Mühazirə MÜƏYYƏNLİK ŞƏraitiNDƏ QƏrar qəbul etmə


Meyarlar sisteminin formalaşdırılması



Yüklə 77,72 Kb.
səhifə2/3
tarix10.05.2022
ölçüsü77,72 Kb.
#57039
növüMühazirə
1   2   3
Muhazire 6

4.2. Meyarlar sisteminin formalaşdırılması
Kriterial analiz (meyarların təhlili) sistemi aşağıdakı meyarlar əsasında formalaşdırılır:

1. Məsələnin düzgün həllini və tələb olunan nəticəni əldə etmək üçün məqsədin formalaşdırılması;

2. Variantların-alternativlərin xarakteristikasını təsnif­ləşdirmək;

3. Lazımi meyarı-kriteriyanı seçmək;

Kriterial sistemə qoyulan tələblər aşağıdakılardır:

1. Məqsəd və meyar əsaslandırmalıdır

2. Kritik xarakteristikaya, yəni meyara, dəyişən varian­ta qarşı münasibət olmalıdır;

3. Meyarlar hesablanan olmalıdır;

4. Maksimumluq və minimumluq kriterial sistemdə seçilən variantı tam şəkildə təsvir etməlidir.

5. Dekompozisiya vektor meyarı digərlərindən asılı olmayaraq, məsələnin həllini sadələşdirir. Bu zaman məsələ meyarların üstünlüyünə görə təyin olunur.

Hər bir məsələnin həlli zamanı meyarların sərbəst olub-olmaması yoxlanılır və aşağıdakı kimi ifadə olunur:

Əgər (burada, və alternativ və müm­kün həllər çoxluğudur) üçün , olanda, olar;

s və t variantları üçün olarsa,

olar. Bu zaman, , olur.

Əgər olarsa, onda vektor meyarı o biri me­yarlardan üstün olar.

Meyarın üstünlüyünə görə bir məsələnin həlli zamanı sayda meyardan sayda birmeyarlı məsələnin həllinə sərbəst şəkildə keçilə bilər. Məsələn, əgər meyar kimi xərc, gəlir, etibarlılıq, sığorta anlayışlarından istifadə olunarsa, onda (digər meyarlardan asılı olmayaraq) ekstremal qiy­mətlər üstünlük təşkil edər. Əgər meyar eyni hüquqlu ob­yektlərin strukturunu müəyyən edirsə, onda, məsələn, insanın hündürlüyü və çəkisi, şəhərdə yerüstü və yeraltı nəqliyyatın keyfiyyəti, atom-istilik və hidroelektrik stansiyaların sayı bir-birindən üstünlük dərəcələrinə görə fərqlənirlər.

Qeyd etmək lazımdır ki, hətta cüzi üstünlüyə görə asılı olmayan tezlik meyarından asılı olan tezlik meyarına keçmək mümkündür.


Yüklə 77,72 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin