İnkişaf – dəyişmə, bir key-
fiyyət halından başqasına keçid deməkdir.
Şəxsiyyətin inkişafı dedikdə, insanın
müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü təkmilləş-
dirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, müəyyən
səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaq-
ların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər.
Şəxsiyyətin inkişafına dair
iki baxış mövcuddur: metafizik və dialektik baxış.
Metafizik baxış inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini)
isə genetik proqramda axtarır.
Dialektik baxış isə şəxsiyyətin inkişafına keyfiyyət
dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır.
Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin
yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə
yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində ya-
ranır və aradan qaldırılır.
Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət – cəmiyyətin və yaşlıların tələbləri ilə insanın mövcud inkişaf
səviyyəsi, davranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. İnsan qarşıda
duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni davranış formalarına yiyələn-
məlidir.
Əsas daxili ziddiyyət – insanın tələbatları ilə imkanları arasındakı ziddiyyət-
dir. İnsan öz tələbatını (ehtiyacını) ödəmək üçün bütün imkanlarını (biliyini, bacarı-
ğını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə
o, öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyə-
lənir. Beləliklə, ziddiyyət həll olunur.
Şəxsiyyət
müxtəlif amillərin təsiri ilə formalaşır: irsiyyət, təlim, tərbiyə, təbii və
sosial mühit, insanın özünün şəxsi fəallığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledi-
cidir? Bu sualla əlaqədar