İlk tibbi yardım dəstələrinin işi üçün əczaxananın tabel üzrə təminatı
1. Steril boks (aseptik otaq)
2. Assisent otağı
3. Əmlakın və reseptlərin alınma və qeydiyyat yeri
4. Yuyucu otaq
5. Maddi baza (əmlakın ambarı)
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
72
İlk həkim yardımı dəstələri əczaxananın təchizatı
1. CDП 3 (sterilizasiya və distillə edən cihaz);
2. Steril boks: dərman ehtiyyatı xüsusi nomenklatura üzrə, distillə olunmuş su, əczaxana ləvazimatı
xüsusi qablaşdırmada;
3. Assistent otağı: dərman ehtiyyatı, distillə edilmiş su, əczaxana ləvazimatı xüsusi qablaşdırmada;
4. Reseptlərin qəbul etmə yeri: səyyar mebel kompleksi , tibbi əmlakın uçot kitabı, sənədləşmə
blankları, tibbi əmlak ehtiyyatı (dərmanlar, sarğı materialı və s.);
5. Yuyucu otaq;
Maddi baza: nasos KN-4, brezent, xərəklər, polietilen plyonkalar, balonlar.
Bundan əlavə əczaxanada İlk Həkim Yardım Dəstələrinin işinin təmini üçün müəyyən
ehtiyyatlar olur: ordu aptekçəsı, çantaları, sarğı materialları, dərman vasitələri, oksigen və azot qazı
balonları.
Fövqaladə hallar zamanı açılan əczaxanalar xüsusi tələblərə uyğun olmalıdırlar. Çadırın daxilinə
arakəsmələrin, iş masalarının üstündəki örtüklərin, mələfələrin təmizliyinə riayət etmək lazımdır. Əgər
boksda yerləşən masalar, yeşiklər üstü örtüksüzdürsə onlar işə başlamazdan əvvəl isti su və sabunla
yuyulmalıdırlar. Boksdakı bütün əşyalar gündə bir dəfə 3-6% perekis məhlulu ilə yuyulur.
Səhra şəraitində əczaxananın işi əsasən infuzion məhlulların və başqa parenteral preparatların
hazırlanmasından ibarətdir. Bu da əczaxananın maddi durumundan, texniki təminatından və bir sıra
başqa faktorlardan asılıdır. Hətta nəzərə almaq lazımdır ki, müəyyən səbəblər əczaxananın işini
çətinləşdirə bilər.
1. Xəsarət alanların sayının çoxluğu;
2. Əczaxananın şəxsi heyyətinin təcrübəsizliyi;
3. Sanitar – gigiyenik normalara riayət etməyin mümkünsüzlüyü;
4. İstifadə olunan suyun keyfiyyətsizliyi;
5. Səyyar əczaxananın texniki təminatının aşağı olması.
Səyyar şəraitdə hazırlanan preparatlar mümkün qədər normativ sənədlərə uyğun olmalıdırlar.
Standartdan kənara çıxmaya çox cuzi yol vermək mümkündür o şərtlə ki, xəsarətalanın və xəstənin
səhətinə ziyan gətirməsin. Rəis və bütün şəxsi heyət bunları nəzərə almalı və dərman preparatlarının
hazırlanmasına tam məsuliyyətlə yanaşmalıdırlar.
|