Ümumi tələbat- Cəmiyyətin və onun üzvlərinin bütün tələbatlarının məcmusu.
Ümummilli reklam- Ölkə miqyasında tanınmış şirkətin ərzaq və sənaye mallarının yayılması üçün istifadə edilən reklam.
Üzən faiz dərəcəsi- Orta və uzun müddətli kreditlər üzrə tətbiq edilən, lakin həmin səviyyənin kreditləşmənin bütün dövrünə tətbiq olunmayan faiz dərəcəsi.
Üzən (axan) kapital- Daha yüksək iqtisadi səmərə əldə etmək məqsədilə, kapitalın bir bazar və sahədən digərinə keçirilməsi.
Üzən valyuta məzənnəsi- Səviyyəsi konkret bazar vəziyyəti, konyunktura, tələb-təklif, habelə digər amillərlə enib-qalxan və sərbəst surətdə dəyişən valyuta məzənnəsi.