Mühazirə Platon`un müasirləri A. Arxitas Görkəmli Pifaqorçular arasında məşhur riyaziyyatçı, musiqiçi və mexanik



Yüklə 230.37 Kb.
Pdf просмотр
tarix19.07.2017
ölçüsü230.37 Kb.
növüMühazirə

6-cı mühazirə 

 Platon`un müasirləri 

A.

 



Arxitas  

Görkəmli Pifaqorçular arasında məşhur riyaziyyatçı, musiqiçi və mexanik, 

Magna Graecia`nın (Tarentum doğumlu) dövlət adamı Arxit/Arxitas (“-

435/410” - “-365/350) xüsusi qeyd olunmalıdır. O, Filolaos`un tələbəsi, Evdoks 

və Menaexmus`un müəllimi olmuşdur. Platon`un Arxit`lə tanış (dost) olduğu, 

ideal dövlətdə ancaq filosofların dövlət başçısı ola bilməsi haqqında yazarkən 

Arxit`i nəzərdə tutduğunu deyənlər var. Platon dəfələrlə Siciliyaya gəlmiş və bir 

dəfə (“-361”-də) onun Sirakuz hökmdarı 2-ci Dionisiusun qəzəbindən Arxit 

xilas etmişdi (arxasınca gəmi göndərib onu qaçırtmışdı). Qanuna görə ancaq bir 

illik müddətə strateqos (general) seçilə bilərdi, lakin Arxit 7 il bu vəzifəyə 

seçilmiş, həmin dövrdə Tarentum inkişaf etmiş, o, bir savaşda belə 

uduzmamışdı. 

Evklidin “Elementlər”inin 8-ci  kitabının əsasən Arxitin riyazi nəticələri 

əsasında yazıldığı deyilir. Pifaqorçu olan Arxit riyaziyyatın həndəsə (durmuş, 

hərəkətsiz kəmiyyətlər), hesab (durmuş ədədlər), astronomiya (hərəkətdə olan 

kəmiyyətlər) və musiqi (hərəkətdə olan ədədlər) kimi dörd bölmədən ibarət 

olduğunu deyən ilk insanlardan biridir (orta əsrlərin “quadrivium”u); Arxit 

təhsil məsələləri ilə yaxından maraqlanmış, musiqi təhsilinin vacibliyini 

vurğulamışdı.  

Yeri gəlmişkən orta əsrlərdə əvvəlcə hazırlıq olaraq Trivium`un, ondan 

sonra quadrivium`un öyrədildiyini qeyd edə bilərik. Qramatika, 

məntiq, və ritorikadan ibarət olan bu üçlük “liberal arts” deyilən 

ümumi təhsil bacarıqlarının mərkəzində dayanırdı. Trivium latıncada 

üç yol (quadrivium – dörd yol) mənasını verir. “Trivial” (çox sadə, 

bəsit) sözü triviumdan törəyən sifətdir (adjective)!  

O, məlum kubdan həcmcə iki dəfə böyük olan kub haqqında məşhur məsələnin 

(x³=2a³) təqribi həllini verən ilk riyaziyyatçı sayılır.  Arxit musiqi şkalası və 

musiqi harmoniyası və bəzi digər sahələrdə də ciddi tədqiqatlar aparmışdır. K. 

Ptolomey “Musiqi nəzəriyyəsi” kitabında Arxitin harmoniya haqqında 

təlimindən söz açır, onu ən böyük musiqi nəzəriyyəçisi hesab edir. Arxitin ədədi 

(a+b)/2, həndəsi √ab və harmonik 2ab/(a+b) nisbətləri tədqiq etdiyi və musiqi 

ilə əlaqələndirdiyi güman olunur.   



Bu məsələnin mənşəi haqqında maraqlı rəvayət mövcuddur. Afinada kütləvi 

qırğına səbəb olmuş taun xəstəliyindən (Perikl də o qırğında ölmüşdü) xilas 

olmaq yolu axtaran Afinalılar  Delos`dakı Apollon falçı kahinə (orakul`a) 

müraciət etmişlər. Kahin kub şəkilli Apollon qurbangahının iki dəfə 

böyüdülməsini lazım bilmişdi. Əsas qurma alətləri düz xətt çəkmək üçün xətkeş 

və çevrə çəkmək üçün pərgar olduğundan bu Delos məsələsi “pərgar və xətkeş 

vasitəsilə məlum kubdan həcmcə iki dəfə böyük kub qurmaq” kimi ortaya 

atılmış və antik dövr riyaziyyatının üç məşhur məsələsindən birinə çevrilmişdi. 

Burada antik dövrün digər iki məşhur məsələsini də yada salmaq olar: pərgar və 

xətkeş vasitəsilə məlum bucağı üç bərabər hissəyə ayırmaq (bucağın 

triseksiyası), pərgar və xətkeş vasitəsilə sahəsi məlum dairənin sahəsinə 

bərabər olan kvadrat qurmaq. Bu üç məsələnin həlli üçün çalışan 

riyaziyyatçılar riyaziyyata yeni anlayışlar daxil etmiş, yeni üsullar daxil etmiş, 

maraqlı nəticələr almış, yeni nəzəriyyələr qurmuşlar. 

Прасолов В. В. Три 

классические задачи на построение. Удвоение куба, трисекция угла, квадратура круга. 

М.: Наука, 1992 (Серия «Популярные лекции по математике», выпуск 62). 

http://math.ru/lib/plm/62 

 

Demokritos._Demokritos`un_həyatı_və_fizikası'>     B.



  Abdera Atom məktəbi/Demokritos. Demokritos`un həyatı və fizikası 

Şimali Yunanıstan (Pelopennes) Abdera məntəqəsində (Thrace`də -Frakiya`da, 

ticarətin çiçəkləndiyi bir yer) Atom nəzəriyyəsi yarandı. Levkipp`in  

(Leukippos) həyatı və yaradıcılığı haqqında məlumat yox dərəcəsindədir 

(Aristotelin ondan danışması və alıntılar etməsi hər halda onun real şəxs 

olduğunu təsdiq edir; buna etiraz edənlər də var). Miletus`da doğulmuş (? “-

490”), yetkin çağında Elea`ya (Magna Gracia, Cənubi İtaliya) köçmüş, 

Zenon`un tələbəsi olmuş, sonra Abdera şəhərinə köçmüşdü. Leukippos təsadüf 

deyilən şeyin olmadığını, hər şeyin bir zəruriyyətdən doğduğunu söyləyib 

(Demokrit də bunu təkrar edib). Demokritos (?“-460” - ?”-370/360”) Levkippin 

yanına gəlmiş, onun tələbəsi olmuş, ömrünü Abdera`da da başa vurmuşdur. 

Onun 90 il yaşadığı güman olunur, yüzü keçdiyini iddia edənlər də olub. 

Demokritos uzun səyahətə çıxmış, çox gəzmiş, alim insanlarla görüşmüş, 

Misir`ə və Persiya`ya, deyilənə görə Hindistana gedibmiş. “Müasirlərim 

arasında məndən çox gəzən olmayıb”, “Afinaya gəldim, gördüm ki, heç kimin 

məndən xəbəri yoxdur”. Atasından qalan və onun payına düşən zəngin mirası 

səyahətlərdə xərcləmiş və elmi həyat keçirmək üçün sərf edib. Sonra qardaşı da 

ona kömək edibmiş. Belə bir rəvayət də var: bu mirası boş-boşuna xərclədiyi 



üçün geri qayıdanda yerlilərinin qəzəbinə düçar olmuş (ata malını dağıtmaq 

cinayətmiş) və gözəl bir mühazirə-söhbətlə onları heyran etmiş, təbiət 

hadisələrini şərh etmək və bəzən də öngörməklə (hava haqqında məlumatı) 

onların böyük hörmət və məhəbbətini qazanmışdır (deyilənə görə ona heykəl də 

qoyublarmış).  

Demokritos müəllimi Levkipp`dən nə öyrənib, hansı baxışlar müəlliminə, 

hansılar özünə məxsusdur –bu, məlum deyil. Lakin məhz Demokritos`un 

sistemli bir nəzəriyyə qurduğu şübhə doğurmamalıdır (görünür ki, əsas ideyalar 

Demokrit tərəfindən inkişaf etdirildiyi üçün Levkipp kölgədə qalmışdır). O, 

Platon`un və məşhur həkim Hippokrates`in müasiri olub (sonuncu ilə dostluq 

edib). Demokritos`un yaradıcı maraq dairəsi çox geniş olmuş (fizika, riyaziyyat, 

fəlsəfə, biologiya və tibb, kosmologiya, antropologiya,...), əsərlərindən cüzi 

fraqmentlər qalmışdır (Platon onun adını çəkmir, Aristotel onun atomizmindən 

söhbət açır; Cicero (Siseron) onun əsərlərini gözəl bədii dillə yazdığını deyir). 

Demokrites`i qədim yunan dünyasında ən uzağa baxa bilmiş, çağdaş elmin 

ünsürlərini görə bilmiş bir mütəfəkkir saymaq olar. Demokritos`un Abderada 

məktəbi olub-olmadığı məlum deyil.  

Parmenides və Zenon varlığın bir bütöv olduğunu, bölünməzliyini və 

hərəkətsizliyini irəli sürmüşdülər. Zenon`a görə varlıq bölünərsə, sonsuza qədər 

bölünməli, deməli, yoxa çıxmalı idi. Elea məktəbi`nə görə boşluq var 

olmayandır, yoxdur (boşluğun olması təsəvvüredilməzdir), deməli, varlığın 

bölünməsi üçün yol yoxdur. Anaksaqoras və Empedokles də boşluğu qəbul 

etmir, lakin Anaksaqoras maddənin sonsuz bölünə biləcəyini və sonsuz sayda 

varlıqların mövcud olduğunu irəli sürmüşdü.  

Levkipp və Demokrit hər şeyin bölünəbildiyini, amma bu bölünmənin sonsuz 

davam etmədiyini, hər şeyin ən kiçik, dəyişməz (ancaq yer dəyişdirə bilən) və 

bölünməz zərrəciklərdən-atomlardan təşkil olunduğunu irəli sürdülər. “

A

tom” 



(“

a

tomos”) sözünü Demokrites daxil etmişdir. “A” inkar bildirir, məsələn, 



normal və anormal, “temno” mən kəsirəm, mən bölürəm deməkdir. Beləliklə 

atom - bölünə bilməyən, kəsilə bilməyən mənası verir. Atom və boşluqdan 

başqa heç nə yoxdur (yəni, kainat iki şeydən-atomlar və boşluqdan ibarətdir). 

Atom içində boşluq yoxdur, “atom doludur” (bu səbəbdən də bölünməzdir, 

bölünməyə yer yoxdur), amma atomlar arasında atomla dolu olmayan boşluq 

var (yazı hərflər və onlararası boşluqlar üzərində qurulduğu kimi)! Atomlar 

yaranmayıb, həmişə var olub və yox olmur (yəni kainatın başlanğıcı yoxdur, o, 

sonsuzdur və heç kim tərəfindən yaradılmayıb). Heçdən heç nə yaranmaz və var 



olan yoxa çıxmaz; dəyişmə hissələrin birləşməsi və ayrılmasından ibarətdir 

(Saxlanma qanunu!). Beləliklə, atomlar Elea məktəbinin Tək/Bir/Vahid 

dediyinə uyğun gəlir, hərçənd ki, atomların isti, soyuq, quru, yaş kimi heç bir 

xassəsi yoxdur.  

Atomların sonsuz birləşmələri sonsuz sayda dünyaların varlığını göstərir. 

Boşluqda yüngül atomlar yavaş, ağır atomlar isə tez hərəkət edirlər. Yer 

atomların daimi toqquşmalarından doğan tufanda dünyanın mərkəzində 

atomların bir-birinə qovuşması nəticəsində əmələ gəlib. Yer əvvəl yüngül olub 

hərəkətdə idi, sonra böyük və ağır oldu. Buna görə də hərəkəti dayandı 

(Anaksaqor da belə hesab edirdi). Kəhkəşan (Saman yolu, Süd yolu) ulduzlar 

toplusudur. Ulduzlar uzaq günəşlərdir, Ay isə yerə bənzəyir – dağları, vadiləri 

var. Ayın işıqlanmasının səbəbi Günəş şüalarının Ay səthindən əks olunmasıdır.  

Kainat sonsuz sayda müxtəlif dünyalardan ibarətdir, bu dünyaların öz günəş və 

ayları ola da, olmaya da bilər, onların bəzilərində həyat var, digərlərində 

yoxdur. Qədim insanlar şimşək, ildırım, günəş və ayın tutulması, ulduzların 

yaxınlaşması kimi hadisələrdən dəhşətə gəlir, bunların səbəbini tanrılarda 

görürdülər.Əslində tanrılar da atomlardan təşkil olunub (onlar atomların çox 

dayanıqlı, çox fərqli, bənzərsiz birləşmələridir).  

Maddələrin atomlardan təşkil olunması fikrinə hind fəlsəfəsində də 

(b.e.ə 6-cı əsr) rast gəlinmişdir.19-cu əsrdə Dalton və başqaları 

tərəfindən inkişaf etdirilən atom nəzəriyyəsi 19-cu əsrin sonlarında və 

20-ci əsrin ilk üçdə birində atomun bölünəbilir olması ilə kökündən 

dəyişdi (amma atom kəlməsi saxlanıldı). 

Cisimlərin mövcudluğu və müxtəlifliyi məhz atomların arasıkəsilməz hərəkəti 

və toqquşmaları nəticəsindədir. Atomların şəklində/biçimində (Demokrites`də: 

formalar`ında), sayında və boşluqların ölçüsündə heç bir məhdudiyyət yoxdur

bu saysız və çox müxtəlif dünyaların (arasında da bizim kosmosun) varlığı 

deməkdir. Düzülüş və duruşları fərqli olan atomlar digər cəhətlərdən eyni 

olsalar da, fərqli atom sayılırlar. Cisimlərin dad, rəng, qoxu, isti-soyuq kimi 

xassələri bizim zənnimizdir, hər şey atomların müxtəlifliyi ilə, atomlar 

arasındakı təmasla müəyyən olunur. Demokrites`ə görə başlanğıcda xaotik 

hərəkət edən atomların bənzər olanları bir-birinə yaxınlaşmış, ağır atomlar Yeri, 

atəş atomları kimi yüngül atomlar səma cisimlərini, ulduzları əmələ gətirmişlər 

(indi mövcud olan atomlar haqqında ağır-yüngül xassələrindən söhbət açmır).  



Demokrites ruhun da atomlardan, amma daha zərif, dairəvi (alov atomlarına 

bənzər) atomlardan ibarət olduğunu deyir (yəni ruh da maddədir); ruh, hava və 

atəş bu cür gözəl atomlardan təşkil olunduqları üçün yaxınlıq edirlər. 

Levkipp və Demokrit,bu iki atomçu ilk hərəkəti heç bir qeyri-adi düşüncəyə, 

teleoloji fikrə və ilahi varlığa bağlamamışlar! (Aristoteldən fərqli olaraq). Bu 

baxımdan onlar çağdaş dünyaya digərlərindən daha yaxın görünürlər. 

Atomçular`ın keyfiyyəti kəmiyyətə bağlamaları da onların güclü tərəfidir. 

Demokrites`in dünyasının, canlı və cansız aləmin mahiyyəti və qanunları 

materialist və mexanikdir.  

C.

 

 Demokritos`un riyazi, antropoloji, bioloji və psixoloji görüşləri 

Demokritos`un hesab və həndəsəyə aid əsərləri olmuş (bu əsərlərin adları 

anılmışdır), lakin digər yazıları kimi qalmamışdır. Arximed oturacaqları və 

hündürlükləri eyni olan piramida və prizmanın həcmlərinə aid Demokrites`in 

teoremi haqqında məlumat verir (belə piramidanın həcmi uyğun prizmanın 

həcminin üçdə birinə bərabərdir); eyni nəticə piramidanı konusla və prizmanı 

silindrlə əvəz etdikdə də doğrudur. Arximed Demokrites bunların dəqiq isbatını 

verməyib deyir. Bu həcm hesablamaları Misirlilərə məlum idi. “Hətta 

yanlarında bir qərib kimi tam beş il yaşadığım Misirli həndəsəçilər belə 

mühakimə və isbat etməkdə məni keçə bilmədilər” 

(Friedrich Albert Lange. 

Materializmin tarixi və günümüzdəki anlamının eleştirisi. 1-ci cild, Sosyal yayınlar, 1998; 

səh. 38)

. Bunu, yəqin ki, həndəsədə deduktiv metodun, riyazi isbatın tətbiqi kimi 

başa düşmək lazımdır. Bu halda Demokritesin Misirlilərə məlum olan nəticəni 

isbat etməyə çalışması, bu isbatın Arximedesə gəlib çatmaması və ya isbatın 

tam dəqiq olmaması ehtimalı da nəzərə alına bilər. “Atomçu” Demokrites`ə, 

yəqin ki, həndəsi atomizm yad deyildi və o, konus və silindr halını uyğun olaraq 

piramida və prizmalarla sonsuz yaxınlaşmaq yolu ilə isbata çalışa bilərdi 

(sonralar Evdoks etdiyi kimi). 

Demokrites insanların heyvansayağı həyatdan mədəni həyata doğru irəliləmə 

prosesini təsvir etməyə çalışmışdır (Hesiodun keçmiş “qızıl çağ” fikrinə zidd 

olaraq). İnsanlar ehtiyaca uyğun olaraq (təhlükələr qarşısında) müəyyən 

birliklər əmələ gətirir, anlaşma ehtiyacı dilin meydana çıxmasına səbəb olur, 

oddan istifadə etməyə başlanılır, sənət və təsərrüfat həyatı, bir sözlə insan 

cəmiyyəti təşəkkül tapır.  

Heyvanların “qanlı” (onurğalı) və “qansız” (onurğasız) kimi iki sinfindən bəhs 

etmişdi (Aristotel bunu davam etdirmişdi). Bütün, o cümlədən ən bəsit 



heyvanların duyğu orqanlarına malik olduqlarını irəli sürmüş, təbii saymışdı. 

Canlılarda əvvəl duyğu, sonra həzm orqanları əmələ gəlib. Hörümçək öz torunu 

öz içində düzəldib üzə çıxarır (!). Aristotel isə səhv olaraq hörümçək torunun 

qurumuş dəri olduğunu iddia edirdi. Demokrites`in “orqanlaşma” görüşü belə 

idi: beyin-düşüncə mərkəzi, ürək- cəsarət/rəşadət mərkəzi və qara ciyər hiss 

mərkəzidir (Aristotel`də beyin qanı soyutma mərkəzidir). Demokrites`in bir 

fərziyyəsi də maraqlıdır: cisimlərdən “incə/zərif” atomlar şüalanıb gözə dəyir və 

o cisimlər görünür, hiss olunur. Yeni/tazə ruh atomlarının bədənə daxil olması 

dayananda insan ölür. Ruh atomlarının itkisi (çox azalması?!) yuxuya səbəb 

olur. Nəfəsalma atomları (içəri) alma, nəfəsvermə atomların (kənara) 

verilməsidir 

(Anthony Serafini. The Epic History of Biology. Perseus Publishing, 1993; p. 

26-27)



Demokrites duyğuların aldadıcı olduğunu deməklə yanaşı ağlın duyğulara 



möhtac olduğunu da vurğulayırdı (duyğuların bizi aldatdığını da duyğuların 

köməyilə dərk edirik). Demokrites insan həyatında ölçülü olmağı (arzuda, 

həzzdə“nə bolluq, nə də kəsir/ehtiyac”), təbiətə yaxın olmağı ən mühüm şey 

hesab edir. “Faydalı olmayan həzzdən imtina etməli”. İnsanlar daha çox öz 

təbiətlərinə görə deyil, təlimə, məşğələ və tərbiyə almalarına görə yaxşı olurlar. 

“Səhvin səbəbi yaxşı olanı bilməməkdəndir”. O, insanın əsas keyfiyyətini  

müdriklikdə, müdrikliyə gedən yolda görür. “Müdriklik üç meyvə verir: yaxşı 

düşünmək, yaxşı danışmaq (“söz əməlin kölgəsidir”) və yaxşı əməl (hərəkət 

etmək) qabiliyyəti”. Xoşbəxtlik ruh rahatlığından ibarətdir; ruh rahatlığı ən 

davamlı yaxşıdır. Cinsi həyat yaxşı deyil, çünki şüuru həzzə tabe edir. Onun 

qadın və qul haqlarına münasibəti mənfi idi (yunan filosoflarının çoxu kimi; 

dövr!?).  

Demokritos`un digər yunan filosoflarının əksəriyyətindən fərqli olaraq 

demokratiya`ya rəğbəti vardı. “Azadlıq qul olmaqdan necə üstündürsə, 

demokratiyada kasıblıq da hökmdarlar yanında firavanlıqdan o qədər üstündür”. 

İnsanların cahilliyinə filosof öz davranışı ilə necə münasibət bildirməlidir? 

Rəvayətə görə Heraklit ətrafdakı cahilliyi görüb ağlayarmış, Demokrites isə 

gülərmiş. Demokrites`in “güləyən filosof” ləqəbi vardı. Demokrites`lə bağlı 

rəvayətlərdən biri: hökmdar Dara ölən qızının dərdinə dözə bilmirmiş, onun 

dirilməsini istəyirmiş; Demokrites “mən onu dirildərəm, bu şərtlə ki, mənə üç 

adam göstər ki, onlar heç vaxt qəm, kədər görməyiblər” deməklə onun qəmə 

qatlaşmasına kömək edibmiş. Romalı filosof, yazıçı və siyasi xadim Mark T. 

Siseron (Cicero) (m.ö. 106-43) “görmənin əyləncəsi və gözün sədlərindən azad 


olub ağılla fikrə getməyi və düşünməyi” daha doğru hesab etdiyi üçün 

Demokritin öz-özünü kor etdiyini yazır (?). 

Deyilənə görə Platon Demokritos`a nifrət edirmiş, öz tələbələrinə 

Demokritos`un əsərlərini yığıb məhv etməyi tapşırıbmış (hərçənd ki, o, 

əsərlərində Demokritin adını çəkməyib). Aristotel Demokritosun nəzəriyyəsini 

səhv və ziyanlı sayırdı. O, boşluq olsa bütün cisimlər eyni (sonsuz?) sürətlə 

düşərdilər, çünki sürət sıxlığa görədir deyirdi.  

D.

 

Kos Hippokrates məktəbi 

 

Kos adasında (Bodrum yaxınlığında yunan adası) b.e.ə 460-da doğulmuş 

sayılan Hippokrates uzun ömür sürmüş, onun 83 və 107 il arasında yaşadığı 

deyilir. Yaxşı təhsil almış, müəllimləri arasında Demokritos və Sokrates öncəsi 

sofist və ustad-natiq Qorqias (Afina`da) da olmuşlar. Hippokrates müəyyən 

səyahət və yerdəyişmələrdən sonra Thessalia`da məskən salmışdır. Hippokrates  

özü və çoxsaylı ardıcılları ilə nəzəri və praktik tibbi müalicə üzrə əsərlər 

meydana gətirən bir (zehni) məktəbdir-belə demək mümkündür (Platon onun 

pul verənləri öyrətdiyini deyir – Roy Porter, p. 55). Əslində isə, onun atası və 

babası həkim olmuş (həkimliyi öncə onlardan öyrənmişdir), öz uşaqları, qızının 

əri, nəvəsi də həkim olub, bu özü bir ailə həkim məktəbi deməkdir, təbii ki, bu 

məktəbə həkimlik həvəsi olan başqaları da qoşulmuşlar. Şöhrəti onun 

geneologiyasını da əfsanələşdirmişdir: ata tərəfdən - Yunan tibb allahı 

Asklepius, ana tərəfdən -  Herakles!  

Asklepiusun əsası - üzərinə ilan dolaşmış əsa tibbin rəmzidir; əsası ilana 

çevrilmiş, Asklepius onu öldürmüş, ağzında ot olan bir ilan ölmüş ilanı 

cana gətirmiş, Asklepius o otla müalicə etmişdir! Əfsanəyə görə 

Asklepius Apollon tanrı ilə insan-qadının oğlu imiş. Asklepius`un iki 

qızı da səhiyyə ilə bağlı olublarmış – Hygeia (gigiyena) və Panacea 

(bütün dərdlərin dərmanı/cure-all).   

Onu şəxsiyyətinə, Hippokrat korpusu adlandırılan əsərlərin nə dərəcədə özünə 

və ardıcıllarına aid olmasında (təqribən 60-80 əsər; dərslik, mühazirə mətnləri!, 

esselər, xəstəlik tarixçələri (kliniki müşahidələr)/case notes, fəlsəfi mətnlər...), 

adının əfsanələşməsində, eləcə də özündən sonrakı dövrlərə təsirinə görə 

Pifaqorla müqayisə etmək olar. Əsərlərin sistemsizliyi, ziddiyyətləri uzun ömür 

sürmüş Hippokratesin həm gəncliyində, həm də yaşlı vaxtlarında yazması, 

xüsusilə də çoxsaylı müəlliflər tərəfindən müxtəlif əsrlər ərzində yazılması ilə 

izah edirlər. Bu korpusun əsas hissəsi 3-cü əsrin ortalarında Aleksandriyada 



toplanılıb! Tibbi etikanın devizi sayılan Hippokrates andı`nın çağdaş şəkli bu 

gün də işlədilməkdədir.  

Hippokrates `in nəzəriyyəsinə görə (humorizm) insan bədənində müxtəlif dörd 

növ maye (chymoi, yəni humor/həyat şirələri) cərəyan edir: sarı (öd?!/bile), 

qırmızı-qan, qara (qara öd?!),  fleqm adlı maye/şirə (bəlğəm, selik); sarı 

mayenin qaraciyərdə, qara mayenin dalaqda hazırlandığını iddia edirdi. Bu 

mayelərin birinin çoxluğu insanın temperamentini müəyyən edir, mayelər 

arasında tarazlığın, harmoniyanın pozulması xəstəliyə səbəb olur. Bu dörd maye 

ilə ilin dörd fəsli, dörd element (su, topraq, hava, od), maddələrin dörd xassəsi 

(quru, yaş, isti, soyuq), insanın dörd yaş dövrü (körpəlik/uşaqlıq, gənclik, 

yetkinlik, ahıllıq) və dörd temperament arasında əlaqələrin şərhi də Hippokratın 

və onun ardıcıllarının əsərlərində yer almışdır. 

Şəkil

 

Sarı mayenin çoxluğu xolerik temperamenti, qırmızının çoxluğu sanqvinik, 



qaranın çoxluğu melanxolik, fleqmanın çoxluğu fleqmatik temperamenti 

müəyyən edir. Hippokrat, eyni zamanda, xəstəliklərin səbəbi və müalicəsində 

ehkamlara uymamağı məsləhət görürdü. Mayelər cərəyanı kimi fikir bu gün 

sadəlövh görünsə də, saysız-hesabsız insan tipləri arasında insanın dörd 

temperamentə ayrılması məsələsini Hippokrat dühasının parlaq məhsulu 

saymaq olar (bu ideyanı gələcəkdə Qalen təkmilləşdirəcəkdi).  

Anatomiya və fiziologiya təsəvvürü xeyli aşağı olsa da (Yunanlarda 

meyityarma  qadağan olunmuşdu; onun heyvanları yarıb öyrəndiyi deyilir), 

müalicə üsulları  passiv olsa da, Hippokrates məktəbi tibbin inkişafında 

müstəsna rol oynadı. Skelet və böyük əzələləri daha yaxşı başa bilir, qan 

damarları haqqında bilikləri çox səthi olub (qədimdə, Aristotel də daxil olmaqla, 

arteriya və vena arasındakı fərqi bilmirdilər). Cərrahi əməliyyatlardan nisbətən 

az istifadə etməyə çalışılırdı (ziyan verməmək – bu, Hippokrates`in mühüm 

prinsipi idi). Qidalanma və idman sağlamlıq üçün ən mühüm vasitə sayılırdılar. 

Xəstəlik Allahların verdiyi cəza deyil (o cümlədən epilepsiya kimi xəstəliklər; 

Hippokrates`ə görə fleqma nəfəs yolunu tutur və bədən azad olmağa çalışır?!), 

həyat şəraitindən, qidalanmadan, su və havadan, ətraf mühitdən qaynaqlanır. 

Demokratiya və monarxiyadan da qaynaqlanır!; demokratiyada insan özünə 

tabedir, sağlamlıq və xaraktercə daha möhkəm olmaq imkanı var!? Asiyada 

xalq savaşa hazırlaşmaq deyil, savaşa getməmək yollarını axtarır?! Bütün bunlar 

və xəstəliyi müşahidə və sənədləşmə məsələlərinə, bir sıra xəstəliklərin ilk dəfə 

təsvirinə görə Hippokrates “Tibbin atası sayılır (və ya “Qərb tibbinin atası”). 

Hippokrates İslam aləmində İbukrat və ya Bukrat adı ilə tanınmışdı.  


Hippokratesin haqqında Platon, Aristotel və Galen qısa məlumat vermişlər, 

Efesli (Romalı) həkim Soranus (?98-?138) onun bioqrafiyasını yazmışdır. Həyat 

tarixçəsi əfsanə və ziddiyyətlərlə doludur. 

E.

 

“Sokratesçi Kiçik Məktəblər” 

Sokrates`dən sonra onun ideyalarını bu və ya digər istiqamətə yönəldən xüsusi 

baxışlar, dünyagörüşü sistemi və məktəb quranlar olub. Onlar “Sokratesçi Kiçik 

Məktəblər” adı ilə də tanınırlar. Onlardan bəziləri ilə qısa tanış olaq. 



Kinik adı alan məktəbin qurucusu Sokrates`in (əvvəlcə sofist Qorqias`ın) 

tələbəsi Antisfenes (“-445”?-“-360”?) olsa da (Platonun yaşca böyük müasiri), 

onu şöhrətləndirən Sinop`lu Diogenes (“-412”?-“-323”?) olub. Antisfenes 

(ləqəbi Paradoksoloqos) Ritorika ustası Qorqiy`in, sonra Sokrates`in tələbəsi 

olmuş (Sokrates`ə qulaq asmaq üçün hər gün böyük məsafə (təqribən 8 km) yol 

qət edirdi) və Afinada Kinosargues (Kinosarqes; ağ it) gimnaziyasında öz 

məktəbini qurmuşdu 

(xəritə: 4 məktəb+. Bax: Antoloqiya Kinizma, səh. 365).

 

O, artıq yaşlı vaxtında, Sokrates`in ölümündən sonra yaxın olduğu kübar 



dairələrdən uzaqlaşıb xalq arasına daxil oldu, sadə (çox sadə, dərvişşayağı) 

geyinir, mücərrəd fəlsəfədən uzaq durub sadə sözlərlə “təbiətə qayıdış”ı təbliğ 

edirdi. Hökumət, özəl mülkiyyət, din və nikahı lazımsız hesab edirdi, bunlar 

insanı təbiətdən uzaqlaşdırır. Antisfen “adi it” ləqəbi almışdı. İnsan xoşbəxt 

ölüm arzu etməlidir, “fəzilətin nə sözçülüyə, nə də elmə ehtiyacı yoxdur, fəzilət  

əməldədir”, “düşmənlərinlə hesablaş: onlar sənin səhvlərini hamıdan tez 

görürlər”. Məhsuldar yazar-filosof olub (10 cild). Antisfenes anlayışların 

(qavramların) yoxluğunu vurğulayırdı: bir at görürəm, amma atı görmürəm. 

Ayrı-ayrı varlıqları yalnız bir-biri ilə müqayisə edə bilərik. Aristotel 

(Metafizika) onu tənqid edir: “...onlara görə gümüşün nə olduğunu deyil, sadəcə 

qalaya bənzər olduğunu demək mümkündür”. Antisfen də Elea`lı Zenon`un 

təsiri altında olub.  

Aristotel varlığı çoxanlamlı və çoxdərəcəli (çoxölçülü, çoxkateqoriyalı) 

bir anlayış kimi qəbul etməklə (qırmızı olanlar müxtəlif qırmızılığa 

malikdirlər!) Antisfenin görüş və paradokslarının təməlini tənqid edir 

(məsələn insan adları 1-ci, insanlıq, insan olmaq – 2-ci dərəcəli, canlılar 

– 3-cü dərəcəli...).   

Gənc Diogenes (həbsdən çıxmış pul dəyişən, pulu saxtalaşdıran bir şəxsin oğlu 

olmuş, deyilənə görə atası ilə birlikdə Sinopdan qovulubmuş) Afinaya gəlmiş və 

Antisfenin arxasınca düşmüşdü; Antisfen onu qovdu, çubuqla vurdu, amma o 



tərpənmədi, əl çəkmədi, Antisfen`in tələbəsi oldu. Diogenes`in mədəni 

mühitdən uzaq, təbii, hətta heyvansayağı, həzzə düşmən (Sokrates ölçülü həzzi 

və digər duyğuları qəbul edirdi) həyat tərzi ona və bu məktəbə şöhrət 

qazandırmışdır. Məktəbin adının da bu “itsayağı” (“kinikos”) həyat tərzindən 

əmələ gəldiyi deyilir (gimnaziyanın adından alınması da istisna olunmur). 

Diogenes mütləq/radikal azadlıq üçün hər şeydən, borc və mənəvi dəyərlərdən 

belə uzaq durmaq lazım gəldiyini irəli sürürdü. Onun 21 əsərinin adı çəkilir. 

Həyatı ilə ümumi və ya şablon dəyərlərə, şərtiliklərə qarşı üsyan etmiş, hətta 

təcavüzkar şəkil almış, adi təmizlik, nəzakət və abır-həyanı unudurmuş. 

Kiniklər özlərini cəmiyyətə qarşı, qəbul olunmuş qayda və dəyərlərə qarşı 

qoyurdular.  

