Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 255,11 Kb.
səhifə13/24
tarix26.12.2016
ölçüsü255,11 Kb.
#3512
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Perqament və kağız
Perqamentin vətəni Perqam şəhədir (xarabaları indiki İzmir ətrafındakı Bergama`nın yaxınlığındadır). İranda BEƏ 5-ci əsrdə dəri üzərində yazı-diftera yunanlara da çatmışdı. Aleksandriya və Perqam kitabxanaları bir-biri ilə yarışır, rəqabətdə idilər. Ptolomeylərpapirusun Misirdən kənara çıxmasını qadağan etdilər. Perqamda müxtəlif heyvan (qoyun, dana, keçi, donuz, hətta ceyran, maral,...) dərilərindən yazı materialı hazırlamaq texnikası inkişaf etdirildi (“perqamene” yunanca “Perqam dərisi” deməkdir). Əhəngdə saxlayıb yumaqla dərini zədələmədən tükləri çıxarırdılar. Sonra cilalayır, hamarlaşdırır, təbaşir tozu, un, zülal, süd kimi vasitələrlə dərinin yağını alır və rəngini açıqlaşdırırdılar. Kağız dövrü başlananda da Avropada perqament üzərində yazı işi bitməmişdi, mətbəə dövründə belə Bibliyanın dəri üzərində nüxələri hazırlanılırdı. Vellum (velin?) adlandırılan və adi perqamentdən daha zərif olan yazı materialı quzu və buzov dərisindən alınırdı (o dövr fransızcasında dana demək olan “veel” sözündəndir). Perqamentin iki tərəfində də yazmaq və həmçinin pozub təzədən yazmaq kimi üstünlükləri də vardı! Perqamentdə qaz lələyi ilə yazırdılar. Perqament kitabların (səhifələrin) santimetrlə ölçüsü ən çox (35-50)x(25-30) olurdu. Amma perqament çox bahalı material idi, bir iri kitabın yazılması 1000 dəri tələb edə bilərdi.

751-ci il Xəlifə və Çin orduları arasındakı Talas savaşı (İndiki Qırğızıstan və Qazaxıstandakı Talas çayı vadisində) nəticəsində müsəlmanlar Çində çoxdan mövcud olan kağızla rastlaşdılar. Talas savaşında əsir düşən çinlilər İslam aləminə kağız texnologiyasını gətirdi. Çində artıq 2-ci əsrdə kağız hazırlandığı güman olunur. Çinlilər kətan liflərindən və bənzər xassəli tropik bitkilərdən kağız alırdılar. Bu liflər yuyulub əzişdirilir, su və nişasta ilə hopuzdurulur və “kağız xəmiri” alınırdı.

Qeyd edək ki, karkuklar Çin tərəfdən İslam ordusu tərəfə keçmiş (Çin ordusunun yarıdan çoxu karluklardan ibarətdi), bununla müsəlmanların qələbəsini təmin etmişdilər. Lakin türklərin elliklə islama keçməsi 10-cu əsrdə baş verəcəkdi.



Yüklə 255,11 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin