K elementinin EHQ-ni (Ex) tapmaq üçün C akkumul-yatoru və K elementi eyni qütbləri ilə reoxordun sol tərəfinə birləşdirilir. Kontakt nöqtəsinin reoxord üzərində yerini dəyişməklə elə bir D nöqtəsi tapılır ki, bu vəziyyətdə G qalvanometrinin əqrəbi sıfır üzərində dayansın Bu kəmiyyət akkumulyatorun EHQ-nin, yəni E1-in ancaq bir hissəsinə bərabər olub AD/AB nisbətinə bərabərdir.
və ya
İndi isə K elementinin əvəzinə EHQ-i məlum olan (E0) normal element birləşdirilsə, onda reoxordun kontaktı başqa bir D1 nöqtəsində olanda qalvnometrin əqrəbi sıfırda dayanacaq. Bu halda yazmaq olar ki,
Sonuncu iki ifadədən alınır ki,
Beləliklə, normal elementin EHQ-ni (E0) və reoxordun kəsiklərinin uzunluğunu bilməklə istənilən elementin EHQ-ni ölçmək olar.