Diogenes həzzə düşmən idi, rəvayətə görə çəlləkdə (və ya böyük gil qabda), 

çalışmadan, maddi nemətlərsiz, dilənçi payları ilə, ailəsiz,...yaşamağa çalışırdı. 

İti və oynaq ağlı ilə seçilirmiş. Gündüz vaxtı əlində çıraq aqorada (bazarda) 

“adam axtarıram” deyə gəzirmiş (Sinoplu Diogenes H.İsaxanlı`nın “Köhnə 

çıraq” poemasının baş qəhrəmanıdır; bax: “Bu da bir həyatdı”). Bir rəvayətə 

görə dəniz quldurlarının əlinə düşmüş, qul kimi satılmış, qul alverçisinin onun 

hansı qabiliyyəti olduğunu soruşanda “insanları idarə edə bilirəm. Kimsə özünə 

ağa almaq istəyirmi? Məni alsın” deyibmiş və Korinfli zəngin bir şəxs 

(Kseniades) onu almış, öz uşaqlarına müəllim təyin edibmiş. Korinfdə 

Makedoniyalı Aleksandr onun yanına gəlmiş, sərkərdənin “Mən Aleksandram – 

böyük hökmdar” sözünə “Mən isə Diogenes`əm – it” deyə cavab vermiş, 

Aleksandrın “məndən nə xahişin var, de” sözünə isə “Günəşin qabağını kəsib 

üstümə kölgə salma” deyərək cavab veribmiş. Guya onun həyat tərzinə və 

cəsarətinə heyran qalan İskəndər “Əgər İskəndər olmasaydım, Diogenes olmaq 

istərdim” deyibmiş.  

Platonun “insan tüksüz ikiayaqlı məxluqdur” tərifinə cavab olaraq “tükü 

yolunmuş bir xoruz” hazırlamış, onu “Platonun adamı” adlandırmış, nəticə 

etibarilə Platon öz tərifini dəqiqləşdirməyə məcbur olubmuş (və yastı dırnaqlı). 

Platon onu “dəliləşmiş Sokrat” adlandırıbmış, xalq arasında isə sadəcə “kyon” 

(it) ləqəbi ilə çağrılarmış. Diogenes`in həyatı əfsanələşmiş, o, demək olar ki, 

folklor qəhrəmanına çevrilmiş, onunla bağlı rəvayətlər və lətifələr yayılmışdır; 

nəyin doğru, nəyin uydurulmuş olduğunu demək çətindir. Qaçan qulunun geri 

qaytarılmasını istəməyibmiş: qul mənsiz yaşaya bilirsə, mən qulsuz yaşaya 

bilmərəmmi?! “Sinoplular səni sürgün etdilər” deyənə “mən də onları öz 

yerlərində qalmağa məhkum etdim” deyə cavab veribmiş. Özünü Dünya 



vətəndaşı sayırmış. “Nə vaxt evlənmək yaxşıdır?” sualına “gənclikdə hələ 

tezdir, qocalanda isə gecdir” deyə cavab veribmiş. “Afinalılar onu 

sevirdilər...Diogenesin danışığında sehrli qüvvə vardı”. Harada ölməsi məlum 

deyil, öğlümü haqqında da bir neçə rəvayət var - öz nəfəsini saxlamaqla ölməsi 

də daxil olmaqla... 

Sokrates`in tələbəsi Kirenli (Afrika) Aristippos  (?”-435”-?”-356”) da 

Sokratesin ölümündən sonra Afinanı tərk etmiş, bir çox yerlərdə olmuş, sonda 

Kirene`yə qayıdıb orada öz məktəbini qurmuşdu. Aristippos zəngin ailədə 

doğulmuş, zəngin həyat keçirməyə öyrəşmiş, lakin Sokrates`in adını eşidib 

onun yanına getmiş, öz qabiliyyəti və davranışı ilə hörmət qazanmışdı. O, 

əsasən, əxlaq fəlsəfəsi lə məşğul olmuşdur. Aristippos Antisfenesin tam əksinə 

hər şeyin dəyişməkdə olduğunu, yumşaq (hansı ki, həzz verir) və sərt (hansı ki, 

acı çəkdirir) hərəkətlərin yanaşı olduğunu (insan bədənində olduğu kimi) 

vurğulamış, xoşbəxtliyin həzzdən (yunanca: hedon) ibarət olduğunu irəli 

sürmüşdü, onu ilk hedonist filosof saymaq olar. Hedonist baxışlara görə 

gələcəyin qeyri-müəyyənliyi, gələcəyə inamın olmaması indiki anı yaşa, indi 

həzz al fikrini əsaslandırır. Üstəlik, Aristippos bədən/cismani həzzə üstünlük 

verirdi, həzzləri doğru və doğru olmayana ayırmırdı. Təbii olandan utanmaq 

lazım deyil. Bilgi də faydalıdır. İnsan özünə hakim olsa, ağılla hərəkət etsə daha 

qalıcı zövq ala bilər. Aristippos`u sofist sayanlar da var (o cümlədən Aristotel).  



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə