Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Kollektivin tərbiyəsi. 
Kollektivi təşkil edib formalaşdırmaqla yanaşı, onun tər-
biyəsi qeydinə də qalmaq lazımdır. Əks halda böyük zəhmətlə yaradılan kollektiv in-
kişaf etməz, zəifləyib dağıla bilər. 
Tələbə kollektivinin tərbiyəsi üçün müxtəlif 
yollardan
istifadə edilir. Kollektivin
tərbiyəsinin əsas yolu onun qarşısında
fərəhli məqsədlərin qoyulmasıdır.
Fərəhli
məqsəd uğrunda mübarizə kollektivi möhkəmlədir, onun həyatına sevinc və güm-
rahlıq gətirir. Tərbiyə işinin ustası A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli
perspektiv vəzifələrin üç növünü müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv.
Perspektiv vəzifələrin müntəzəm və rəngarəng olmasına diqqət yetirilməlidir.
Bir vəzifə əldə edilərkən yenisini irəli sürmək lazımdır. 
114


Kollektivin tərbiyəsində
ənənələrin rolu
da böyükdür. Ənənə dedikdə, dövri
olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar başa düşülür.
Ənənə kollektivi dağılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada A.S.Makarenko
ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə ənənə qədər kollektivi
möhkəmlətmir.
Tərbiyə təcrübəsində ənənələrin iki tipi özünü göstərir: daxili intizam qaydaları
ilə və kütləvi tədbirlərlə bağlı ənənələr. Birinci tipə auditoriyanı təmiz saxlamaq,
dərslərə gecikməmək, yüksək qiymətlərlə oxumaq, ad günlərinin keçirilməsi,
oğlanların qızlara diqqət və qayğı göstərməsi, xəstələrə qayğı və s. misal ola bilər. 
Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan və təntənəli şəkildə
keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin və bayramların keçirilməsi, ilk zəng, son
zəng, məzunların görüşü, hər tələbənin bir ağac əkib ona qulluq etməsi, hər il sparta-
kiada və fənn olimpiadalarının keçirilməsi və s. kimi ənənələr bura daxildir. 
Kollektivi inkişaf etdirməyin bir yolu da
fəalların rolunu artırmaq
və onlara
qayğı göstərməkdən ibarətdir. 
Fəalları ən mühüm və məsul fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara etimad
göstərmək və müəyyən səlahiyyətlər vermək, onlarla mehriban işgüzar münasibət
yaratmaq lazımdır. Bu, fəalların kollektivdə rolunun və sayının artması baxımından
əhəmiyyətlidir.
Kollektivin tərbiyəsində şəxsiyyətlərarası 
səmimi qarşılıqlı münasibətlərin yara-
dılması
, yoldaşlıq və dostluğun möhkəmləndirilməsi də mühüm şərtdir. Bu məqsədlə
birgə maraqlı tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun və əy-
ləncələr və s.) keçirmək faydalıdır. Gənclik illərində dostluq bəzən qızlar və oğlanlar
arasında sevgiyə çevrilir. Bunu başa düşmək, ona hörmətlə yanaşmaq, onun yüksək
mənəvi əsasda olmasına kömək etmək lazımdır. 
Tələbə kollektivində özünüidarənin təşkili.
 
Tələbə kollektivi özünüidarə prinsipi
əsasında fəaliyyət göstərir. Tələbə özünüidarəsi üç səviyyədə –
qrup, fakültə və
universitet səviyyəsində
fəaliyyət göstərir. İlk kollektivin ali orqanı qrupun ümumi
yığıncağıdır. Orada qrup həyatının ən mühüm, aktual məsələləri müzakirə edilir.
115


Qrupun ümumi yığıncağı ayda bir dəfə keçirilir. İlk yığıncaqda qrup nümayəndəsi
seçilir.
Fakültə və ali məktəb səviyyəsində tələbə özünüidarə orqanları ilk (qrup) kol-
lektivlərinin müvəkkillərini birləşdirmək yolu ilə yaradılır. Belə orqanlara tələbə
həmkarlar və gənclər təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komis-
siya və şuralar daxildir. 
Kollektivdə qarşılıqlı münasibətlərin formalaşdırılması. 
Tələbə kollektivində
normal münasibətlərin yaradılması bir çox amillərlə bağlıdır. Bu amillərə kollektivin
ümumi ideya-mənəvi dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi-
psixoloji iqlim və s. daxildir. Bu amillərin xarakterindən asılı olaraq tələbə kollekti-
vində səmimi və ya münaqişəli münasibətlər özünü göstərir. 
Tələbə kollektivindəki
münaqişələri
(onlar daha çox şəxsiyyətlərarası münasi-
bətlər zəminində baş verir) elmi əsasda həll etmək lazımdır; münaqişəni dərindən
təhlil etmək, səbəbləri və münaqişə tərəflərinin motivlərini öyrənmək, heç bir tərəfin
hüququnu pozmadan, nüfuzuna xələl gətirmədən kollektivin ümumi mənafeyindən
çıxış edərək ixtilafı sivil yolla həll etmək vacibdir. Münaqişələrin profilaktikasına
daha çox diqqət yetirmək lazımdır. Çünki münaqişələri həll etməkdənsə, onların
qarşısını almaq daha asandır. Münaqişələrin qarşısını almaq üçün kollektivdə normal
münasibətlər qurmaq, sağlam ictimai rəy, müsbət mənəvi-psixoloji iqlim və ünsiyyət
mədəniyyəti formalaşdırmaq böyük əhəmiyyətə malikdir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin