Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005
Fakültə: Pedaqoji İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə
Yazılı və şifahi nitq Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Nitq mədəniyyəti problemi bunlarla yanaşı, əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır.
Nitq fəaliyyəti danışma, dinləmə, yazı və oxu proseslərini birləşdirir. Buna gərə də nitq daha çox şifahi və yazılı, monoloji və dioloji, zahiri və daxili(lal) növlərinə bölünür.
Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus xüsusiyyətləri, bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Bunların təqdim edilməsinə dilçilik ədəbiyyatlarında iki formada rast gəlmək olur. Hər iki halın burada diqqətə çatdırılması daha effetli olar. Birinci halda konkret göstəricilər verilir. İkunci də isə belə göstəricilər əlavə şərhlərlə təqdim olunur.