Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
83
Ürəyin xarici massajı. Xəsarətalan arxası düz bərk yerdə arxasıüstə olmalıdır. Onun sol tərəfində
dayanıb ovuclar bir-birinin üstündə olmaqla əllər yaralananın döş sümüyünün aşağı
üçdə bir
nahiyyəsinə qoyulur. Sonra dəqiqədə 50-60 ritmik təkrarla sinəni aşağı basır və hər təkrardan sonra
əllər yuxarı qaldırılır ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkrar döş qəfəsi ən azı 3-4sm aşağı basılır.
Ürəyin xarici massajına ilk göstəriş – döş qəfəsinin daxilə keçən yaralanması, ürək tamponadası.
Ürəyin xarici massajı və ağciyərlərin süni ventilyasiyası eyni vaxda aparılmalıdır. Əgər yardımı
bir xilasedici gəstərirsə, onda 2 nəfəs vermədə 10 masaj edilməlidir. Əgər iki xilasedici iştirak edirsə,
onda biri zərərçəkəndən solda digəri sağda olur və 1 nəfəs verməyə 5 massaj aparılır.
20-30 dəqiqədən sonra reanimasiya tədbirləri effekt vermirsə - ürəyin fəaliyyəti bərpa olmur,
bəbəklər genəlmiş qalır və göz damarları böyüyür.
Bu o deməkdir ki, artıq
beyində geri dönməz
proseslər baş verib və kliniki ölüm bioloji ölümə keçib. Reanimasiya tədbirləri dayandırılır.
Həkiməqədər yardım tədbirləri təminatdan asılı olaraq daha geniş aparıla bilər.
Məsələn:
1. Oksigen inhalyasiyası.
2. Vena daxilinə 0,1%-0,5 ml adrenalin (5 ml izotonik məhlul yaxud qlükozada həll edərək).
3. Venadaxilinə 1%-0,5 mezaton.