MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə161/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   158   159   160   161   162   163   164   165   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

23.3. Dövlətin maksimal funksiyaları
Dünyada real mövcud olan iqtisadiyyata müraciət etsək, bazarın məhdudluğunun üzə çıxdığı yeni təsərrüfat sahələri aşkarlanar ki, bu da dövlətin iqtisadi proseslərdə daha geniş iştirakını zəruri edir. Belə sahələrin məcmusu dövlətin inki­şaf edən iqtisadiyyata müdaxiləsinin yol verilən maksimum hədlərini və buradan da dövlətin maksimum funksiyalarını müəyyənləşdirir. Bunlara bazarın xroniki adlanan xəstəlik­lərinin zəiflədilməsi, daha dəqiq desək, aııtitsiklik siyasətin köməkliyi ilə iqtisadiyyatın tsiklik inkişafımn, antiinflyasiya siyasətindən istifadə yolu ilə inflyasiyanın, sosial siyasətin kö­məkliyi ilə işsizliyin azaldılması aiddir, tik iki funksiya adətən tədris ədəbiyyatında «sabitlik» terminində birləşdirilir.
Dövlət antitsiklik siyasətinin və ya təsərrüfat konyunk­turasının tənzimlənməsinin mahiyyəti böhranlar və depres­siya vaxtı əmtəə və xidmətlərə tələbi, kapital qoyuluşu və məşğulluğu həvəsləndirməkdən ibarətdir. Bunun üçün xüsu­si kapitala əlavə maliyyə güzəştləri edilir, dövlətin xərcləri və investisiyalar artırılır. Uzunmüddətli dirçəliş şəraitində ölkə iqtisadiyyatında əmtəə ehtiyatlarının azalması, idxalın artması və tədiyə balansının pisləşməsi, əməyə olan tələbin təklifi üstələməsi və bunun da nəticəsində əmək haqqının və qiymətlərin əsassız artırm kimi təhlükəli hadisələr baş verə bilər. Belə vəziyyətdə dövlət ifrat əmtəə istehsalını və ifrat kapital yığımını ləngitmək məqsədilə tələbin, investi­siyaların və istehsalın artmasını ləngitməyə çalışır ki, bu da Rusiya və «keçid iqtisadiyyatlı» ölkələr üçün səciyyəvi deyil.
İnkişafda olan bazar iqtisadiyyatında dövlət pul dövriy­yəsinin tənzimlənməsinə xüsusi diqqət yetirir. Birincisi, ona görə ki, bazar özü-özünü pul ilə təmin edə bilməz. Buna görə də pulun emissiyası (buraxılması) dövlətin və ya mərkəzi bankın funksiyasıdır. İkincisi, pul dövriyyəsinin tənzimlən­məsi iqtisadiyyat üçün ciddi təhlükə olan inflyasiya ilə mübarizə məqsədi güdür. Qeyd etmək lazımdır ki, inflyasiya ilə əsas mübarizə üsulu onun əsas səbəbləri ilə mübarizə ol­malıdır ol­malıdır, axı inflyasiyanın əsas səbəbləri aradan qaldırılma­dan qiymətlər və gəlirlər üzərində tam nəzarətin köməkliyi ilə ona qarşı mübarizə bazar münasibətlərinin inkişafına mənfi təsir göstərir. Vəziyyətin mürəkkəbliyi bundadır ki, antiinflyasiya siyasətini yalnız ikinci dərəcəli iqtisadi təsir vasitələri ilə məhdudlaşdırmaq olmaz. Aydındır ki, xalq tə­sərrüfatında nisbətlərin pozulmasını tədricən, dövlətin quruluş siyasəti və hətta bilavasitə inzibati metodlarla, o cümlədən hər­bi xərclərin azaldılması, istehsala kapital qoyuluşlarının səmə- rəliləşdirilməsi, istehsala kapital qoyuluşlarının bir qisminin büdcədən maliyyələşdirilməsindən müəssisələrin vəsaiti ilə əvəzlənməsi, səhmdar kapitalının cəlb edilməsi, iqtisadiyya­tın inhisarçı quruluşunun dağıdılması və s. ilə aradan qaldır­maq olar. Bütün bunlara pul kütləsini məhdudlaşdıran, dövlət büdcəsindəki kəsiri aradan qaldıran, milli valyutanın kursu­nu sabitləşdirən tədbirlər də əlavə olunmalıdır.
Dövlətin sosial funksiyası yalnız səhiyyədə, təhsildə, az təminatlıların dəstəklənməsində və s. kimi ictimai tələbatla­rın ödənilməsinə deyil, həm də müəyyən məşğulluq səviyyə­sinin saxlanılması, iş yerlərini itirən və ya iş tapa bilməyən adamların maddi cəhətdən təmin edilməsi məqsədilə əmək bazarının tənzimlənməsinə yönümlənir.
Sosial müdafiə sisteminin genişləndirilməsi üç istiqamət­də aparıla bilər:

  • sosial sahənin genişləndirilməsi;

  • sosial müdafiə olunmuş qrupun tərkibinin genişləndi­rilməsi;

  • sosial təminat xidmətlərinin miqdarının artırılması və səviyyəsinin yüksəldilməsi.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin