korroziyanın 
sürəti <0,00 /mm/il olan,10-cu qrupa isə korroziyanın sürəti >10mm/il-dən böyük 
olanlar aiddir. 
Korroziyanın nüfuzuna görə avadanlıq və aparatların hazırlanması üçün 
maksimum buraxıla bilən hədlər göstərilmişdir. 
Bu ümumi hədlər sahələr üzrə normalar və texniki şərtlərlə dəqiqləşdirilir və 
detallaşdırılır.: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin